Please Wait
9360
İslam dini nöqteyi nəzərində qadın və kişi arasında yaradılışın əsil hədəfinə (kamil və insanlıq nöqtəsi) çatmaqda heş bir fərq qoyulmamışdır. Belə ki, hər iki cins yaradılışın təkamül nöqtəsinə çatmaq üçün nə qədər çox çalışsalar bir o qədər də insanlıq aləmində uca məqama yiyələnəcəkdir. Amma bu məqama yiyələnmək üçün cinsiyyət heç bir əhəmiyyət kəsb etmir. Yəni kişi və qadın olmaq insanlıq dəyərlərinə heç bir üstünlük gətirmir. İslam məktəbi nəzərində:
- Qadın gözəllik, zəriflik və aramlıq simvoludur. Bütün bunlar qadında təcəssüm etmişdir.
- Qadın kişinin aramlıq yeri və kişi də qadının arxalanacaq yeri və başçısıdır.
- Allaha yaxınlaşmaq, yaxşı əməlin nəticəsindən bəhrələnmək və mənəvi aləmdə addımlamaq heş bir cinsiyyətlə əlaqəli deyildir.
- əhkam baxımından qadınla kişinin fərqi qadına zülm deyil. əksinə bu kişinin ailədə məsuliyyət və vəzifəsinin çox olmasından irəli gələn ilahi əmirdir.
Əgər bütün həqiqətləri özünüz istədiyiniz kimi deyil, əksinə olduğu kimi qəbul etsək və hər şeyə göz yummadan açıq zehinlə baxsaq, belə bir nəticəyə çatırıq ki, "kamalaçatmaq üçün nə qadının kişi olması lazımdır nə də kişinin öz cinsiyyəti ilə öyrənməsi ilədir.
Fakt budur ki, qadın və kişi eyni zamanda iki müstəqil vücud olaraq yaradılmışdır. Qadınla kişinin bir- birinə nisbətdə üstünlükləri onların, kamala çatmaq üçün çəkdikləri zəhmətdədir. Yəni yaranmış şəraitdən öz təkamülləri üçün nə qədər çalışmaqlarındadır. Amma vəhy və Quran baxımından kişi ilə qadın heç bir fərqi yoxdur. Onların fərqi yalnız yaradılışın nəzm və nizam bağlılığına əsaslanır. (yəni yaradılış qanununa əsasən cinsləri fərq edir). Mövzumuz "qadının məqamını tanımaq" və "onun İslam dünyasında şəxsiyyəti" olduğu üçün bu məsələni dini baxımdan yəni Quranın və Əhli- beytin nəzərindən araşdırmaq lazımdır.
Qadının məqamlarından nümunələr:
Qadının İslam dinində olan şəxsiyyətini və məqamını üç cəhətdən araşdıra bilərik:
A)- İnsani şəxsiyyət
Qadın, gözəllik, zəriflik və aramlıq rəmzidir. Hər bir ad Allahının adının bir təcəllasıdır. Çünki o yaradılış ki, Allahın fel sifətlərini (zat sifətləri deyil) təmsil edir bundan ibarətdir: "Yaradanın növbə- növ yaranmışlarda təcəllası" necə ki, həzrət Əli (ə) buyurur: "Bütün həmdlər o Allaha məxsusdur ki, özünü yaradılış vasitəsi ilə yaranmışlara aşkarladı[1] və [2]
Qurani kərimin bəyanına əsasən qadının yaradılış sirri və ailə quruculuğu, həmçinin ər- arvad münasibətləri müvəqqəti olan cinsi istəklərdən olduqca üstün və dəyərlidir.
"İlahi lütfün nişanəsi sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi, mehribanlıq yaratması onun qüdrət nişanələrindəndir".[3]
Bütün irqi və cinsi dəyərlər Allahın kitabında puç və mənasızdır. "Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.[4]
Bütün Peyğəmbərlərin və səmavi kitabların müraciəti və xitabı bəşəriyyətin cinsindəndir. Onlar hamısı birlikdə insanları belə səsləyirlər. "hər kəs mənə tərəf gəlsə (dediklərimizə əməl etsə) məndəndir.[5]
Qadının yaradılışda olan digər yeri də bundan ibarətdir ki, onlar üçün hədəfə çatmaqda və qələbədə heç bir sərhəd qoyulmamışdır. "Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışırsan. Sən ona qovuşacaqsan."[6] Hər kəs öz əməlinin girovudur."[7] Insana yalnız öz əməli qalar"[8]
Hər kəs yaxşı bəndə olsa Allaha yaxındır. (istər kişi olsun, istərsə də qadın)" Hər vaxt bəndələrim sual etsə ki, pərvərdigarımız haradadır de:
Çox yaxındır. Mən onlara yaxınam və duaları qəbul edənəm".[9]
Gözəl və dəyərli həyata çatmağın iki şərti vardır. Birincisi əməli saleh olmaq, ikincisi isə mömin olmaqdır. Bu iki məsələ də cinsiyyətin heç bir rolu yoxdur. "Hər kəs mömin olmaqla yanaşı yaxşı əməl sahibi olsa biz ona pak həyat bağışlayar və əməlini olduğundanda artıq qiymətləndirərik."[10]
Hər kəs həqiqəti tapdalayarsa Allahın lənətinə düçar olar. "O kəslər ki, kafir oldular və bu küfürlə də dünyadan köçdülər Allahın və mələklərin lənətinəşamil olarlar".[11]
Bütün bunlardan belə nəticə alırıq ki, Allahın kitabının nəzərində heç bir cinsiyyət əhəmiyyət kəsb etmir. Hər kəs öz əməlinə cavabdehdir.
Quranın nəzərində qadın bir insandır. Bu da onun əmələrində heç bir təsirli amil deyildir. İnsan istər qadın və ya kişi olsun. Bunun Allah Taala yanında əməl baxımından heç bir fərqi yoxdur.
B)- Qadın irfan (mistika) və mənəviyyat pilləkənində
Allah Taala və onu tanımaq və qadın üçün nəzərdə tutulub nə də kişi. Əksinə Allah Taala bütün bəşəriyyətin və yaranmışların Allahıdır.
Həmçinin mərifətdə (Allahı tanımaq) elə bir cövhər deyil ki, qadını özünə naməhrəm və kişini məhrəm bilə. Bütün mənəvi pillələr bir neçə formula tabedir. Eşq (Allahı dərk etmək), məhəbbət, itaət və yaxınlıq.
Hər kəs bu yolda nə qədər addımlasada vəöz Allahına yaxın olsa ilahi mərifəti əldə edəcək və mənəviyyat aləmində uca məqama layiq görüləcəkdir. Belə olan halda Allahın bu vədəsi ona da şamil olacaqdır. "O kəslər ki, Allah yanında cihad edirlər Allaha ən yaxın olan yolla (asnlıqla) yetişərlər. Təbii kibu yola olduqca çox sayda qadın və kişilər qədəm qoymuşdur. Bu barədə Qurani kərim iki ibrət nəql etmişdir.
"Allah imangətirənlərə Fironun zövcəsini (Asiya binti məzahim) məsəl çəkir. O zaman o: Ey Rəbbim! Mənim üçün öz dərgahında- cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et! Demişdi."[12]
Həmçinin bu surənin on ikinci ayəsində də həzrət Məryəmdən söhbət açılaraq ondan xoş ibrətamiz xatirələr nəql olunur. Amma başqa surələrdə isə pis tayfalardan və xüsusi ilə iki pis qadından (Nuh və Lut Peyğəmbərin arvadları) ibrətamiz hadisələr xatırlanır.[13]
Qurani kərimin bu misalları bütün insanlara aid edilir. Yəni ayədə qadından danışılırsa bu o demək deyil ki, ayə yalnız qadınlara aiddir.
Bu yolda (suluk, mənəviyyat) addımlamağın əsas şərtlərindən biri də "ürək sındırmaq" və "sızıltıdır" ki, bu iki hal qadınlarda daha tez baş verə bilir. Ayrı bir şərt isə zikr və təfəkkürdür ki, qadınlar kişilərə nisbətən zikr edərkən daha tez kövrələ bilərlər. bu məhəbbət və eşq yolunda əgər qadınlar kişilərdən önə keçə bilməsələr də yəqin edə bilərik ki, heç geri də qalmırlar.[14]
Peyğəmbər (s) buyurmuşdur: "Ən gözəl elm tovid və ən gözəl ibadət tövbədir."[15]
Məlum məsələdir ki, elmə çatmağın və tövbə etməyin cinsiyyətlə heç bir əlaqəsi yoxdur.
Əgər təqvalı olsaq İlahi mənəvəyyata və onun şirinliyinə çatacağıq. Bu yerdə də həmçinin cinsiyyət rol oynamır: "Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə (bilsin ki) Allah yaxşı iş görənlərin mükafatını əsla zay etməz![16] Amma kim (qiyamət günü) Rəbbin güzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini qadağan etmişsə həqiqətən, onun yurdu cənnətdir![17]
Bütün bu dediklərimizdən belə nəticə alırıq ki, deməli bütün qadınlar ilahi əmələrində azaddırlar və hər bir qadın öz zamanında seyr- suluk yolunda uca məqamlara yetişə bilər. Bir sözlə hər zamanda "arif"ənin olması gün kimi aydın bir məsələdir.
C)- Qadının İlahi qanunlar və əhkam prinsiplərinə əsasən məqamı
Verilmiş sualdan belə nəzərə çarpır ki, "qadının İslam elmləri nəzərində məqamı və şəxsiyyəti" məhz şəri baxımdan araşdırılmalı və güquq baxımından düzgün nəticə alınmalıdır. Əgər qadın güquqlarına şəri baxımdan səthi və ötəri yanaşsaq burada verilmiş sual hər bir kəsin zehnində şəkk və tərəddüd yarada bilər. amma bütün ilahi qanunlara (əhkam) nəzər salmaqla yanaşı qadın yaradılışının zəifliyini ansaq olunan bütün iradları aradan qaldırmaq mümkündür.
Əhkam qanunları baxımından (cinsiyyət) qadın və kişi məsələləri bir neçə fəstəyə ayrılır:
- Müştərək əhkam. Misal üçün oruc tutmaq, namazqılmaq, həcc və sair.
- Qadınların xüsusi əhkamı. Misal üçün: Heyz nifas və sair.
- Fərqli əhkam məsələləri, Misal üçün: Qadının irsi, diyəsi, mehriyəsi və sair.
Əgər qadının xüsusi və fərqli (1 və 3) əhkam məsələlərinə ümumi diqqət yetirsək bir neçə mətləb ortaya çıxır.
1. Kişi ailənin bütün məsuliyyətini öhdəsinə götürdüyü üçün irs və digər məsələrdə pul və sərvət baxımından ona çox pay düşür.[18]
2. Bəzi rəvayətlərdə qadınların qınanması onların təhqir olunması deyil, əksinə qadınları həddən artıq şişirdməyin qarşısını almaqdır. Çünki, qadın da başqa yaranmışlar kimi təbii yolla yaradılmışdır. Misal üçün: "Qadın bir əqrəbdir. Amma onun sancması şirindir.[19]
3. Bəzi rəvayətlərdə isə xüsusən Nəhcül- bəlağə qadınlar barəsində söylənən hədislər belə təfsir olunur: "Bu hədislər xüsusəi birzamanda və məkana aid edilir. Çünki İmam Əlinin (ə) dövründə yaşayan bəzi qadınlar (xüsusən də Ayişə) Cəməl döyüşündə Ayişə tərəfindən həzrət Əliyə (ə) qarşı müxalif sima nümayiş etdirmişlər."[20]
4. Bəzi əhkam məsələləri qadınların öhdəsindən götürülməsi Allah tərəfindən onlara göstərilən mehr və məhəbbətin nəticəsidir. (cihad qazilik və sair kimi.) Həzrət Əli (ə) bu barədə buyurmuşdur: "Qadın gözəl ətirli lətif bir güldür. Nəinki qəzəbli və düşməninə amansız olan bir qəhrəman".[21]
5. Qadının kişilərdən tez dini vəzifələrə əməl etməkdə borclu olmasının əsas hikməti bundan ibarətdir ki, qadın aha tez tərbiyə olunmağa və Allaha tərəf addımlamağa sövq edilir ki, gələcək nəslin tərbiyəsi sağlam olsun. Çünki, qadınlar kişilərdən daha tez ailə həyatına qədəm qoyurlar.
6. Qadınlara qoyulan bəzi qadağalar da gələcəkdə ehtimal verilən ictimai fəsadın qarşısını almaqdan ibarətdir. Misal üçün: Qadınlara əmr olunub ki, yaxşı danışın, danışanda səsinizi nazik etməyin, ((yad kişilərlə) yumşaq (əzilə- əzilə) danışmayın) yoxsa qəlbində məzəz olan tamaha düşər".[22]
7. Naqislik və şər bir şey müqayisə olunaraq ölçü götürüldüyü kimi, qadınla kişinin dəyərləri bir- birinə nisbət verilir, müqayisə olunur və qiymətləndirilir.
Belə deyil ki, qadını və ya kişi barəsində deyilən söz onların hamısına aiddir. Həzrət Peyğəmbər buyurub: "Müstəhəb namaz qılan halda atan səni səsləyərsə namazına davam et. Amma anan səni səsləyərsə namazını saxla və onun hüzuruna get,"[23] Qurani kərimdə həmçinin qadınlarla gözəl rəftar etməyi kişilərə əmr etmişdir.[24]
Əlavə mütaliələr üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
- Nizam hüquqi zən dər İslam (Mürtəza Mütəhərri).
- Zən dər ayineye cəmal və cəlal (Cavadi Amuli, Əbdullah).
[1] - Nəhcül- bəlağə, xütbə 108.
«الحمدلله المتجلی لخلقه بخلقه»
[2] - Cavadi Amuli, Əbdullah, zən dər ayineye camal və cəlal, səhifə 21. Nəşr isra.
[3] - Rum surəsi, ayə 21.
و من آیاته أن خلق لکم من انفسکم ازواجاً لتسکنوا الیها و جعل بینکم مودة و رحمة ان فی ذلک لآیات لقوم یتفکرون»
[6] - İnşiqaq surəsi, ayə 6.
[7] - Tur surəsi, ayə 21.
[8] - Nəcm surəsi, ayə 39.
[9] - Bəqərə surəsi, ayə 186.
[10] - Nəhl surəsi, ayə 97.
«من عمل صالحاً من ذکر و انثی و هو مؤمن فلنحیینه حیاة طیبة...»
[11] - Bəqərə surəsi, ayə 161.
«ان الذین کفروا و ما توا و هم کفار اولئک علیهم لعنة الله والملائکة والناس أجمعین»
[12] - Tərhim surəsi, ayə 11.
«وضرب الله مثلاً للذین آمنوا إمراة فرعون إذ قالت رب ابن لی عندک بیتاً فی الجنة و نجنی من فرعون و عمله
و نجنی من القوم الظالمین»
[13] - Tərhim surəsi, ayə 10.
«ضرب الله مثلاً للذین کفروا امراة نوح و امراة لوط...»
[14] - Cavadi Amuli, Əbdulah, zən dər ayineye camal və cəlal, səh197.
[15] - Usuli kafi, Kuleyni, cild 2, səhifə 517
«خیر العلم التوحید و خیر العبادة الأستغفار»
[16] - Yusif surəsi, ayə 90.
[17] - Naziat surəsi, ayə 40- 41.
[18] - Sual 116, 117, 536 (sayt 585) 531 (sayt 579)
[19] - Nəhcül- bəlağə, kələmati qəsar, rəqəm 61
«ان النساء النواقص الایمان...»