Ətraflı axtarış
Baxanların
9013
İnternetə qoyma tarixi: 2015/07/29
Sualın xülasəsi
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Sual
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir? Bu mövzu haqqında şiə kitablarında xəbər varmı?
Qısa cavab
Bəzi rəvayətlərdə nəql olunub ki, İmam Əli (əleyhissalam) dünyaya gəldikdən üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) təzə doğulmuş körpəni görməkdən ötrü Fatimə binti Əsədin evinə gedir. Rəvayət belə  nəql olunur: İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) evə daxil olarkən, İmam Əli (əleyhissalam) anasının qucuğında Onu görürü və özünü sirkələyərək İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) üzünə gülür və O Həzrətə belə salam verir: “Allahın salamı, rəhmət və bərəkəti sizə olsun!” Sonra İmam Əli (əleyhissalam) Allahın izni ilə səsini sinəsində gizlədir. Yenə də ayəni oxuyur: Həqiqətən, minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) * O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”[1] Ondan sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: “Möminlər sənin vasitənlə hidayət olacaqlar.” İmam Əli (əleyhissalam) bundan sonra yenə də ayələrin davamında belə tilavət edir: “Onlardır (bilin) varis olanlarFirdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!”[2] İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurdu: Ey Əli! Allaha and olsun ki, sən möminlərin əmirisən! Sən, elmin əsasında olanlara rəftar edərsən, onlar da sənin əmirliyini qəbul edərlər. Sən onların yol göstərəni olarsan, onlar da sənin yolunu qəbul edərlər.” Sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Fatimə binti Əsədə belə buyurur: “Əmim Həmzənin də yanına get və onu da bu təzə doğulmuş uşağla müjdələ!” Fatimə soruşur: Əgər mən özüm getsəm, mən gələnə kimi kim bu uşağa süt verəcək?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyrur: “Mən özün onu doyduraram.” Fatimə soruşur: Siz?! İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) bu zaman mübarək dilini İmam Əlinin (əleyhissalam) ağzına qoyur. Bu anda, on iki zülal çeşmə İmamın (əleyhissalam) ağzına qida verir. Bu münasibətlə həmin günü Tərviyə güna adlandırırlar. Fatimə binti Əsəd qayıtdıqdan sonra İmam Əlinin (əleyhissalam) başı üstündən bir nurun səmaya tərəf ucaldığını müşayət edir. Sonrakı gün İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) yenə də Fatimə binti Əsədin evinə gəlir.  İmam Əlinin (əleyhissalam) gözü İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) sataşan kimi ona salam verir və bir növ işarə edir ki, məni qucağına al, dünənki mənə verdiyindən yenə ver. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) yenə də Onu qucağına alır. Fatimə binti Əsəd dedi: Kəbənin Allahına and olsun ki, Əli, O Həzrəti tanıdı! Fatimənin bu sözünə görə həmin günü Ərəfə günü adlandırırlar.”
Rəvayətin sənədi:
Bu  rəvayəti nəql edən ilk şəxs Şeyx Tusi olmuşdur.[3] Digər mənbələr də ona istinad ediblər.[4] Şeyx Tusi nəql etdiyi bu rəvayətə görə üç silsilə ravidən nəql edir ki, onların hər biri ya mürsəl və ya zəifdirlər. Bu cəhətdən, rəvayəti sənəd cəhətdən düzgün və səhih hesəb etmək olmaz.
Rəvayətin mövzusu;
Amma bu rəvayətin iki cəhətdən əsas mövzuda iradı var ki, aşağıda onu araşdırırıq;
Əvvəl; bu rəvayətdən nəql olunan bəzi məsələləri adi insanların təbiəti ilə uyuğun gəlməsinə baxmayaraq, möcüzə etiqadı ilə qəbul etmək olar. Amma, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) dilinin əmməsi vasitəsi ilə həmin günü Tərviyə günü adlandırmaq və ya həmin gündən iki gün sonra İmam Əlinin (əleyhissalam) İslam Peyğəmbərini (səlləllahu ələyhi və alihi və səlləm) tanıması münasibəti ilə həmin günü Ərəfə günü kimi qeyd etmək qəbul olunmaz bir mövzudur. Ona görə ki, əgər İmam Əlinin (əleyhissalam) doğum gününü ən məşhur nəzərə görə rəcəb ayının 13-ü kimi nəzərə alsaq,Tərviyə və Ərəfə günü bu hadisədən dörd ay sonra baş vermişdir. Halbuki, rəvayətdə bütün bu hadisələrin təvəllüddən iki gün sonra baş verməsi qeyd olunur.
İkinci: Baxmayaraq ki, Qurani-Kərimdə bəzən bəzi fərdlərin dilindən bəzi kəlmələr nəql olunur, məsələn Quranda oxuyuruq: Onlardan (mühacirlərdən ənsarlardan) sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!"[5]  Amma Quranda nəql olunmuş bütün bu ifadələr xüsusi fərdlərə aiddir. Yəni, Quranın özü nəql edir ki, bu sözləri başqalarından nəql edir. Amma, Quranını başqalırından nəql olnumamış mətnini kimlərinsə vasitəsi ilə nəql olunması kimi dilə gətirmək, İslam təlimləri ilə uyuğun gəlmir və bundan əlavə, Quranın özü də təsdiq edir ki, hətta İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) əvvəlcədən xəbəri olsa da vəhy gəlməzdən qabaq ayələrini dilində zikr etməyə ixtiyarı yoxdur. “Həm də (ey Peəmbərim! Cəbrail tərəfindən) sənə tamam-kamal vəhy olunmadan əvvəl Qur’a oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!" - de.”[6]
“(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!) «[7]
Ona görə də qeyd olunmuş rəvayətin mövzusu araşdırılan ayələrin mətni ilə uyuğun gəlmir.
 

[1] Möminlər surəsi 1-2
[2] Möminlər surəsi 10-11
[3] Şeyx Tusi, Əl-Əmali, səh.708; Qum, Darus-Səqafə nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili
[4] Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.35; səh.36; Beyrut, Daru ehya turasi ərəbi nəşriyyatı, ikinci çap, 1403 h.qəməri ili; Bəhrani SEyyid haşim, Əl-Burhaq fi təfsiril-Quran, c.4; səh.13; Tehran, Bunyad besət nəşriyyatı, birinci çap, 1416 h.qəməri ili.
[5] Həşr surəsi -10
[6]  Taha surəsi 114
[7] Qiyamət surəsi 16
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...