Please Wait
7870
Ələm müctəhidə təqlid yəni, fiqhi məsələlərdə mütəxəssis olmayan insanlar şərii vəzifələrini yerinə yetirməkdə, fiqh elmində tam mütəxəssis olan və digər müctəhidlərdən elmi daha çox olan (ələm) müctəhidin fətvasına əməl etməlidirlər. Ələm müctəhidi bu üç yoldan biri ilə tanımaq olar:
Birinci: İnsanın özü yəqin etsin.
İkinci: Ələm və qeyri ələmi ayıra bilən iki nəfər alim adil, bir şəxsin müctəhid ya ələm olmasını təsdiqləsin.
Üçüncü: Elm adamlarından bir dəstəsi, bir nəfərin müctəhid ya ələm olmasını təsdiqləsinlər.
Xoşbəxtlikdən indiki zamanda, Qum elmi hövzəsinin ustadlarından bir dəstəsi, lazımi səlahiyyətlərə malik şəxslərdən neçəsini, təqlid mərcəyi olaraq tanıtdırıblar. Hər bir müsəlman şəxs, bu şəxslərdən hər birini özünə mərcəyi təqlidi seçib və əməllərini onun izahlı hökmlərinə uyğun yerinə yetirə bilər. Belə olduqda, o öz şərii vəzifələrinə əməl edibdir. İndiki dövrdə kütləvi informasiya vasitələri müxtəlif formalarda və bir neçə dildə mövcuddur və təzə müsəlman olan şəxslər, bu məsələlərdən rahatlıqla məlumat əldə edə bilərlər.
Qeyri mütəxəssis insanların mütəxəssis insanlara müraciət etmələri, bütün insanların qəbul etdiyi və ağıla uyğun bir işdir. Çünki, bir nəfər bütün sahələrdə mütəxəssis ola bilməz. Deməli mütəxəssis olmadığı sahədə, mütəxəssisə müraciət edir. Fiqh terminində ələmə təqlid yəni, fiqhi məsələlərdə mütəxəssis olmayan insanlar, fiqh elmində tam təxəssüsü olan və digər müctəhidlərdən elmi daha çox olan (ələm) şəxsə müraciət edib və şərii vəzifələrini onun fətvasına uyğun (təxəssüsi nəzəriyyəsinə) yerinə yetirirlər.
Ələm müctəhidi (fiqhdə ən alim mütəxəssis) tanımaq üçün, üç yol müəyyənləşdirilibdir ki, camaat asanlıqla bu yollardan biri ilə özünün inandığı təqlid mərcəyini tanıyıb və seçə bilsinlər:
Birinci: İnsanın özü yəqin etsin. Elm əhlindən olub və müctəhid və ələmi tanıya bilən şəxs kimi.
İkinci: Müctəhid və ələmi tanıya bilən iki nəfər alim adil şəxs, bir nəfərin müctəhid ya ələm olmasını təsdiqləsinlər. Bu şərtlə ki, digər iki alim adil onların dediyinə qarşı çıxmasınlar.
Üçüncü: Müctəhid və ələmi müəyyən edə bilən və dediklərindən əminlik yaranan elm əhlindən bir dəstə, bir nəfərin müctəhid ya ələm olmasını təsdiqləsinlər.[1]
İndiki dövrdə texnologiya inkişaf etdiyinə görə, dünyanın hər bir yerindən, elmi hövzə, ruhanilər və təqlid mərcələrini bilən hər bir kəslə əlaqə yaradıb və öz təqlid mərcəyini seçmək olar. Qeyd etmək lazımdır ki, xoşbəxtlikdən inkidi dövrdə Qum elmi hövzəsinin ustad və müctəhidlərindən bir dəstəsi, lazımi səlahiyyətlərə malik insanlardan neçəsini təqlid mərcəyi kimi tanıtdırıblar. Bu şəxslər əlifba hərfi ilə bunlardır:
- Ayətullah Əl- uzma seyid Kazim Hairi
- Ayətullah Əl- uzma seyid Əli Xamneyi
- Ayətullah Əl- uzma seyid Əli Sistani
- Ayətullah Əl- uzma seyid Musa Şubeyri Zəncani
- Ayətullah Əl- uzma Lütfüllah Safi Gülpayqani
- Ayətullah Əl- uzma Nasir Məkarim Şirazi
- Ayətullah Əl- uzma Hüseyn Vəhid Xorasani
Hər bir müsəlman bu şəxslərdən hər hansını özünün təqlid mərcəyi seçib və əməllərini onun risaləsinə uyğun yerinə yetirsə, öz şərii vəzifəsinə əməl edibdir.
İzahlı şəriət hökmlərini digər dəlillərə o cümlədən ingilis dilinə tərcümə etmək barəsində deməliyik ki, bu sahədə çoxlu çalışmalar olsa da, lakin təəssüflər olsun ki, hələdə çatışmamazlıqlar mövcuddur. Ümid edirik yaxın gələcəkdə çoxlu səylər nəticəsində aradan qalxar.
Həzrət Ayətullah Hadəvi Tehrani (damət bərəkatuh) cənablarının cavabı belədir:
İnandığınız iki alimə müraciət etməklə, ya əminliyə səbəb olan məşhurluqla ya yəqin və əminliyə səbəb olan hər bir yolla, öz təqlid mərcəyinizi təyin edə bilərsiniz.
[1] - Tozihul- məsail, (əl- məhşi lil- İmamil- Xumeyni), cild 1, səh 15; Məlumdur ki, bu cümlədə elm əhlindən məqsəd, İslami elmlərə alim olandır.