Please Wait
25594
Bunun əsl illəti ki, biz bu iki zikri "Sübhanə rəbbiyəl əzimi və bi həmduh" və"Sübhanə rəbbiyəl əla və bi həmdih" rukuda və səcdədə deyirik, Allahın əmridir və bizim rəvayətlərdə də buna əmr olunmuşdur.
Amma baxmayaraq ki, bu işə əmr olunmuşdur, onun üçün bəzi hikmətləri də qeyd etmək olar.
Namazda ruku, yəni Allahın əzəməti qarşısında onu böyük bilmək deməkdir. Əlbəttə hər bir rukunu ki, Allahın böyüklüyü qarşısında həyata keçiririk.
Bir şey qarşısında təzim etmək o deməkdir ki, biz o şeyin əzəmətli olmasına etiqad və inamımız vardır və bu böyük əzəmətin qarşısında baş əyirik. Biz Allah qarşısında təzim edib, onun əzim sifətlərini deməklə onun əzəmətinə etiraf edirik. Namazda da bu sözlərin mənalarına diqqət etmək lazımdır.
Allah qarşısında səcdə etməkdə bu mənadadır ki, alnımızı torpağa qoymaqla, Allah qarşısında nə qədər kiçik olduğumuzu təyid edirik. Əgər bu halda Allahın əla sifətlərini zikr edib onun yüksək məqamını etiraf etsək və anlımızı torpağa qoyduğumuz zaman buna iqrar etsək ki, ey Rəbbim sən hamıdan yüksəksən, çox böyük bəndəlik məqamına sahib olmuşuq. Həqiqətən də bu halı, insanın ən yaxşı bəndəliyi Allah qarşısında sayılır.
Rukuda "Sübhanə rəbbiəl əzimi və bi həmdih" və səcdə də isə "Sübhanə rəbbiələla və bihəmdih" zikri" o əməllərdəndir ki, hədislərdə ona təkid olunmuşdur.[1] Baxmayaraq ki, namazda onları əvəz edən zikrlər də vardır.
Bəs bu iki zikrin ruku və səcdədə deməyin illəti, Allahın əmridir və biz də onun əmrindən itaət edirik. Amma bu əmrə itaət etmək o demək deyildir ki, heç bir hikməti yoxdur və biz yalnız ibadət üçün onu zikr edirik. Bəlkə bu iki zikr üçün bir neçə hikmətlər açıqlanmışdır ki, namaz qılan şəxs onları nəzərdən keçirməklə onun diqqətsiz olmadığını bildirir.
Bu iki zikrin hikmətini açıqlamaq üçün lazımdır ilk növbədə bunların tərcüməsinə işarə edək. Ruku zikrinin tərcüməsi: "Mənim ulu Tanrım hər bir eyb və nöqsandan pakdır və mən ona sitayiş etməyə məşğulam". Və səcdənin zikrinin tərcüməsi "Mənim Ulu Tanrım hər bir kəsdən yüksəkdir və hər bir eyb və nöqsandan pakdır və mən ona sitayiş etməyə məğulam".
Amma nə üçün rukuda "əzim" və səcdədə isə "əəla" sifətindən istifadə edirik? Bu sualın cavabında demək lazımdır; namazda ruku, yəni Allaha təzim etmək deməkdir və biz hər dəfə ruku etməklə Allah qarşısında təzim edirik. Bir şey qarşısında təzim etmək o deməkdir ki, bizim onun əzəmətinə əqidəmiz vardır və bu əzəmətin qarşısında baş əyirik. Bəs rukuda, biz Allaha təzim edib və Allahın əzəmətli olmasını elan edirik; bu cür elan etmək, Allahın əzim sifətini açıqlamaq vasitəsiylə həyata keçir. Bu da rukunun zikriylə ruku arasında olan münasibəti bildirir.
Səcdə də namazda insan üçün ən ali və yüksək bir məqamdır və böyük bir fəlsəfəsi vardır. Biz səcdə zamanı bədənmizin yeddi üzvünü yerə qoyuruq və Allah qarşısında özümüzü torpağa atıb onun böyüklüyü qarşısında öz kiçikliyimizi elan edirik.
Bəs əgər belə bir halda Allahın əəla sifətini onun Ulu olmasını iqrar etsək ki, Rəbbim sən hər bir kəsdən böyüksən, yüksək bəndəlik məqamını özümüzdə yaratmışıq ki, Allah üçün ən gözəl bəndəlik deməkdir. Namaz bizimlə Allah arasında söhbət üçün bir vasitədir və ona diqqət yetirmək lazımdır.
Bizim namazlarımızı daha yüksək mənəvi olması üçün digər zikrlərdən əlavə ruku və səcdənində zikrlərinə diqqət etməliyik və bilməliyik ki, ruku da Allahın əzəməti qarşısında təzim edirik və səcdə halında isə Allah qarşısında torpağa düşüb onun ən yüksək və ulu olmasına iqrar edirik.
[1] - Həqiqətən rukuda Sübhanə rəbbiəl əzimi və bi həmdih və səcdədə isə sübhanə rəbbiəl əəla və bi həmdih zikri deyilir; çünki Allah Taala " فسبح باسم ربک العظیم " ayəsini etdiyi zaman Peyğəmbər (s) buyurdu: Bu zikri rukuda deyin və o zaman ki, Allah Taala " سبح اسم ربک الاعلی " ayəsini nazil etdi Peyğəmbər (s) buyurdu: Bu zikri səcdələrinizdə oxuyun. Şeyx Səduq, Mənla yəhzuruhul- fəqih, cild 1, səh 31. Cameətul Müdərrisin nəşriyyatı, Qum 1413 hicri qəməri.