Please Wait
5647
Kəlam elmindəki məşhur terminə əsasən, Allah üçün bir sifət isbat edən, Allahın bütün sübut sifətləri, həm Allahın lütfünə şamil olan sifətlər, həm onun qəzəbinə şamil olan və... hamısı camal sifətlər sayılırlar. Bu cəhətdən onların arasında heç bir fərq yoxdur. O cümlədən, sualda olan mulqən və mutlə sifətləri də.
Kamal sifətlər bütün terminlərdə, məşhur nəzərə əsasən, o sifətlərdirlər ki, Allah sübuti formada onlara malikdir.[1] Kəlam alimləri bu sifətlərə, camal sifətləri də, deyirlər. Bunun qarşı tərəfində, məqsədləri səlbi sifətlər olan cəlal sifətlər qərarlaşır. Yəni, Allahın onlardan uzaq olduğu sifətlərdir.
Bu nəzərdən, Allah üçün bir sifət isbat edən, Allahın bütün sübuti sifətləri, həm Allahın lütfünə şamil olan sifətlər, həm onun qəzəbinə şamil olanlar və... hamısı camal sifətlər sayılırlar. Bu cəhətdən onların arasında heç bir fərq yoxdur. O cümlədən, sualda olan mulqən (təlqin edən) və mutlə (agah) və Allah üçün işlədilən hər bir sübuti sifətin də belə hökmü var. Çünki, bu sifətlərin hamısı, camal sifətləri sayılırlar. Cism olmama, mürəkkəb olmama və... kimi səlbi sifətlər, bu terminə əsasən, cəlal sifətləri sayılırlar. Amma digər bir termində (nəzəri irfan), Allahın sübuti və kamal sifətlərinin özü, iki dəstədir: Allahın əzəmətinə işarə edən və onun məxfi qalmasına səbəb olan ya məxluqata nemətin qadağan olan sifətlər. Mütəkəbbir, əziz, qəhhar və muntəqim kimi. Bəzi sifətlər də haqqın zahir olmasına və kəmallardan birinin və nemətlərdən birinin varlıqlara bağışlanmasına səbəb olurlar. Rəhim, rəzzaq, lətif və... kimi.
Birincisinə cəlal sifətlər, ikincisinə isə, camal sifətlər deyilir. Bu tərifə əsasən, cəlal sifətlərin yalnız səlbi (mənfi) cəhəti yoxdur, əksinə Allah üçün sübut cəhəti də varlarıdır.
Bu nəzərdən, bəzi yerlərdə Allahın sifətlərini müəyyənləşdirən, bəzi yerlərdə Allahın sifətlərini müəyyənləşdirmək və ayırmaq, çətindir. O cümlədən mülqən ya təlqin edən sifət, birinci mərhələdə, camal sifətdir. Çünki, Allah tərəfindən bir nemətin verilməsinə şamildir. Hərçənd bəzi yerlərdə, mulqən sifətin cəlal cəhəti də ola bilər. Mutlə ya agah sifəti də belədir.