Please Wait
6448
Bir günün və ya hansısa bir zamanın nəhs olması bu mənadadır ki,o zaman ərzində şər və fəlakətdən savayı heç bir müsbət bir hadisə baş verməmiş olsun,habelə,bir şəxsin hansısa bir əməli və ya xüsusi olaraq hansısa bir əməl öz sahibinə xeyir və bərəkət verməmiş olsun.Bir günün uğurlu sayılması isə bu mətləbin əksi mənasındadır.
Əqli cəhətdən yanaşsaq,bir günün xoşbəxtliyi və ya hansısa bir zamanın uğurlu olmasına və ya nəhs olmasına əqli dəlil gətirmək mümkün deyil. Çünki kəmiyyət baxımından zamanın xüsusiyyəti və həqiqəti eyni hissələrə sahibdir və zamanın bütün hissələri eyni mahiyyətə malikdirlər.Deməli, zaman baxımından,bu günlə,digər gün arasındakı heç bir fərq yoxdur.Bu baxımdan da,birinə uğurlu,digərinə isə uğursuz demək doğru deyildir.
Şəri baxımından isə,Quran ayələrində nəhs gün barəsində söhbət olunubdur,habelə Qədr gecəsinin mübarək və səadət dolu bir gecə olmasına işarə olunur.Bundan başqa,hədislərimizdə də günlərin nəhs və səadətli olmasına dair dəlillər mövcuddur.Ancaq,bu rəvayətlərə diqqət yetirsək görərik ki,günlərin nəhs və səadətli olması həmin günlərin zati və təbiəti deyildir və günlərin özünün bu kimi məsələlərdə birbaşa rolu yoxdur.Əksinə,bu məsələ həmin günlərdə baş vermiş xoşagəlməz hadisələrlə bağlıdır.Məsələn,Habilin, qardaşı Qabil tərəfindən öldürülməsi,Hansısa bir ümmətə əzabın nazil olması və yaxud da,insanların pis əməlləri və günahlarına görə.
Bundan savayı, hansısa bir günün səadətli və ya nəhs olması insanların Allah dərgahına üz tutmasına və o zati ilahiyə təvəssül etməsinə səbəb olur. Bu səbəbdən də, hədislərdə insanları bu məsələyə diqqət emələrinə göstəriş verilir və bəzi nəhs günlərin şərindən amanda qalmaq üçün Allaha pənah aparmaq,oruc tutmaq,sədəqə vemək,dua etmək,Quran oxumaq kimi əməllərə təşviq edilir.Bundan əlavə,biz elə bir rəvayət tapmamışıq ki,orada səfər ayının başdan ayağa nəhs olması vurğulanmış olsun.Habelə,çərşənbə gününü nəhs olması yalnızca səfər ayına aid deyildir,bəlkə bütün ayların çərşənbə gününə aiddir.
İnsanlar bəzi günləri uğurlu və mübarək, və səfər ayı, çərşənbə günü kimi bəzi günləri də uğursuz hesab edirlər.Əslində,bəhs burasındadır ki,ümumiyyətlə “uğursuz günlər ” dedikdə nə nəzərdə tutulur? Görəsən,bu kütləvi inanc İslam təlimlərindənmi götürülüb? Və yaxud da, İslam bu kimi inancı qəbul edərək təsdiqləyirmi? Bu kimi suallara cavab vermək üçün gərək aşağıdakı məsələləri diqqətinizə çatdıraq:
Günlərin səatətli və uğurlu olması məfhumunun anlamı
“Nəhs” sözü əslində ” üfüqdə qeyri-adi qızartı” anlamını verir və bu sözü də “tüstüsüz atəş şöləsi” mənasını verən “nuhas” kəliməsinə çeviriblər. Sonra da, bu kimi bağlılığa görə də,həmin sözü “uğursuzluq” mənasında da işlədiblər.[1] Ayə və rəvayətlərdə, bir günün və ya hansısa zaman kəsiminin nəhs və uğursuz olması, həmin günün büsbütün şər və pisliyə bürünməsi,habelə insanın əməlllərinin o gündə heç bir xeyirlə nəticələnmədiyi mənası istifadə olunur.Belə olduğu halda,bir günün və ya hansısa bir zaman kəsiminin uğurlu olması anlamı ayə və rəvayətdə gələn günün və ya hansısa bir zaman kəsiminin uğurlu olması anlamının tamam əksi mənasını verir.[2]
Günlərin uğurlu və ya uğursuz olması əql və şəriət baxışında
Əqli cəhətdən yanaşsaq,bir günün xoşbəxtliyi və ya hansısa bir zamanın uğurlu olmasına və ya nəhs olmasına əqli dəlil gətirmək mümkün deyil.Çünki kəmiyyət baxımından zamanın xüsusiyyəti və həqiqəti eyni hissələrə sahibdir və zamanın bütün hissələri eyni mahiyyətə malikdirlər.Deməli zaman baxımından,bu gün ilə,digər gün arasındakı heç bir fərq yoxdur.Bu baxımdan da,birinə uğurlu,digərinə isə uğursuz demək doğru deyildir.[3]
Ancaq,başqa cəhətdən yanaşsaq,hadisələrin yaranmasında təsiri olan amillər,əməllərin nəticə verməsində də öz təsirini qoyur. Bu kimi amillər bizim elmimizdən kənardır və bizlər hansısa bir zaman kəsimini bu zamanda nə kimi təsirlər qoyduğunu anlamaq üçün o zamanda baş verən amillərlə müqayisə edə bilmərik.Yəni,görəsən bu amillər həmin zaman kəsiminə elə bir təsir qoyur ki,onu uğurlu etsin və ya uğursuz etsin.Bu cəhətdən də,insanın ələ gətirdiyi təcrübə belə,bir o qədər də, bu zəminə də kömək etmək iqtidarında deyildir.Çünki,təcrübələr o zaman dərdimizə dəyər ki,bizim əlimizdə hər hansı amillərdən uzaq olan bir zaman kəsimi olmuş olsun və biz də o zaman kəsimini hər hansı bir amillə müqayisə edərdik və bununla da filan təsirin filan amildən olduğunu anlaya bilərdik.Bir halda ki,bizlər amillərdən boş olan bir zamana sahib deyilik.Habelə,səbəblər də bizlərə məlum deyil.Bu cəhətdən də,günlərin və ya hansısa bir zaman kəsiminin uğurlu və ya uğursuz olduğunu inkar edə bilmərik və bu inancın yoxluğuna da qəti bir dəlil gətirə bilmərik.Necə ki,bu inancın isbatına da dəlil gətirə bilmərik.Halbuki,bu kimi inancın həqiqət tapması çox uzaq bir düşüncədir.Ancaq,bir inancın həqiqətdən uzaq olması onun mümkün olmaması demək deyil.[4]
Şəriət baxımından isə,bu barədə Qurani-kərimdə günlərin uğursuz olması barəsində belə işarə olunubdur:
«إِنَّا أَرْسَلْنا عَلَيْهِمْ رِيحاً صَرْصَراً فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ»[5]
Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.
«فَأَرْسَلْنا عَلَيْهِمْ رِيحاً صَرْصَراً فِي أَيَّامٍ نَحِساتٍ»[6]
Biz onlara dünyada rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz (nəhs) günlərdə üstlərinə vıyıltı ilə əsən (çox soyuq) bir külək (qasırğa) göndərdik. Axirət əzabı isə daha rüsvayedicidir. Onlara (qiyamət günü) kömək də olunmayacaqdır.
Hərçənd ki, bu iki ayənin aid olduğu ad qövmünün bu hekayəsindən anaşılan budur ki, bu nəhs gün küləyin əzab olaraq dayanmadan əsdiyi bir zamana aiddir,ancaq bu ayələrdən anlaşılmır ki, bu təsir və zamanın rolu elə bir şəkildə idi ki,həftələrin fırlanması ilə həmin nəhs zaman da yenidən qayıdaacqdır.Belə olsaydı,bütün zamanlar nəhs olardı.Hətta ayların və illərin asıllığında olmuş olmasa belə.[7]
Quranda nəhs günlərlə yanaşı uğurlu və mübarək günlər barəsində də yad edilir:
«وَ الْكِتابِ الْمُبِينِ إِنَّا أَنْزَلْناهُ فِي لَيْلَةٍ مُبارَكَةٍ»[8]
Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vasitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!
Bu gecədən məqsəd Qədr gecəsidir.Bu gecənin vəsfi barəsində başqa bir ayədə buyurulur:
«لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ»
Qədr gecəsi min Aydan xeyirlidir.[9]
Məlumdur ki,o gecənin mübarək və səadətli olması bu cəhətdən idi ki,o gecədə ilahi feyz və inayət olan,eləcə də,mənəvi təsirlə malik qəza və qədəri mütləq edən və ya mələklərin nazil olması,habelə.həmin gecənin salamatlıq gecəsi olması ilə bağlıdır.
Deməli,o gecənin mübarək olması bu mənadadır ki,o gecə də ibadət etmək böyük bir fəzilətə malikdir.O gecədə ibadət etmək digər gecələrdə edilən ibadətlərlə müqayisə olunmazdır və o gecədə,Allahın öz bəndələrinə olan inayət və lütfü insana çox yaxın olur.[10]
Ərəb,fars və rum təqvimlərində olan həftələrin, günlərin və ayların uğurlu və uğursuz olması ilə bağlı olduqca çox hədis mövcuddur.[11]
Ancaq bu hədislərin bir çoxu zəifdir.Çünki,ya mürsəldir və ya sənədi zikr olunmayıbdır.Yada ki, sənədi olsa da, bu sənədin bəzi hissəsi mövcud deyil, hərçənd ki,bunların bəzilərinin sənədləri mötəbərdir və o hədislərə istinad etmək olar.Necə ki,bəzi müfəssirlər yuxarıda qeyd etdiyimiz ayələri təfsir edərkən bu hədislərin bəzilərindən istifadə etmişlər.[12]
Hədislərdə uğurlu və mübarək günlər haqqında
Günləri uğurlu və mübarək olduğunu bəyan edən bəzi hədislər bunlardır:
- İmam Həsən Əskəridən (ə) nəql olunur: Ərəb aylarının bəzi günləri nəhs və uğursuz olduğundan həmin günlərdə xəlvətə çəkilmək və ibadət etməkdən savayı başqa işlər görməyin. Məhərrəm ayının 22-i,Səfər ayının 10-u,Rəbiul-əvvəl ayının 4-u,Cəmadiul-əvvəl və Rəbius-sani ayının 28-i, Cəmadiul-sani və Rəcəb ayının 12-i, Şəban ayının 16-ı,Mübarək ramazan ayının 24-ü, Şəvval ayının 2-i, Zil-qəədə ayının 28-i,Zil-hiccə ayının 8-i.[13]
Bu rəvayət mürsəl və sənədsiz olsa da,aparılan təhqiqlərə görə Səfər ayının 10-un uğursuz olması ilə bağlı zikr olunan yeganə hədis elə bu mürsəl hədisdir.Ancaq sonralar verəcəyimiz izahlara əsasən,bu hədisin mətninə etina etmək olar və eləcədə bu hədisdən doğru və səhih bir nəticə çıxartmaq olar.
- «إِنَّا أَرْسَلْنا عَلَيْهِمْ رِيحاً صَرْصَراً فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ»
Bu ayə barəsində nəql olunan sənədsiz bir hədisdə,ayədə qeyd olunan günün,Səfər ayının axırıncı 3-cü günü olduğu bildirilir.[14]Bir halda ki,sünni və şiə qaynaqlarında nəq olunan hədislərə əsasən bu gün,bütün ayların 3-cü günü və ya ümumiyyətlə bütün 3-cü günlərə şamil olunur.Nəinki bu gün yalnız Səfər ayının axırıncı 3-cü günü olmuş olsun.[15] Misal üçün:
İmam Əli (ə) buyurur: ...3-cü günlər daimi nəsh günlərdir və bu gündə cəhənnəm yaradılıbdır.[16]
İmam Sadiq (ə) buyurur: 3-cü gün elə bir gündür ki,onda davam edən uğursuzluq vardır.Çünki,bu gün Haqq Təalanın belə buyurduğu ilk və son gündür: “ Bu dağıdıcı küləyi onlara 7 gecə və 8 gün hakim etdi.[17] ” [18]
İbn əbi Hatəm Zər ibn Hubeyşdən nəql edərək bəyan edir ki, «فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ» ayəsindən məqsəd 3-cü günlərdir.[19] Həmçinin, İbn Abbasdan nəql olunmuş başqa bir rəvayətə görə, bütün ayların axırıncı 3-cü günü nəhsdir.[20]
Əllamə Məclisi xalq arasında yayılmış olan Səfər ayının axırıncı 3-cü gününün nəhs olması inancı barəsində belə deyir: Biz, bu məsələyə dəlalət edən rəvayət tapmadıq,yalnız bir rəvayət var ki,o da bütün ayların son 3-cü gününün nəhs olmasına dəlalət edir və bu da Səfər ayına da şamil olur.[21]
Ancaq,günlərin uğurlu olmasına dəlalət edən hədislər də eyniylə günlərin nəhs olmasına dəlalət edən hədislər kimidir ki,onlara az öncə işarə etdik. Bəzi günlərin uğurlu və mübarək olmasını bəyan edən hədislər də,o günlərdə mübarək və yaxşı hadislələrin baş verməsinə görədir. Bunlar elə hadisələrdir ki,dinin nəzərində çox mühüm və böyük hadisələrdir.Məsələn, Həzrət peyğəmbərin (s) mövludu,O həzrətin (s) besəti. Nəql olunub ki,o Həzrət (s) belə dua edir : “İlahi, şənbə və 4-cü günü sübhdən etibarən mənim ümmətim üçün mübarək qərar ver” [22]
İmam Sadiq (ə) buyurub: “... Allah taala dəmiri 2-ci gün Davud üçün yumşaltdı”[23]
Günlərin uğurlu və ya uğursuz olmasına dəlalət edən hədislərin izahı
Bu barədə olan rəvayətləri doğru anlamaq üçün bəzi məsələlərə diqqət etmək lazımdır:
- O hədislərdə günlərin uğurlu və ya uğursuz olmasının səbəbləri də bəyan olunubdur.Yəni,o günlərdə xoşagəlməz hadisələrin baş verdiyi bəyan olunubdur.Yəni, bu nəhs günlərdə xoşagəlməz hadisələr durmadan təkrarlanırdı.Bu hadisələr din baxımından xoşagəlməz sayılırdı.Məsələn,Habilin qardaşı Qabil tərəfindən öldürülməsi,[24] hansısa ümmətə əzabın nazil olması,cəhənnəmin yaradılması və s. Və yaxudda ,uğurlu və mübarək günlərdə mübarək və gözəl hadisələr baş verirdi.
- Bu rəvayətlər uğurlu və uğursuzluğun dini hadisələr səbəbindən qaynaqlanmasından savayı başqa bir dəlaləti yoxdur.Yəni,dini yanaşma ilə baxılsa,həmin gündə baş verən hadisə o günü gözəl və xeyirli edib və ya o günü pis və xoşagəlməz qərar veribdir. Ancaq,o günün özünün və yaxudda o günün hansısa bir hissəsinin zatən uğursuz hesab olunması və yaradılış etibariylə digər günlərdə olmayan hansısa bir xüsusiyyətə malik olmuş olsun, həmin rəvayətlər bu na dəlalət etmir.Nəticədə, hər hansı bir rəvayət dediklərimizdən əksini bəyan edərsə ya təqiyyə şəraitində deyilib, yadaki gərək o rəvayəti bütünlüklə kənara qoyaq.[25]
Başqa bir rəvayətdə də, bu məsələyə işarə olunub ki,günlər yaradılış etibariylə zatən uğurlu və uğursuz olmur və bu kimi rəvayətlərdə insan belə bir inancdan çəkindirilir.Əslində hansısa bir gündə və ya zamanda insanın qarşısına çıxan problemlər onun günahlarının və pis əməllərinin nəticəsidir.Necəki,İmam Həsən Əskəri (ə) öz səhabələrindən birinə belə buyurur :” Günahlarınız sizin ətəyinizi yandıranda günlərin nə günahı var ki,siz onları uğursuz hesab edirsiniz?!
Ravi deyir : Mən həmişə Allaha istiğfar edirəm və bu da mənim tövbəmdir ey Allah rəsulunun oğlu.
İmam buyurur : “ Bunun sənə heç bir faydası yoxdur.məgər bilmirsən ki,Allahın savab və cəzası vardır?Allah öz cəzasını bu dünya da və başqa dünyada verəcəkdir.Bir də bu əməli təkrarlama (günlərin zatən uğursuz olmasına inancın olmasın) və Allahın hökmünün müqabilində günlər üçün hansısa bir təsir qərar vermə.[26]
Bu məna dolu hədis buna işarədir ki,əgər günlər hansısa bir təsirə malik olsalar da, bu təsir Allahın əmri ilə olar.Heç vaxt günlərin müstəqil bir təsirə malik olmasını qəbul etmək və onu Allahın lütfündən ehtiyacsız olduğunu qəbul etmək olmaz.Belə olan halda, insanlara onların günahlarının kəffarəsi olaraq baş verən hadisələri həmin günlərin təsiri olaraq bilmək olmaz və bu ərz etdiyimiz mətləb nəql olunan müxtəlif məzmunlu hədisləri cəm etmək üçün ən münasib bəyandır.[27]
- Belə bir ehtimal da var ki,yuxarıda dediyimiz mətləb bu rəvayətlərin bir qismi üçün doğru olsa da, bütün hamısı üçün doğru hesab olunmur.Çünki,o hədislərin bəzilərindən belə nəticə əldə edilir ki,bəzi günlərin gizli və sirli təsirləri vardır ki,bizim ondan xəbərimiz yoxdur.[28]
- Bəziləri günlərin uğurlu və uğursuz olması müvzusunda həddən artıq ifrata vararaq, əgər bir iş görmək istəsələr əvvəlcə həmin günün uğurlu və ya uğursuz olmasına baxırlar və bununla da bir çox işlərdən geri qalırlar.Bununla da həyatın qızıl fürsətlərini əldən verirlər.
Özlərinin və ya başqalarnın həyatda uğradığı məğlubiyyətlərin səbəblərini araşdırmaq əvəzinə günlərin uğurlu və ya uğursuz olması barəsində düşünürlər.Necəki,öz qələbələrinin səbəbini də həmin günlərin uğurlu olmasında axtarırlar.Bu bir növ həqiqətdən qaçmaq və bu məsələdə ifrata varmaq və həyatda baş verən hadisələri xürafatla izah etmək hesab olunur ki,insan gərək bu kimi məsələlərdən uzaq dursun.
Hansısa bir məsələdə,insanların şaiələrinə qulaq asmamaq lazımdır.Əgər bu məsələdə hansısa bir mötəbər hədis isbat olunsa gərək o hədis qəbul olunsun.Əks təqdirdə isə,başqalarının sözlərinə etina verməyərək həyat yoluna davam etmək lazımdır və çalışmaqla,səy göstərməklə addımlamaq,Allaha təvəkkül etmək və Onun lütfünə ümidvar olmaq lazımdır.[29]
5.Bu günləri nəhs bilmək, təqva ruhiyəsini möhkəmlədir.Bu rəvayətlərdə bəyan olunan səbəblərə baxıldıqda,insan öz maddi ləzzətlərinə göz yumur və bununla da onun ruhiyyəsi dahada güclənir.Əksinə,əgər insanlar məhərrəm ayı,səfər ayı kimi zamanlara heç bir hörmət qoymasa və o aylarda baş verən hadisələrə heç bir etinası olmasa,habelə,öz nəfsani istəklərinin arxasınca getsə və olduğu günün hansı gün olmasına diqqət etməsə,belə bir camaat haqdan üz döndərəcəkdir və asanlıqla dinin hörmətini sındıracaqdır.Bir sözlə,bəzi günlərin nəhs olması bir cəhətdən mənəvi çırkinliklərdən qaynaqlanır və bu kimi səbəblərə etinasız olmaq, bir növ dini bədbəxtlik hesab olunur.[30] Bir sözlə, hansısa günlərin uğurlu və ya uğursuz olmasına diqqət etmək,səbəb olar ki, insan Allahın dərgahına üz tutsun və İlahidən yardım diləsin.Bu səbəbdən də,hədislərdə insanların diqqəti bu həqiqətə yönəldilir və bu kimi günlərin uğursuzluğunu aradan aparmaq üçün bəzi həll yolları göstərilir.Bu günlərin uğursuzluğunu dəf etmək üçün,Allaha pənah aparmaq,oruc tutmaq,dua etmək və ya Quran oxumaq,sədəqə vermək lazımdır.Bütün bunlara dəlil olaraq bir hədisi zikr etməklə kifayətlənəcəyik :
Səhl ibn Yəqub deyir ki, mən İmam Həsən Əskəridən (ə) soruşdum:Ey mənim ağam,bəzi günlərdə o günün uğursuz olmasından dolayı,insanlar qorxularına görə həyatlarında bir çox məqsədlərdən məhrum olurlar,belə olan halda nə etmək lazımdır?Xahiş edirəm məni ,bu müşkülləri aradan aparacaq bir şeyə yönəldin.Çünki,bəzən zəruri bir məsələ ortaya çıxır və onu aradan aparmaq üçün gərək bir iş görüm,Ancaq həmin günün uğursuz olmasından dolayı əl-ayağım bağlanır,indi nə etmək lazımdır?
İmam (ə) buyurur : Ey səhl bizim şiələrimizin qəlblərində olan vilayətimiz onların qalasıdır.Onlar dənizin tufanlarında və ya ucsuz-bucaqsız səhralarda yırtıcıların arasında cin və insandan olan düşmənlərin arasında olsalar belə,onlar hər bir təhlükədən amandadırlar.Çünki,bizim vilayətimiz onların qəlblərində yer alıb.Bəs,gərək Allaha etimad edəsən və imamlarına olan vilayətini xalis edəsən.O zaman,hara istəsən gedə bilərsən və hər nə istədin edə bilərsən və hər bir məqsədinə tərəf addımlaya bilərsən.
Ey səhl, Əgər sübh vaxtı 3 dəfə belə desən,
«أَصْبَحْتُ اللَّهُمَّ مُعْتَصِماً بِذِمَامِكَ الْمَنِيعِ الَّذِي لَا يُطَاوَلُ وَ لَا يُحَاوَلُ مِنْ شَرِّ كُلِّ غَاشِمٍ وَ طَارِقٍ مِنْ سَائِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ مِنْ خَلْقِكَ الصَّامِتِ وَ النَّاطِقِ فِي جُنَّةٍ مِنْ كُلِّ مَخُوفٍ بِلِبَاسٍ سَابِغَةٍ وَلَاءِ أَهْلِ بَيْتِ نَبِيِّكَ ع مُحْتَجِباً مِنْ كُلِّ قَاصِدٍ لِي إِلَى أَذِيَّةٍ بِجِدَارٍ حَصِينٍ الْإِخْلَاصِ فِي الِاعْتِرَافِ بِحَقِّهِمْ وَ التَّمَسُّكِ بِحَبْلِهِمْ جَمِيعاً مُوقِناً بِأَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ وَ فِيهِمْ وَ بِهِمْ أُوَالِي مَنْ وَالَوْا وَ أُجَانِبُ مَنْ جَانَبُوا وَ أُحَارِبُ مَنْ حَارَبُوا وَ صَلِّ اللَّهُمَّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَعِذْنِي اللَّهُمَّ بِهِمْ مِنْ شَرِّ كُلِّ مَا أَتَّقِيهِ يَا عَظِيمُ يَا عَظِيمُ حَجَزْتُ الْأَعَادِيَ عَنِّي بِبَدِيعِ السَّمَاوَاتِ وَ الْأَرْضِ إِنَّا جَعَلْنا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَ مِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْناهُمْ فَهُمْ لا يُبْصِرُون»؛[31] [32]
Və 3 dəfə də belə desən:
«جَعَلْتُ فِي حِصْنٍ مِنْ مَخَاوِفِكَ وَ أَمْنٍ مِنْ مَحْذُورِك».[33]
Sevmədiyin bir gündə səfər etmək istəsən Həmd sürəsini habelə, Xələq və Nas sürələrini,İxlas sürəsini,Ayətul-kürsini və Ali-İmran sürəsinin ilk 5 ayəsini oxu və de :
“اللَّهُمَّ بِكَ يَصُولُ الصَّائِلُ وَ بِقُدْرَتِكَ يَطُولُ الطَّائِلُ وَ لَا حَوْلَ لِكُلِّ ذِي حَوْلٍ إِلَّا بِكَ وَ لَا قُوَّةَ يَمْتَازُهَا ذُو قُوَّةٍ إِلَّا مِنْكَ أَسْأَلُكَ بِصَفْوَتِك مِنْ خَلْقِكَ وَ خِيَرَتِكَ مِنْ بَرِيَّتِكَ مُحَمَّدٍ نَبِيِّكَ وَ عِتْرَتِهِ وَ سُلَالَتِهِ عَلَيْهِ وَ عَلَيْهِمُ السَّلَامُ وَ صَلِّ عَلَيْهِمْ وَ اكْفِنِي شَرَّ هَذَا الْيَوْمِ وَ ضَرَّهُ وَ ارْزُقْنِي خَيْرَهُ وَ يُمْنَهُ وَ اقْضِ لِي فِي مُتَصَرَّفَاتِي بِحُسْنِ الْعَاقِبَةِ وَ بُلُوغِ الْمَحَبَّةِ وَ الظَّفَرِ بِالْأُمْنِيَّةِ وَ كِفَايَةِ الطَّاغِيَةِ الْغَوِيَّةِ وَ كُلِّ ذِي قُدْرَةٍ لِي عَلَى أَذِيَّةٍ حَتَّى أَكُونَ فِي جُنَّةٍ وَ عِصْمَةٍ مِنْ كُلِّ بَلَاءٍ وَ نَقِمَةٍ وَ أَبْدِلْنِي مِنَ الْمَخَاوِفِ فِيهِ أَمْناً وَ مِنَ الْعَوَائِقِ فِيهِ يُسْراً حَتَّى لَا يَصُدَّنِي صَادٌّ عَنِ الْمُرَادِ وَ لَا يَحُلَّ بِي طَارِقٌ مِنْ أَذَى الْعِبَادِ إِنَّكَ عَلى كُلِّ شَيْءٍ قَدِيرٌ وَ الْأُمُورُ إِلَيْكَ تَصِيرُ يَا مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِير[34]”[35]
Nəticə olaraq deyə bilərik ki, birincisi,biz bütün Səfər ayını nəhs bilən rəvayət tapmadıq.İkincisi,3-cü günün nəhs olması yalnız Səfər ayına aid deyil.Əksinə,bütün aylara şamildir.Üçüncüsü,deyildiyi kimi,mütləq olaraq bəzi günlərin uğursuz olmasını inkar etmək olmaz.Amma hər bir halda, o günlərdə baş verəcək hadisələrdən qorunmaq üçün dua və sədəqə kimi yollar vardır.
[1] Rəğib İsfahani, Hüseyn İbn Məhəmməd, Əl-Mufradat fi Qarib əl-Quran, Tədqiq: Davudi, Səfvan Adnan, səh. 794, Dar əl-Qələm, Eddar əl-Şamiyyə, Dəməşq, Beyrut, ilk nəşr, 1412 h.q. ,Məkarim Şirazi, Nasir, təfsir Nümunə,cil 23,səh 42,Darul kutubul İslamiyyə, Tehran, Birinci nəşr, 1374 şəmsi
[2] Təbataba'i, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan Fi Təfsir əl-Quran, cild 19, səh 71, İslam Nəşrləri Ofisi, Qom, Beşinci nəşr, hicri 1417
[3] Həmin.
[4] Həmin,bax,Təfsir Nümunə,cild 23,səh.41
[5] Qəmər 19.
[6] Fusillət 16.
[7] əl Mizan fi Təfsiril Quran,cil 19,səh. 71
[8] Duxan 3.
[9] Qədr 9
[10] əl Mizan fi Təfsiril Quran,cil 19,səh. 71-72
[11] Məclisi, Məhəmməd Baqir, Bihar əl-Ənvar, cild 5615-ci bab, ma ruviyə fi səadəti əyyamil usbu və nuhusətiha, səh.18-112,dual ihyait-turasil ərəbi,Beyrut,ikinci çap,1403 h.q
[12]əl Mizan fi Təfsiril Quran,cil 19,səh. 72,əfsir Nümunə,cild 23,səh.42
[13] Bihar əl-Ənvar, cild 56, səh 54; muhəddis Nuri, Hüseyn, Mustdarak al-məsail və Mustanbətu al-Masail, 8-ci cild, səh.205.Alu beyt müəssisəsi,Qum,birinci çap,1408 h.q
[14] Kaşani Səbzəvari Huseyn ibn Əli,Məvahib əleyh,təhqiq:Cəlali Naini,Seyyid Muhəmməd Rza,səh.1194,İqbal nəşriyyat və çap qurumu,Tehran. Şəmsi 1369,Kaşani,Molla Fəthullah,Təfsiz minhəcus sadiqin fi ilzamil muxalifin,cild 9,səh.100,Muhəmməd Huseyn Elmi kitab mağazası,Tehran, şəmsi 1336, Molla Huveyş Ali Ğazi,abdulqadir,Bəyanul məani,cild 1,səh.286,Mətbəətül tərəqqi,Dəməşq,birinci çap,1382 şəmsi.
[15] Süyuti, Cəlaluddin, Əl-durrul mənsur təfsirində, 6-cı cild, səh 135, Ayətullah Mərəşi Nəcəfi Kitabxanası, Qum, hicri 1404.
[16] Şeyx Saduq, əl-Xisal, təhqiqatçı və redaktor: Qaffari, Əli Əkbər, cild 2, səh 387 - 388, İslam Nəşrləri Ofisi, Qum, ilk nəşr, 1362 ş.
[17] «سَخَّرَها عَلَیهِمْ سَبْعَ لَیالٍ وَ ثَمانِیةَ أَیامٍ حُسُوماً»؛ haqqə sürəsi 7.
[18] Şeyx Saduq, iləluş-şəraye, davəti Kitab mağazası, Qum, Birinci nəşr,1385 ş
[19] əl-Durrul mənsur fi təfsiril mənsur,cil 6,səh. 135
[20] Bəyanul-məani,cild 1,səh.286
[21] Məclisi, Məhəmməd Baqir, Zad əl-Məad, təhqiqatçı və redaktor: Ələmi, Alaəddin, səh. 250, Nəşrlər İnstitutu, Beyrut, ilk nəşr, 1423 h.q.
[22] Şeyx Saduq, Man La Yahzuruhu əl-Fəqih, təhqiqatçı və redaktor: Qaffari, Əli Əkbər, cild 1, səh 425, İslam Nəşrləri Ofisi, Qum, İkinci nəşr, hicri 1413.
[23] əl-Xisal,cild 2,səh 286
[24] Həmin mənbə,səh 388
[25] əl mizan fi təfsiril quran,cild 19,səh 74-75
[26] İbn əl-Şara'i Harani, Həsən ibn Əli, Ta'f əl-Aqul əl-Rasul (s.ə.), alim və redaktor: Qaffari, Əli Əkbər, səh. 482-483, İslam Nəşrləri Ofisi, Qom, İkinci nəşr, hicri 1404.
[27] Nümunə təfsiri,cild 23.səh.72
[28] Həmin mənbə səh.44
[29] Həmin mənbə,səh.44-45
[30] əl mizan fi təfsiril quran,cild 19,səh 72
[32] Allahım,hər sübhümü sənin heç kəsin üstün ola bilməyəcəyi möhkəm ipindən yapışaraq açıram .Hər bir zalimin şərrindən və sənin hər danışan və səssiz məxluqlarının şərindən peyğəmbərinin əhli beytinin vilayəti libasını özümə sipər edərək mənə əziyyət etmək istəyən hər kəsdən sənə pənah aparıram.Hər bir ixlas və etiraf onların haqqıdır və onların şəfaətini səndən istəyirəm və yəqin bilirəm ki haqq onlarladır,onlar üçündür və onlardadır.Onların vilayətini qəbul edən hər kəsə dostam və onlardan uzaq olan hər kəsdən uzağam.Onlarla müharibə edənlə müharibə edərəm. Allahım, Muhəmməd və onun ailəsinə salam göndər və onların bərəkətiylə bizləri qorxduğumuz şeylərin şərrindən amanda saxla.Ey böyük Allahım.Yerləri və göyləri yaradanın yardımı ilə düşmənlərin önlərindən və arxalarından sədd çəkdik və gözlərinə pərdə çəkdik.
[33] Qorxulardan sənin qalanda və çətinliklərdə sənin amanında qərar tapıram.
[34] Allahım,güclü insanlar sənin qüdrətindən güc alırlar və sərvətli insanlar sənin kərəmindən mal mülkə sahib olurlar və heç bir qüdrət sahibi sənin tərəfindən olan qüdrətdən başqa bir şeyə sahib deyillər.Səni and verirəm insanların ən mükəmməl olanına,Muhəmməd və onun Əhli beytinə salam göndər və məni bü günün şərinnən amanda saxla.Onların xeyir və bərəkətini bizlərə nəsib et.Bu günki işlərimdə xeyirli aqibət mənə inayət et və məni öz istəklərimə qovuşdur.Məni azğın şeytanın əziyyətlərindən qoru.Necə ki,hər bəladan sənin pənahındayam.Bu gündə qorxulu işlərdən məni qoru.Çətinliklərdə və sıxıntılarda mənə rahatlıq nəsib et.Elə et ki heç kəs məni məqsədimdən döndərə bilməsin və insanların əziyyətlərindən mənə bir şey nəsib olmasın.Sən hər şeyə qadirsən və hər şey sonda sənə dönəcəkdir.Ey o kəs ki,tayı bərabəri yoxdur və eşidən və görənsən.
[35] Şeyx Tusi,əl-Əmali,səh. 277 darul-səqafə, Qum,birinci çap,1414 qəməri.