Please Wait
27312
Bəziləri də deyirlər. sənin yazın belə imiş Əgər hər bir şey Allahın istəyi ilədirsə nə üçün insanlar arasında belə anlamlar vardır?
Bəxt, tale və şans ədəb və şer cümlələri olmasına baxmayaraq insanlar arasında daha çox istifadə olunur. Bu sözlər iki mənada işlənə bilər.
1). Səbəbsiz bir şeyin baş verməsi.
Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir.
Yəni dünyada baş verən hər bir felin bir səbəbi vardır. Amma bu səbəblərin hamısı xoşa gələn deyildir. Mümkündür bu səbəblərin içində ədalətsiz və ədalətli səbəblər olsun. Amma bu səbəblərin baş verməsi xüsusi bir təfəkkürün nişanəsidir. Yəni:
A). İctimaiyyətdə ədalətsizliyin baş verməsi hüquqlara uyğun əməl olunmamasından xəbər verir.
B). Rahatlıq və asudəlik tələb etmək ruhiyyəsi ictimaiyyətdə olan bəzi insanların şans və bəxt kəlmələrindən bəhrələnməklərinə səbəb olur.
C). Bəzi zalım hakimlər bəxt və şans təbliğ etməklə insanlara mövcud olan vəziyyətin onların qüdrətindən xaric olduğunu təlqin etmək istəyirdilər. yəni hakimiyyətin bu günkü vəziyyəti taleyimizdir deyirdilər. Onlar bu işlə xalqın etirazlarının qarşısını almaq istəyirdilər.
2). Allahın alın yazısı.
Bu məna qəbul olunacaq qədər insanlar arasında özünə yer almışdır. Yəni bütün müvəffəqiyyətlər insanın çalışmağı ilə bərabər Allahın iradəsi ilə baş verir. Bu yerdə ictimaiyyətdə olan insanların istedadları böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə olan fərqlərin sirri də elə bundadır.
"Şans" sözü fransız sözü olub fürsət mənasını daşıyır.
Amma bu söz el arasında "olacaq" kimi məna edilmişdir. Həmçinin bu "olacağın"da əsas səbəbləri məchuldur. Amma baş verəcək (olacaq) nə olacaqsa şansın himayəsindən xaricə çıxmayacaqdır.
Deməli, əgər biz şansı baş verəcək hadisə kimi tanısaq və bu hadisənin səbəbini də məchul bilsək (yəni səbəbsiz olduğunu iddia etsək) təbii ki, İslam fəlsəfəsi bunu qətiyyətlə rədd edəcəkdir. [1] Bu səbəbin bizə məlum olmasına baxmayaraq əgər səbəbin üzərindən pərdə qaldırılsa heç bir şeyin təsadüfən olmadığını görərik.
Xoşbəxtlik və bədbəxtlik ən çox insanın özündən aslı olan biz şeydir. Əgər biz şəxs özünün şansız olduğunu tam qətiyyətlə qəbul etsə və bunu özünə təlqin etsə təbbi ki, bütün işlər onun təfəkkürünə uyğun surətdə baş verəcəkdir.
Əlbəttə bəzən də şans onları xalq arasında alın yazısı, Allahın istəyi kimi tələqqi olunur. Əgər kiminsə ticarətdə (və sair) bazarı yaxşıdırsa, daim işləri uğurla irəli gedirsə, deyirlər "şansı var". bu məsələlərin aydınlaşması üçün məsələyə daha geniş surətdə nəzər etmək lazım gəlir. Yəni fərdin zahiri fəaliyyətlərindən savayı onun psixoloji və fiziki xüsusiyyətlərini yoxlamaq, həmçinin hətta nəslinin kimliyini araşdırmaq, dua, nəfsin hallarını nəzərdən keçirərək aydınlaşdırıb araşdırmaq lazımdır. Əgər şans sözü bizim hadisələrə də deyilən kimidirsə onu qəbul etmək olar. [2]
Allah- Taala buyurmuşdur: "Allah- Taala sizin bəzilərinizi rizi baxımından bəzilərindən daha üstün fərqləndirmişdir". [3]
İmam Əli (ə buyurmuşdur: "Allah- Taala ruziləri qədərlərə bölmüş və sonra onu ədalətlə az- çox olmaq şərti ilə insanlara əta etmişdir. O bu yolda varlını, kasıbı, zəifi imtahana çəkir (imtahan edir). [4]
Əgər şansı mənfi baxımdan araşdırsaq yəni onu səbəbsiz bilsək, gərək onun el arasında hansı səbəbdən yayılmasını da araşdıraq. Araşdırma nəticəsində bəzi səbəblər aşkarlanmışdır ki, aşağıda qeyd edirik:
1). İctimaiyyətdə hüquqların riayət olunmaması və ədalətsizliyin genişlənməsi insanlar bu ədalətsizliyin nədən baş verdiyini bilmədikləri üçün, öz bəxtlərindən gileylənir və şanssız olduqlarını təlqin edirlər.
2). İnsanların rahat yaşamaq psixologiyaları və bəzi insanların bundan istifadə etməsi. Bəzi şəxslər bütün fellərdən tez və səmərəli faydalanmaq istəyirlər. belə olan halda əgər iş bunların tərzi təfəkkürü ilə uyğunlaşmazsa onun adını şans qoyaraq ondan gileylənirlər.
3). Bəzi zalım hakimiyyətlər öz ədalətsiz işlərinə don geyindirmək üçün xalq arasında bəxtin, alın yazısının olduğunu təbliğ edirlər. yəni mövcud olan şəraitdə onların heç bir rolu yoxdur. Allahın istəyi bunu tələb edir. Onlar bu yolla xalqın etirazlarından özlərini siğortalayırlar. [5]
Qurani kərimin məntiqinə əsasən öz işlərində məsuliyyətlə çalışan insanların xüsusi yeri vardır. Allah Taala buyurmuşdur: "Biz qövm öz taleyini dəyişməyincə Allah- Taala onların taleyini dəyişməz". [6]
Bütün insanların öz əməklərindən bəhrələnmə məsələsi onların ruhiyyəsi və istedadları əsasındadır. Əlbəttə İlahi tofiq və yardım bunların ən mühümmü və təsirlisidir.
Deməli bütün baş verənlərdə nə yalnız insanların əməyi təsirlidir nə də gözlənilmədən bəzi qeybi yardımlar. Mümkündür bəzi fəaliyyətlərin sonu günahla nəticələnsin. Əlbəttə belə şanslar bəyənilmir. [7]
[1] - Mürtəza Mütəhəri, iyirmi söz, səh 80- 83.
[2] - Bax: İnsanın ruzi ələ gətirməkdə rolu. Sual 109, sayt 967.
[3] - Nəhl surəsi, ayə 71.
« و الله فضل بعضکم علی بعضٍ فی الرزق »
[4] - Nəhcül- bəlağə xütbə 91.
[5] - Mütəhəri Mürtəza, həmaseye Hüseyni, cild 1, səh 362.
[6] - Rəəd surəsi, ayə 11. Bax: Təfsir- əl mizanın tərcüməsinə cild 11, səh 426- 427.
[7] - Bax: Vücudların fərqinin hikməti, Çürkinlik, gözəllik, hidayət və zəlalət, sual 12662, (sayt 12544).