Please Wait
5497
Əgər insan Quran ayələrinin təfsirində öz əqlindən insafla istifadə etsə və əvvəlcədən özünün qeyri-səhih fikirlərini kənara qoysa, təbii ki, Quranın təfsir, təhlil və mənasında səhvə yol verməz. Əlbəttə, bəzi iki tərəfli mənaya malik (mütəşabih) ayələr var ki, qəlbində qərəz və xəstəlik olanların əlinə fürsət verir ki, onlar ayənin mənasında səhvə yol versinlər. Bunun da çarəsi oxucunun sağlam şəkildə ağlından istifadə etməsindədir. Bəlkə də, belə səhvlərin qarşısını almaqdan ötrü ən yaxşı yol ağlın sağlam şəkildə möhkəmlənməsi və öliyalardan kömək almaqdır.
Quran ayələrinin iki baxışdan iki qismə - möhkəm və mütəşabeh (oxşar) qismlərə bölmək olar. Belə bölüm Quranda ali İmran surəsində aydın şəkildə açıqlanmışdır: “(Ya Rəsulum!) Sənə Kitabı (Qur’anı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Qur’anın əslini, əsasını təşkil edən) möhkəm (mə’nası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mə’nası bilinməyən) ayələrdir.” (Ali İmran surəsi 7)
Digər mövcud olan bölüm isə müxtəlif mənalardır. Ona görə ki, rəvayətlərə əsasən, Quranın zahiri mənasından əlavə batini mənaları da vardır. Bu mənalara isə hər kəs öz mənəvi dəyəri sayəsində çata bilər.
Qeyd olunanları nəzərə alaraq demək olar ki, Quranın mənasında əqlin rolunu dörd bölümdə araşdırmaq olar:
1.Möhkəm ayələrin zahiri mənaları; Quranın əksər bölümünü özündə cəmləşdirən möhkəm ayələr ən çox tarixi açıqlama, dualar və s..aid olur.belə mənaları bütün insanların dərk edib təhlil etmək qüdrəti vardır. Məsələn, bu ayənin mənasını hər bir alim insan dərk və təhlil edə bilər. “Allah hər kəsi yalnız, qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər).[1]” – yəni, hər bir fərd bu ayədən başa düşə bilir ki, Allah-Taala heç vaxt insanı gücü çatmadığı bir şeyə əmr etməz.
Əgər bütün insanlar Quranın bu ayəsindən həmin mənanı ələ gətirir və dərk edirlərsə, bu o deməkdir ki, onların ağılları Quran ayələrini dərk etmək qabiliyyətinə malikdir. Beləliklə, heç vaxt iddia edə bilmərik ki, bizim ağlımız Quran ayələrini dərk etməkdə acizdir. Halbuki, Quran ayələrinin çoxu elə qalibdə nazil olub ki, insanların əksəriyyəti onun zahiri mənalarını dərk etmək qabiliyyitinə malikdirlər.
2.Möhkəm ayələrin mənalarındakı dərəcələr; bəzi rəvayətlərə əsasən, Quran ayələrinin yerli-yerində düzgün olan zahiri mənalarından əlavə, batini mənaları da vardır ki, hər kəsin bu mənalara asanlıqla əli çatmaz. Yalnız, çox yüksək səviyyəli elm, iman sahibi və təqva əhli belə mənalardan istifadə edə bilər.[2]
Əgər kimsə bütün bu mənaları ələ gətirə bilməsə heç də bu o demək deyil ki, Quranın zahiri mənalarından da istifadə edə bilməz.
3.Mütəşabih ayələrin zahiri mənalarının dərki; Quran ayələrinin bəzilərinin zahiri mənaları elə açıqlanır ki, Quranın özünün bizlərə öyrətdiyi təlimlər və etiqadlarla zahirdə uyğun gəlmir. Məsələn, “Allahın (qüdrət) əli onların əllərinin üstündədir.”[3] Əgər bu ayənin zahirinə görə məna etsək belə məlum olur ki, bizim əsl etiqadımızın əksinə olaraq Allah-Taalanın əlləri vardır. Ona görə də belə ayənin mənasını başqa yerdə axtarmaq lazımdır. Belə halda, insanın ağlı ayənin həqiqi mənasını ələ gətirə bilməsə də, ən azı Quranda Allah-Taala haqqında gələn möhkəm ayələr haqqında təfəkkür etsin və ayənin zahiri mənası ilə batini mənası arasında fərqi başa düşüb, əsl və həqiqi mənanı övliyalardan və elmdə möhkəm olanlardan soruşub öyrənsin.
4. Mütəşabeh ayələrin həqiqi mənası; Ali İmran surəsinin yeddinci ayəsində mütəşabeh ayələrin həqiqi mənasını yalnız, Allah-Taala və elmdə çox möhkəm və sabitqədəm olanların öhdəsinə qoyulmuşdur. Təbiidir ki, insanın elm və təqvası hər nə qədər çox olsa, ayədən dərk etdiyi mənalar da daha çox olacaq.
Əlbəttə, bu arada bəzi savadsız və qəlblərində mərəz olanlar Quran təfsirində səhvlərə də yol verirlər. Bu fərqlə ki, birinci dəstə yəni, savadsızlar bunu bilməyərəkdən, ikinci dəstə isə, yəni qəlbində mərəzi olanlar qəsdən bir işi görürlər.
Aydındır ki, fərdlərin qəsdən və ya bilməyərəkdən etdikləri səhvləri isə heç vaxt bəhanə ola bilməz ki, insanlar Quran ayələrinin təfsirində əql və təfəkkürlərindən istifadə etməsinlər. Halbuki, Quran başdan-başa bütün dinləyicilərini nazil olmuş ayələrin mənalarında ağıllarından və təfəkkürlərindən istifadə etməyə dəvət edir.[4]