Please Wait
6828
Nəzr, əhd və and içmək, ona əməl edilməsi (hər biri üçün qərar verilən şərtləri nəzərə almaqla) lazım olan, Allahla bağlanmış bir əhd və peymandır.
Ona görə də, bu cəhətdən bir- birinə oxşayırlar. Aşağıda əvvəlcə hər birinin tərifi, sonra fərqləri açıqlanacaq.
- "Fiqh terminində" nəzir; yəni insanın Allaha xatir yaxşı işi görməyə ya Allaha xatir edilməməsi yaxşı olan bir işi tərk etməyə özünü vadar etməsi.[1]
Nəzrin düzgün olmasının şərtlərindən biri[2] budur: İnsanın nəzr etdiyi işə, nəzr edən şəxsin onu yerinə yetirməyə gücü çatmalı və müqəddəs İslamın şəriəti nəzərindən bəyənilən olmalıdır. Məsələn vacib və müstəhəbbi yerinə yetirmək ya haram və məkruhu tərk etmək və ya bir cəhətdən yaxşı olub və nəzr edənin də həmin cəhəti qəsd edərək nəzr etdiyi mübah işi yerinə yetirmək.[3]
- Əhd budur ki, insan Allahla bir işi görməyə ya tərk etməyə peyman etsin.[4] Bir işi yerinə yetirməyə əhd edən şəxs üçün, o işin şəriətdə daha yaxşı olması lazım deyil. Onun mübah olması və onu etməyin onun üçün din ya dünyada məsləhətli olması kifayət edər.[5]
- Yəmin (and): Gələcəkdə yerinə yetirmək ya tərk etmək qəsdi olan işi, təkid üçün, insan Allah Taalanın adlarından birinə and içir və o işi etməyi ya etməməyi özünə vacib edir. O iş mübah da olsa[6], lakin yerinə yetirilməsinə and içilən iş, haram və məkruh olmaz. Onu etməməyə and içilən iş, vacib və müstəhəb olmaz. Əgər mübah bir işi etməyə ya ondan uzaq olmaya and içsə, o işi etmək ya ondan çəkinməyin hətta dünyəvi də olsa ağıla uyğun bir məsləhəti olsa, onun adı düzdür və ona uyğun əməl etməlidir.[7]
- Hər birinin tərifinə diqqət edərkən, nəzr və əhd arasında yalnız deyilişdə fərqin olmasını anlayırıq. Məsələn, əgər bir nəfər, "Allahla hər gecə, gecə namazı qılmağına ya mənim xəstəm sağalsa min tümən sədəqə verməyimə, əhd edərəm"- deyə buna əhd deyirlər. Əgər "Allaha xatir hər gecə, gecə namazı qılacam ya səfərdə olanım qayıtsa, fılan yaxşı işi görəcəm"- deyə buna nəzr deyirlər. Nəzrdə deyilən bütün məsələlər və şərtlər, əhddə də, var.
Nəzrdə deyilən məsələ və şərtlərin hamısı, andda da var, yalnız bu fərqlə ki, nəzr və əhddə raceh olmalı (vacib ya müstəhəbbi yerinə yetirmək və ya haram və məkruhu tərk etmək), lakin andda işin üstün olması lazım deyil. Amma mərcuh (faydasız və mənasız) da olmamalıdır. Yəni and vacib ya müstəhəbbi tərk etməyə və ya haram ya məkruhu yerinə yetirməyə aid olmamalıdır.
Qeyd etməliyik ki, əhdin kəffarəsi, nəzrin kəffarəsi kimidir. Yəni altmış fəqiri doyurmaq, ya ardıcıl iki ay oruc tutmaq, ya da bir qul azad etmək.[8] Amma anda əməl etməməyin kəffarəsi belədir: Bir qul azad etməli, ya on fəqiri doyurmalı, ya onları geyindirməli və əgər bunları edə bilməsə, üç gün oruc tutmalıdır.[9]
- Nəzr, əhd və anda əməl etməyin kəffarəsi barəsində, aşağıdakı göstəricilərə baxın:
"Əhdə əməl etməməyin kəffarəsi, sual 661
[1] - İmam Xumeyni, İzahlı hökmlər, Araşdırıcı və tənzimləyən: Qulupur Gilani, Müslim, səh 560, m 2510, İmam Xumeyni (rh)- nin əsərlərinin nəşr və tənzimləmə müəssisəsi, Qum, çap birinci, 1426 q.
[2] - Baxın: Göstəricilər: "Ən yaxşı nəzr", sual 873; "Nəzri dəyişdirmək", sual 1956; "Nəzr və and və əməli yerinə yetirə bilməmə", sual 12565ş
[3] - Həmin, səh 561, m 2517, 2518, 1426 q.
[4] - Meşkini, Mirza Əli, Mustələhatul- fiqh, səh 381- 382, Bica, Bina, Bita.
[5] - Əllamə Hilli, Həsən bin Yusif, Qəvaidul- əhkam fi mərifətil- həlali vəl- həram, cild 3, səh 295, İslami nəşrlər mərkəzi, Qum, çap birinci, 1413 q; Safi Gülpayqani, Lütfüllah, Hidayətul- ibad, cild 2, səh 255, Darul- Quranul- kərim, Qum, çap birinci, 1416 q.
[6] - İrəvani, Baqir, Durusun təmhidiyyə fil- fiqhil- istidlali ələl- məzhəbil- Cəfəri, cild 2, səh 498, Qum, çap ikinci, 1427 q.
[7] - Musəvi Gülpayqani, Seyid Məhəmməd Rza, Hidayətul- ibad, Araşdırıcı və tənzimləyən; Sabiti Həmədani, Əli, Neyri Həmədani, Əli, cild 2, səh 190, Darul- Quranul- kərim, Qum, çap birinci, 1413 q.
[8] - İmam Xumeyni, İzahlı hökmlər (Məhşi), toplayan: Bəni Haşimi Xumeyni, Seyid Məhəmməd Hüseyn, cild 2, səh 662, İslami nəşrlər mərkəzi, Qum, çap səkkizinci, 1424 q.