Please Wait
16663
Heyz qanının əmələ gəlməsinin səbəbi uçaqlığın damarlarının qanla dolması və sonra selikli qışanın qat- qat soyulması və qanların hərəkətidir. Heyz qanı və qadının aybaşı qadın orqanının sağlamlığının nişanəsidir. Onun zəhmət və əziyyətlərlə xaric olması Allahın qadına olan bir lütfüdür. Amma bu xaric olma qadın üçün şiddətli və bir çox problemlər yaradır. Bu maddi aləmin və təbiətin zərurətlərindəndir. Çünki bu təbitə və maddiyyat aləminin qanunlarındandır ki, gecə- gündüz həmişə asanlıq və çətinlik, xeyir və zərər qəm və şadlıq və s birlikdə qarışır. Bunların bir- birndən ayırmaq mümkün deyil. Diqqət etmək lazımdır ki, ayə yalnız bu qan axmanın əziyyətə səbəb olduğunu bildirir, nəinki Allah özü bu sistemi yaratmışdır ki, qadına əziyyət versin. Təbii ki, bu belə deyil.
Bu sualın verilməsinin səbəbi ayəni düzgün başa düşməmək olmuşdur. Məsələnin həqiqətinin aydınlaşması üçün ayənin tərcümə və təfsirinə diqqət etmək lazımdır. Allah- təala bu barədə belə buyurur:
«وَ يَسْئَلُونَكَ عَنِ الْمَحيضِ قُلْ هُوَ أَذىً فَاعْتَزِلُوا النِّساءَ فِي الْمَحيضِ وَ لا تَقْرَبُوهُنَّ حَتَّى يَطْهُرْنَ ....»
“(Ya Rəsulum!) Səndən heyz barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin...”[1], [2]
Bu ayə qadınlarla aybaşı zamanı yaxınlıq etməkdən çəkinməyi bəyan edir. Çünki belə halda cinsi yaxınlıq ikrah yaradıcılığından əlavə çox ziyanlıdır ki, bugünki tibb onu isbat etmişdir. Həmçinin qadın və kişinin sonsuz olması və bu mühitdə bir çox mikrobların (siflis, qonoreya süzənəyi) yaranması üçün şəraitin yaranmasına səbəb olur. Həmçinin qadın cinsi orqanının iltihabına və kişinin cinsi orqanına çirkli qanın daxil omasına və həmçinin tibb kitablarında qeyd olunan başqa xəstəliklərə səbəb olur. Buna görə həkimlər belə qadınlarla yaxınlıq etməyi qadağan etmişlər. Digər tərəfdən belə qanın xaric olması ağrılar və əziyyətlərlə müşahidə edilir.
Heyz qanının əmələ gəlməsinin səbəbi uçaqlığın damarlarının qanla dolması və sonra selikli qışanın qat- qat soyulması və qanların hərəkətidir. Aybaşı zamanı xaric olan qan uşaqlığın daxili damarlarının hər ay qidalanması üçün yığılır və hər bir qadın hər ay bir toxumluq yaradır və uşaqlığın daxilində nütfəni qidalandırmaq üçün hazırlıq görür. Əgər bu zaman toxumluq uşaqlığa daxil olarsa, kişi cinsi hüceyrələr (spermatazoid) orada olarsa, nütfə təşkil edirlər və uşaqlıqda olan bu qamalar qidalandırma üçün orada istifadə edilir. Əgər belə olmazsa (yəni ziqot əmələ gəlməsə) uşaqlığın divarının qat- qat olub soyulması ilə mövcud olan qan xaric olur. Bu həmin heyz qanıdır. Buradan da cinsi əlaqənin yeni qadağan olma səbəbi meydana çıxır.
Buna görə heyz qanı sağlam qadının orqanlarının düzgün işləməsinin nişanəsidir. Onun zəhmət və əziyyətlərlə xaric olması Allahın qadına olan bir lütfüdür. Bu qanın xaric olması qadının sağlamlığına məyyən dərəcədə təsir göstyərir ki, hədd buluğa çatdıqdan və klimaks dövrünə çatmamışdan öncə bu qanın kəsilməsi qadında xəstliyin əlamətidir ki, müalicə edilməlidir. Çünki əgər bu qan hər ay qadının bədənindən xaric olmazsa, hamilə də olmazsa bu hal qadın üçün çox təhlükəlidir. Amma belə faydalı və xeyirli qanın şiddətli ağrı və əziyyətlərlə xaric olması maddi təbiətin zərurətlərindəndir. Çünki bu maddi təbiətin qanunlarındandır ki, gecə- gündüz həmişə asanlıq və çətinlik, xeyir və zərər qəm və şadlıq və s birlikdə qarışır. Bunların bir- birndən ayırmaq mümkün deyil. Madiyyat aləmində təmiz (tam) faydanı, tam ləzzəti (heç bir əziyyət və çətinlik olmadan) gözləmək düzgün deyil. Çünki belə gözləmə nə ağlasığandır nə də əməli cəhətdən mümkün deyil.