Please Wait
7302
Bu kəlmə və ondan alınan başqa kəlmələrdən digər ayələrdə də istifadə olunmuşdur.[1] Səf kəlməsinin mənası əşyaların düz xətt üzərinə olmasıdır. İnsanların və ya ağacların səflərə düzülməsi kimi.[2] Ayədəki “səffən” kəlməsi sintaktik təhlil baxımından məlaikələr üçün haldır. Məna nəzərindən isə Quran təfsirçiləri çox ehtimallar vermişlər. Nümunə üçün aşağıdakıları qeyd edirik:
1. Məqsəd budur ki, məlaikələr müxtəlif cərgələrdə gələcəklər və onların bu cür düzülüşü malik olduqları dərəcə və mərtəbələrinə əsasəndir.[3]
2. Məqsəd hər bir asimanın mələklərinin tərtiblə nazil olmasıdır. Bunlar da tərtiblə və cərgələrə düzülmüş halda gələrlər, özü də cinləri və insanları əhatə edəcəklər.[4]
3. Bəziləri də onu camaat namazındakı cərgələrə təşbeh etmişlər ki, məlaikələr əvvəlcə birinci, sonra ikinci və s. cərgələrin arxasınca hazır olurlar.[5]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] “Kəhf” surəsi, ayə: 48, “Taha ” surəsi, ayə: 64, “Həcc” surəsi, ayə 36 və sair.
[2] Rağib İsfahani, “Əl-mufrədat fi ğəribil-Quran”, səh. 486, “Darul-elm”, “Əd-darul-Şamiyyə”, Dəməşq- Beyrut, 1412-ci il
[3] Beyzavi, Əbdullah ibni Ömər, “Ənvarut-Tənzil və əsrarul-tə’vil”, 4-cü cild, səh. 311, “Daru ehyait-turasil-ərəbi”, Beyrut, 1418-ci il
[4] Zəməxşəri, Məhmud, “Əl-kəşşafu ən-həqaiqi ğəvamizil-Tənzil”, 4-cü səh. 751, “Darul-kitabil-ərəbi”, Beyrut
[5] Tusi, Məhəmməd ibni Həsən, “Ət-tibyan fi təfsiril-Quran”, 10-cu cild, səh. 347, “Daru ehyait-turasil-ərəbi”, Beyrut bi.ta