Please Wait
Baxanların
6690
6690
İnternetə qoyma tarixi:
2015/06/02
Sualın xülasəsi
can verən halla ölüm səkəratı arasında farq nədir?
Sual
can verən halla ölüm səkəratı (çətinliyi) arasında farq nədir?
Qısa cavab
Ərəbcədən ehtizar sözü iftial şəklində olub, həzər sözünün yəni, hazır olmaq mənasındandır. Bəziləri deyirlər, insanın son anında ölüm mələklərinin hazır olmasına görə bu hala, ehtizar deyilir.[1] Belə bir hala düşən insana isə möhtəzər (can verən) deyilir.[2] Ehtizar yəni, can verən vaxt o zamandan başlayır ki, insanın ruhu hülqumuna gəlsin.[3] Bu zaman insan ölüm halına daxil olur. Külli olaraq, dünyadan üz çevirir və Axirat aləminə tərəf baxır.
Bir çox rəvayətlərə əsasən, bu halda İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və Məsum İmamlar (əleyhimussalam) və vəzifələri ruhun bədəndən alınması olan mələklər insanın yanında hazır olurlar.[4]
Səkərat sözü səkrət sözünün cəm şəklidir. Quranda da gəlib.[5] Bu söz əslində, insanın öz adi halətindən çıxmasına deyilir. Beləliklə, səkrət sözü yəni, insanın ölüm zamanı düyaya olan bağlılığında şiddətli dəyişiklik əmələ gəlməsi, həyəcan və dünya həyatında çaşqınlığın vücuda gəlməsinə deyilir.[6] Səkərat halı insanın məst halına oxşayır. [7]
Bu iki ifadənin fərqində demək olar ki, ölüm səkəratı elə bir haldır ki, insan ölüm halında qərar tutarkən qarşıya gəlir.

[1] Tureyhi, Fəxrəddin, Məcməul-bəhrəyn, c.3; səh.272; Tehran Mürtəzəvi kitab satışı dükanı, üçüncü çap, 1375 şəmsi qəməri
[2] İbn Əbil-Hədid, Əbdül-Həmid ibn Hibətullah, Şərh Nəhcül-Bəlağə, c.6; səh.253; Qum, Məktəbəti ayətullah Mərəşi Nəcəfi, birinci çap, 1404 h.qəməri
[3] Sədrəddin Şirazi, məhəmməd ibn İbrahim, Şərh Usul-Kafi, c.2; səh.232; tehran, Müəssiseyi mütaliat və təhqiqat fərhəngi, birinci çap, 1383 günəş ili.
[4] Haşimi Xoyi, Mirzə Həbibullah, Həsənzadə Amili, həsən Komrei, Məhəmməd Baqir, Minhacül-bəraət fi şərhi Nəhcül-Bəlağə, c.6; səh.42-43; Tehran, məktəbətül islamiyyə nəşriyyatı, dördüncü çap, 1400 h.qəməri
[5] Гаф сурәси 19
[6] Müstəfəvi, Həsən, Ət-Təhqiq fi kələmatil Qurani Kərim, c.5; səh.160-161; tehran, Tərcümə və kitab çapı nəşriyyatı, 1360 günəş ili
[7] Məkarim Şirazi, Nasir, Təfsir Nümunə, c.2; səh.254; tehran, Darul kutubul islamiyyə, birinci çap, 137 günəş ili
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız