Sualın xülasəsi
Bu doğrdur ki, insanın dörd ruhu var?
Sual
Bir kitabda oxumuşam ki, insanın dörd ruhu var. Bu doğrudurmu? Təşəkkür.
Qısa cavab
Ruh kəlməsinin irfan, fəlsəfə və əxlaq mövzusunda müxtəlif mənalarda istifadəsi var; irfan baxımından ariflər bu etiqaddadırlar ki, insan dörd məqamdan yəni, ruh, qəlb, xəyal və təbiət məqamlarından bəhrələnir. Əxlaq baxımından əxlaq alimləri bu nəzərdədirlər ki, insan müxtəlif qüvvələrdən təşkil olunmuş məcundur. Onların arasında dörd əsas qüvvə yəni, əql, şəhvət, qəzəb və vəhm digər qüvvələrə qalibdir və onları öz qüdrətində saxlayır və onlara əmr edir. Aydındır ki, ruhun hər bir qüvvəyə aid olmasında heç bir irad yoxdur. Ruhun bu şəkildə bütün qüvvələrə aid olması əslində, insanın həqiqətinin mərtəbələrinin göstəricisidir. Onu da bilirik ik, insanın həqiqətini ruh təşkil edir.
Fəlsəfi cəhətdən ruh bəzən nəfs mənasında, bəzən də nəfsin mərtəbələrindən birinə aid olur. Hikmət sahibləri bu etiqaddadırlar ki, insan üç ruhdan və ya nətabi, heyvani və insanı nəfsdən təşkil tapmışdır. Əgər buxari ruhunu da ona əlavə etsək, olacaq dörd ruh. Əlbəttə, qeyd etmək lazımdır ki, mütəali hikmət məktəbinə görə ruhun mənalırının çoxluğu onun vücudunun çoxluğuna dəlalət etmir. Bəlkə, insanın varlığının genişliyinə dəlalət edir. Başqa sözlə desək, bu nəzəriyyəyə əsasən, insanın ruhlarının və nəfsi qüvvələrinin çoxluğuna baxmayaraq, insanın vahid bir ruh birliyinə etiqad etmək olar. Necə ki, nəfsin həqiqi vəhtədinə etiqad etmək ruhların və müxtəlif insani qüvvələrin batil və inkar olunmasına səbəb olmur.

Ətreaflı cavab
Bu sualın cavabına ələ gətirməkdən ötrü bir neçə məsələyə diqqət etmək lazımdır;
Birinci məsələ: Ruh kəlməsinin fəlsəfə və irfan kitablarında müxtəlif mənalarda işlənib.[1] Onların bəzi mənaları bunlardır:
1.Natiq nəfs;
2.Heyvani can;
3.Sırf əql; ona görə də ilk əqdə Ruhul-qüds deyilir.
4.İnsanın cəm olan günü məqamına, qəlb məqamından (insanın ayrılığ günü məqamından) üstün bir məqamdır.
5.Əqlin bəsit mərtəbəsi yəni, əqli fəsillərinin yaradıcısı, onun müqabilində isə əqli təfsil (qəlbi dərk etdikləri) dayanır;[2]
6.Gözdən xaricdə olan şüa. Riyaziyyatçıların nəzərinə əsasən, bəsirətlərdə belə müşahidə olunur.
7. Lətif cism və ya buxar ruhu;[3]
İkinci məsələ: İnsanın dörd ruha malik olması bəzən fəlsəfədə, bəzən irfanda və bəzən də əxlaqda araşdırılır.
Fəlsəfi nəzəriyyə: Fəlsəfi cəhətdən, ruh bəzən nəfs mənasında, bəzən də nəfsin mərtəbələrindən birinə aid olur. Hikmət sahibləri bu etiqaddadırlar ki, insan üç ruhdan və ya nətabi, heyvani və insanı nəfsdən təşkil tapmışdır. Əgər buxari ruhunu da ona əlavə etsək, olacaq dörd ruh. Bu ruhların və ya nəfslərin qısa izahını belə vermək olar.
A) nəbati ruh və nəfs; Hikmət sahibləri insanın nəbati nəfsini onun təbiətinə uyğun olaraq ilk qida, inkişaf və nəsl artımı istedadı kimi təfsir edirlər.[4] Onlar nəbati nəfsin ən sadə nişanələrindən biri insanın qidalanmasıdır.[5]
B) Heyvani ruh ya nəfs; heyvani nəfsi insanın cismi cəhətən tam olaraq, hiss və hərəkət malik olması kimi tərif edirlər.[6] Əlbəttə, tərifdə heyvani mərtəbədən məqsəd nəfsi heyvani məqamdır. Ona görə ki, nəbati nəfs heyvani nəbəti nəfsin öüzündən mərtəbə cəhətdən üstündür. Varlığın mərtəbə qanununa görə kamal mərtəbəsində hər nə qədər üstün məqam tutsa digər aşağı məqamları öz təsiri altına alır. Buna əsasən, aşağı mərtəbəli qüvvələr həmişə özündən yuxarı qüvvəni üstələyə bilməz. Beləliklə, nəbati nəfsin kamal mərtəbəli heyvani nəfsin də daxilində mövcuddur.[7] Hikmət mütaliyyə məktəbinə əsasən, nəbati nəfs heyvani nəfsin şənindən biri sayılır.
Beləliklə, heyvani nəfsin kamil tərifi belədir: təbii cismin əsas ünsürləri ilə tam şəkildə qidalanması, inkişafı, nəsl artımı, ehsasları, şüurlu hərəkti və hissinə deyilir.
Hər halda, Hiss və şurulu hərəkət, heyvani nəfsin iki ən əsas əlamətlərindən və nişanələrindən biridir. Bu tərifdə hiss, (əqdən əlavə) mütləq "idrak" mənasındadır.
C.İnsani ruh ya nəfs; Hikmət əhli təbii cismin əsas ünsürür ki, küllü mövzuları dərk edir və ümumi nəzəriyyələri araşdırıb çıxarır.[8]
Heyvani nəfsin tərifindəki qeyd etdiyimiz məsələni İbn Sina da öz tərifində qeyd etmişdir.[9] Bu tərif insanın nəfsinin xüsusi məqam və mərtəbəsini nəzərə alaraq deyilmişdir. Yoxsa, insani nəfsin tərifində əsl nəfsin bütün qeyd və mərtəbələri və şəraiti gətirilmiş olsun. Belə deyək ki, insanın nəfsi təbii cismin əsas ünsürü olan halda, qidalanmaq, inkişaf, yetişmək, nəsil artırmaq, həssas olmaq, şüurlu hərəkət, küliyyatı dərk etmək və ümumi nəzəriyyələri araşdırıb ələ gətirmək istedadına malikdir.
Hər halda, külli mənalar haqqında sırf təsəvvür etmək. Anlaşılmazları məlumatlar vasitəsi ilə həll etmək insana məxsus sifətdir.[10]
İnsani nəfsin xüsusiyyətlərinin izah və araşdırılması;
İbni Sina öz kitabında insani nəfsin xüsusiyyətləri, hərəkətləri və nişanələri haqqında açıqlamalar verir. Qısa da olsa, onlara aşağıda işarə edirik:
1.Söz danışmaq qüdrəti; 2.ən qəribə sənət və elmi mövzuların ixtirası; 3. "gülüş" və "ağlamaq" hallarının olması; 4.xəcalət halının olması; 5.ümid və ya qorxu halının olması; 6.yaxşılıq və pislik halının dərk etməsi qüdrəti; 7. Gələcəyə baxışı;[11]
Qeyd etdiymiz kimi hikmət sahibləri insanda nəbati ruh, heyvani ruh və insani ruhdan əlavə, insanda başqa bir ruh, yəni buxari ruhun da olmasına mötəqiddirlər. Əslində, buxari ruh, insanın heyvani ruhu ilə insanı ruhunun arasında qərar tutur. Hikmət əhli insanda buxari ruhun tərifi haqqında belə yazırlar: "İnsanın buxari ruhu, nazik cismli, çox sürətli, isti, ünsürlərdən ibarət, qatışıq qandan təşkil olunmuş, hiss, hərəkət və sair qüvvələrə malikdir. Onlardan təşkil olunduğuna görə onların cinsndəndir. Başqa sözlə desək, bu ruhu insanın qatışıq məzacından, qanından və ruhunun ünsürlərindən təşkil olunmuş buxarı və ya tüstü şəkilində olan qan da adalandıra bilərsiniz. Amma, burda nəzərdə tutulmuş qatı ruh, üstün şəkildə qərar tutan tüstü demək olar. Bu məna, Quranda gələn - sonra səmaya tərəf üz tutudu və o tüstü idi - ayəsnin mənasını verir.[12]
Başqa sözlə desək, Buxari ruh insanda lətif bir cismdir ki, bədəndə olan əsas dörd ünsürün qatışığından təşkil olunub. Necə ki, insanın əzaları bir neçə bulaşıq ünsürün birləşməsindən əmələ gəlib. Bu ruhu insanda heyvani ruh da adlandırırlar çünki, qüvvələr də həml edir. Bu üç qüvvə, heyvanı, nəfsani və təbii nəfs də adlanır və buxari ruhunun bu üç ruha əhatəsi vardır. Onların cəminə buxari ruhları deyilir.
Şərh kitablarında insanın əzaları başçı və qeyri-başçı üzvlərə bölünür. İnsanın baş üzvləri elə əsas və klk üzvlərdir ki, şəxsin həyatda olmasına və insan növünün qalmasına əsəs səbəbdir. İnsanın dünyada maddi həyatının davat etməsi üçün üç qüvvəyə, heyvani qüvvənin əsası olan qəlbə, hiss və hərəkət qüvvəsinin kökü sayılan burun, nəhayət qidalanma qüvvəsinin kökü və əsası sayılan qara ciyərə ehtiyacı vardır. Bundan əlavə, dördüncü növ əsas üzvə də ehtiyac var ki, onu da bu üç üzvə bir yerdə hesab edirik. O da insan nəslinin və növünün davamlı olmasına xidmət edir. O insanın xayalarıdır.[13]
Üçüncü məsələ: İrafan nəzəri; Ariflər bu etiqaddadırlar ki, insan dörd məqamdan yəni, ruh, qəlb, xəyal və təbiətdən ibarətdir. Bu mənada ki, ariflar insanın natiq nəfsində, hərəkət və aramlığın mənşəyi olduğuna görə təbiət, cüzi şeylərin dərk etmək qabiliyyətinə görə nəfs, küllü və umumi mənaları dərk etdiyinə görə qəlb, ümumilikdə ən geniş və bəsit şəkildə mənları ayırı-ayrılıqda dərk etdiyinə görə isə ruh adlanır.[14]
Dördüncü məsələ: Əxlaqi nəzərdən; Əxlaq alimləri də mötəqiddirlər ki, insan müxtəlif qüvvələrdən ibarət olan bir məcundur. O qüvvələr içindən dörd qüvvə yəni, əql, şəhvət, qəzəb və vəhm qüvvələri digər qüvvələrə üstün və onları öz təsirləri altından saxlayır.[15]
Sədril Mütəllihin insanın bir-birinə zid sifətləri və onların meydana gəlməsi haqqında yazır: İnsanın batini bir-birinə zidd olan qüvvələrin məcunundan ibarətdir. Bəzi qüvvələr dördayaqlı sifətləri, bəziləri yırtıcılar sifətinə, bəziləri şeytani sifətlərə və bəziləri isə mələklər sifətinə tərəf çəkir. Dördayaqlılardan şəhvət, qarınqulluq, hirs və fəsad; yırtıcıların sifətindən paxıllıq, qəzəb və kinyə; şeytani sifətlərdən, hiyləgərlik, təkəbbür, yalan, dostluq məqamı, iftixar və üsütnlük tələbi; mələklərin sifətindən elm və paklıq; insanın bütün əxlaqi və ruhi sifətlərinin kökləri bu dörd xəmirlə insanının batinində yoğrulmuşdur. Şəriyət və əqlin nurundan başqa bir yolla o üç zülmətdən (dördayaqlı, yırtcılar və şeytanlar sifətlərindən) can qurtarmaq qeyri-mümkündür.[16]
Aydındır ki, ruhun hər bir qüvvələ aid olmasında heç bir irad yoxdur. Ruhun bu şəkildə bütün qüvvələrə aid olması əslində, insanın həqiqətinin mərtəbələrinin göstəricisidir. Onu da bilirik ik, insanın həqiqətini ruh təşkil edir.
Beşinci məsələ: Əlbəttə, qeyd etmək lazımdır ki, mütəali hikmət məktəbinə görə ruhun mənalırının çoxluğu onun vücudunun çoxğluğuna dəlalət etmir. Bəlkə, insanın varlığının genişliyinə dəlalət edir. Başqa sözlə desək, bu nəzəriyyəyə əsasən, insanın ruhlarının və nəfsi qüvvələrinin çoxluğuna baxmayaraq, insanın vahid bir ruh birliyinə etiqad etmək olar. Necə ki, nəfsin həqiqi vəhtədinə etiqad etmək ruhların və müxtəlif insani qüvvələrin batil və inkar olunmasına səbəb olmur.[17]
Başqa sözlə desək, nəzər irfanda deyilir ki, Allah-Taalanın zat pakında mütləq aidlik məqamı var ki bütün camal va calal sifətlərinə aid olur. Amma zaat məqamında heç bir ayırlıq və ziddlər şəkilində qərar tutmur. İnsani nəfs haqqında də demək lazımdır ki, insani nəfs nə qədər ki, zat ımərtəbəsində qərar tutub (yəni, ruhlara və qüvvələlərə bölünməyib) bütün qüvvə və qüdrətini icmal və büsit şəkildə, heç bir çoxluğa aid olmadan həmin birlik və təklik mərtəbəsində qərar tutur.
Bildiymiz kimi bu məqamda olan çoxluq sifətləri Haqqın təcəlli və təzahür edən məqamlarıdır. Nəfsi qüvvələr də insani nəfsin təcəlli etməsidir. Başqa sözlə desək təcəlli bəzən zatın mütləq halətindən xaric olub, qeyd və misallar halına gəlməsidir. Hər zaman mütləq, öz mütləqlik məqamından xaric olub qeyd və misallar aləminə düşərsə, əslində öz zaatında mütləqlik məqamını da qoruyur. Belə deiyl ki, mütləq və qeyd hər ikisi bir birinin müqabilində qərar tutsunlar və onların arasında tam yarılıq misalı təsəvvür olunsun. Ruhlar və qüvvələr də nəfsin təcəllisidirlər. Hər zaman ayırlır və qeydə düşürlər, bir-birindən ayrılırlar. Amma, nəfsin özündən heç də ayrı deyillər. Əslində həmin nəfsdir ki, başqa şəklə düşübdür. İnsani ruhun məqamında elmlər və külli həqiqətlər heç bir üstünlük olmadan vardır. Qəlb mərhələsində xüsusi ünvanla və cüzi (amma bəsit şəklində), xəyal məqamında surət və təsfir şəkilində; hiss məqamında isə məhsus (yazılmış və ya eşidilmiş) halında mövcuddur.[18]

[1] Sərhul-uyun; səh.266
[2] Zahirdə belə nəzərə gəlir ki, dördüncü və beşinci birdir.
[3] Min bir nöqtə, səh.81-83;
[4] Şeyxur-Rəisin nəzərinə görə insanın nəsl artımı onun nəbati nəfsinin təsirindəndir. Çünki, nəbati nəfsin təsir və həkətləri haqqında deyilir: İnsani nəfsi qüvvə ilk öncəüç qismə bölünür: əvvəl nəbati nəfs; O, insanın təbii cismi üçün olan bütün kamal xüsusiyyatı, nəsil artımı, yatmaq, yemək və sair.; Əş-Şifaut-Təbiyyatı; c.2; səh.32; Ayətullah Nəcəfi Mərəşi nin kitabxanasının nəşriyyatı; amma Həkim Səbzvari insanın nəsl artımını nəbati nəfsin əsərlərindən hesab etmir.Çünki, nəbati nəfsin tərifində deyilir: insanın təbii cismi üçün qidalanmaq və nəsl artırmaqdan cəhətdən kamal sifətidir. Əsrarul-hikəm, səh.264;
[5] Şeyxir-Rəis yazır: "lakin nəbattat ilk öncə canlıdır sonra nəsl artımı var. Həmçinin, insanın nəfsi qidalanır tainki qocalana qədər və əcəli çatır." Şarh İşarat,c.2; səh.409, 410
[6] heyvani nəfsi insanın cismi cəhətdən tam olaraq, hiss və hərəkət malik olması kimi tərif edirlər; Həkim Səbzvari, Əsrarul-hikəm,səh.264
[7]]Şeyx öznün Şifa kitabında insanın nəfsi qüvvələnrini nəbati və heyvani qismə ayırıb hər birinin tərifində "tam olaraq, təbii cismin təbi ehtiyaclarının" olmasının vurğulayaraq, yenə yazır: "Əgər nəfsin ikinci məqamda tərifini vermək istəsək, daha yaxşı olardı ki, birinci tərifdə qeyd etdiyimiz şərti onda da əsas qərar verərdik. Çünki, ilk tərifdə verdiymiz kamal həddi nəfsin bütün mərtəbələrində özünü göstərir." (Ən-Nəfs- Şiafa kitabından, səh.55)
[8] Əsas təbbi ünsündən olan cismin ilk tam xüsusiyyətləri, külüyyatın dərk olunması, və nəzəriyyələrin ələ gətirilməsi, Həkim Səbzivari, Əsrarul-hikəm, səh.264
[9] İbn Sina, Ən-Nəfs min kitabi Şifa; səh.55; Ayətullah Həsənzadə Amilinin düzəlişi ilə;
[10] Əlbəttə, Sədril Mütəllihin Əsfar Kitabında bu xüsusiyətləri qeyd etdikdən sonra yazır: İnsananəfsi haqqında, bu küllüdən də qısa və ümumi budur ki, insani nəfslərin yüksək məqamda ilahi aləmə vəsl olması, orda yanması, fani olması, zatını əldən verməsi və ilahi əbədiliklə əbədiyyətə çatması xüsusiyyətləri də vardır. Bu zaman, Həqq o insanın qulağı, gözü, əli və qüdrəti olacaq. Bu cəhətdən deyirlər ki " Allahın sifəti ilə əxlaqlanın" (Əsfar, c.9; səh.81)
[11] Əsfar, c.9; səh.93
[12] Fussilət 11
[13] Mərifət nəfs dərsləri, 29-cu dərs; üçüncü dəftər,səh.441-443, bəzi nəzərləri kəsmişik
[14] 2332 (sayt: 4301) sualın cavabından köçürülüb;
[15] Nəraqi, Molla Əhməd, Meracus-Səadət, səh.21; intişarat Raşidi, Tehran, 1362 günəş ili
[16] Əsfar, c.9; səh.93
[17] Әл-Әсфару-әрәбә, ҹ.9; сәһ.63, 64
[18] Şərh fususul-hikəm, Ustad əllamə Həsənzadə Amilinin təhqiqi ilə, c.1; səh.531; Ustad Əllamə Həsənzadə Amili yazır: İnsan üçün dörd məqam var: onlardan insanı ruhu məqamı, qəlbi məqamı, xəyal məqamı və təbiət məqamıdır. İnsanın hər bir məqamının xüsusi əhkamı vardır. Amma, bütün bu məqamlarla birgə insanın şəxsiyyətinin vəhdəti var. Bütün bu məqamlara baxmayaraq insanın şəxsiyyəti bölünmür və çoxalmır. Ruhdan məqsəd, insanın cəm məqamıdır və ondan cəm günü kimi də ad aparılır. Necə ki, qəlb məqamına da fəsl, ayırılıq məqamı deyirlər və ondan ayrılıq günü kimi də ad aparılır. Başqa sözlə desək, həqiqətən insanın ruhi mərtəbəsi əslində onun şəxsiyyətinin vəhdətinin kölgəsində qərar tutur. Qəlbi mərtəbə isə insanın yeganə ilahi və mənəvi mərtəbəsinin kölgəsində qərar tutur; Şərh uyun şərh eyn 45; səh.565 və 566;