Please Wait
7233
Şeyx Ənsari (rəh) qeybətin tərifində: Hədislərdən və Alimlərin qeybətin tərifi barəsində olan sözlərindən nəticə alırıq ki, qeybət ibarətdir: İnsanların arxasınca danışmaq, bir söz ki, qeybəti olunan şəxs o sözləri sevmir.[1] Qeybət (kəbirə) böyük günahlardan sayılır, ayə və rəvayətlərdə onun tərk edilməsinə təkid olunmuşdur.[2]
Məsumlardan bizə çatan rəvayətlərə əsasən, qeybətin həqiqəti odur ki, əgər bir kəs digərinin olmadığında bir sözlər desin ki, o şıxs o sözləri eşitdikdə narahat olsun. İstər onda olan nöqsanlar üçün olsun misal üçün bədənində və yaxud özündə, istərsə də dünya və dinində olsun, və yaxud da bir şey olsun ki, ona bağlı olsun.
Ama kimlərin qeybətinin olunması haramdır dedikdə: Aya bütün mömin müsəlmanlar ki, Allaha və qiyamət gününə iman gətirib müsəlman olmaqlarında payidardırlar, və ya...? Bir çox alimlər də bu barədə olan mətləblərdən istifadə edərək deyirlər: Başqalarının arxasınca qeybət etməyin haram olmasının əsası, o ehtirama görədir ki, insan dinin vasitəsiylə ona nail olur. buna görə də o şəxslər ki, mömin deyildirlər və özləri öz istəkləriylə iman gətirməmişdirlər, onların hörməti yoxdur və onların qeybəti olunması rəva görülmüşdür.[3]
Bunu da qeyd etmək lazımdır ki, qeybətdə bir neçə şərt etibarlı sayılır ki, onların yaranması zamanı qeybət hesab olunur; misal üçün:
1- Qeybəti olunan şəxs orada olmasın.
2- O söz eyb və nöqsan hesab olsun.
3- Bu eyb gizli eybi olsun.
4- O şıxs arxasınca söylənilən sözləri eşitdikdə narahat olsun.
5- O sözləri deyən bu məqsədlə desin ki, onun nöqsanlarını açıqlasın.[4]
Bu sualda, ikinci şərtin olmasını nəzərə alaraq, mümkündür iki halla qarşılaşaq:
[1] - Şeyx Ənsari, Məkasib Mühərrəmə, cild 1, səh 276.
[2] - Hücurat surəsi, ayə 12, Hüməzə surəsi, ayə 1
[3] - Xələci Məhəmməd Tğqi, Qeybət, səh 128.
[4] - Bax: Nəraqi, Məhəmməd Məhdi, Cameül- Səadət, cild 2, səh 293, şəhid Sani, Cameül məqasid, çap Alul beyt, cild 4, səh 27. Şeyx Ənsari Məkasib kitabında deyir: Qeybət barəsində (qeybət ünvanın şamil olması) bütün bəhsləri rəvayət və alimlərin sözlərində bu cür toplamaq olar;
A- Əgər söz bir şəxsin arxasınca deyilirsə və nöqsan sayılmırsa, qeybət deyildir, baxmayaraq ki, qeybəti olunan şəxs onu qeybət olaraq qəbul edir.
B- Əgər (qeybəti olunan şəxsin arxasınca bir söz deyilərsə) onun nəzərində (danışanın) şəri və camaatın nəzərində nöqsan, amma eşidən şəxs üçün məlum olmasa, o halda ki, qeybəti olunan başqalarınınyanında abır- həyası getməzsə, bundan əlavə qeybət edəndə bu fikirlə ki onun nöqsanlarını açıqlayır, bu cür söz danışmaq şübhəsiz ki, günah sayılır.
C- Əgər qeybət edən (işarə olunduğu kimi) qarşı tərəfin nöqsanlarını demək istəmir, bu halda da haram sayılmır; çünki əslində möminin eyblərini aşkar edir.
D- Əgər başqasının arxasınca bir söz deilirsə nöqsan olunduğunda onu eşidən üçün də məlum olarsa, baxmayaraq ki, qeybət edən onu nöqsan olaraq deməsə qeybət hesab olunmur; çünki qeybəti olunan şəxsin xoşuna gəlmədiyi sözlər deyilmişdir, amma əgər bu cür onu vəsf etsin ki, onu pisləsin və yaxud o qeybəti eşidən onun haqqında mənfi fikirlərə düşsün bu cür halda qeybət haramdır.
Hər halda Şeyx Ənsarinin nəzərində əgər nöqsan tutmaq məqsədi qeybət zamanı olmazsa yəni əgər qeybət edən qarşı tərəfin nöqsanlarını demək istəməsə belə qeybət sayılır. (Şeyx Ənsari, Məkasib mühərrəmə, cild 1, səh 276- 278)
Amma İmam Xumeyninin nəzərində, qeybət zamanı nöqsanlıq məqsədi yoxdursa və onun qeybətini edərkən onun nöqsanlarını açıqlamaq deyildirsə, qeybət sayılmır və qeybət mövzusundan kənardır. (İmam Xumeyni, Məkasib Mühərrəmə, cild 1, səh 402- 409 Cameül- fiqh SDsi).