Please Wait
5368
- bölüşdürülməsi
Həcc dinin sütunları və onun zəruriyyatlarından biridir. Həcci tərk eləmək və bunu vacib hesab eləmək böyük günahlardan biridir. Onu inkar eləyib tərk eləmək küfrə səbəb olur.
Şeyx Kuleyni Mötəbər yolla İmam Sadiqdən ə. nəql edir: “Hər kəs höccətul- islamı zəruriyyat olmadan, ya xəstə olduğu üçün , ya padşah onun getməsinin qarşısını aldığı üçün yerinə yetirməmiş dünyadan köçsə belə şəxs yəhudi və xristian kimi dünyadan köçmüş olur.”[1]
Bir neçə şərtlə Həcc mükəlləfə vacib olur:
1. Həddi- büluğ ( Oğlanlar üçün şəri həddi- büluğ həddi qəməri ayla 15, qızlar üçün 9 yaşdır.)
2. Ağıl
3. Azad olmaq
4. Mal, səhhət, bədənin gücü, yolun açıq olması, azad olması vaxtın olması və kifayət olması baxımından imkanı olmaq. Pul cəhətdən imkanı olmağın fərqi yoxdur. İstər irslə çatsın, istərsə də yox. Digər şərtlər ödənilərsə Həcc ona vacib olar.
Beləliklə qadının bu irsi xərcləməsi ilə dolanışığı çətinliyə düşməzsə Həcc ona vacib olar.[2]
[1] - Mən lə yəhzərul- fəqih, cild 2, səh. 447, Kafi, cild 4, səh. 269.
[2] - Mənasek Məhşi, müqəddimə, məsələ 46.