Please Wait
6653
Bütün müctehidlərin fətvalarına əsasən səcdəsi vacib olan ayələri oxuduqdan və ya eşitdikdən sonra insana səcdə etmək vacibdir.
Həzrət İmam Xomeyni (r.ə.) bu barədə buyurur: "Dörd surənin hər birində ("Nəcm", "Fussilət", "Ələq" və "Səcdə" surələrində) bir səcdə ayəsi vardır. İnsan bu ayələri oxuduqdan və ya eşitdikdən sonra dərhal səcdə etməlidir. Əgər unudarsa yadına düşən kimi dərhal səcdəni yerinə yetirməlidir.[1]
Bəzi müctehidlər buyurublar: "Hətta ixtiyarsız olaraq səcdə ayəsinə qulaq asarsa və ya eşidərsə, ehtiyat vacibə görə səcdə etməlidir"[2].
Nəzərə çatdırmaq lazımdır ki, Quranın vacib səcdələrində yeyilən, geyilən şeylərə səcdə etmək olmaz. Amma namazın səcdəsində olan digər şərtlərə əməl olunması lazım deyil.[3] Məsələn, səcdə edərkən üzü qibləyə dayanmaq və ya təharətli, dəstəmazlı olmaq vacib deyil.
Habelə xüsusi zikr demək də zəruri deyil. Hətta zikr demədən səcdə qəsdi ilə alnı torpağa qoymaq kifayətdir.[4]
Beləliklə, səcdə etmək mümkün olmasa, problemi başqa cür həll etmək lazımdır. Qarilərdən səcdəli surələri oxumamasını və ya məclis təşkilatçılarından belə məclisləri səcdə edilməsi mümkün olan yerlərdə təşkil edilməsini xahiş etmək kimi yollarla sözügedən problemi aradan qaldırmaq olar. Əgər bunlardan heç biri mümkün olmasa, insan bu cür məclislərdə məsələn, məclisdən xaric olmaqla səcdəsi vacib olan ayələri eşitməməsini təmin edə bilər.