Please Wait
6100
Qeyd olunan ayənin şəni nuzuluna diqqət edərkən sualdakı uhud döyüşündə o şayə ki, müsəlmanlar arasında bu məzmunla ki, Peyğəmbər öldürülübdür- yayıldı. Müsəlanlardan bir çoxu döyüş meydanından çıxdılar, bir cürə ki, hətta bəziləri bu fikirdə idilər ki, Peyğəmbərin ğldürülməyi ilə İslam dinindən dönsünlər və bütpərəstlərin böyüklərindən Əman istəsinlər. Bu vaxtda şərafətli ayə nazil oldu və döyüşdən əl çəkmiş bir dəstə müsəlmanı bərk danladı ki, dinlərində möhkəm və sabit qədəm olmalıdırlar; əgər Peyğəmbər diri ola ya ölə və yaxud öldürülə siz gərək dininizdən dönməyəsiniz. "Öldürüldü" feli təkcə bir fərziyyəni bəyan edir ki, hətta fərz etsək ki, Peyğəmbər öldürülüb. Müsəlmanlar gərək dinlərində qalsınlar və vəzifələrində səhlənkarlıq etməsinlər; bu cəhətdən bu ayə Peyğəmbər (s) şəhadətinə dəlalət etmir.
Əziz Peyğəmbərin (s) vəfat ya şəhadət məsələsi araşdırılan və müzakirə olunan məsələlərdəndir o həzrətin şəhadətini sübut etmək üçün hədis və tarixi kitablardan bir sıra dəlillər bəyan olubdur.[1]
eyğəmbərin şəhadətinə dəlaləti
Amma şərafətli ayənin xüsusunda ki, buyurur: "Muhəmməd (s) fəqət Allahın elçisidir və ondan qabaq başqa elçilər də olublar. Əgər o ölə və ya öldürülə, siz arxaya qayıdacaqsınız? (İslamı buraxıb cahiliyyət və küfür dövrünə qayıdacaqsınız?) və hər kəs arxaya qayıda, heç vaxt Allaha zərər verməz".[2]
O ayənin şəni nuzuluna diqqət etmək lazımdır və o belədir: "O zaman ki, müharibə odu müsəlmanlarla bütpərəstlər arasında şiddətlə olovlanmışdı, bir səs ucaldı və bir nəfər dedi: Muhəmmədi öldürdüm... bu düz həmin an idi ki, "Əmru ibni qəmeyi harisi" adlı bir şəxs Peyğəmbər tərəfə bir daş atdı və o həzrətin alnı dişi və aşağı dodağı partladı. Bu vaxtda düşmən istəyirdi Peyğəmbəri öldürsün ki, Müsəb ibni Əmir" İslam qoşununun bayraqdarlarından biri onların hücumlarının qarşısını aldı amma özüdə bu arada öldürüldü çünki onun Peyğəmbərə çox oxşarlığı var idi, düşmən elə düşündü ki, Peyğəmbər qanına qəltan olubdur ona görə də bu xəbəri uca səslə bütün qoşuna çatdırdı.[3]
Bu xəbərin yayılması nə qədər ki, bütpərəstlərin ruhiyyəsində müsbət təsir qoyursa o qədər də müsəlmanlara mənfi təsir qoyub onları titrətdi, bir çoxları ki, müsəlmanların əksəriyyətini təşkil edirdilər əl- ayağa düşüb sürətlə döyüş meydanından çıxdılar, hətta bəziləri bu fikirdə idilər ki, Peyğəmbərin (s) öldürülməsiylə İslam dinindən dönüb və bütpərəstlərin başçılarından aman istəsinlər, amma onların müqabilində, Əli (ə) Əbu düğanə, Təlhə, və səhabələrdən başqa bəziləri kimi az bir dəstə idi ki, qalan müsəlmanları möhkəm dayanmağa çağırırlar. O vaxta qədər ki, aydın oldu ki, Əziz Peyğəmbər (s) sağdı və bu xəbər səhvən ya yalan olaraq müsəlmanlar arasında yayılıbdır. Bu vaxt, ayə nazil oldu və döyüşdən əl çəkmiş bir dəstə müsəlmanı bərk danladı.[4] Buna əsasən, qeyd olunan ayə və mənanı yetirir ki, İslam şəxsiyyət pərəstlik dini deyil və fərzən Peyğəmbər (s) bu döyüş meydanında şəhid olsaydıda, müsəlmanların vəzifəsi şübhəsiz mübarizəni davam etdirmək idi və onlar gərək dinlərində möhkəm və sabit qədəm qalaydılar; çünki Peyğəmbərin ölümü ya şəhadətiylə İslam sona çatmır, bəlkə həqiqi dindir ki, əbədi qalacaq.[5]
"Öldürüldü" feli təkcə bir fərziyyəni bəyan edir ki, hətta, fərz etsək ki, Peyğəmbər öldürülüb müsəlmanlar gərək dinlərində qalsınlar və vəzifələrində səhlənkarlıq etməsinlər; bu cəhətdən bu ayə Peyğəmbərin (s) şəhadətinə dəlalət etmir.
[1] - Bax: Göstərici: "İslam Peyğəmbərinin vəfatı ya şəhadəti" sual 4073 (sayt: 4348).
[2] - Ali- imran surəsi, ayə 144
«وَ مَا محُمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَ فَإِیْن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلىَ أَعْقَابِکُمْ».
[3] - Məkarim Şirazi, Nasir, Təfsiri nümumə, cild 3, səh 115, Darul- kutubul İslamiyyəh, Tehran, 1374 hicri şəmsi.
[4] - Həmin.
[5] - Həmin, səh 116; V R.K. Fəxri Razi, Əbu Əbdillah Muhəmməd ibni Ömər, Məfatihul- ğeyb, cild 9, səh 377, Darul- əhyaut- turasil- ərəbi, Beyrut, 1420 hicri qəməri.