Please Wait
5884
Əvvəla: İran İslam respublikasının başqa İslam ölkələrinə etdiyi kömək maddi kömək deyil, mənəvi köməkdir.
İkincisi: Əgər digər İslam ölkələrinə maddi köməklər olunsa da, belə işlərin maddi və mənəvi cəhətdən çoxlu müsbət nəticələri vardır. O cümlədən:
a) Maddi təsirləri:
Bu kimi işlər ölkə iqtisadiyyatının rövnəqlənməsinə, çiçəklənməsinə səbəb olacaqdır. Çünki iqtisadi inkişafın və ölkələrin qarşılıqlı ticarət əlaqələrinin bərqərar olunmasının ən mühüm amillərindən biri beynəlxalq səviyyədə siyasi etibara malik olmaqdır. Beynəlxalq səviyyədə siyasi etibara malik olmaq da dünya ölkələri arasında arxaya, köməkçiyə və himayəçiyə malik olmağa, bu ölkələrin qarşılıqlı həmkarlığına və himayəsinə bağlıdır. Belə ki, bütün dünya ölkələri öz hakimiyyətlərini möhkəmləndirmək üçün dünya səviyyəsində və müxtəlif məntəqələrdə öz dostlarına maddi və mənəvi köməklər edir, özləri üçün müdafiə səngərləri yaradırlar.
b) Mənəvi təsirlər:
Bu kimi işlər Allah-taalanın razılığını qazanmaqdan, şəri vəzifəni əncam verməkdən,[1] insani vəzifəni yerinə yetirməkdən əlavə, ədalətin yayılmasına, zülmün aradan qalxmasına, islami və inqilabı məramların yayılmasına səbəb olacaqdır.
v) Bu barədə mühüm bir məsələ bundan ibarətdir ki, İslam quruluşu istismarçı dövlətlər tərəfindən tənzim olunmuş coğrafi sərhədlərin varlığına və müsəlmanlar arasında təfriqə və ayrılığa inanmır. İslam dini inanır ki, dünyanın hansı məntəqəsində olmasından asılı olmayaraq müsəlman cəmiyyəti vahid bir ümmətdirlər, buna görə də “vahid ümmət” təbiri ilə qeyd olunmuşdur:
إِنَّ هذِهِ أُمَّتُکُمْ أُمَّةً واحِدَةً وَ أَنَا رَبُّکُمْ فَاعْبُدُون
“Həqiqətən bu, sizin vahid olan ümmətinizdir, Mən də sizin Rəbbinizəm, belə isə yalnız Mənə ibadət edin!”[2]
Əvvəldə vahid bir ölkə olan İslam ölkələri (İslam fiqhində) “darul-İslam” (İslam diyarı) təbiri ilə qeyd edilir, bu da “darul-küfr”ün (küfr diyarı) müqabilidir.[3] Çünki, İslam ölkələrinin sərvətləri müsəlmanların vəliyyi-əmrinin ixtiyarındadır və o, hər yerdə İslam ümmətini məsləhətini görsə orada xərcləyir. Əlbəttə, əgər İslam respublikasının qorunub saxlanması bu əmlakın yalnız İranda sərf olunmasına bağlı olsa, belə hallarda müsəlmanların vəliyyi-əmri daha mühüm olan işləri nisbətən mühüm olan işlərdən qabağa keçirərək İranda xərcləyə bilər. Çünki İran İslam respublikası hal-hazırda müsəlman dövlətləri üçün mehvər və mərkəz rolunu ifa edir.[4]
Bu müddəanın şahidi budur ki, müşahidə etdiyimiz kimi, müxtəlif İslam ölkələrində yaşayan şiələr şəri vücuhatlarını (xüms-zəkat) Qumdakı mərcəyi-təqlidlər üçün göndərilər. Mərcəyi-təqlidlər bu əmlakı xeyriyyə işlərində, xüsusilə İslam elmlərinin nəşrinə, İranda və sair ölkələrdə elmiyyə hövzələrinin, elm mərkəzlərinin təsis olunmasına xərcləyirlər.
[1] “Üsuli kafi”, “iman və küfr” kitabı, “möminin möminə olan haqqı” babı, 1-3-cü cildlər. Əlavə məlumat üçün bax: “Meracus-səadət”, səh. 385
[2] “Ənbiya” surəsi, ayə: 92
[3] Hadəvi Tehrani, Məhdi, “Vilayət və diyanət”
[4] İraqla məcburi müharibə zamanında İmam Xümeynidən (r) İranı, yoxsa Livanı müdafiə etməyin hansının irəli olması barəsində soruşduqda o cənab buyurmuşdu: “Daha mühüm olan şey İranın müdafiəsidir; çünki İran İslam ölkələrinin mehvər və mərkəzi ünvanı ilə tanınır.”