Please Wait
7042
Dəstəmaz və qüsl alarkən dəstəmaz və qüsl üzvlərində suyun dəriyə çatmağına mane olacaq bir şey olmamalıdır. Buna görə də əgər sürmə təkcə gözün iç tərəfinə çəkilərsə, qüsl və dəstəmazın səhihliyinə heç bir zərər yetirmir. Amma əgər gözün ətrafına, yaxud qaşın yerinə çəkilsə, bu zaman baxmaq lazımdır ki, onun cermi (maddəsi) vardırmı və suyun dəstəmaz və ya qüsl üzvlərinə çatmağına mane olur, ya yox?
Bu məsələnin fəqihlər arasında ixtilaflı olmadığını nəzərə almaqla sizin nəzər-diqqətinizi həzrət Ayətullah Behcətin (rəhmətullah əleyh) fətvasına cəlb edirik: “Əgər sürmə yağlı olsa, belə ki, camaat arasında (suyun dəriyə çatmasına) maneə sayılsa, gözün daxilinə yox, xaric tərəfinə çəkilsə, həmçinin, insan bunun qüsldən əvvəl həmin yerlərdə olduğuna yəqin etsə, gərək (onu təmizlədikdən sonra) yenidən qüsl alsın.”[1]
[1] Behcət, Məhəmməd Təqi, “İstiftalar”, 1-ci cild, səh. 232, həzrət Ayətullah Behcətin (rəhmətullahi əleyh) dəftərxanasının nəşriyyatı, Qum, birinci çap, 1428-ci qəməri il