Please Wait
6527
Uşaqların və yeniyetmələrin məscidlərdə və camaat namazında hazır olmaları onların namaza olan əlaqəsinin artmasına səbəb olan halda maneəsi yoxdur. Bəlkə onları gətirmək müstəhəbdir.[1]
Amma görəsən həddi büluğa çatmayan, yaxşını pisdən ayıran şəxsin camaat namazının cərgələrində hazır olması, başqa namaz qılanların namazına maneə yaradırmı? İki şəkli vardır:
1. Başqa namaz qılanlar əlavə yollarla imam camaata birləşmiş ola. Belə olan halda başqa namaz qılanların camaat namazında zərər və maneə yaranmaz.[2]
2. Başqa şəxslər ancaq həddi- büluğa çatmayanların vasitəsilə imam camaata birləşmiş (bağlanmış) olalar. (məsələn: Neçə nəfər həddi- büluğa çatmayanın namazın birinci cərgəsində hazır olması kimi).
Bu barədə alimlərin nəzəri belədir.
"Əgər bir cərgədə dayananların arasında yaxşını pisdən ayıran uşaq fasilə sala və onun namazının batil olduğunu bilməyənlər, iqtida edə bilərlət".[3]
Hər bir halda bu hökm, bir neçə həddi- büluğa çatmayanın bir cərgədə, bir- birinin yanında dayandığı yerə aiddir. Amma, əgər həddi- büluğa çatmayan uşaqlar namazda hazır ola və bir- birinin kənarında dayanmayalar və bir az fasilə ilə iki nəfər həddi- büluğa çatanın arasında dayanalar (baxmayaraq ki, onların namazının batil olduğunu bilirik), başqalarının namazı üçün maneə yaranmaz.
Daha çox agahlıq üçün aşağıdakı göstəriciləri mütaliə edin:
"Camaat namazında cərgənin necə təşkil olunması və namazda hərəkətin hökmü", sual 673 (sayt: 720).
"Müsafirin camaat namazını birinci cərgədə dayanması", sual 14865 (sayt: 14859).
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Müraciət et: İmam Xumeyni, Tozihul- məsail (haşiyə), tədqiqatçı və redaktor; bəni Haşimi Xomeyni, seyid Məhəmməd Hüseyn, cild 1, səh 508, İntişarate İslami dəftərxanası,Qum, səkkizinci çap, 1424 hicri Qəməri tarixi ilə.
[2] - Həmin, səh 809.
[3] - Həmin, səh 774, məsələ 1470; Ayətullah Gülpayqani, Safi: "Bir halda ki, onun namazının düzgün olduğunu bilələr, iqtida edə bilərlər. Əgər onun namazının düzgünlüyündə şəkk edələr, fasilə də çox ola və başqa cərgələrin imama birləşməsi o uşağın (həddi- büluğa çatmayanın) vasitəsilə ola, iqtida etməyin maneəsi yoxdur. Bəli fasilənin bir uşağın vasitəsi ilə olmasının, onun namazı batil olsa da belə, maneəsi yoxdur".