Please Wait
5883
Bu barədə təqlid mərcələrinin cavabı belədir:
1. Xamenei: Onun, şəriət qəbul edən şərtlərini riayət etməklə öz- özlüyündə maneəsi yoxdur.
2. Sistani: Qızın əqdi gərək onun atasının icazəsi ilə ola.
3. Safi Gülpayqani: Mömin kişinin möminə qadınla izdivacı şəraitin olmağı ilə (qızın vəlisinin (atası, babası) icazəsi kimi ) öz- özlüyündə maneəsi yoxdur. Başqa maneə vardırsa açıq şəkildə yazın, münasib cavab verilsin.
4. Məkarim Şirazi: Əgər bu izdivacın, İslami dövlətin qanunu baxımından maneəsi olmaya, şəriət baxımından da maneəsi olmayacaq.
Bakirə qızın izdivacında əgər onun vəlisinin (atası, babası) icazəsi olmaya, bu iş caiz deyil. Bakirədən məqsəd budur ki, yəni ərə getməmiş ola. İstər bəkarət üzvü olsun, istərsə də olmasın.
5. Hadəvi Tehrani: Şəriət buyurduğu izdivacın qanuni izdivaca bağlılığı yoxdur. Əgər İslami hökumət məxsus məsləhətlər səbəbinə şəriət izdivacından çəkindirə (izdivacın qarşısını ala) və əgər bu çəkindirmə təklifi ola, qeyd olunan izdivac haram, amma səhih olacaq.Əgər bu çəkindirmə vəzi hökm ola və İslami hökumət əqdin batil olmasını hökm edə, əqd batil olacaqdır.
İslam kuest saytının vasitəsilə təqlid mərcələrindən istifta.
Bu sualın ətraflı cavabı yoxdur.
Bu sualın ətraflı cavabı yoxdur.