Please Wait
7677
Dirhəm və dinar peyğəmbər s. və əimmə ə. dövrünün pul vahidləridir. Şəri və hüquqi məsələlərdə istifadə olunur və bu gün də bəzi məsələlərdə istifadə olunur.
Dinar qızıldan, dirhəm isə gümüşdən olan metal pullardır. Buna görə də dinar və dirhəmdə istifadə olunan qızıl və gümüşün vəznini bilməklə onun bugünkü qiymətini təyin edə bilərik. Dinar şəri nəzərdən təqribən 24/4 qram, bəzilərinin nəzərinə görə isə təqribən 46/4 qramdır.[1] Hər dirhəm yarım misqal gümüşə bərabərdir. Onun da qiyməti hazırkı qiymətlə təyin olunur.[2]
Bu iki bahalı filizin qiymətinə diqqət eləməklə hazırkı dövrdə onu Amerika dolları ilə hesablamaq olar.
Amma bilmədən olunan qətlin diyəsini hesablamaq üçün bir neçə üsul vardır:
1. Öldürülən kişi, müsəlman və azad olsa 1000 şəri misqal qızıl- hər misqalı 18 noxud böyüklükdə qızıl sikkədir- ödənilir.[3] Ya da 10000 dirhəm- hər dirhəm 6/12 noxud böyüklükdə gümüşdür- ödənilir.[4]
2. Öldürlən qadın, müsəlman və azad olsa onun diyəsi yuxarıda qeyd olunan miqdarın yarısıdır.[5]
[1] - İmam Xomeyni, Tozihil- məsail, Mohəqqəq və mosəhhəh, Bəni Haşemi Xomeyni, Seyyid Məhəmməd Hüseyn, cild 2, səh. 129, dəftər intişarat islami, Qom, səkkizinci çap, 1424 q, “ Miqdar dinar şəri”dən götürülüb, sual 2204 ( sayt: 2756).
[2] - Məkarim Şirazi, Nasir, Kitabul- nikah, cild 6, səh. 19, İntişarat mədrəseyi İmam Əli bin Əbu Talib (ə), Qum, 1424 q.
[3] - Tozihul- məsail, cild 2, səh. 824
[4] - Həmin mənbə.
[5] - Həmin mənbə.