Please Wait
7533
Həzrət İsa (əleyhis-salam)-ın adı Quranda (İsa kimi) 23 dəfə gəlmişdir. O cümlədən:
1. “Bəqərə” surəsi, 87, 136, 253-cü ayələrdə;
2. “Ali-İmran” surəsi, 45, 52, 55, 59 və 84-cü ayələrdə;
3. “Nisa” surəsi 157, 163, 171-ci ayələrdə;
4. “Maidə” surəsi, 78, 110, 112, 114, 116-cı ayələrdə;
5. “Ənam” surəsi, 85-ci ayədə;
6. “Məryəm” surəsi, 34-cü ayədə;
7. “Əhzab” surəsi, 7-ci ayə;
8. “Şura” surəsi, 13-cü ayədə;
9. “Zuxruf” surəsi, 63-cü ayədə;
10. “Səff” surəsi, 6 və 14-cü ayələrdə.
Həmçinin həzrət İsa (əleyhis-salam)-ın ləqəblərindən olan Məsih kəlməsi Quranda 11 yerdə gəlmişdir: “Ali-İmran” surəsi, ayə: 45, “Nisa” surəsi, ayə: 157, 171, 172, “Maidə” surəsi, ayə: 17, 72, 75, “Tövbə” surəsi, ayə: 30 və 31.
İki surədə də “İbni Məryəm” (Məryəmin oğlu) ünvanı ilə gəlmişdir: “Muminun” surəsi, ayə: 50, “Zuxruf” surəsi, ayə: 57
Demək lazımdır ki, ilahi peyğəmbərlərdən hər hansı birinin adının Quranda çox gəlməsi onun Allah yanındakı məqamının daha çox əhəmiyyətinə, az gəlməsi isə o peyğəmbərin Allah yanındakı məqamının az olmasına dəlalət etmir, əksinə ibrət dərslərini bəyan edir. Bu barədə əlavə məluma almaq üçün aşağıdakı görünüşlərə baxa bilərsiniz:
“Quranda bəzi peyğəmbərinin adının zikr olunmasının səbəbi”, sual 11212, (sayt az11071