Please Wait
22767
Ailə məsələlərində kişinin hakim olması haqda Quranda beə buyurulmuşdur:
«الرجال قوامون علی النساء»
Amma ayənin həqiqi mənası bu deyil ki, kişilər qadınların üzərində hakimdirlər və hər nə istəsələr edə bilərlər. Əksinə təfsirçilərin və lüğətşunasların nəzərlərinə əsasən "qivan" kəlməsinin mənası başçı, ailənin işinə yardımçı və bu kimi sinonimlərdir. Amma əgər ailəyə kiçik bir dövlət baxışı ilə baxsaq və onu kiçik bir ictimaiyyət kimi qiymətləndirsək, təbii ki, bu kiçik bir dövlətə böyük bir dövlət kimi başçı, arxalanacaq kimsə lazımdır. Bu başçılıq hər tərəfdən bu ağır məsuliyyətə qabiliyyəti və gücü çatan bir nəfərı həvalı edilməlidir. Təbii ki, bu işin öhdəsindən hər cəhətdə qadından qüdrətli olan kişi gələ bilər. Çünki,
1- Kişi çətinliklərin müqabilində dözümlü və səbirli və qadın isə atifəli və hissiyyata qapılaraq incə və kövrək bir məxluqdur.
2- Həmçinin fiziki cəhətdən də qadın kişidən olduqca zəif və incədir.
3- Bundan əlavə ailənin gəliri və mənfəəti, habelə gündəlik tələbatı kişinin öhdəsində olduğu üçün başçılıqda onun əsas məsuliyyətlərindən biridir.
Qurani- kərimin nəzərində kişinin ailədə olan hakimliyi və başçılığı yalnız Allahın razılığı, icazəsi və ədaləti çərçivəsində olmalıdır. Amma məqam və mənzilət baxımından yalnız iman və təqva sahibləri Allah- aalanın hüzurunda fəzilətlidirlər. Yəni insanların üstünlüyü onların hansı cinsdən olmasında deyil, əksinə onların nə qədər təqvalı olmasındadır. Qurani- kərimin nəzərində kişinin ailədə olan başçılığı və hakimiyəti ona, heç bir üstünlük vermir. Yəni kişinin bu işi heç də onun uca məqam sahibi olmasını çatdırmır. Yuxarıda qeyd etdiyimiz ayədən də kimsə üstünlük və hakimlik başa düşürsə məlumdur ki, ayədə olan "qivam" kəlməsini düzgün təfsir və mənalandıra bilməmişdir.
Mövzunun əsli mətləblərini araşdırmazdan öncə, (qəvvamiyyət sözünün mənasına) qadının islam dinində hansı məqam vəşəxsiyyətə malik olmasını araşdırmağı vacib bildik.
1)- Qadın evin əsas rüknü kimi
Məlumdur ki, qadın ailənin əsasını təşkil edən iki nəfərdən biri olmaqla yanaşı dünya ictimaiyyətinin də (demək olar ki,) yarıdan çoxunu təşkil edən bir varlıqdır. Əgər tarixin səhifələrinə baxsaq qadına qarşı bir çox amansız məhkəmələrin şahidi olarıq. Yəni tarix boyunca qadın ictimai səhnələrdən tərdid edilmiş və bir sıra məhrumiyyətlərə məruz qalmışdır. Düzdür ki, bəzi vaxtlar müxtəlif ölkələrdə və ya tayfalarda qadına azadlıq verilmişdir. Amma onların zəif məxluq olduqları üçün daim zülmə məruz qalmaları inkar olunmazdır. Məsələn: Qadınların cahil ərəb tayfalarında qul kimi işlədilməsi, qız uşaqlarının diri- diri basdırılması, öldürülməsi, bazarlarda satılması və sair. kimi misallar göstərmək olar.[1] Bütün bu saydıqlarımız qadının tarixin səhifələrində olan acı xatirələridir. Həmçinin qadınlara qarşı olan radikal fikrli kişiləri və ailədə qolunun gücündən istifadə edən ailə başçılarını bu gündə ictimai səhnələrdə müşahidə edirik. Odur ki, qadına qarşı olan tarixi zülmləri bu kiçik məqaləyə sığışdırmağı mümkünsüz görürük. Sadəcə bu bir neçə misalı burada qeyd etməklə islam dininin qadına qarşı olan hüsnü- rəğbətini açıqlamaq istəyirik.
2)- Ərəb yarımadasında İslam günəşinin doğması islam dünyasında qadının qədir- qiymətini bəyan etdi.
Böyük islam dininin, Peyğəmbər sünnətinin və əhli- beytin təlimlərində qadın öz məqam və mənzilətini, həmçinin ictimai şəxsiyyətini tapdı. Mərhum Ayətullah Xumeyni bu barədə deyir: "İslam dini kişinin və qadının inkişafı üçün çalışır. İslam dini gəldikdən sonra qadına nəqədər xidmət etdiyini Allah bilir. İslam dini təlimlərində qadına verilən hüquq və xidmət kişiyə olunmayıb."[2] İslam dini qadınları kişilərin müqabilində bərabər qərar verməklə onların hüququn ucaltdı. Amma bir sıra əhkam məsələləri vardır ki, onların bəzisi kişilərə vəbəzisi də qadınlara aiddir. Bu o demək deyil ki, islam dini qadınla kişinin arasında fərq qoyur.[3]
3)- Birlikdə yaradılış:
Qurani kərimin bəyanına əsasən qadın və kişi insan olaraq iki dəstəyə ayrılsalarda onların, insanlıqda və fəzilətdə heç bir fərqləri yoxdur. Qurani- kərim bu barədə buyurur: Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündə həmtayını yaratdı.[4]
«خلقکم من نفس واحدة ثم جعل منها زوجها...»
Və [5]
« هوالذی خلقکم من نفس واحدة و جعل منها زوجها...»
4)- Qadınla kişinin ağıl və dərrakə baxımından da heç bir fərqləri yoxdur.
"De! O elə bir kəsdir ki, sizi yaradıb və sizə göz, qulaq və qəlb verib.
«قل هو الذی أنشاکم و جعل لکم السمع و الابصار و الأفئده»[6]
Təfsirçilər və alimlər yuxarıdakı ayəni belə təfsir edirlər ki, "ayənin əsil mənası bunu çatdırır ki, insan başqa yaranmışlardan əqil və təfəkkür baxımından üstündür."[7]
5)- Ailə həyatında qadınla kişinin eyni hüquqa malik olmaları:
Qurani- kərimin bəyanına əsasən qadına ailə həyatında verilmiş hüquq kişinin xeyri üçündür. Baxmayaraq ki, bəzi məsələlərdə az da olsa fərq nəzərə çarpır. Misal üçün: Nəfəqə (qadının və uşaqların gündəlik təminatı) kişinin öhdəsindədir və ya qadının yaşaması üçün yeri kişi hazırlamalıdır və sair. Qurani kərim bu barədə buyurur:
"Şəriət qanunlarına əsasən kişilərin qadınlar üzərində hüquqları olduğu kimi, qadınların da kişilərin üzərində hüquqları vardır."
«و لهن مثل الذی علیهن...»[8]
Təfsirçilərimiz bu ayəyə istinad edərək qadınla kşinin hüququnun bir olduğunu bəyan edirlər:
6)- "Qivam" sözünün lüğətdəki mənası başçı, gözətçi və mühafizəkar"dır.
Bu söz bəzən islah və qorumaq mənalarında da işlədilə bilir. Qurani kərim buyurr: "Kişilər qadınların başçısıdır.[9] (mühafizəkarıdır).
Bir çox Quran təfsirçiləri "qivam" sözünü başçı və qoruyucu kimi mənalandırmışlar. Misal üçün "qivam" bir isimdir ki, öz işində ciddiyyətli olan şəxsə deyərlər. Əgər kimsə desə ki, bu kişi o qadının "qəyyumudur" yəni onun gündəlik tələbatını ödəyən və mühafizəkarıdır.[10]
«لکل درجات مما عملوا»
7- "Qivam" sözü bu və digər ayələrdə
«الرجال قوامون علی النساء»
Olan mənalarına diqqət yetirsək, belə nəticə ala bilərik ki, ayənin əsas hədəfi kişinin ailəyə başçılıq etməsi və ailədə olan nizam- intizamın ciddiyyətin qorumasıdır. Nəinki, kişinin ailəyə zülm etməsini və ya padşahlıq etməsini dəstəkləyir. Əksinə kişiyə ailəyə rəhbərlik etmək və vahid tərbiyəli nizamın yaratmaq vəzifəsini verməklə onun məsuliyyətini artırır.[11] Çünki hər bir ailəni kiçik bir cəmiyyət və icma şəklində qəbul etsək, təbiidir ki, böyük cəmiyətlər kimi bura da rəhbərin və ya təşkilatçının olması vacibdir. Bundan əlavə kişinin cismi və ruhi qabiliyyəti nəzərə alınaraq ailənin gündəlik tələbatı islam qanunlarına əsasən onun üzərinə qoyulub. Kişinin fiziki gücü və iradəsi, ona pul qazanmaq və ailənin tələbatını ödəmək kimi məsuliyyətli işlərə kömək etmək üçün, ailənin başçılığı və məsuliyyəti də onun üzərinə qoyulmuşdur.
Əlbəttə bunu da qeyd etək ki, mümkündür qeyd etdiyimiz qüdrət və qabiliyyət hər hansısa qadında olsun. Amma bunu da qeyd edək ki, hər hansı bir qanun yazılırsa orada azlıqlar deyil, ümumi toplum nəzərdə tutulur. Bu səbəbdən də kişilər bu məsələlərdə qadınlardan daha üstün olduqları üçün bu vəzifələr kişinin öhdəsinədir.
Əziz Peyğəmbərimiz (s) kişinin qadından üstün olmasını qoruşduqda, o həzrət (s) belə cavab verdi:
"Kşinin qadından üstün olan fəziləti, suyun yerdən üstün olan fəziləti kimidir. Çünki suyun vasitəsi ilə torpaq dirilir. (və üzərindəkilər dirilir). Kişilər qadınların həyatını dirildir, oblara şadlıq bəxş edir və onların artmasında əsas rol ifa edir. Sonra isə Peyğəmbər " الرجال قوامون علی النساء" ayəsini zikr edir.[12]
İmam Sadiq (ə) bu barədə buyurur: "Kşinin ailədə olan başçılığı, onun üçün böyük səadətdir."[13] Bu iki rəvayətdən belə nəticə alırıq ki, kişinin ailədə olan rəhbərliyi, onun və ailənin səadətindən başqa bir şey deyildir.
8)- Ailədə rəhbərlik məsələsində kişilər qadınlardan iki nəzərdən fərqlidirlər.
A). Əgər kişinin cinsi və fiziki baxımdan təhlil etsək bu məsələ özü- özlüyündə aydınlaşacaq. Bundan əlavə hər bir icmanın və ya ailənin gözəl və səadət içində yaşaması üçün ümdə lazım olan budur ki, hər kəs öz qabiliyyətinin əhatəsində hərəkət etsin. Yəni ailədə hər kəs öz atifi və fiziki gücünə uyğun özünə vəzifə seçsin və onu səmimi yerinə yetirsin. Belə olan halda ailənin rəhbərliyi yenə də kişinin öhdəsinə düşəcəkdir.[14]
Allah Taala bütün insanları müxtəlif qüdrətə və istedada malik olaraq yaratmışdır.
Əgər bütün insanlar eyni gücə və istedada malik olsaydlar bütün yaradılış sistemi aradan gedərdi. Bundan əlavə dünyada olan bütün işlər bir- birindən fərqli olaraq özünü biruzə verir. Bu səbəbdən də fərqli işlər üçün fərqli istedada malik olan insanlar lazımdır. Nəticə budur ki, dünyada hər bir şeyin seçilməsi və fərqli olması istedadların inkişafına xidmət edir.
Kişi və qadın arasında olan fərq də bu qanun əsasındadır. Bunu da qeyd edək ki, bu fərqlilik, bunların heç biri üçün fəzilət və üstünlük deyil. Çünki, kişi və qadın iki müxtəlif sinif olaraq müqayisə olunursa burada heç bir fəzilətdən danışmağa dəyməz. başqa sözlə desək üstünlük fərq və fərq üstünlük sayılmaz. Deməli Nisa surəsinin 34- cü ayəsinə əsasən kişiyə verilən vəzifə onun üçün heç bir fəzilət meyarı və ölçüsü ola bilməz.[15]
B). Bu mövzuda ikinci bir fikir də budur ki, kişi və qadın sinifləri arasında olan fərq, ərlə- arvad qanunlarına əsaslanmır. Əksinə ümumi bir qayda olaraq kişi və qadın mövzusunda öz əksini tapır. Dünya insanları arasında olan bu qanun, dünyada mövcud olan hakimiyyət və məhkəmə prinsiplərinə bənzəyir. Çünki, bütün dünya insanları bu prinsip əsasında öz həyatlarını tənzimləyirlər. Əlbəttə bu qanunlarda da kişilər yaradılış qanunlarına əsasən qadınlardan üstündürlər. Bunu da qeyd edək ki, kişinin bu vəzifədə olması qadının ictimai və fərdi azadlığdan məhrum olması demək deyil. Yəni bu məsələlərin heç bir fərdi və ictimai azadlığa dəxli yoxdur.
9). Nəticə
Mətndə danışılan "qəvvamiyyət" sözündən belə nəticə alırıq ki, deməli kişinin ailədə olan bu məsuliyyəti heç də onun (şəxsiyyət baxımından) qadından üstün olması demək deyil. Əksinə kişinin ailədə olan bu vəzifəsi onun ruhi və fiziki baxımdan daha da layiq olduğu üzündəndir. Həmçinin kişinin ailə üzərində olan məsuliyyəti ona, ailə qanunları çərçivəsi xaricindən hər hansı bir işi hörməyə imkan vermir. Çünki o ailənin zalım padişahı deyil. Sadəcə ailənin gündəlik tələbatları və qadın kişi münasibətlərinə düzgün riayət etmək onun öhdəsindədir. Amma kişiyə bu vəzifənin tapşırılması o demək deyil ki, kişilər qadınlardan üstündür"və ya" axirətdə üstün olacaqlar". Buna əsas səbəbdə budur ki, islam dini qanunları insanın təkamülə çatması üçün kişi və qadının arasında heç bir fərq qoymamışdır. Başqa sözlə desək təkamülə çatmaqda heç bir cinsiyyətin rolu yoxdur. İnsanlar yalnız əməli saleh olmaqla, Allaha yaxınlaşmaqla, təqvalı olub pis işlərdən çəkinməklə və aqil olaraq iman gətirməklə əldə edə bilərlər. Allah Taala yanında heç bir cinsiyyətin üstünlüyü yoxdur. Tənha üstün bəndələr təqva sahibləridirlər.
Əlavə məlumat üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
1). Qadınların kişilərin müqabilində vəzifəkəri, sual 850 (sayt 925).
2). Kişilərin qadınlardan üstün olmaması, sual 531 (sayt 579).
3). Qadın azadlığının sərhəddi sual 416 (sayt 435).
[1] - Quranda Pəjuheşlər, səhifə 25- 26, yay. Bahar, 1380.
[2] - Nur səhifəsi, cild 3, səhifə 82.
[3] - Nur səhifəsi, cild 3, səhifə 82.
[4] - Zümər surəsi, ayə 6.
[5] - Əraf surəsi, ayə 189.
[6] - Mülk surəsi, ayə 23.
[7] - İbn Xaldun, Əbdürrəhman, ibni Xaldun müqəddiməsi, cild 2, səhifə
60. Bəqərə surəsi, ayə 228.
[8] - Bəqərə surəsi, ayə 228.
[9] - Fəxri razi, Kəbir təfsiri, cild 10, səhifə 88.
[10] - Nümunə təfsiri, cild 3, səhifə 411- 116.
[11] - Feyz Kaşani, Safi təfsiri, cild 1, səhifə 448.
[12] - Vəsail- əşşiə, cild 15, səhifə 251.
[13] - Nümunə təfsiri, cild 3, səhifə 370- 371.
[14] - Cavadi Amuli, zən dər ayineye cəlal və camal, səhifə, 364- 369.
[15] - Əllamə Təba- təbai, Əlmizan təfsiri, cild 4, ayə 34.