Please Wait
Baxanların
4994
4994
İnternetə qoyma tarixi:
2013/11/17
Sualın xülasəsi
Rükunun müstəhəb və məkruhlarının adlarını çəkin?
Sual
Namazın rükusunda hansı əməllər müstəhəb və məkruhdurlar?
Qısa cavab
A: Namaz qılan şəxsə rüku halında aşağıdakı əməllər müstəbdir:
- Rükuya əyilən halda “Allahu Əkbər” demək.
- Rüku halında dizlərini arxaya aparsın və önə gətirməsin.
- Öz arxasını düz saxlasın. Elə şəkildə olsun ki, əgər bir damla su tökülərsə, öz yerində qalsın. (axmasın)
- Boynunu arxası ilə paralel saxlasın.
- Öz iki ayağının arasında olan yerə baxsın.
- İki əlini iki böyründən fasiləli saxlasın.
- İki əlinin içini iki dizinin üstünə qoysun.
- Əl barmaqlarını bir- birinə yapışdırmasın.
- Sağ əlini sol əlindən öncə dizinə qoysun.
- Qadınlar hər iki əlinin içini, dizlərindən yuxarıya qoysunlar.
- «سُبْحٰانَ رَبِّىَ الْعَظٖیمِ وَبِحَمْدِهٖ» Zikrinin təkrarı üç dəfədir. Daha yaxşı beş dəfədir. Ondan da yaxşı yeddi dəfədir.
- «سُبْحٰانَ رَبِّىَ الْعَظٖیمِ وَبِحَمْدِهٖ» Zikrindən öncə yaxşıdır bu duanı oxusun:
«اللّٰهُمَّ لَكَ رَكَعْتُ وَلَكَ اسْلَمْتُ وَبِكَ امَنْتُ وَعَلَیكَ تَوَكَّلْتُ وَانْتَ رَبٖی، خَشَعَ لَكَ سَمْعٖىْ وَبَصَرٖىْ وَشَعْرٖی وَبَشَرِی وَلَحْمٖی وَدَمٖی وَمُخٖی وَعَصَبٖی وَعِظٰامٖی وَمٰا اقَلَّتْهُ قَدَمٰای غَیرَ مُسْتَنْكِفٍ وَلٰا مُسْتَكْبِرٍ وَلٰا مُسْتَحْسِرٍ».
Həmçinin müstəhəbdir zikrdən öncə və ya zikrdən sonar Salavat desin.
Həmçinin müstəhəbdir zikrdən öncə və ya zikrdən sonar Salavat desin.
- Camaat namazında Əgər imam olarsa, rüku zikrini ucadan və əgər məmundursa, astadan deməlidir. İqtida edən elə şəkildə deməliodir ki, səsi imama çatmasın.
- Fürada (tək) namazda, səsin uca və asta olması, həmd və surənin oxunuşuna uyğun və münasib olmalıdır
- Rükudan baş qaldıranda desin:
«سَمِعَ اللّٰهُ لِمَنْ حَمِدَهْ الْحَمْدُللّٰهِ رَبِّ الْعٰالَمٖینَ اهْلَ الْكِبْرِیٰآءِ وَالْعَظَمَةِ وَالْجُودِ وَالْجَبَرُوْتِ».
B: Namaz qılan şəxsə rüku halında aşağıdakı əməllər müstəbdir:
B: Namaz qılan şəxsə rüku halında aşağıdakı əməllər müstəbdir:
- Rüku halında əlləri iki böyrünə yapışdırmaq.
- Başı aşağı salmaq, elə şəkilə salmaq ki, baş və boyun arxa və bel ilə parallel qalmasın.
- (Rükunu uzatmaqlıqla məmumların (iqtida edənlərin) halına riayət etməmək), İmam Camaat rüku zikrini üç dəfədən çox deyərsə.
- Rüku halında, əlləri iki dizinin ortasına sallamaq və yaxud qoymaq.
- Rüku halında bəlkə bütün namaz hallarında əlləri bütün paltarların altına qoymaq.[1]
[1] - Baxın: Amoli, Bəhauddin, Muhəmməd bin Hüseyn və Savəci, Nəzzam bin Hüseyn, Camiul- abbas və onun təkmilləşmiş forması, səh 143, İslam təbliğatı ofisinin nəşriyyatı, Qum, ilk çap, 1429 Hicri qəməri tarixi ilə; İmam Xumeyni, Seyid ruhullah, Tövzihul məsail, cild 1, səh 568, İslam nəşriyyatı ofisi, Qum, səkkizinci çap, 1424, hicri qəməri tarixi ilə.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız