Bərzəx təkamülü Quran və rəvayətlər nəzərindən qəbul olunmuş işdir. Fəlsəfədə də ona yer ayrılıb və onun haqqında müxtəlif mövzular açıqlanıbdır. Əvvəl bu məsələyə diqqət etmək lazımdır ki, əməli təkümül bu mənayadıq ki, insan bərzəx aləmində vacibatı yerinə yetirməklə və haramları tərk etməklə uca təkamülə əl tapsın, imkanı yoxdur; çünki bərzəx aləmi təklif aləmi deyil. Buna əsasən, aydındır ki, harada bərzəx təkamülündən söhbət olsa, məqsəd elmi təkamüldür ki, rəvayətlərdə ona işarə olubdur.
Bu təkamülün fəlsəfi bəyanı məqamında demək lazımdır: Bir ümumi baxışda, insanın mücərrəd ruhu və natiq (mütəfəkkir) nəfsi Allahın ruhundan olub və müxtəlif dərəcələri və mərtəbələri keçib maddəyə və maddi bədənə yetişibdir. Qayıdış yolunda da bir çox mənzilləri keçməlidir ki, bu qalxmaq yolunu təkamül təbir etmək olar.
Bu üzdən böyüklərdən bir çoxu bu təkamüldən hərəkət əvəzinə ilqayi hücub və öəraib və hüdurət ya izdiyadi hubb və qeyrisi kimi təbirlərdən istifadə ediblər ki, bərzəx aləminin qeyri maddə olmasıyla ziddiyyəti yoxdur.
Bu iradın cavabında demək lazımdır: İnsanın ruhu ölümdən sonra baxmayaraq ki, maddəni və dünyəvi dəbəni buraxıb və maddi hərəkət cəhətdən feliyyətə yetişir, amma öz əsl halına (xalis mücərrədlik) nisbət hələ müxtəlif örtüklərdədir. Buna əsasən bir cəhətdən demək olar: Ruh bu şəraitdə özün sonrakı hallarına nisbət ki, örtükləri olacaq bir qüvvə olub təkamül tapmalıdır ki, xalis mücərrədliyə və tam feliyyətə yetişsin.
Ölüm hadisəsi və bərzəxə intiqal olunmaq özü- özlüyündə Allaha tərəf hərəkət mənzillərindən biridir və insan təkamülünün biri deyil. Bəlkə insan nəfsi tam təcərrüdə çatmaq üçün qarşısında bir çox mənzillər var. Amma hərəkətin fəlsəfi tərifinə diqqət edərkən o irad ki, deyilir budur ki, hərəkət bir şeyin qüvvə (istedad) halından fel halına gəlməsidir ki, maddə bu qüvvə və istedadın daşıyıcısıdır. Buna əsasən hərəkət maddəyə və qüvvə halına bağlıdır. Bərzəxdəki maddə yoxdur, hərəkət təbii olaraq təkamüldə olmayacaq.
Bərzəx təkamül qəbul olunmuş işlərdəndir ki, müxtəlif rəvayətlərdə ona işarə olubdur. Bəzi ayələrin zahiridə ona dəlalət edir. İrfanda da bir çox şuhudi dəlillər də bərzəx təkamülünün baş verməsi barədə nəql olubdur. Habelə bir çox fəlsəfələrdə bu mövzuyla əlaqədar iş görülübdür. Demək olar bərzəxdə təkamülün baş verməsinin əsli haqqında nəzər (fikr) birliyi var. Heç bir fəlsəfənin əsaslarına uyğun iddia etmək olmaz ki, bərzəx təkamüli mümkün deyil.
Qeyd etmək lazımdır ki, əməli təkamül bu mənaya ki, insan bərzəx aləmində vaciobatı yerinə yetirməklə və haramları tərk etməklə uca təkamülə əl tapsın, imkanı yoxdur. Çünki bərzəx aləmi təklif (vəzifə) aləmi deyil. Bərzəx alminin şəraiti, qanunları və hökmləri dünya aləmiylə fərqlidir. Buna əsasən əgər bərzəx təkamülündən söhbət olsa, məqsəd elmi təkamüldür ki, bəzi rəvayətlərdə ona işarə olubdur.
Baqiyati- salihat və sair şeylər ki, ölmüş insanın ruhuna aid olur bərzəx əməllərindən deyil. Bəlkə dünyada etdiyi əməllərin nəticələridir ki, səmərəsi sonralar zahir olubdur. Amma bərzəx təkamülünün keyfiyyəti haqqında fəlsəfə tərif etdiyi hərəkət növündən ola bilər? Ya təkamülün və tərəqqinin başqa növüdür. Xülasə olaraq bir sıra iradlar var ki, onlarla məşğul olmaq lazımdır.
Bərzəx təkamülünün mümkün olması və onun fəlsəfi bəyanının keyfiyyəti haqqında iradın kökü fəlsəfədə qüvvə və fel mövzusuna, maddə və hərəkətin tərifinə qayıdır.
Deyilən irad belədir: Hərəkət fəlsəfi cəhətdən yəni bir şeyi tədricən qüvvədən felə xaric olmasıdır. Maddədə bu qüvvə və istedadın daşıyıcısıdır. Buna əsasən hərəkət maddəyə və bil qüvvə halətə bağlıdır ki, onsuz hərəkətin mənası olmayacaq.
Başqa sözlə desək əgər bir aləmdə maddə olmasa hərəkət ona tabe olaraq təkamüldə olmayacaq.
Həqiqət budur ki, bu irad təkamül məfhumu haqqında çox dar bir təsəvvürdən doğur ki, onda təkcə dünyəvi maddəsi təkamül yolunda nəzərdə tutulubdur. İndi əgər təkamül məsələsinə geniş bir baxışla nəzər salsaq və enli yoxuşlu vücudun dərəcələrində hərəkətin vücud genişlənməsi adıyla tanısaq. Nəzərə almaq lazımdır ki, insanın mütəfəkkir ruhu haradan gəlib və tənəzzül edib və öz uca məbədi tərəfə qayıdışı yolunda, hansı yol qarşısında var. görəcəyik ki, bu şübhə bərzəx aləmində yaxud ruhun maddi bədəndən xaric olandan sonra ümumi təkamül qanunun inkar etsin.
Hərəkətin maddəyə bağlı olma məsələsi öz yerində doğrudur; çünki qüvvə və bir şey olmaq istedadı olmasa təzə feliyyət də olmayacaq və heç bir hərəkətində mənası ola bilməz. Bu nöqtəni yada salmaq lazımdır ki, insanın ruhu ölümdən sonra baxmayaraq ki, maddəni və dünyəvi bədəni tərk edib və fəlsəfi mənada hərəkəti yoxdur. Amma təkcə ölmək və maddi bədəni buraxmaqla ruh üçün tam mücərrədlik baş vermir ki, hər cür təkamülün və tərəqqinin sonu olsun; çünki hələ ruhla birgə örtüklər var ki, bərzəx aləmində bu hicabın götürülməsi ən azı bir növ təkamül hesablanır.
Başqa sözlə desək doğrudur ki, ruh ölümdən sonra artıq maddı hərəkət cəhətdən feliyyətə çatıbdır. Amma öz əsl halına nisbət hələ müxtəlif maneələr vardır. Buna əsasən ruh qüvvədən bir növünü sonrakı hallarına nisbət ki, öz maneələri olacaq təkamül tapmalıdır ki, əsl halına ki, xalis mücərrədlikdir nail olsun.
Bunaəsasən bərzəx təkamülünün maddədən xaric olmaqla heç bir zidiyyəti olmayacaq: Çünki baxmayaraq ki, bərzəxdə dünyəvi maddə yoxdur, amma ruhun özü maddi bədəni buraxmaqla yanaşı bil qüvvə halətə sahib olur ki, onun örtülü olmağına səbəbdir. Nöqsanların təkmilindən sonra habelə dünya həyatında qalmaqdan irəli gələn maneələr və qeyriləri aradan gedəndən sonra, nəhayət tam feliyyətə yetişəcək.
Bu gedişlə ki, ruh kamil mücərrədliyə yetişmək yolunda bərzəx almindən və uca aləmlərdən mənzillərdən keçəcək və nəhayət sonda qiyamətə daxil olacaq ki, tam feliyyət və təkamülün sonu hesablanır.
Bu cəhətdəndir ki, deyilir: Bərzəx və bərzəx təkümülünə ehtiyac bütün ruhlar üçün bir deyil. Çox kamil insanlar var ki, zülmətli və nurani maneələri həmin dünya həyatında kənara qoyubdur. Ona görə bərzəxdə çox az dayanacaqlar: Məsumlar (ə) kimi ki, dərəcələrinə görə, ölümdən sonra gəldikləri öz müqəddəs yerlərinə qayıdacaqlar. Habelə bəzi ariflərdə bərzəxdə təkamül tapıb sonda çox uca aləmlərə daxil olacaqlar. Amma bir çox bəşər ruhları maneələri aradan qaldırmaq üçün və feliyyətə tam mücərrədliyə yetişmək üçün habelə dünyəvi bağlılıqdan qurtarmaq qiyamətə qədər bərzəxdə olacaqlar.
Əsas fəlsəfi izahlara əsasən hərəkət üçün qüvvə və fel mövzusunda bəyan olubdur, bərzəx təkamülüylə heç bir ziddiyyəti yoxdur. Onu əldə etməyin təkcə yolu budur ki, dünyəvi nizamda olan maddi hərəkəti bərzəx aləmində inkar olunmuş bilək: Çünki hərəkətin bu mərhələsi sonuna yetişib və ruh maddi bədəni buraxıbdır. Amma təkamülün başqa növü ki, qeyri maddi mahiyyətə sahibdir bərzəxdə öz əksin tapacaq və ruhun kamil şəkildə maneələrdən xilas olana qədər davam edəcək. Buna əsasən nə təkcə bərzəx təkamülü mümkündür bəlkə ruhun xalis mücərrədliyə və bərzəx mücərrədliyindən yuxarı getmək üçün lazımdır.
Buna əsasən deyilən iradın kökü bunun üzərində qurulub ki, təkamülü maddəyə və dünyəvi bədənə məxsus biliblər. Bu təsəvvürün səmərəsi budur ki, bəziləri güman edirlər ruhun və mütəfəkkir nəfsin tam mücərrədliyə yetişməsinin yeganə amili, maddi bədənə bağlılığıdır və ruh bədəndən ayrılan kimi tam mücərrədliyə yetişmək və artıq onun üçün təkamül qalmayacaq. Halbu ki, bu təsəvvürdür. Təkcə ölüm ruhun tam feliyyətə çatmasına və hərəkətin sona çatmağına səbəb deyil. Bəlkə baxmayaraq ki, ölüm ruhun təcərrüdlüyünün mühüm maneələrindən biri yəni fiziki bədənin ruhdan ayrılmasıdır. Amma hərəkətin sonu deyil. Molla Sədranın dediyinə əsasən hərəkətin əvvəli Allaha tərəf qayıdış hesablanır.[i]
Bununla görürük ki, böyüklərin əksəriyyəti eyni zamanda ki, hərəkətin əsasın, qüvvə və feli qəbul ediblər, bunada hərəkəti bərzəx aləmində qeyri mümkün bilirlər, amma bərzəxdə təkamülə qarşı təkid ediblər.
Bunu bəyan etmək üçün ki, bərzəx təkamülü deyilən hərəkət mənasına deyil. Bu təkamüldən ilqayi hücb yaxud uzdiyadi hubb və oxşar təbirlərlə yad ediblər.
O cümlədən İmam Xumeyni (rh) Fusulul- hikəmin[ii] şərhində bərzəx təkamülünə işarə edib və bərzəx, axirət aləmlərində tərəqqini ilqai- ğəraib və hucb, kudurət və zülmət heyətlər bilibdir ki, bu hərəkət dünyada olan maddi hərəhət cinsindən deyil.
Habelə Əllamə- Təbatəbai (rh) bərzəx təkamülünü məhəbbət dərəcəsinin yüksəlməyi bilibdir ki, onun toxumu dünya həyatında əkilibdir.[iii] Başqa bir məsələ ki, Molla Sədra fəlsəfəsindən istifadə olur budur ki, ruh bərzəx aləmində misali qalibə malikdir. Bəzi yerlərdə bu bədəni lətif maddəyə sahib biliblər.[iv] Misali bədən ki, maddi bədənin bütün xüsusiyyətlərinə lətafətlə və yüksək şiddətlə sahibdir, bərzəx aləmində ruhun bil qüvvə daşıyıcısı olub və bu bərzəx bədəni bərzəx təkamülündə təzkiyə və nuraniliyin kamil dərəcəsinə yetişəcək və zülmət heyətlərindən yaranış öəraib və əvarizdən uzaq olacaq. Buna əsasən bərzəx bədəni, təzkiyə və nuraniliyi bərzəxdə bərzəx sıxıntılarının nəticəsində yaxud fezylər almaqla bərzəx təkamülünün mənası bizim üçün aşkar olar.
Habelə sonda bərzəx təkamülünün mənasını sadə dərk etmək üçün sadə, hiss olunan məfhumlara işarə etmək olar o cümlədən bu ki, ruh yuxu aləmində eyni halda ki, maddi bədənin tədbirindən xaricdir daha uca idraklara əl tapır bunun özü bir növ bərzəx təkamülüdür. Habelə ariflərin mükaşifatlarında bunun kimidir ki, maddi hərəkətdən deyil, maddi bədəndən ayrılandan sonra baş verir və eyni halda ruhun təkamünə səbəb olacaq.
Yuxu və mükaşifə aləmində ki, həmin ölmdür, amma daha az məhdudiyyətlə. Eyni halda maddədən ayrılıb və boşlamaq ki, ruhun yüngüllüyü ilə birgədir, dərk olunasıdır.
Şuhudi, zövqi və elmi halların yuxarı qalxması ki, həmin bərzəx təkamülüdür və bu ikisinin heç bir ziddiyyəti yoxdur. Necə ki, Molla Sədra deyib hər bir hərəkətin sonu və hədəfə çatması bir cəhətdən ölüm hesablanır. Amma yuxarı aləmdə təvəllüd və başlanğıc ikinci hərəkətdir
[i] - Sədrüddin Muhəmməd Şirazi (Molla Sədra), Əşşəvahidul- rububiyyəh fil- menhacil- sulikiyyəh, səh 355 birinci çap, bunyadi hikməti İslamiyi Sədra, Tehran, 1382.
[ii] - Xumeyni, Ruhullah, Təliqati Əla şərhi fususul- hikəm, səh 170- 171 İmam Xumeyninin (rəh) əsərlərinin nəşri və tənzimi mərkəzi: Məad İmam Xumeyni nəzərində (tibyani asari mövzui) siyem dəftəri, səh 371, İmam Xumeyninin əsərlərinin nəşri və tənzimi mərkəzi, birinci çap, 1387.
[iii] - Rüxşad, Muhəmməd Hüseyn, dər məzhəri Əllamə Təba- təbai, suallar və cavablar, səh 160, birinci çap, Ali Əli (ə) Qum, 1381.
[iv] - Əşşəvahidul- rububiyyəh fil- menhacus- sulukiyyə, səh 112.