Please Wait
9030
- bölüşdürülməsi
Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam cəmiyyətinin rəhbərliyi mənasına olan 2 vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri bu məsələni araşdırmayıblar ki, fəqihin fətva və hökm haqqından əlavə, fəqih olduğuna görə, ölkəyə, ya İslam ölkələrinə və ya bütün dünya ölkələrinə hakimlik və rəhbərlik haqqı da, var. Amma əgər bu məsələ barəsində İslam düşüncəsinin keçmişinə hətta qısa nəzər də, salsaq, şiə mədəniyyətində qeybət dövründə cəmiyyətin idarəçiliyinin müqəddəs dinimiz tərəfindən ədalətli fəqihin öhdəsinə qoyulması məsələsinin qəti və şəksiz bir iş olduğunu görəcəyik. Ona görə də, bu məsələnin əsası barəsində müzakirə etmək əvəzinə, daha çox onun nəticələri və lazım olduğu məsələlər barəsində danışıb və onları araşdırıblar. Şeyx Mufid kimi İslam dünyasının böyük fəqihlərinin sözləri, vilayəti fəqih qanunun qəbəlunu (və fəqihlərin qeybət dövründə məsum İmamlar (ə) tərəfindən İslam cəmiyyətinin işlərinin rəhbərliyini öhdələrinə alırlar) çatdırır. Min ildən çox tarixi olan bu qiymətli sözlər hələ də parlayır.
Vilayəti fəqihin tarixi keçmişi
Fiqhdə müctəhidlik dərəcəsinə çatan şəxs tərəfindən İslam, cəmiyyətinin rəhbərliyi mənasına olan "vilayəti fəqih" məsələsi, bəzilərinin nəzərində İslam düşüncəsi tarixində təzə bir mövzudur və onun keçmişi iki əsrdən azdır. Bunlar iddia edirlər ki, şiə və sünnü fəqihlərinin heç biri, fəqihin fətva və hökm vermək hüququndan əlavə, fiqh olduğuna görə ölkəyə, ya İslam ölkələrinə və ya bütün dünya ölkələrinə hakimlik və rəhbərlik etmə hüququnun olması məsələsini araşdırmayıblar. Yalnız iki əsrdən də az müddət qabaq, ilk dəfə Fəthəlişah Qacarın zamanında yaşayan Fazil Kaşani adı ilə məşhur olan mərhum Molla Əhməd Nəraqi, bu məsələni ilk dəfə araşdırmışdır. Bu iddianın davamında, mərhum Nəraqi tərəfindən bu məsələnin açıqlanmasının səbəbi, həmin dövrün padşahlarını himayət etmək söylənilmişdir.[1]
Əlbəttə əgər mərhum Nəraqi həmin dövrün padşahını himayət etmək istəyirdi, daha yaxşı olardı (bəzi əvvəlki alimlərin yolu ilə)
«السلطان ظل الله»
"Əssultanu zillullah"[2] kimi rəvayətlərə istinad edib və o rəvayətləri padşaha tətbiq edib və ona itaət etməyi şərii və İlahi vacib elan edirdi[3]. Halbuki o fəqihi hakim bilir ki, şaha bunu nisbət vermək hətta ehtimal belə verilmir.
Əgər sual olunsa ki, o əvvəlcə bu məqamı fəqih üçün sabit edib, sonra fəqih olaraq şahın padşahlığını təsdiqləməklə onu şəriiəlşdirmişdir. Cavabında deyirik: Yolu bu qədər uzatmağın faydası nə idi? Niyə birbaşa şahı Allahın kölgəsi tanıtdırmayıb və ona itaəti vacib saymayıbdır?
Onun da rəhbərlik tamahı olub və öz istəyini qane etmək üçün bu əfsanəni İslama nisbət verməsi ehtimal olunsa, etiraf etməliyik ki, o təqvalı fəqihin, əxlaq müəlliminin və arif şairin həyatı və davranışı, belə sadəlövhcəsinə olan təhlillərdən və töhmətlərdən pakdır. Belə nisbətlər daha çox o aləmə deyil, həmin nisbət verənlərin keçmişi və indisi ilə münasibdir.
Elmi bir araşdırmadansa daha çox nağıl hekayəsi olan bu əhvalatdan keçib bu barədə İslam düşüncəsinin keçmişinə nəzər salsaq, şiə mədəniyyətində, qeybət dövründə cəmiyyətin idarə edilməsinin müqəddəs dinimiz tərəfindən fəqihlərin öhdəsinə qoyulması məsələsi, qəti və inkar olunmaz bir iş olubdur. Ona görə də, bu məsələnin əsası barəsində danışmaq əvəzinə, daha çox onun nəticələri və şəraiti barəsində danışılıb və onları araşdırıblar.
Mərhum Şeyx Mufid (333 ya 338- 413 h q) hicrətin dördüncü və beşinci əsrdə şiə tarixinin böyük fəqihlərindəndir. O Əl- muqnəə kitabının əmr be məruf və nəhy əz munkər babında, əmr be məruf və nəhy əz munkərin dərəcələrini açıqlayandan sonra, elə ki, ən yuxarı həddinə yəni öldürmək və zərər yetirməyə çatır, deyir:
«و ليس له القتل و الجراح الاّ باذن سلطان الزمان المنصوب لتدبير الأنام»
Əmr be məruf və nəhy əz munkər edərkən insanın öldürmək ya yaralamaq haqqı yoxdur. Yalnız camaatın işlərini idarə etmək üçün təyin olunmuş sultan və zəmanə hakiminin icazəsi ilə bu iş mümkündür
Sonra bu bölümün davamında deyir:
«فأمّا إقامة الحدود فهو الى سلطان الإسلام المنصوب من قبل الله تعالى و هم أئمه الهدى من آل محمدصلى الله عليه وآله و من نصبوه لذلك من الأمراء و الحكّام و قد فوّضوا النظر فيه إلى فقهاء شيعتهم مع الإمكان»
Amma İlahi hədləri icra etmək məsələsi, Allah Taala tərəfindən təyin olunan İslam hakiminə aiddir. Bunlar Məhəmməd (s)- in övladlarından olan hidayət İmamları və İmamların hakim adı ilə təyin etdiyi insanlardan ibarətdirlər. İmamlar (ə) bu məsələdə fikir bildirməyi (mümkün olduğu halda) şiə fəqihlərinə və ardıcıllarının öhdəsinə qoyublar.[4]
Zalımların hökumətindən yaranan qorxunun açıqca məlum olduğu bu müclələrdə, Şeyx Mufid (rəh) əvvəlcə Allah tərəfindən təyin olunmuş sultanı açıqlayır və onu əmr be məruf və nəhy əz munkər üçün qətl və yaralamada qərar verən mənbə sayır. Sonra "hədləri icra etmək məsələsini, əmr be məruf və nəhy əz munkərin açıq xarici mənası olaraq izah verir[5] və bu işin icrasının Allah tərəfindən təyin olunmuş İslam sultanının öhdəsinə qoyulması məsələsini təkrar etməklə, bir işarə ilə onları belə tanıtdırır:
- Allah onları birbaşa İslam cəmiyyətinin müdürləri və İlahi hədləri icra edən kimi təyin etdiyi, məsum İmamlar (ə).
- Məsum İmamlar (ə)- ın onları İslam cəmiyyətini idarə etmək və siyasi rəhbərlik üçün təyin etdikləri hakimlər.
- Məsum İmamlar (ə) tərəfindən həmin rəhbərlik və İlahi hədləri icra etmək üçün təyin olunan şiə fəqihləri.
Bu vəsflə, mərhum Şeyx Mufid məsum İmamlar (ə)- ın hökumət məsələsindən əlavə (hansı ki, şiə mədəniyyətində həmişə aydın və inkar olunmaz bir işdir) müəyyən formada və bir nəfər olaraq siyasi işlər üçün təyin olunan Məsum İmamlar (ə)- ın xüsusi nümayəndələrinə (Əli (ə)- ın zamanında Malik Əştər və ya İmam Zamçan (əc)- ın kiçik qeybəti dövründə dörd nümayəndələr kimi) və ümumi əlamətlərlə bu iş üçün təyin olunan ümumi nümayəndələrə, yəni şiə fəqihlərinə işarə edir. Əlbəttə O, şiə fəqihlərinin bu İlahi vəzifəyə əməl etmələrinin mümkünlüyünün unudulmamasına diqqətlidir. Ona görə də, "Məl- imkan" kəlməsi ilə, bu məsələyə işarə edir. Sonra davamında bu mümkünlüyün ehtimalının daha çox olduğu yerlərdən danışır və deyir:
«فمن تمكّن من إقامتها على ولده و عبده و لم يخف من سلطان الجور ضرراً به على ذلك، فليقمها»
Əgər bir fəqih İlahi hədləri öz övladları və quları üçün edə bilsə və zalım hakim tərəfindən buna görə zərər qorxusu olmasa, onu icra etməlidir.[6]
İnsanın üzünə qəm yaşı axıdan bu sözlər, İslam tarixinin çox dövrlərində şiənin möhkəm düşüncəsinin məzlumluğunu göstərir və Əhli- beyt (ə) məktəbinin fikir və mədəniyyətində "fəqihin vilayəti" məsələsinin aydın olmasını çatdırır.
Şeyx Mufid sonra, İlahi hədlərin icrasının mümkün olmasının digər formasını izah edir və deyir:
«و هذا فرض متعيّن على من نصبه المتغلّب لذلك، على ظاهر خلافته له أو الإمارة من قبله على قوم من رعيته، فيلزمه اقامة الحدود و تنفيذ الأحكام و الأمر بالمعروف و النهى عن المنكر و جهاد الكفّار»
Bu iş (hədlərin icrası) o şəxsə (fəqih) açıqca vacibdir ki, hakim güc onu bu işə təyin edib ya rəiyyətlərində bir dəstənin rəhbərliyini ona tapşırıbdır. Belə olduqda, O İlahi hədlərin, şərii hökmlərin , əmr be məruf və nəhy əz munlərin və kafirlərlə cihadın icrası ilə məşğul olmalıdır.[7] Yəni əgər zalım hakimlər bir fəqihi İlahi hədləri icra edə və onlardan ona heç bir zərərin dəyməyəcəyi bir vəzifəyə qoysalar, belə bir işi etməlidir. Həmin cümlələrdə mərhum Şeyx Mufid dörd məsələyə işarə edir:
- İlahi hədləri icra etmək. Yəni İslam hakiminin vəzifələrindən olan İslam cəzasını icra etmək.
- Hökmlərin icrası ki, İlahi hökmlərin hamısına aiddir və mütləq gəlməsi bütün şərii vəzifələri əhatə edir. Buna əsasən, fəqih cəmiyyətin hər yerində və onun bütün işlərində İslamın hakim olmasına çaışmalıdır.
- Yaxşılığa əmr və pislikdən çəkindirmə ki, onun ən yuxarı dərəcələri İslam hakiminə məxsus olan işlərdəndir. Mərhum Mufid özü bundan qabaq ona işarə etmişdir.
- Müdafiə hətta hücumu da əhatə edən, cihad və kafirlərlə mübarizə.[8]
Sonra Şeyx Mufid hər cür ağıla sığmaz və qəbul olunmaz yozumun qarşısını almaq üçün bu barədə yenidən danışır. O deyir:
«و للفقهاء من شيعة آل محمد: أن يجمعوا بإخوانهم فى صلوة الجمعة و صلوات الأعياد و الإستسقاء و الخسوف و الكسوف إذا تمكّنوا من ذلك و آمنوا فيه من مضرّة أهل الفساد و لهم أن يقضوا بينهم بألحق و يصلحوا بين المختلفين فى الدعاوى عند عدم البيّنات و يفعلوا جمع ما جعل إلى القضاة فى الإسلام لأنّ الأئمة: قد فوّضوا إليهم ذلك عند تمكّنهم منه بما ثبت عنهم فيه من الأخبار و صحّ به النقل عند أهل المعرفة من الآثار»
"Ali Məhəmməd (s)- in fəqihlərinə vacibdir ki, onlar üçün mümkün olub və fəsad əhlinin əzəyyətlərindən amanda olanda, öz qardaşları ilə birlikdə cümə namazını və bayram, istisqa (yağış istəmək üçün qılınan namaz), xusnf və kusuf namazlarını qılsınlar. Onlar öz qardaşları arasında haqq ilə hökm etməlidirlər. Bir- birləri ilə ixtilafları olub və heç birinin öz iddiasını sübut etməyə şahidi olmayanlar arasında, sülh yaratsınlar. İslamda qazilər üçün qərar verilən hər şeyi yerinə yetirsinlər. Çünki İmamlar (ə) onlardan gələn və alim insanlar arasında səhih və mötəbər olan rəvayətlərə istinad etməklə, bu işi onu icra etmək mümkün olduğu yerlə onların (fəqihlər) öhdəsinə qoyublar.[9]
Burada Şeyx Mufid iki nühüm məsələyə işarə edir:
- Cümə namazı, fitr bayramı namazı, Qurban bayramı namazı, istisqa namazı, vəhşət namazı kimi namazları icra etmək.
- Qazilik və hakimlik.
Bunların hər ikisini fəqihlərin vəzifələrindən sayır və onları bu işdə Əhli- beyt (ə) tərəfindən təyin olunmuş sayır. Sübutunu da rəvayətlərlə bildirir. Biz gələcək araşdırmalarda fəqihin vilayəti rəvayətləri olan bu hədislərə ətraflı işarə edəcəyik. Burada bir məsələni açıqlamaqla kifayətlənirik ki, mötəbər rəvayətlərdə Fitr və Qurban bayramı namazları barəsində açıqca[10] və Cümə namazı barəsində işarə ilə[11] "ədalətli İmamın şərt olması məsələsi açıqlanıbdır. Ona görə də, fəqihlərin bəzisi adil İmamı məsum İmamla (ə) təfsir etməklə, bu namazı qeybət dövründə vacib saymayıblar. Amma Şeyx Mufid bu namazları şiə fəqihinin vəzifələrindən bildirməklə, həqiqətdə onları "ədalətli İmamın" xarici mənası tanıtdırır. Bu məsələ "kafirlərlə cihadın" da fəqihlərin vəzifələrindən saydığı sözü ilə, uyğundur. Çünki o söz (ən azı ümumi şəkildə gəlməsi ilə) ibtidai cihada şamil olur. Rəvayətlərdə gəlibdir ki, cihad itaəti vacib olan İmamın olması şərti ilədir.[12] Fəqihlərin bəzisi onun xarici mənanı yalnız məsum İmam (ə) bilib və ibtidai cihadı fəqihin əmri ilə düzgün saymayıblar. Amma Şeyx Mufid, qeybət dövründə məsum İmamlar (ə) tərəfindən hakimlik üçün təyin olunan şiə fəqihinin, "itaəti vacib olan İmamın" xarici mənalarından olmasına və kafirlərlə ibtidai cihada əmr edə bilməsinə inanır.
İslam dünyasının bu böyük fəqihinin bütün sözləri, fəqihin vilayəti qanunu qəbul etməyi və fəqihlərin qeybət dövründə məsum İmamlar (ə) tərəfindən İslam cəmiyyətinin işlərinə rəhbərliyi öhdələrinə almalarını çatdırır. Min ildən artıq tarixə malik olan bu qiymətli sözlər hələ də parlayır, baxmayaraq ki, bəziləri onun parlamasını görmür ya görmək istəmirlər.[13]
[1] - M. E. Məhdi Hairi Yəzdi, Hikmət və hökumət, səh 178
[2] - M. E. Məclisi, Biharul- ənvar, cild 72, səh 354 (Kitabul- əşrə, Babu əhvalil- muluk vəl- uməra, hədis 69), əlbəttə həzrət İmam Xumeyni bu rəvayətləri elə təfsir ediblər ki, vəliyyi- fəqihə ya məsum İmama (ə) aid olur.
[3] - Diqqət etmək lazımdır ki, bu, qəbildən olan rəvayətləri iki cür təfsir ediblər:
a). Hakim şəxs Allahın kölgəsi olur və ona itaət lazımdır. Bu təfsirə əsasən, hakimin xüsusiyyətləri və onun hökməti necə ələ alması, ona itaət etməyin lazım olmasında heç cür dəxaləti yoxdur. Şübhəsiz belə bir təfsir hakimlərin zövqünə uyğun olub və mövcud vəziyyətin yozumu üçün olubdur.
b). Hökuməti ələ alan Allahın kölgəsi olmalıdır. Yəni onun hökuməti bir formada ələ gəlməli və onun özü Allah və şəriətin qəbul etdiyi xüsusiyyətlərinə malik olub və İslamın qəbul etdiyi formada hökuməti ələ gətirən şəxsin itaəti, şəriət nəzərindən lazım sayılır. Vilayəti- fəqih nəzəriyyəsi, cameus- şərait fəqihi bu xüsusiyyətlərə malik tanıtdırır.
[4] - M. E. Şeyx Mufid, Əl- muqnəə, səh 810
[5] - Bəziləri elə bilir ki, hədlərin və İslam cəzalarının icrası, qəzavət sahəsindədir və fəqihin qazilik işinə aiddir. Halbuki, qəza fiqh terminində yalnız hakimliyə və insanlar arasında düşmənçiliyə son verməyə aiddir. Vilayəti- fəqihin işlərindən olan, günahkarların İslami cəzalarının icrası, rəhbərlik və cəmiyyəti idarə etmək mənasında işlənir.
[6] - M. E. Şeyx Mçufid, Əl- muqnəə, səh 810
[7] - M. E. Həmin.
[8] - Bu cümlələrdən fəqih tərəfindən ibtidai cihadın mümkünlüyünü də istifadə etmək olar ki, onun araşdırılmasına ayrıca mövzu ayrılmalıdır. Biz qısa formada gələcək səhifələrdə ondan danışacağıq.
[9] - Şeyx Mufid, Əl- muqnəə, səh 811
[10] - Şeyx Hürr Amuli, Vəsailüş- şiə, cild 5, səh 95- 96, (Kitabus- səlat, Əbvabu Səlatil- əbd, bab 2, hədis 1).
[11] - - Həmin, səh 12- 13 (Kitabus- səlat, Əbvabu səlatil- cümə və adabiha, bab 5).
[12] - M. E. Əl- Hürrül- Amuli, Vəsailüş- şiə, cild 11, səh 32- 35 (Kitabul- cihad, Əbvabu cihadul- ədiv, bab 12).
[13] - Vilayət və diyanət, kitabından götürülüb, Ustad Məhdi Hadəvi Tehrani, səh 67- 74