Ətraflı axtarış
Baxanların
14654
İnternetə qoyma tarixi: 2011/11/09
Sualın xülasəsi
İmam Zaman (ə.c.) barəsində şiə və sünni nəzərləri arasında fərqlər varmı?
Sual
İmam Zaman (ə.c.) barəsində Əhli- sünnənin nəzəri nədir? Bu barədə şiə və sünni nəzəri arasında fərqlər varmı?
Qısa cavab

Məhdəviyyət inancı və Məhdi (ə)- in zühuru düşüncəsi İslam əqidəsinin mühüm bir hissəsindən sayılır ki, İslam Peyğəmbəri (s)- in müjdə verməsinə əsasən, bütün İslami firqə və məzhəblər arasında formalaşmışdır. Həzrət Məhi (ə)- də aid hədislər əhli- sünnənin məşhur kitablarının çoxunda da gəlibdir. Bu hədislərə yaxşı diqqət etdikdə, imam Zaman (ə) barəsində şiə və sünni məzhəbləri arasında oxşarlıqların olduğunu görürük. Həmin eyni fikirlər aşağıdakılardan ibarətdir:

1.             Həzrət Məhdi (ə.c)- in zühur və qiyamının qəti olması.

2.             Həzrət Məhdi (ə.c)- in nəsəbi.

- Həzrət Məhdi (ə.c) Əhli- beytdən və Peyğəmbər (s)- in övladlarındandır.

- Həzrət Məhdi (ə.c) Həzrət Əli (ə)- ın nəslindəndir.

- Həzrət Məhdi (ə.c) Fatimənin nəslindəndir.

3.             Həzrət Məhdi (ə.c)- in cismi xüsusiyyətləri.

- Zühur zamanı o həzrətin güclü olması.

- Nurani sima.

- Enli alnı və uzunsov burnu.

- Yanağındakı xal.

4.             Həzrət Məhdi (ə.c)- in Peyğəmbər (s)- lə eyni adlı olması.

5.             Zühurun səbəbləri.

- Camaatın tam ümidsizliyi.

6.             Zühurun əlamətləri.

- Səmavi səs.

- Süfyaninin qiyamı.

- Bəydada...

- Nəfsi zəkiyyənin öldürülməsi.

7.             Həzrət Məhdi (ə.c)- ə aid işlər.

- Bir gecədə Məhdi (ə.c)- in zühur işinin islah olması.

- Zühur yeri.

- Həzrət Məhdi (ə.c) ilə beyət.

- Kömək üçün mələklərin nazil olması.

- İsanın nazil olması və həzrət Məhdi (ə.c.)- ə iqtida etməsi.

Əlbəttə əhli- sünnənin bir dəstəsi (şiənin əksinə olaraq) imam Zaman ə.c.)- in hicri qəməri 255- ci ildə anadan olmasını və onun uzun qeybətini qəbul etmirlər. Əksinə o həzrətin zühura yaxın zaman (məsələn zühurdan qırx il qabaq) dünyaya gələcəyini, yeri ədalətlə dolduracağına və Fatimə (s)- in övladlarından olan vədə verilmiş olacağına inanırlar.

Ətreaflı cavab

Həzrət Məhdi (ə.c) Müntəzərə əqidə və məhdəviyyət məsələsi müsəlmanlar arasında böyük əhəmiyyətə malikdir.

Bu məsələ şiəyə məxsus deyil. Əksinə əhli- sünnə bu mövzuda ümumi formada şiə ilə eyni fikirdədirlər. mənəvi təvatora həddinə yetişən çoxlu rəvayətlər, həzrət Məhdi (ə.c.) barəsində nəql edirlər.

Həzrət Məhdi (ə.c) ilə əlaqəli mənəvi təvator həddinə yetişən hədislər yüz hədisi keçir. Bu hədislərin hamısında, Həzrət Məhdi (ə.c)- in zühuruna işarə olubdur. Onlar etiraf edirlər ki, səhabədən iyirmidən çox insan, Peyğəmbər (s)- dən həzrət Məhdi ilə əlaqəli rəvayətlər nəql ediblər ki, onların hamısı, sünəni- ibn Davud, sünəni- Termizi, İbn Macə, Müsnədi Əhməd, səhihi- Hakim, Bəzzaz, möcəmi- Təbrani kimi, sünən, möcəm və müsnədlər kimi, əsas hədis mətnləri və məşhur İslam mənbələrinin çoxunda, gözə çarpır.

Sünni alimlərinin dedikləri və mənbələrindən, Məhdi (ə.c.)- in Fatimə (s)- in olması və zühur edəcəyini nəticə almaq olar.

Sünni alimləri zühur mövzusu barəsində, belə fikir bildiriblər:

Axirəz- zəmanı islah edənin zühuru barəsində, səhabələr və tabein arasında hicrətin birinci əsrindən indiyə kimi heç bir ixtilaf olmayıb və sünni alimlərinin hamısı o həzrətin zühur etməsini qəbul edirlər. Əgər bir şəxs bu hədislərin doğruluğunda və bu müjdəni Peyğəmbər (s)- in verməsində şəkk etsəydi, onun məlumatsızlığı ya möhkəm olmamasını deyərdilər. Ona görə də indiyədək heç kəs məhdəviyyət iddiasında olanları həzrət Məhdi (ə.c.)- in zühurunun əsasını inkar etməklə rədd etməmişdir.

Bu barədə Soveydi deyir: Hamının yekdilliklə dediyi şey budur ki, Məhdi (ə.c.) axirəz- zamanda qiyam edib və yer üzünü ədalətlə dolduran bir şəxsdir.[1]

Sünni alimlərindən digər biri Xeyrəddin Alusi deyir: Alimlərin çoxunun yanında ən doğru sözlərə əsasən, Məhdi (ə.c.)- in zühuru qiyamətin əlamətlərindən biridir. Onun gəlməsini inkar edən bəzi sünni alimlərinin nəzərinin heç bir qiymət və dəyəri yoxdur.[2]

Sünni alimləri tərəfindən o həzrətin zühuru barəsində çoxlu və müxtəlif kitablar yazılıbdır. Belə ki, Şeyx Məhəmməd İrəvani Əl- imamul- Məhdi (ə.c.) kitabında yazır: Əhli- sünnə, imam Məhdi (ə.c.) və axirəz- zamanda Məhdi (ə.c.) adında bir şəxsin zühur edəcəyinə aid olan rəvayətləri toplayaraq müxtəlif kitablar yazıblar. mənim məlumatıma əsasən, Əhli- sünnə otuzdan çox kitab bu barədə yazıblar.[3] Bu məsələnin şiə və sünni arasında qəbul olunmasına baxmayaraq, amma Əhli- sünnənin bəzi alimləri imam Məhdi (ə.c.)- yə aid hədisləri zəif sayırlar. Məsələn İbn Xəldun öz tarix kitabında bu hədisləri zəif sayır[4] və ya Rəşid Rza (əl- mənar təfsirinin müəllifi), məhdəviyyətə aid hədislərin zəif olmasına işarə edir.[5] Əlbəttə, bu iki nəfər öz iddilarına heç bir sübut gətirməyiblər və yalnız əsassız məsələlərə istinad ediblər. Onlar sözləri digər süni alimləri tərəfindən qətiyyətlə inkar edilmişdir. Şiə alimlərinin kitablarında da, o iki nəfərə cavab verilmişdir. İbn Xəldunun özü müsəlmanların əqidəsini açıqlayarkən, imam Məhdi (ə.c.) barəsində yazır: Bütün İslam əhli arasında məşhur nəzər budur ki, axirəz- zamanda Əhli- beytdən (ə) bir nəfər zühur edəcək ki, dini himayə və ədaləti aşkar edəcək. Müsəlmanlar ona itaət edəcəklər və o İslam məmləkətlərinə hakim olacaq. O şəxs Məhdi (ə.c.) adlanır.[6] Buna əsasən, onun hədisləri zəif sayması, Məhdi (ə.c.)- in zühuru barəsində Əhli- sünnənin fikir birliyinə heç bir irad gətirmir. Çünki bu etiqad Əhli- sünnənin nəql etdiyi hədislərin çoxluğundan qaynaqlanır.

Aşağıda belə hədisləri öz kitablarında gətirən bəzi şəxslərin adını qeyd edirik. Baxmayaraq ki, təqribən iddia etmək olar ki, əhli- sünnənin bütün mötəbər kitabları, ən azı imam Məhdi (ə.c.)- ə aid neçə hədis qeyd edblər: 1. İbn Səd (vəfat 230 h), 2. İbn Əbi Şeybə (vəfat 235 h), 3. Əhməd ibn Hənbəl (vəfat 241 h), 4. Buxari (vəfat 273 h), 5. Müslüm (vəfat 261 h), 6. İbn Macə (vəfat 273), 7. Əbu bəkr (vəfat 273 h), 8. Termizi (vəfat 279 h), 9. Təbəri (vəfat 380), 10. İbn Qoteybə Deynəvəri (vəfat 276), 11. Hakim Nişaburi (vəfat 405), 12. Beyhəqi (vəfat 458), 13. Xətib Bağdadi (vəfat 463), 14. İbn Əsir Cəzri (vəfat 606.[7] Sünni alimlərindən bizi yazır: Məhdi (ə.c.) barəsində çoxlu rəvayət var ki, təvator həddinə çatır. Bu məsələ əhli- sünnə alimləri arasında məşhur idi. Belə ki, onların etiqad etdikləri şeylərdən sayılır. Həmçinin əhli- sünnə alimlərindən daha biri yazıbdır: Məhdi (ə.c.) barəsində olan hədislər çoxlu və müxtəlif yollarla səhabədən və onlardan sonra tabeindən nəql olubdur. Belə ki, onların hamısından qəti elm əldə olunur. Ona görə də Məhdi (ə.c.)- in zühuruna inanmaq vacibdir. Bu vaciblik elm əhlinin yanında sabit olduğu kimi, əhli- sünnənin əqidində də yazılmışdır.[8] İbn Kəsir də əl- bidayə vən- nəhayə kitabında deyir: Məhdi (ə.c.) axirəz- zamanda gəlib, yeri ədalətlə dolduracaq necə ki, zülmlə dolu olubdur. Biz Məhdi (ə.c.)- ə aid hədisləri ayrıca bir cilddə topladıq, necə ki, Əbu- Davud öz sünənində ayrıca bir kitab ona ayırmışdır.[9] Sünnilərin böyük alimlərindən nəql olunan məsələlərdən, Məhdəviyyət və Məhdi (ə.c.)- in zühuruna etiqad etmək məsələsinin əhli- sünnənin ədaidindən biri olması və o həzrətin zühuruna aid onların arasında olan hədislərin təvatör həddinə yetişməsi məlum olur.

Qeyd olunan məsələlərə əsasən bu nəticəyə yetişirik ki, Məhdəviyyət məsələsində əhli- sünnə və şiə arasında eyni əqidələr var.

Burada şiə və sünni məzhəbləri arasında imam Zaman (əc)- də bağlı eyni olan əqidələrə işarə edirik:

1.             Həzrət Məhdi (ə.c.)- in zühur və qiyamının qəti olması.

2.             Həzrət Məhdi (ə.c.)- in tayfası (nisbəti).

Şiənin jnəzərində həzrət Məhdi (ə.c.)- in tayfası məlumdur. Amma Əhli- sünnə müəyyən yerlərdə ona işarə ediblər.

2- 1. Həzrət Məhdi (ə.c.) əhli- beytdən və Peyğəmbərin övladlarındandır. İbn Macə öz sünənində nəql edir ki, Peyğəmbər (s) buyurdu:

«المهدی ]عج[ منا اهل البیت یصلحه الله عزوجل فی لیلة»[10] 

2- 2. Həzrət Məhdi (ə.c.) həzrət Əli (ə)- ın nəslindəndir. Suyuti Urful- vərdi kitabında nəql edir ki, Peyğəmbər (s) Əli (ə)- ın əlini tutdu və buyurdu:

«سیخرج من صلب هذا فتی یملأ الارض قسطاً و عدلاً»[11] 

2- 3. Həzrət Məhdi (ə.c.) Fatimə (s)- in nəslindəndir. İbn Macə Ümmi Sələmədən nəql edir ki, o Peyğəmbər (s)- dən belə eşitdi.

«المهدی من ولد فاطمه»[12] 

3. Həzrət Məhdi (ə.c.)- in dünyəvi xüsusiyyətləri.

Əhli- sünnə kitablarında imam Məhdi (ə.c.) üçün qeyd olunan xüsusiyyətlər, onların İslam Peyğəmbəri (s)- dən nəql etdikləri hədislərdən əldə olunmuşdur. Ümumi formada şiə alimlərinin qeyd etdikləri xüsusiyyətlərlə heç bir fərqi yoxdur.

3- 1. Zühur zamanı o həzrətin qüdrətli olması. Çoxlu rəvayətlərlə həzrət Məhdi (ə.c.)- in zühur zamanı çox güclü bədənə sahib olmasına təkid olunmuşdur.[13]

3- 2. Nurani sima. Güveyni Peyğəmbər (s)- dən rəvayət edir:

«المهدی ]عج[ من ولدی ... کانّ وجهه کوکب درّی»[14] 

3- 3. Enli alın və, çəkilmiş burun sənani Peyğəmbər (s)- dən nəql edibdir:

«ان المهدی ]عج[ اقنی اجلی»[15] 

3- 4. Yanağında xal. Məhdi (ə.c.)- in sağ yanağında, qara xal var.[16]

3- 5. Qırx yaşında zühur etməsi. Əlbəttə şiə nəzərindən həzrətin zühuru qoca yaşında, amma qırx yaşlı şəxs formasında olacaq.

4. Həzrət Məhdi (ə.c.)- in Peyğəmbər (s)- lə eyni adlı olması.

Əhli- sünnə və şiə həzrət Məhdi (ə.c.)- in Peyğəmbər (s)- lə eyni adlı olmasında həmfikirdirlər.[17]

5. Zühura şərait yaradan şeylər (zühurun səbəbləri).

5- 1. Camaatın tam ümidsizliyi. Davud ibn Kəsir ər- riqqi deyir: Həzrət Sadiq (ə)- a ərz etdim:

Bu mövzu (zühur) o qədər bizim üçün uzandı ki, sinələrimiz daraldı. Həzrət buyurdu: Zühurdan ümidsizlik hər şeydən daha çox olan zaman, səmadan nida edən Qaim adı ilə nida edəcək.[18]

5- 2. Zülmün hər tərəfi bürüməsi. Peyğəmbər (s) bu barədə buyurubdur: "Əgər dünyadan yalnız bir gün qalsa da, Allah o günü o qədər uzadacaq ki, mənim Əhli- beytimdən bir kişi qiyam edib, yeri zülmlə dolu olandan sonra, ədalətlə doldursun."[19]

6. Zühurun əlamətləri.

6- 1. Səmavi səs. Peyğəmbər (s) buyurdu,: "Məhərrəm ayında səmadan bu məzmunda bir səs gələcək ki, Allahın seçilmiş bəndəsi fulan (Məhdi) adamdır. Ona qulaq asın və ona tabe olun."[20]

6- 2. Süfyaninin qiyam etməsi.

6- 3. Reydada xusuf. Xusuf kəlməsi batmaq və gizlənmək mənasında və beyda Məkkə və Mədinə arasında bir yerin adıdır. Bundan məqsəd odur ki, Süfyani böyük bir qoşunla, həzrət Məhdi (ə.c.) ilə döyüşmək məqsədi ilə, Məkkəyə yola düşür. Onlar Məkkə və Mədinə arasında Beyda adı ilə məşhur olan bir yerdə möcüzəli şəkildə yerə batacaqlar.[21]

6- 4. Nəfsi zəkiyyənin qətli. Həzrət Məhdi (ə.c.)- in qiyamına yaxın vaxtda rükn və məqam arasında pak və günahsız bir insanın öldürülməsi.[22]

7. Həzrət Məhdi (ə.c.)- in zühuruna aid işlər.

7- 1. Məhdi (ə.c.)- in zühur işinin bir gecədə düzəlməsi.[23]

7- 2. Zühurun yeri: Rəvayətlərin hamısı o həzrətin zühurunun Məkkədən və Kəbənin kənarından başlanacağını bildirirlər.[24]

7- 3. Həzrət Məhdi (ə.c.) ilə beyət. Şiə və sünni kitablarında diqqət olunan mövzulardan biri, zühurun başlanğıcında həzrət Məhdi (ə.c.)- in dostlarının onunla beyət etməsidir.[25]

7- 4. Həzrət Məhdi (ə.c.)- ə kömək etmək üçün mələklərin nazil olması.[26]

7- 5. İsanın nazil olması və həzrət Məhdi (ə.c.)- ə iqtida etməsi. Peyğəmbər (s) buyurdu: "Məhdi (ə.c.) İsanın aşağı endiyini və elə bil tüklərindən su damcıladığını görər. Sonra ona deyər: Qabağa keç və namaza dur. İsa cavab verər: Namaz sənin üçün bərpa olub. Bu zaman Məhdi (ə.c.)- in arxasında namaza durar".[27]

8-. Məhdi (ə.c.)- in hökumətinin xüsusiyyətləri.

8- 1. Ədalətlilik.[28]

8- 2. Ümumi rahatlıq. Peyğəmbər (s) buyurdu: "Məhdi (ə.c.) mənim ümmətimdə olacaq... Camaat onun zamanında elə yaşayacaqlar ki, heç vaxt ondan qabaq yaşamayıblar".[29]

8- 3. Məhdi (ə.c.)- in hökumətindən hamının razı qalması.[30]

8- 4. Hər tərəfli əmin- amanlıq.[31]

8- 5. Camaatda ehtiyacsızlıq hissi. Peyğəmbər (s) buyurdu: "Sizə Məhdi (ə.c.)- i müjdə verirəm. O zühur edən vaxt Məhəmmədin ümmətinin qəlblərini Allah ehtiyacsızlıqla dolduracaq".[32]

8- 6. İslamın digər dinlərə qalib gəlməsi.

8- 7. Həzrət Məhdi (ə.c.)- in hökumətinin dünyəvi olması. İmam Sadiq (ə) buyurdu: "Qaim qiyam edən zaman, hər bir yerdə şəhadəteyn nidası ucalacaq".

Şiə və əhli- sünnə nəzərindən Məhdəviyyətin fərqləri:

1-             Vilayətdə ixtilaf:

On iki imamçı şiə, imam Məhdi (ə.c.)- in imam Həsən Əsgəri (ə)- ın övladı olmasına və indi də diri olub və qeybdə olmasına etiqadlıdırlar. Əhli sünnə hamılıqla Məhdəviyyətə etiqadlı olsalar da, və mütəvatir rəvayətlər səbəbindən həzrət Məhdi (ə.c.)- in axirəz- zamanda özlərinin qəti etiqadlarından bilsələr də, amma o həzrətin tayfası və ondan olması barəsində neçə qismə bölünürlər:

Əhli- sünnənin bir dəstəsi Məhdi (ə.c.)- in İsa ibn Məryəm olmasını iddia edirlər. bu barədə Ənəs ibn Malikdən olan vahid xəbərə istinad edirlər.[33]

Az bir dəstəsi də, Məhdi (ə.c.)- in Abbas ibn Əbdül- müttəlibin övladlarından olmasını iddia edirlər. Onlar Kənzul- ummalda qeyd olunan vahid xəbərə istinad edirlər.[34]

Bir dəstə də Məhdi (ə.c.)- in İmam Hüseyn (ə)- ın deyil, imam Həsən Müctəbanın övladlarından olmasına inanırlar.[35]

Başqa bir dəstə deyirlər: İmam Məhdi (ə.c.)- in atası Peyğəmbər (s)- in atasının adı ilə eyni adlı olmasıdır.

Həzrət Məhəmməd (s)- in atasının adı Abdullah olduğuna görə, deməli Məhdi (ə.c.) ibn Həsən Əsgəri (ə) vədə verilmiş Məhdi (ə.c.) ola bilməz. Bu ehtimalın istadı da, yenə Kənzul- ummalda qeyd olunan bir xəbərdir.[36]

Onların bir dəstəsi on iki imamşı şiə kimi, imam Məhdi (ə.c.)- in Peyğəmbər (s) və Fatimə (s)- in övladlarından olmasına və həzrət İsanın da imam Məhdi (ə.c.) zühur edən zaman ona kömək edəcəyinə və namazda o həzrətə iqtida edəcəyinə etiqadlıdırlar.

Müxtəlif rəvayətlərdə gəldiyi kimi, Ümmü Sələmədən nəql olubdur ki, Peyğəmbər (s) buyurdu: " المهدی (عج) من عترتی من ولد فاطمه(س)"[37] "Məhdi mənim nəslimdən və Fatimənin övladlarındandır."

Cabir ibn Abdullah Peyğəmbər (s)- dən nəql edir ki, həzrət İsa Məhdi (ə.c.) zühur edən zaman nuzul edəcək.[38] Abdullah ibn Ömər deyir:

«المهدی (عج) الذی ینزل علیه عیسی بن مریم و یصلی خلفه عیسی (ع)» [39]

Məhdi (ə.c.) o şəxsdir ki, İsa ibn Məryəm ona nazil olar və onun arxasında namaz qılar. Bu dəstə " Məhdi (ə.c.) Abbas ibn Əbdül- müttəlibin övladlarındandır" deyən hədisi qəbul etmirlər. Zəhəbi deyir: bu xəbəri yalnız Məhəmməd ibn vəlid nəql edib və (saxta) hədis düzəldənlərdəndir.[40]

Əlbəttə bu dəstə də həzrət Məhdi (ə.c.)- in anadan olmasını və onun qeybətini qəbul etmirlər. İbn Həcər iddia edir:

İmamiyyədən başqa müsəlmanların hamısı Məhdi (ə.c.)- in höccət olmadığına etiqad bəsləyirlər. Çünki bir şəxsin qeybəti özü də bu qədər uzun müddətdə qeyri- adi işlərdəndir...[41]

Sonuncu dəstənin cavabında deməliyik:

Birinci: Peyğəmbərdən çoxlu rəvayətlər var ki, on iki imamı onların adları ilə açıq şəkildə tanıtdırıblar.

Deməli onun sözü batildir. İbn Abbasdan rəvayət olub ki, Nəsəl yəhudi bir şəxs Peyğəmbər (s)- in yanına gəlib, çoxlu suallar verdi. O vəsilər barəsində də soruşdu. Həzrət cavabında buyurdu: "Mənim birinci vəsim Əli, ondan sonra Həsən, Hüseyn (ə) və onun övladlarından doqquz imamdır." Nəsəl soruşdu: Onların adı nədir? Həzrət on ikinci imamadək (əc) onların hər birinin adını saydı. Peyğəmbər (s) Cabir ibn Ənsarinin Əli (ə)- dan sonrakı imamlar barəsində etdiyi sualın cavabında buyurdu: "Əlidən sonra, Həsən, Hüseyn (ə) imamdırlar. Sonra Seyyidül- abidin, sonra Məhəmməd ibn Əli Baqir, sən onu görəcəksən. Onu görən zaman mənim salamımı ona çatdır. Sonra Cəfər ibn Məhəmməd Sadiq, sonra Musa ibn Cəfər Kazim, sonra Əli ibn Musa Ər- Riza, sonra Məhəmməd ibn Əli Cavad, sonra Əli ibn Məhəmməd Nəqi, sonra Həsən ibn Əli Zəki, ondan sonra isə mənim ümmətimin haqq qaimi Məhdi (ə.c.) (Məhəmməd ibn Həsən) Sahibəz- Zəman imamdır. O yer üzünü zülmlə dolduqdan sonra, ədalətlə dolduracaq."[42]

İkinci: Mövcud çoxlu tarixi sübutlar və xəbərlər onun anadan olmasını və uşaqlıq çağlarını nəql ediblər. Nümunə olaraq Əhli- sünnədən neçə rəvayətə işarə edirik:

1.             Hafiz Süleyman Hənəfi deyir: Araşdırıcılar və tarixçilərin yanında məlum xəbər budur ki, Qaim (ə.c.) şabanın on beşinci gecəsi (255 q) Samerra şəhərində dünyaya gəlmişdir.[43]

1.             Xacə Məhəmməd Parsa Fəslul- xitab kitabında deyir: Əhli beytdən biri də Əbu Məhəmməd ibvn Əsgəridir ki, Qaim, höccət, Məhdi (ə.c.) və Sahibəz- Zaman adlanan yalnız Əbul- Qasim övladı olmuşdur. O hicri 255- cil şabanın ortalarında anadan oldu. Anasının adı Nərgisdir. Atası şəhid olan zaman beş yaşı var idi.[44]  

2.             İbn Xəlkan vəfayətul- əyan kitabında yazır: Əbul- Qasim Məhəmməd Həsən Əskərinin oğlu, (o da) Əli Hadinin oğlu, ( o da) Məhəmməd Cavadın oğlu... şiələrin on ikinci imamıdır ki, "Höccət" adı ilə məşhurdur. O h, q 255- ci il şabanın on beşi cümə günü dünyaya gəlmişdir.[45]

3.             Zəhəbi də kitablarının üçündə İmam Məhdi (ə.c.)- in dünyaya gəlməsinə işarə edibdir. O Əl- ibər kitabında 255 h, q ilinin hadisələri barəsində yazır: Bu ildə Məhəmməd ibn Həsən li Əl- hadi Məhəmməd Cavadın övladı (o da) Əli ər- Rizanın övladı, (o da) Musa Əl- Kazimin övladı, (o da) Cəfər əs- Sadiq övladı Ələvi Hüseyni dünyaya gəldi. Künyəsi əbul- Qasimdir.

Rafizilər ona əl- xələful- höccət Məhdi (ə.c.) müntəzər və Zahibəz- Zəman deyirlər. O, on iki imamın sonuncu imamıdır.[46]

4.             Müasir sünni alimlərindən Xeyruddin Zərhəki (vəfat 1369 h, q) də əlam kitabında yazır: O Samirrada dünyaya gəldi. Atası vəfat edən zaman beş yaşı var idi. 255- ci ilin Şabanın on beşinci gecəsində dünyaya gəlib və 255- ci h, q ilində qeybə çəkildiyini deyirlər:[47] Ayətullah Əl- üzma Safi Məhdəviyyət kitabında sünni alimlərindən yetmiş yeddidən çoxunun adını çəkir ki, onların hər biri bir formada, o həzrətin anadan olmasını bəyan ediblər.[48] Buna əsasən, əhli- sünnənin dediyi, həzrət Məhdi (ə.c.) dünyaya gəlməyibdir, fikri əsassız bir iddiadır ki, hətta onların böyük alimlərinin dedikləri və yazdıqları ilə də uyğun deyil. Bəlkə ibn Həcər Heysəmi kimi əhli- sünnənin bəzisi ömrün uzun olmasını İmam Məhdi (ə.c.)- in vilayətinin olmamasına sübut bilsələr də, amma demək lazımdır: İsa ibn Məryəmi Məhdi (ə.c.)-ə iqtida etmək üçün diri saxlayan, Yunusu balığın qarnında qoruyan və ya Nuh Peyğəmbərə doqquz yüz il ömür verən Allahın Məhdi (ə.c.)- yə uzun ömür verməyə qüdrəti yoxdurmu?[49] Əhli- sünnənin özü də İsa, Xızır, Saleh... diri olmalarına etiqadlıdırlar. Nəticə budur ki, həzrət Məhdi (ə.c.)- in dünyaya gəlməsi qəti bir məsələdir və əhli- sünnənin özü də ondan xəbərdardırlar.

Məhəmməd ibn Əli Həmzə deyir: Həzrət Əskəri (ə)- dan belə buyurduğunu eşitdim: Allahın vəlisi, onun bəndələrə höccət və mənim xəlifəm 255- ci ilin şaban ayının on beşində sübh azanına yaxın vaxtda dünyaya gəldi".[50]

2.             İmam Zamanın isməti məsələsində ixtilaf:

Əhli- sünnə alimlərinin çoxu həzrətin məsum olmasına etiqaflı deyil və o həzrəti adi bir insan sayırlar ki, hər bir insan kimi onun da bəzi səhv və günahlar etmək ehtimalı var. Bu əqidəni İbn Kəsir və əhli- sünnə alimlərinin çoxu bunu qəbul ediblər.[51] Əhli sünnə bu inanclarında Peyğəmbər (s)- dən nəql olunan bir hədisə istinad edirlər ki, buyurdu: "Məhdi (ə.c.) biz Əhli- beytdəndir və Allah onu bir gecədə islah edəcək."[52] Amma şiənin nəzərindən imamların hamısı məsumduqlar və onlar barəsində səhv və xəta ehtimalı varilmir.

3.             İxtilaflardan biri də qeybətin inkarıdır:

Şiə alimlərinin hamısı bu fikirdədirlər ki, Məhdi (ə.c.)- in qeyb olduğu il, 329- cu hicri, qəməri ilidir. Onlar bu inancdadırlar ki, Allah- Taala ona zühur icazəsi verənə qədər diri qalacaqdır. Bu inanc Peyğəmbər (s) və Əhli9- beyt (ə)- dan nəql olunan rəvayət və hədislərə əsaslanır. Həmin rəvayətlər qeybət baş verməmişdən qabaq və ya onların bəzisi həzrət Məhdi (ə.c.)- in viladətindən yüz il və ya iki yüz il qabaq deyilmişdir.

Amma Əhli- sünnənin alimlərinin çoxu, imam Zaman (ə.c.)- in qeybətinə etiqadlıdırlar. Burada sübutları və onların cavabını müxtəsər almaq üçün açıqlamırıq.

Bu qısa qeyd etdiklərimiz Əhli- sünnənin imam Zamanla əlaqəli nəzərləri barəsində məsələlər idi. Sonda imam Zaman barəsində Əhli- sünnənin dilindən açıqlaya biləcəyimiz ən mühüm məsələ, imam Məhdi (ə.c.)- in zühuruna etiqadı inkar edən şəxs barəsində verilən dörd nəfərin fətva məsələsidir.

Bu şəxslər bunlardan ibarətdirlər:

1. İbn Həcər Heysəmi Şafei.

2. Şeyx Əhməd Əbu Surur ibn Səba Hənəfi.

3. Şeyx Məhəmməd ibn Məhəmməd Xətabi Maliki.

4. Şeyx Yəhya ibn Məhəmməd Hənbəli.

Bu şəxslərin hamısı zühura etiqadı inkar edən şəxsin cəzalanmasının fikirindədirlər. Onlar deyirlər ki, belə bir şəxsi ədəblənmək və haqqa üz tutmaq üçün vurub və təhqir etmək vacibdir. Belə olmadıqda qətli vacib və qanı hədərdir.[53]



[1] - Səbaikuz- zəhəb, səh 78.

[2] - İslam və dünyanın gələcəyi kitabından istifadə olunubdur. Mustafa Mühəqqiqrad.

[3] - İrəvani, Məhəmməd Baqir, Əl- imamul- Məhdi (ə), səh 11.

[4] - İbn Xəldunun tarixi, cild 1, səh 199.

[5] - Əl- mənar təfsiri, cild 10, səh 393, cild 9, səh 499, 507.

[6] - İbn Xəldunun tarixi, cild 1, səh 555, fəsl 52.

[7] - İmam Məhdi (əc)- ə aid hədisləri yazan şəxslər barəsində, əl- Məhdiyyul- muntəzər fil- fikril- İslami, səh 2926- ya müraciət edin.

[8] - Nəzmul- mütənasir fil- hədisil- mutəvatir, səh 226, (Ət- təriq ilil- məhdil- muntəzər səh 91- dən nəql olunub).

[9] - Əl- bidayə vən- nihayə, cild 6, səh 281.

[10] - Sünəni ibn Macə, səh 699, h 4085.

[11] - Suyuti, Urful- (urifəl)- vərdi, səh 76 və 88.

[12] - Sünəni İbn Macə, səh 699, h 4086.

[13] - Fəraidus- səməteyn, cild 2, səh 327, h 589.

[14] - Həmin, h 565.

[15] - Sənami, Əl- musənnif, cild 3, səh 2077.

[16] - Gənci Şafei, Əl- bəyan fi əxbari Sahibəz- zəman, bab 8, h 51.

[17] - Müqəddəs Şafei, Əqdul- dürər, səh 45- 55.

[18] - Nomani, l- qeybə, səh 186.

[19] - Sünəni İbn Davud, h 4282, Əl- qeybə lin- Nomani, səh 187- də belə gəlib:

«حدثنا محمد بن یعقوب الکلینی قال حدثنا محمد بن یحیى عن أحمد بن إدریس عن محمد بن أحمد عن جعفر بن القاسم عن محمد بن الولید الخزاز عن الولید بن عقبة عن الحارث بن زیاد عن شعیب عن أبی حمزة قال دخلت على أبی عبد الله ع فقلت له أنت صاحب هذا الأمر فقال لا فقلت فولدک فقال لا فقلت فولد ولدک فقال لا قلت فولد ولد ولدک قال لا قلت فمن هو قال الذی یملأها عدلا کما ملئت ظلما و جورا لعلى فترة من الأئمة یأتی کما أن النبی ص بعث على فترة من الرسل.»

[20] - Nəim ibn Həmmad, Əl- fitən, səh 93.

[21] - Sənani, Əl- müsənnif, cild 11, səh 371.

[22] - İbn Əbi Şeybə, Əl- müsənnif, cild 8, səh 679.

[23] - Əl- bəyan fi əxbari Sahibəz- zəman, səh 31, h 11.

[24] - Nomani, Əl- qəblə, səh 313, h 4.

[25] - Gənci Şafei, Əl- bəyan fi- əxbari Sahibəz- zəman, səh 35, h 15.

[26] - Əqdud- dürər, səh 46, səh 117- 185.

[27] - Müqəddəs Şafei, Əqdüd- dürər, səh 292.

[28] - Müsənnif ibn Əbi Şeybə, h 19484, sünəni Əbi Davud, h 4282.

[29] - İbn Əbi Şeybə, l- müsənnif, cild 7, hədis 19484

[30] - Sənani, Əl- müsənnəf, hədis 20770.

[31] - Əhməd ibn Hənbəl, Müsnəd cild 3, səh 37.

[32] - Əgdud- dürər, səh 95.

[33] - Sünəni İbn Macə, Kitabul- fitən, hədis 4029.

[34] - Kənzul- ummal, cild 14, səh 264, hədis 38663.

[35] - Əl- əmalul- munif, İbn Qəyyim Cozəvi, səh 151 (Əl- imamul- Məhdi, Milani səh 21- dən nəql olunub).

[36] - Kənzul- ummal, cild 14, səh 268, hədis 38678.

[37] - Əs- sünənul- varidə fil- fitən və qəvailuha, vəs- saə və işratuha, Osman ibn Səidul- Muqirri, cild 5, səh 1057, Darul- nəşriyyatı, Riyaz, çap birinci, 1416 h.

[38] - Həmin, cild 6, səh 1237.

[39] - Əl- fitən, cild 1, səh 373, Nəim ibn Həmmadul- Məruzi, Məktəbətut- tövhid, Qahirə, çap birinci, 1412.

[40] - " تفرد به محمد بن الولید مولی بنی هاشم و کان یضع الحدیث" Əs- səvaiqul- muhriqə, İbn Həcər Heysəmi, cild 2, səh 478, Muəssisətur- risalə, Beyrut, çap birinci, 1997.

[41] - Həmin, cild 2, səh 482.

[42] - Əl- ehticac, Əhməd ibn Əli Təbərisi, araşdırma İbrahim Bəhaduri, və.... cild 1, səh 68- 69, Üsvə nəşriyyatı, çap ikinci, 1416, Həmçinin İmamların adını qeyd edən hədislər barəsində, Səhihi Müslim, cild 6, səh 3- və 4, Babul- imarə- yə müraciət edin.

[43] - Yənabiul- məvəddət, Şeyx Süleyman Qunduzi Hənəfi, səh 179.

[44] - Həmin sənəd.

[45] - Cəfayətul- əyan, İbn Xəlqan, cild 4, səh 562.

[46] - Əl- ibər xəbəri mən qəbər, cild 3, səh 31.

[47] - Əl- əlam, cild 6, səh 80.

[48] - İmamət və məhdəviyyət, cild 2, səh 56- 241, çap Bəhmən, Növbə birinci.

[49] - Biharul- ənvar, cild 51, səh 99- 102- yə müraciət edin.

[50] - İmamət və vilayət günəşi, Məhdi Kamrani, götürülüb.

[51] - Şarihi sünəni İbn Macə, cild 2, səh 519.

[52] - Sünəni İbn Macə, cild 2, səh 4087.

[53] - Əl- burhan əlamati Məhdi axirəz- zəman, səh 183- 187.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...