İslam dini xristianlığın əksinə olaraq Allah taalanı insan kimi təsəvvür etmir və etməyi də qadağan edir. Həmçinin Allah taalanı insan formasında (qiyafəsində) deyil, əksinə bənzəri olmayan nəhsayətsiz (sonsuz) vücud olaraq tanıtdırır. Bu cəhətdən də Allah taala insanla müqayisə olunmur; insanda olan sifətlərin heç biri onda axtarılmır və ya insanda olan sifətlərin heç biri onda müqayisə olunmur. Çünki, Allah taalanın təşəxxösü (varlığı) onun nəhayətsiz olmağı deməkdir. Allahın özünə olan elmi də bu qəbildəndir. Insanların etdikləri ibadətin Allahın şəxsiyyətinin nəhayətsiz olmasını da məhdudlaşdırmır.
Sualı verən şəxsin bəyanından belə aydın olur ki, O, xristianlıq inancına əsasən bu sualı vermişdir. Çünki, xristianlıq təlimləri Allahı "God" yəni Allah, "Personal" yəni şəxsiyyət kimi qələmə vermişdir. Bu dində Allah taala insan qiyafəsində tanıtdırılmışdır. Bu səbəbdən də təşəxxös sözünü Allaha qiyafə və ya şəxsiyyət ünvanında bəyan etmişdir. Həmçinin bunu da başa düşə bilməmişdir ki, necə olur ki, Allahın təşəxxösü olur, amma bu onu məhdudlaşdırmır?
İslam dini sxolostikası baxımından Allah taalanın təşəxxösü vardır. Amma bu onu nə insan qiyafəsinə salmır nə də onun məhdudlaşmasına səbəb olur. Əsinə Onun vücudu müstəqil və bənzərsizdir.
Əgər Allaha taala insanla müqayisə olunarsa bu halda analoqlu nəticələr almaq mümkün olar. Amma bir halda ki, Allah eşidəndir, görəndir, hiss edəndir və bu kimi sifətlərin insanda da olmağına baxmayaraq insandan kamil surətdə fərqlənir. Ən azından insan bu sifətlərə vasitə ilə yiyələnir. Yəni gözlə görür, qualqla eşidir. Bir halda ki, Allah taala vasitəsiz və nəhayətsiz görür və eşidir.
Bu səbəbdən də deyə bilərik ki, Allahın təşəxxösü məhdud deyil və onun təşəxxösü elə nəhayətsiz olmağı deməkdir.[1]
Allahın özünə olan elmi də onun zatının nəhayətsizliyindən xəbər verir.
İnsanın dualarının da Allah dərgahında qəbul olunması üçün Allah taalanın məhdud olmasına ehtiyac yoxdur. İnsan nə qədər də Allah barəsində elmə yiyələnsə, yenə də onun dərkində acizdir. Çünki, məhdud olan naməhdud bir şeyi təsvir edə bilməz.[2] Amma özü başa düşdüyü qədər onu tanıya və ibadət edə bilər.[3]
”mərufun inde kulli cahil”[4] Yəni Allah taala olduqca aşkardır. Amma yaranmişlar onu tanımaqda acizdirlər. Allah taala nəhayəti olmayan dəryadır və yaranmışlar öz qabiliyyətlərinə uyğun bu dəryadan istifadə edə bilirlər.
Ayrı bir tərəfdən isə bütün yaranmışlar ondan ehtiyaclı olduqları üçün öz niyaz əllərini ona tərəf uzatmışdılar.[5]
Peyğəmbər (s) buyurmuşdur: “İlahi mən səni lazım qədər tanıya bilmədim”[6] “İlahi mən sənə layiqincə ibadət edə bilmədim”[7]
Çünki, ona layiqincə ibadət etmək üçün onu layiqincə tanımaq lazımdır, bu da mümkün deyildir. Çünki, yaranmışlar məhduddırlar. Məhdud və sonu olan varlıq sonsuz varlığı necə tanıya bilər?
Baxmayaraq ki, Allah taalanın mahiyyəti yoxdur və onu nam- nişanla təsəvvür etmək mümkün deyildir. Amma təcəlla məqamında onu anmaq mümkündür. Çünki, O, təcəlla və zühur məqamında adlara və sifətlərə bölünür.[8] İnsanlar da öz zəka və elm mərtəbələrnə əsasən onu qavrayır və dərk edərək ibadət edirlər. Deməli təşəxxösün ibadətdə heç bir aidiyyatı yoxdur və təşəxxös də deyəndə İlahinin nəhayətsiz olması nəzərdə tutulur.
[1] - Bax Əllamə təbatəbai, nəhayətul hikmət, şərhi Məhəmməd Mehdi Mömin, cild 1, səh 159
[2] - Cavadi Amoli, Əbdullah, təhrir- təmhid kitabı səh 18
[3] - Yenədə ora səh 19
[4] - Şeyx Səduq, Tovhid, bab tovhid və nəfy təşbih hədis – 15
[5] - Təhrir təmhid, Cavad Amoli səh 21, fatir surəsi ayə 15
«"یا ایها الناس انتم الفقراء الی الله و الله هو الغنی الحمید"»
[6] - Miratul Uqul cild 8, s 146.
[7] - Yenədə ora
[8] - Bax: təmhidul qəvaid, səh 62-64
Həkim Səbzvari Əsfarın traktatında buyurur:
«أن للحق تعالى بعد تجلیه الذاتی على ذاته بذاته تجلیا على أسمائه و صفاته و لوازمها و تجلیا على ذوات الأشیاء. أما الأول فکما أن له مقاما أحدیا و هو مرتبة نفس الذات و الهویة المطلقة کذلک له مقام واحدی و هو مرتبة الذات المستجمعة لجمیع الأسماء الحسنى و الصفات العلیا مستتبعة للأعیان الثابتة للماهیات الممکنة بحیث لو جاز إطلاق الماهیة على تلک المعانی المعقولة أعنی مفاهیم الأسماء و الصفات لکانت الأعیان لوازم الماهیات و هی فی هذه المرتبة لا مجعولة بلا مجعولیة الذات موجودة بوجود الذات لا بوجود آخر أما تجلی الثانی فهو تجلیه فی مرتبة کن على ذوات الأشیاء و هذا لتجلی یسمى بالفیض المقدس کما أن الأول و هو تجلیه فی أسمائه و صفاته یسمى بالفیض الأقدس و هذا هو الرحمة الصفتیة التی وسعت شیئیة مفاهیم الصفات کما أن الفیض المقدس هو الرحمة الفعلیة التی وسعت شیئیة الماهیات»
Əsfar, cild 8, səh 3