Please Wait
9707
- bölüşdürülməsi
Sualdakı məsələ barəsində təqlid mərcələrinin fətvaları var ki, onlara işarə etmək yaxşı olar:
Sual 1260: İqtisadi problemlər üzündən uşaq saldırmaq olarmı?
Cavab: İqtisadi problemlərin yaranması üzündən uşaq saldırmaq düzgün deyil. (Cayiz deyil)
Sual 1261: Hamiləliyin ilk aylarında, həkim müayinə etdikdən sonra, qadına deyilibdir ki, hamilələyin davam etməsinin onun üçün ölüm təklükəsi ola bilər və əgər hamiləliyi davam etdirsə, övladı nöqsanlı doğulacaq. Ona görə də, həkim uşağın saldırılmasını ona deyibdir. Bu iş düzgündürmü? Uşağı ona ruh daxil olmazdan qabaq, saldırmaq düzgündürmü?
Cavab: Uşağın nöqsanlı olması, onun hətta ruhun ona daxil olmasından qabaq da salınmasına şərii icazə vermir. Amma əgər ananın həyatının təhlükəyə düşməsi hamiləliyin davam etməsi ilə, inanılmış və mütəxəssis həkimin nəzərinə əsasən olsa, ruh daxil olmamışdan qabaq uşağı salmağın iradı yoxdur.
Sual 1262: Mütəxəssis həkimlər yeni üslublar və aparatlardan istifadə etməklə, hamiləlik dövründə rüşeymin nöqsanlarını müəyyənləşdirə bilirlər. Nöqsanlı insanların doğulduqdan sonra həyatlarında qarşılaşdıqları problemləri nəzərə alaraq, inanılmış və mütəxəssis həkimin nöqsanlı olduğunu müəyyən etdiyi uşağı saldırmaq olarmı?
Cavab: Uşağın nöqsanlı olması və ya həyatında qarşılaşdığı problemlərin olması ilə, uşağı hər hansı ayında olmasından asılı olmayaraq saldırmaq, olmaz.[1]
Məsələ 2453: Əgər bir qadın zina yolu ilə hamilə olsa, uşağını saldırması düzgün deyil.
(Xoyi), (Əraki), (Gülpayqani), (Safi): Əgər bir qadın zinadan hamilə olsa və qadının özü ya onunla zina edən kişi, ya onların hər ikisi müsəlman olsalar, qadın uşağını saldıra bilməz.
(Məkarim): Qeyri- şərii hamilə olan qadın, uşağını saldıra bilməz və onun uşağı sayılır, yalnız ondan irs aparmaz.
(Sistani): Uşağı saldırmaq olmaz, hətta əgər zinadan olsa da. Amma əgər onun qalması qadına dözülməz zərəri olsa ya çox çətinliyi olsa, belə olduqda uşağa ruh daxil olmasından qabaq onu saldırmaq olar, amma diyəsi var. Amma uşağa ruh daxil olduqdan sonra, uşağı salmaq heç bir halda olmaz.[2]
Həzrət Ayətullah Məhdi Hadəvi Tehrani- (damət bərəkatuh) nin bu barədə nəzəri:
Hər vaxt uşağın qalması ağlın mühüm saydığı zərərə ya çox çətinlik və problemə səbəb olsa, ruh daxil olmazdan qabaq uşağı salmaq olar. Amma əgər zərərə və çətinliyə yəqinliyi olmasa və zərər ehtimalı ağılın mühüm saydığı zərər sayılmasa, bu işi görmək haramdır.
Ehtiyata əməl etmək üçün, bu işin səlahiyyətli məhkəmə orqanlarında və bu işin mütəxəssisləri tərəfindən təsdiqlyəndən sonra baş tutması vacibdir.[3]
Bu haqda daha çox məlumat əldə etmək üçün:
Sual 3734 (sayt: 4544)- ə müraciət edə bilərsiniz.
[1] - Əcvibətul- istiftaat (bil- farsiyyə), səh 278; Mərcələrin izahlı hökmləri, cild 2, səh 945.
[2] - Mərcələrin izahlı hökmləri, cild 2, səh 498.
[3] - Sual 3734 (sayt: 4544)- dən götürülmüşdür.