Please Wait
6435
Öbəy ibni Kəəb İslam Peyğəmbərinin (s) ən məşhur səhabələrindən olub, şiə və sünnü nəzərə almadan bütün müsəlmanların nəzərində ehtirama sahibdir. Şiə mənbələrində ondan məhdud rəvayətlər var və rical elminin böyükləri, onu Allah Rəsulunun səhabələrindən və vəhy kitabələrindən biliblər. Ondan nəql olmuş rəvayətlərə diqqət edərək onun Əhli- beytə (ə) məxsusən İmam Əli (ə) qarşı sahib olduğu məhəbbəti və sədaqəti görmək olur.
Öbəy ibni Kəəb İslam Peyğəmbərinin (s) ən məşhur səhabələrindən və Quran qarilərindən və Quranın qiraət fənnində mütəxəssis olubdur.[1]
O bütün müsəlmanların yanında istər şiə istərsə də sünni ehtirama sahibdir.[2]
Şiə mənbələrində ondan məhdud rəvayətlər var və rical elminin böyükləri, onu Allah Rəsulunun səhabələrindən və vəhy katiblərindən biliblər.[3] Ondan nəql olmuş rəvayətlərə diqqət edərkən, onun Əhli- beytə (ə) və məxsusən İmam Əliyə (ə) qarşı sahib olduğu məhəbbəti və sədaqəti görmək olur.
O cümlədən o rəvayətlər ki, şiə mənbələrində qalıb, İslam Peyğəmbərinin (s) canişinliyi hadisələrində onun bəyanatıdır ki, qətiyyətlə camaat üçün Qədir- xum hadisəsini misal vurub və xilafət haqqında Peyğəmbərin (s) rəvayətlərini onlara nəql edib və onlara xilafəti qəsb edənlərin əleyhinə dəlillər gətiribdir.
Təbərsi "Ehticac" kitabında Öbəy ibni Kəbin bəyənatını geniş şəkildə nəql edir ki, xülasə olaraq ondan bəzi hissələrə olur: "Əbu Bəkirin- cümə günü Ramazan ayının əvvəlində- xütbəsindən sonra Öbəy ibni Kəəb qalxıb bu cür çıxış etdi: Ey mühacir dəstə ki, Allahın razılığını nəzərdə tutub və Quranda Allah tərəfindən təriflənmisiz və ey Ənsar ki, iman şəhərində məskən seçmisiz və bu cəhətə görə Allah Quranda sizdən tərif edibdir, unutmusunuz ya özünüzü unutqanlığa vurmusunuz, əhdi peyman dəyişmisiniz yoxsa dini, ya alçaqlığı ixtiyar edib (seçib) ya aciz olmusunuz?
Məgər siz unutmusunuz ki, Allah Rəsulu (s) (Qədir- xum günün) də sizin aranızda qalxıb Əlini sizin hamınızın qarşısında saxlayıb və buyurdu: "Hər kəs ki, mən onun mövlasıyam Əli onun mövlasıdır və hər kəs ki, mən onun nəbisiyəm Əli onun Əmiridir"?! Məgər yaddan çıxarmısız ki, Allah Rəsulu (s) ona buyurdu: "Ey Əli sənin məqamın mənim yanımda Musanın yanında Harunun məqamı kimidir məgər bu ki, məndən sonra heç bir Peyğəmbər yoxdur.
Məndən sonra ümmətin səndən itaəti, onların sağlığımda məndən itaəti kimi, vacibdir"?
Məgər Peyğəmbərin bu sözünü unudmusunuz ki, buyurdu: Hər vaxt sizin aranızda olmadım və Əlini sizə xəlifə etdim özüm kimi bir nəfəri sizin üçün qoymuşam"?
Yaddan çıxarmısınız ki, Peyğəmbər (s) vəfatından qabaq, bizi Fatimənin (s) evinə yığıb və buyurdu: Böyük Allah Musaya vəhy buyurdu ki, ailədən bir qardaşını seç və onu nəbi qərar ver və onun ailəsini öz övladlarını et ki, onları hər bəladan qoruyub və hər şəkk və şübhədən pak edim. Musa Harunu qardaşlığa seçdi və onun övladlarını özündən sonra bəni İsrailin rəhbərləri etdi. İndi Allah mənə vəhy buyurdu ki, (Haruna nisbət Musa kimi) Səndə Əlini qardaşlığa seç və onun övladlarını öz övladların kimi hesab et. (Ümmətin İmamları qərar ver) ki, mən onları Harunun övladları kimi pak etdim, bilin ki, mən nübuvvəti səninlə ey Peyğəmbər xətm etdim və səndən sonra heç bir Peyğəmbər olmayacaq" və o övladlar həmin hidayət olmuş İmamlardırlar. And olsun Allaha ki, siz Peyğəmbərin vəfatından sonra əhd və peymanı sındırdınız və onun itrəti məsələsində ixtilafa düşüb və digərləri bu məsələdə öz nəzər və rəylərini ətəyindən yapışdılar".[4]
Bu mətləblərin hamısı Öbəy ibni Kəəbin vilayətini qəbul etməsini göstərir ki, Peyğəmbərin (s) sifarişiylə İmam Əli (ə) haqqında möhkəm olub və başqalarını da bu işə həvəsləndiribdir. Öbəy ibni Kəəb Peyğəmbərin vəfatından neçə il fasilə ilə dünyadan getdi. Onun vəfatının zamanı ixtilaflıdır; bir dəıstə onun vəfatını Osmanın zamanında bilir, amma İbni həcər "Əlisabə" kitabında qail olubdur ki, o Ömərin xilafəti dövründə və hicrətin 22- ci ilində vəfat edibdir.[5]
Sonda xatırladırıq ki, Öbəy ibni Kəəbdən şiə mənbələrində çoxlu rəvayətlər yoxdur, ona görə onun rəvayətləri haqda Əhli- beytdən (ə) xüsusi bir nəzər tapılmayıb.
[1] - İbni Əbdül- bir, Əlistiab fi Mərifətil- əshab, cild 1, səh 65, Darul- cəlil, Beyrut, 1412 hicri qəməri.
[2] - Bunun kimi ki, əhli- sünnət mənbələrində bəyan olubdur ki, ikinci xəlifə ona "Seyyidül- müslimin" ləqəbini veribdir; R. K. İbni Əsir, Əsədul- ğabəh, cild 1, səh 61, darul- fikir, Beyrut, 1409 hicri qəməri.
[3] - Əllamə Hilli, rical kitabı, səh 22, Darul- zəxair, Qum, 1411 hicri qəməri.
[4] - Təbərsi, Fəzl ibni Həsən, ehticac, Mazandaranın tərcüməsi, cild 1, səh 254- 260, intişarati İslamiyyəh, Tehran, 1381 hicri şəmsi.
[5] - Əsqəlani, İbni Həcər, Əlisabə, cild 1, səh 181, Darul- kutubul- elmiyyəh, Beyrut, 1415 hicri qəməri.