Ətraflı axtarış
Baxanların
8988
İnternetə qoyma tarixi: 2013/08/26
Sualın xülasəsi
İnsan Allahın sevimlisi necə ola bilər?
Sual
İnsan Allahın sevimlisi necə ola bilər?
Qısa cavab

"Məhəbbət" "hubb" kəlməsindəndir və dostluq mənasınadır. Allahın bəndələrinə olan məhəbbəti ürfi mənanı daşımır. Çünki, ürfi məna nəfsin təsir altına düşməsidir ki, Allah ondan uzaqdır. Allahın bəndələrinə olan məhəbbəti öz zatına olan məhəbbətindən qaynaqlanır. Allah öz etdiyti işləri sevir. Yaratdıqları da onun etdiyi işin nəticəsi olduqlarına görə, onları da sevir.

 

İlahi məhəbbətə yetişməyin yolları, sevimlilərinin sifətlərini bəyan edərkən Quranda gəldiyi kimi, səbr, təqva, tövbə, ehsan, paklıq, cihad, mübarizə və ... kimi yollardır ki, insan bu yolları getməklə və bu sifətlərə malik olmaqla, Allahın məhəbbətində ola bilər.

 

Ətreaflı cavab

"Məhəbbət" "hub" kəlməsindəndir. Lüğətdə dostluq, sevgi və qəlbən bağlılıq mənasınadır. Həbbə, yəhibbu, onu sevdi, ona vuruldu.[1] Buna Əsasən, məhbub, yəni verilmiş və dost tutulmuş.

 

Allahın bəndələrinə olan məhəbbəti:

 

Məhəbbət vücuda aid bir əlaqədir. Məhəbbətin ən mühüm səbəblərindən biri, hər bir vücudda olan, özünü istəməkdir. Allahın öz zat və kəlamına elmi var. ona görə də özünü sevir. Necə ki, öz yaratdıqlarını da, öz zatını sevdiyinə görə sevir. Çünki yaranmışlar onun zatından əmələ gələn işlərdəndirlər.

 

Allahın bəndələrə olan məhəbbəti, onun ürfi mənasında deyil. Çünki bu ürfi məna nəfsin təsir altına düşməsinə gətirib çıxarır ki, Allah ondan uzaqdır.

 

Allahın məhəbbəti öz zatına olan məhəbbətindən qaynaqlanır. Allahın özünə olan sevgisi, həmin xeyri dərk etməkdir.

 

Allah öz camalını dərk etdiyinə görə, aşiqdir. Onun zatı zat ilə dərk olduğuna görə, məşuqdur. Allahın feli (iş) zatından ayrı olmadığına görə, ona da məhəbbəti şamil olur. belə ki, Allah öz işlərini sevir. Yaratdıqları onun işinin nəticələri olduğuna görə, onları da sevir.[2]

 

Deməli dünyanın bütün varlıqları, Allahın sevimlisidirlər. amma bizim burada bilmək istədiyimiz şey, insanların sevimli olmasıdır, xüsusi mənada ki, sonradan gələcək.

 

Allahın necə sevimlisi olmaq və sevginin uca məqamına yetişməyin yolunun hansı olduğunu bilmək üçün, Allahın sevmlilərini tanımaq lazımdır ki, insan onları tanımaqla, o məqama yetişməyin yollarını gedib və Allahın sevimlilərinin sırasında olsun.

 

Quranı kərimdə bəzi dəstələrə işarə olunur ki, Allah onları sevir. Aşağıda onların bəzisini nümunə olaraq bəyan edirik:

 

1. Səbr edənlər,"... والله یحب الصابرین"[3] Allah səbr edənləri sevir.

 

2. Pərhizkarlar, "... فان الله یحب المتقین "[4] Allah pərhizkarları sevir.

 

3. Təvəkkül edənlər, "... ان الله یحب المتوکلین "[5] Allah təvəkkül edənləri sevir.

 

4. Tövbə edənlər və paklar, "... ان الله یحب التوابین و یحب المتطهرین "[6] Allah tövbə edənləri və pakları sevir.

 

5. Yaxşı iş görənlər, "... ان الله یحب المحسنین "[7] Allah yaxşı iş görənləri sevir.

 

6. Mücahidlər, " ان الله یحب الذین یقاتلون فی سبیله..."[8] Allah onun yolunda vuruşanları sevir.

 

7. Ədalət icraçıları, "... ان الله یحب المقسطین"[9] Allah ədalətliləri sevir.

 

Bunlar Allahın məhəbbət etdiyi və sevdiyi insanlardan bir dəstədərlər.

 

Allahın bəndəsinə olan məhəbbətinin mənası budur ki, Allah hicabları onun qəlbindən silər ki, onu qəlbinin gözü ilə görsün və ilahinin uca yaxınlığı məqamına yetişməsinə güc verər. Allahın bəndəyə olan bu iradəsi, onun məhəbbətidir. Başqa sözlə, Allahın məhəbbəti, bəndənin batinini Allahdan qeyrisindən paklamaq və onunla Allahı arasında fasilə və mane olan bütün maneələrdən xali etməkdən (boşaltmaqdan) ibarətdir.[10]

 

Ariflər Allahın bəndələrinə olan məhəbbətini iki formada bilirlər:

 

1.              İbtidai ya minnətli məhəbbət ki, Allah tərəfindən bəzi bəndələrə edilən ilk köməkdir ki, bəndənin itaət etməyə güclənməsinə səbəbdir.

 

2.              Allahın bəyəndiyi sifətlərə malik olmaq və itaətin səmərəsi olan, sonrakı ya layiq olub əldə edilən məhəbbətdir. Bu iki yolla baş verir.

 

A). Müstəhəvləri etmək yolu ilə yaxınlaşmaq.

 

B). Vaciblərlə yaxınlaşmaq.[11]

 

Allahın bəndəyə olan məhəbbətinin əlamətlərindən biri əmrlərə itaət və nəhylərdən çəkinmə köməyidir.

 

Allahın bəndələrəolan rəhmət və kəramətinin aşkar olmasıdır.

 

İlahi məhəbbəti əldə etməyin yoları:

 

1.               Məhəbbət yaratmaq üçün ilk addım və ilahi məhəbbətə yetişməyin yollarından biri, dünya və onun bağlılıqlarından qəlbi paklamaq, dünyadan əlini üzmə və Allaha doğru hərəkətdir.

 

Bu iş, yalnız Allahdan qeyrisinin qəlbindən məhəbbətini xaric etməklə baş verir. Çünki insanın qəlbi bir qab kimidir ki, nə qədər ki, onun suyunu boşaltmamısan, sirkəni qəbul edə bilməz. Allah da heç kəsin daxilində iki qəlb qoymamışdır.[12] İslam Peyğəmbəri (s) buyurur:

 

«حب الدنیا و حب الله لایجتمعان فی قلب واحد»[13]

 

Dünya məhəbbəti və Allah məhəbbəti bir qəlbdə cəm olmazlar. Aydındır ki, əgər Allah məhəbbəti bir nəfərin daxilində yer tutsa, onun sevimlisi olacaq.

 

Dostları harda məhrum edərsən,

 

Sən ki, düşmənlərlə bir fikirdəsən.

 

2.               Səbr və dözüm:

 

Problemlər, çətinliklər, müsibətlər və ... qarşısında səbr etmək, ilahi qürbə yetişməyin digər bir yoludur ki, Quran və rəvayətlərdə ona çoxlu təkid olubdur. Ona görə də ariflər bu sifətə malik olanları, yəni səbr edənləri Allahın sevimliləri bilirlər.[14]

 

3.               Peyğəmbər (s) itaət etmək:

 

Bu ayəyə istinad etməklə:

 

«قل ان کنتم تحبون الله، فاتبعونی، یحببکم الله...»[15]

 

De: Əgər Allah sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sevsin," ilahi məhəbbəti əldə etməyin yollarından biridir.[16] İbn Ərəbi, Peyğəmbərə itaət etmək və Allahın məhəbbəti arasındakı bağlılığı səbəbi barəsində deyir: Allah Peyğəmbər (s)- ə itaət etməyin ona görə məhəbbət səbəbi sayıbdır ki, Peyğəmbər aləm güzgüsündə haqqın cilvəsidir.[17] Buna əsasən, İbn Ərəbinin nəzərində heç kəs Peyğəmbər (s)- ə itaət etmədən həzrət haqqın sevimlisi ola bilməz. çünki, Peyğəmbər (s) də ilahi əmrlərə tabedir. Beləliklə tabeçilik həm Peyğəmbərdə, həm də ardıcıllarında, Allah məhəbbətini qazanmaq məqsədidir.[18]

 

4.               Cihad və mübarizə:

 

Allah yanında cihad və mübarizə, və ilahi məhəbbətə əl tapmağın digər səbəblərindəndir. Allah yolunda cihad edənlər Allahın həqiqi sevimlilərindən və Allahın xüsusi məhəbbətindən faydalanırlar. Çünki onlar ilahi hədəfləri irəli aparmaqda heç bir səy və çalışmalarını əsirgəmirlər. Onlar can və malları ilə, haqq və batilin bütün döyüş cəbhələrində iştirak edirlər. həm müharibə meydanlarında, həm də mədəniyyət savaşlarında din düşmənləri ilə mübarizəyə qalxır və ilahi dəyərləri qoruyurlar. Allah yanında cihad və mübarizə edənlər, bənd kimidirlər ki, haqq yoluna yönələn zərər və nöqsanların qarşısını alır və şeytanın yolunu bağlayırlar. Onlar Allahın dinində heç bir təhlükəyə icazə vermirlər. ona görə də Allahın sevimlisidirlər.

 

5.               Tövbə:

 

Günahlardan peşimançılıq və qayıtmaq və Allahın sonsuz lütf və rəhmətinə üz tutmaq və pənah aparmaq, Allahın məhəbbətini cəlb etməyə səbəb olur. Günahdan tövbə etmək məhəbbətin kökünü yenidən möhkəmlədəcək, bəndəni Allahadaha yaxın edəcək və Allahın xüsusi məhəbbət və rəhmət qapılarını açır. Tövbə ilə Günahkar bəndə, Allahın lütf və köməyi ilə, Allahın sevimlisi və dostuna çavrilir.

 

Rahnuma təfsirini yazan bu fikirdədir ki, paklara və tövbə edənlərə olan Allahın məhəbbətinə işarə etməyin hədəflərindən biri, insanları tövbə və paklığa həvəsləndirməkdir.[19]

 

6.               İnfaq edənlər:

 

Sədəqə və infaq vermək Allahın məhəbbətinə səbəb olur və Allah infaq edənləri sevir: Sədəqə və infaq əslində ilahi nemətlərə təşəkkür etmək və onun əmrindən itaət etməkdir.[20]

 

7.               İman və saleh əməl:

 

İman və saleh əməl, Allahın razılığını və onun sevimliliyini qazanmağın digər bir səbəbidir. Çünki ilahi mükafat və nicat tapmaq, saleh əməllə birgə olan imanla mümkündür. Buna əsasən, əməlsiz iman mükafata və nicat tapmağa səbəb olmayacaq. Nəticədə ilahi məhəbbət də (hansı ki, " لایحب الظالمین"[21] Allah zalımları sevmir, ayəsindən istifadə olunur) olmayacaq.[22]

 

8.               Ehsan:

 

Ehsan və yaxşılıq ilahi məhəbbətin yollarından biridir.[23]

 

9.               Təharət və paklıq:

 

Allah- Taala qusl, dəstəmaz və təyəmmüm kimi olan ibadətləri bəyan edəndən sonra buyurur: Bu əmrlərin sirri (ibadətləri yerinə yetirmək əmri) odur ki, insanlar pak olsunlar.

 

«... ما یرید الله لیجعل علیکم من حرج و لکن یرید لیطهرکم...»[24]

 

Allah sizə çətinlik yaratmaq istəmir. Sizi pak etmək istəyir. Buna əsasən, Allahın verdiyi hər bir əmr, ibadət və... əmrlərindən ümumi olaraq, sirri ruh və batinin paklanmasıdır.[25] Və....

 

Həzrət Ayətullah Cavadi Amuli deyir: Allahın məsələn səbr edənləri, ya təvəkkül edənlər ya ədalətliləri sevməsi məsələsində, bu sevgi əslində buna qayıdır ki, təvəkkül Allah sevir. Təvəkkül edən də təvəkkül etdiyinə görə, Allahın sevimlisidir.[26] Əlbəttə mümkündür, təvəkkül, səbr edən insan, xoşlamadığı digər sifətlərə sahib olsun. Amma onun təvəkkül və səbri Allahın sevimlisidir. Amma əgər insan elə ola ki, Allahdan başqa heç nə istəmir və təkamülün bütün yollarını gedib, bu zaman, bu insanın zatı Allahın sevimlisi olur. ondan sonra, onun bütün sifət və işləri Allahın sevimlisi olur.[27]

 

Əgər belə olsa və Allah bir insana məhəbbət etsə, bütün yaranış sistemi ona məhəbbət edər. çünki onların hamısı Allahın iradəsinə tabedirlər. bu məqam insanın ən üstün məqamlarındandır. Allahın bir kəsin sevimlisi olması mühüm deyil, insanın Allahın sevimlisi olması çox mühümdür.[28]

 

Buna əsasən, əgər insan Allahın dostu olsa, o zaman onun etdiyi iş, Allahın etdiyi işdir, dediyi söz, Allah sözüdür və ... Allaha aid xüsusiyyətlər onda zühur edir.

 

Məşhur qurbi- nəvafil hədisində Peyğəmbər (s) buyurur ki, Allah- Taala mənə buyurdu:

 

«ما یتقرب الی عبد من عبادی بشیء احب الی مما افتر ضت علیه و انه لیتقرب الیّ بالنافلة حتی احبه...»

 

Heç şey vacibləri yerinə yetirmək qədər, bəndəni mənə yaxın etmir. Amma mənim bəndəm nafilələr (müstəhəblər) və müstəhəb ibadətləri yerinə yetirmək yolu ilə mənə yaxın olur. o qədər ki, mənim sevimlim olur. Əgər sevimlim olsa, o zaman mən onun dili oluram və o mənim xüsusi feyzimlə ki, onun dili formasında olan mənim felimlə danışır. Onun gözü olaram və o mənim xüsusi feyzimlə ki, onun gözü formasında olan mənim qəlbimlə görər. Buna əsasən, Allahın sevimlisi olan mömin sözü, Allahın kəlamı kimidir.[29]

 

Həmçinin əgər insan Allahəın sevimlisi olsa, sevimlilikdən üstün, Allah onun aşiqi olar.

 

Peyğəmbər buyurur:

 

«اذا احب الله عبداً عشقه و عشق علیه، فیقول عبدی انت عاشقی و محبی و انا عاشق لک و محب لک،

 

ان اردت او لم ترد»[30]

 

Hər vaxt bəndə Allahın sevimlisi olsa, Allah onu özünə aşiq edər və özü də ona aşiq olar. Sonra deyər: Mənim bəndəm sən mənim aşiqimsən. Mən də sənin aşiqinəm. İstəyirsən istə ya istəmə.

 

Nəticə budur ki, Allahın məhəbbəti məqamına yetişmək və bu feyzi dərk etmək üçün müxtəlif yollar var ki, səbr, tövbə, təqva və ... onlardandır. Xülasə olaraq, haramları tərk etmək və ilahinin vacib etdiklərini və müstəhəbləri yerinə yetirmək.

 

 

 

 

 

[1] - Cobran Məsud, Ər- raid lüğət kitabı, cild 2, səhifə 1551.

[2] - Kaşifi, Məhəmməd Rza, Məhəbbət dini, səhifə 99- 102, İbn Sina, eşq risaləsi, səhifə 6.

[3] - Ali- imran surəsi, ayə 146.

[4] - Ali- imran surəsi, ayə 76.

[5] - Ali- imran surəsi, ayə 159.

[6] - Bəqərə surəsi, ayə 222.

[7] - Bəqərə surəsi, ayə 195.

[8] - Səff surəsi, ayə 4.

[9] - Maidə surəsi, ayə 42.

[10] - Şübbər, Seyyid Abdullah, Əxlaq kitabı (tərcümə) səhifə 412- 413.

[11] - Təba- təbai, Fatimə, Eşq sözü, səhifə 171.

[12] - Şübbər, Seyyid Abdullah, Əxlaq kitabı (tərcümə) səhifə 414.

[13] - Reyşəhri, Məhəmməd, Mizanul- hikmə, cild 2, səhifə 228.

[14] - Ərəbi, Muhyiddin, Futuhati- məkiyyə, cild 2, səhifə 337.

[15] - Ali- imran surəsi, ayə 31.

[16] - Əl- mizan tərcüməsi, cild 5, səhifə 633.

[17] - Ərəbi, Muhyiddin, Futuhati- makiyyə, cild 2, səhifə 336.

[18] - Təba- təbai, Fatimə, Eşq sözü, səhifə 171.

[19] - Haşimi Rəfsəncani, Əkbər, Rshnuma təfsiri, cild 2, səhifə 463.

[20] - Haşimi Rəfsəncani, Əkbər, Rahnuma təfsiri, cild 2, səhifə 274.

[21] - Ali- imra, surəsi, ayə 57.

[22] - Haşimi Rəfsəncani, Əkbər, Rahnuma təfsiri, cild 2. səhifə 463.

[23] - Bəqərə surəsi, ayə 195.

[24] - Maidə surəsi, ayə 6.

[25] - Cavadi Amuli, Abdulah, İbadətlərin hikməti, səhifə 86- 87.

[26] - Cavadi Amuli, bdulah, Quranda fitrət, cild 12, 254.

[27] - Cavadi Amuli, bdulah, Quranda fitrət, cild 12, səhifə 256.

[28] - Cavadi Amuli, Abdullah, Quranda fitrət, cild 12, səhifə 254.

[29] - Təba- təbai, Fatimə, eşq sözü, səhifə 278.

[30] - Təba- təbai, Fatimə, eşq sözü, səhifə 34.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...