Please Wait
6632
İbn Sina məntiqdə iki növ yenilik etmişdir:
1. Məntiq məsələlərində yenilik
2. Məntiqin yazılış quruluşunda yenilik
İkinci növ yenilik məntiqin yazılışında onun iki düşüncə tərzinə dəlalət edir. Birinci düşüncə məntiqin bəzi məsələlərinin ixtisar olunması ilə özünü göstərir. Misal olaraq o bir sıra məqalələri məntiq elmindən çıxartmışdır. İkinci düşüncə tərzi məntiqin əsas iki tərəfli olmasıdır. İbn Sina həqiqətdə Farabinin başladığı elmin təsəvvür və təsdiqlə iki yerə bölünməsi təfəkküründə ki, keçmiş təsəvvür və təsdiqdən keçərək yeni təsəvvür və təsdiqdə ilham almışdır və onu öz yeni məntiq yazısında əsas yer vermişdir.
İbn Sina tərəfindən məntiq elmində fəsillərin sıralamasının dəyişdirilməsinin səbəbini dərk etmək üçün bəzi nöqtələrə diqqət yetirmək lazımdır. İbn Sina məntiq elmində iki növ yenilik gətirmişdir:
1. Məntiq məsələlərində yenilik
2. Məntiqin yazılış quruluşunda yenilik
Onun ikinci növ yeniliyi iki düşüncə tərzi ilə əlaqədar məntiq elminin yazılış quruluşundadır. Birinci düşüncə bəzi məntiq mövzularının ixtisar edilməsində özünü göstərir. Misal üçün o bəzi məntiq məqalələrini məntiq elmindən çıxartmışdır. İkinci düşüncə onun məntiq elminin iki tərəfinə diqqəti ilə özünü göstərir. Həqiqətdə İbn Sina Farabinin ilkin işlərindən ilham alaraq məntiq elminin təsəvvür və təsdiq [1] hissələrində zehni əməllərə diqqət yetirərək özünün yeni məntiq elminin yazılışında yerləşdirdi:
“Elm sadə təsəvvür və ya təsdiqlə birlikdə təsəvvürdür. Cəhl də həmçinin təsəvvürdür ki, tərifdən başqa yolla tanınmır və ya təsdiqdir ki, yalnız təlim yolu ilə məlum olur. Elmdə alimlərin kəşfləri ya təsəvvürün əldə edilməsidir və ya təsdiqin əldə edilməsinin başa düşülməsidir. Buna görə məntiq alimlərinin üzərinə iki vəzifəsi düşür: Bir: İslam qanunlarının əsasının öyrənilməsi, “ tərif” və onun qeyd edilməsinin keyfiyyəti. İki: Höccətin əsasının öyrənilməsi “ sübut” və onun qeyd edilməsinin keyfiyyəti.[2] Yəni əsas surətdə iki tərəflilik məntiqin iki qanun və mövzusuna səbəb olur və bu məsələlərdir ki, Əbu Əli onu kəşf etdi və onun əsasında məntiqdə iki hissəni qeyd etdi və bugün əsas məsələlərdən hesab edilir. Müsəlman alimləri məntiq elmini Aristotelin əsərləri vasitəsilə və Yunan Şərhçilərinin dilindən əldə etmişlər. Aristotelin ölümündən sonra onun əsərləri tədriclə toplandı. Onun əsərlərinin toplanması onun ölümündən əsrlər sonra bizans zamanına təsadüf edir. Bu toplam əsərlərdə əvvəlcə altı elmi əsər (Qatifuryas- Barirminas (Müqəddimeyi mosuli təsdiqi, qəziyyə mövzuları) – Anulomliqa (qiyas) – Anulomliqa 2 (burhan) – Tubiqa (cədəl) – Sufsitiqa (Səfsətə)) toplanmışdır ki, “ Ərgənun” adlandırılmışdır. İki əsər (Ritoriqa (Xitabə) – Əbutiqa (şer) ixtilaflı olduğundan İskəndəriyyə filosofları tərəfindən Aristotel məntiq əsərləri qrupundan çıxardıldı. Ferferiyus Suri də həmçinin qısa yazısını İsağuci adı altında tənzim etmişdir və bunu Ərgənunun başlanğıc hissəsində yerləşdirmişdir. Bu əsərin mövzusu Burhan və cədəldən götrülmüşdür.
Bu tərtiblə Ərgənun və yaxud Aristotelin məntiq qanunları 9 hissəyə çatdı.
Müsəlmanların Aristotelin 9 hissəli məntiqi ilə tanışlığı: Bu tədricən baş vermişdir. III əsrdə yalnız İsağuci (giriş), Qatiğuryas (məqalələr), Barirminas (qəziyyə mövzuları) və Anulomliqa ( qiyas) Xristiyan müəllimlər tərəfindən məktəblərdə tədris edilirdi.Müsəlmanlar məktəb və tədris müəssisələrində idarəni əllərinə aldıqdan sonra məntiq mövzuları bütün 9 hissəyə şamil edildi. Farabi və onun şagirdləri Aristotelin 9 hissənin hamısı ilə tanış idilər. Buna görə 9 hissəli məntiq ilk metodlu məntiq idi ki, müsəlman alimləri arasında yayıldı. Farabinin ilkin kəşflərinə diqqət edərək Əbu Əli Sina (bu iki zehini təsdiq və təsəvvür hissəsi) məntiq fəsillərinin tərtibini dəyişdirdi. İşarələr və Tənbihlər onun yeni məntiqinin başlanğıcında yerləşir. O öz təcrübəsini Danişnameye əlaime şru, ərcuze və məntiqil məşriqeynlə davam etdirmişdir.
Əbu Əlinin kəşf etdiyi bu nöqtə alimlər tərəfindən çoxlu mübahisə və bəhslərə səbəb olmuşdur. Bugün bu vacib məsələlərdən hesab edilir. Məntiqin tərifinə müstəqillik vermək və onun dəlil məntiqindən öncülük verilməsi Əbu ƏIinin məntiq sünnətinin qurluşunda etdiyi səylərin nəticəsidir. Doqquz hissəli məntiqə aid məsələlər dağınıq şəkildə burhan və cədəl mövzularında bəhs olunurdu. Burhan bir həddə həqiqətdən bəhs edir və cədəl hədd və qanunu şöhrət və xələl halına uyğun onda təhlil edir. Beş sənaatda ixtisar, burhan, muğalitə əksin müxtlif mövzularının digər qəziiyyə mövzularının bəzi hissələrinə ötürülməsi və onu məsələn qanunda tənaquz və qəziyyələrin münasibətləri İbn Sinanın yeni quruluşlarından hesab edilir. Aristotel məntiqində İbn Sinanın ilk işini yalnız mövzuların yerdəyişməsi və artırılması ilə məhdudlaşdırmayaq. İbn Sinanın məntiq elminə gətirdikləri məntiq məsələlərini və əsaslarını məhsuldar etmişdir. İbn Sina islam tarixində təsir edən mütəfəkkirlərdəndir.
İki hissəli Məntiq tədricən öz kamil şəklini aldı. Aşağıdakı hallarda doqquz hissəli məntiqdən fərqlidir:
1. İki hədəf və məxsusluq əsaslı məntiq dəlil və tərif olmaqla iki əsas hissədən ibarətdir. Digər bəhslər ya bu iki bəhsin girişi və ya məntiqə əlavədir.
2. Dəlalət bəhsi 9 hissəli məntiqdə yalnız Barirminas kitabının ( Qəziyyələr bəhsi) başlanğıcında bəhs edilir. Amma iki hissəli məntiqdə məntiq elminin əsas hissəsi kimi elmin başlanğıcında öyrənilir.
3. Dördlü nisbətlər bəhsi ümumi məfhumlar içərisində bu məntiqdə davamlı və müstəqil şəkildə tərh olunmuşdur. İsğucidə olduğu kimi məfhumlar məntiqinin girişində yer alır. Dördlü nisbətlər də həmçinin təsdiqlər məntiqinin başlanğıcında öyrənilir.
4. Məntiqin müxtəlif bəhslərindən olan əks bəhsi müstəqil şəkildə toplanmış və həm də tənaquz bəhsində izah edilir. Bu bəhs ilk öncə qəziyyələrin münasibətləri və qanunları kimi tərh edilmiş daha sonra istintaci qanunlar ( birbaşa dəlil gətirmə (Mübaşir istidlal)) kimi qeyd edilmişdir.
5. 9 hissəli məntiqin axırıncı 5 hissəsində suri məntiq deyillər. Elə bu səbəbdən bu hissənin cəm bəhslərini məntiqə əlavə etdi. İki hissəli məntiqçilərin əksəriyyəti Əbu Əlinin göstərişləri ilə yalnız burhan və muğalitə ilə kifayətləndilər və bəziləri bütün sənaatları ixtisar etdilər.
6. İki hissəli məntiq yeni məsələlərin tərh edilməsi baxımından 9 hissəli məntiqlə müqaisədə daha çox genişdir. Təbiyye qəziyyələr, üçlü qəziyyələr, məhmul salibə qəziyyələri, qəziyyənin məna quruluşunun təhlili, cüzi salibə nin əks olması və iqtiraninin dördüncü şəklinin etibarlılıqı və bu bəhslər iki hissəli məntiqçilər tərəfindən diqqət mərkəzində olmuşdur.[3]