Ətraflı axtarış
Baxanların
16762
İnternetə qoyma tarixi: 2008/03/09
Sualın xülasəsi
İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində məlumat verin.
Sual
Mən İraqda dünyaya gəlmişəm və şiəyəm. Liviya ölkəsinə səfər etdiyimə görə Musa ibni Cəfər (əleyhis-salam)-a çatan əsil-nəsəbimi itirmişəm. O həzrətin özü, övladları və nəvələrinin tarixi barəsində məlumat istərdim.
Qısa cavab

İmam Kazim (əleyhis-salam)-ın özünün, övladlarının və s... həyatını bəyan etmək üçün bir neçə cildlik kitab yazmaq lazımdır. O həzrətin həyatı barəsində çoxlu kitablar yazılmışdır. Misal üçün: Seyid Hüseyn Əbu Səidə Musəvinin əsəri olan “Məşcərul-vafi” kitabına müraciət etmək olar. O, üç cilddə və musəvilər silsiləsinin bəyanında qələmə alınmışdır.[1]

Burada sözü gedən məsələni çox qısa şəkildə və bir neçə bənddə araşdırırıq:

İmam Kazim (əleyhis-salam)-ın adı, ləqəbləri və nəsəbi

O həzrətin mübarək adı Musadır. Atası Cəfər, babası Məhəmməd Baqir, onun da atası Əlidir (Zeynul-abidin), o da imam Hüseynin oğlu, o da Əli (əleyhimus-salam)-ın oğludur.[2]

İmam Kazim (əleyhis-salam) 128-ci hicri qəməri ilinin səfər ayının 7-də bazar günü Məkkə-Mədinə arasında yerləşən Əbva adlı kənddə dünyaya gəlmiş və məşhur nəzəriyyəyə əsasən 183-cü ildə (başqa rəvayətlərdə: 181, 186 və ya 188-ci ildə) Harun ər-Rəşidin (lənətullahi əlehy) zindanında zəhərləndirilərək şəhid edilmiş və Bağdadın qərb nahiyəsində yerləşən “Qüreyş qəbiristanlığı” adlı yerdə dəfn edilmişdir. Hal-hazırda o yer Kazimeyn şəhəri adı ilə məşhurdur. Mərhum Şeyx Müfid yazır: “Bu yer qədim dövrlərdə Bəni-Haşimin, qəbilə başçılarının və əyan-əşrafların dəfn olunduğu yer idi.”

O həzrətin anasının adı Həmidə Əndolosi (İspaniyalı) idi. “E’lamul-vəra” kitabında nəql olunur ki, o həzrətin anası Həmidə Bərbəriyyə və ya Həmidə Müsəffadır. Lakin “Mənaqib” kitabında qeyd olunur ki, Said Bərbərinin qızı olan Həmidə Müsəffa (künyəsi Lö’lödür) imam Musa ibni Cəfər (əleyhis-salam)-ın anasıdır.[3]

O həzrətin ləqəbləri: Əbdi Saleh, Kazim, Sabir və Əmin.

Mərhum Şeyx Müfid yazır: “Əbu İbrahim, Əbul-Həsən və Əbu Əli o həzrətin künyələrindəndir. Bəziləri də Birinci Əbul-Həsən, İkinci Əbul-Həsən, Əbu İbrahim, Əbu Əli və Əbu İsmaili o həzrətin künyələrindən qeyd etmişlər.”[4]

İmam Musa Kazim (əleyhis-salam)-ın müasiri olan ən məşhur şair Seyid Himyəri o həzrəti sevənlərdən və onunla əlaqə yaradanlardan idi.[5]

İmam Musa ibni Cəfər (əleyhis-salam)-ın imaməti

On iki imam şiələrinin nəzərində qəti və danılmaz bir məsələdir ki, hər bir imamın imamətinin təyin və isbat olunmasının yollarından biri özündən əvvəlki imamın onu aşkar bəyan etməsi, həmçinin adi insanların öhdəsindən xaricdə olan suallara cavab verməsi və sınaqdan keçirilməsidir. Çoxlu aşkar bəyanlar və rəvayətlər də İmam Kazim (əleyhis-salam)-ın imamətini isbat edir.

İbni Səbbağ Maliki deyir: Əbdül-Əla, Feyz ibni Muxtardan belə nəql edir: İmam Sadiq (əleyhis-salam)-ın hüzuruna gəlib dedim: “Əlimdən tut və məni cəhənnəm odundan xilas et! Buyurun sizdən sonrakı imam kimdir?” Bu zaman Musa ibni Cəfər (əleyhis-salam) yeniyetməlik çağlarında idi. O, otağa daxil oldu. İmam Sadiq (əleyhis-salam) oğlu Musaya işarə edərək buyurdu: “Bu (məndən sonra) sizin imamınızdır, ona iman gətirin!”[6]

Mərhum Şeyx Müfid bu barədə yazır: “İmam Musa ibni Cəfər (əleyhis-salam) əziz atasından sonrakı imamdır və imam Sadiq (əleyhis-salam)-ın bütün övladlarından (imamət məqamı üçün) irəlidir. Çünki:

1. Bütün fəzilətlər, kamallar və yaxşılıqlar onda mövcuddur;

2. Onun barəsində tam aşkar şəkildə mötəbər və səhih bəyanlar mövcuddur;

3. Əziz atası aşkar şəkildə buyurmuşdur ki, “o məndən sonra imam və vəliəhdimdir”.[7]

İmam Musa ibni Cəfər (əleyhis-salam)-ın müasiri olan xəlifələr

İmam Kazim (əleyhis-salam)-ın imamət və xilafətinin başlanması Abbasi xilafətinin qərarlaşıb möhkəmləndiyi bir dövrə təsadüf edirdi. O həzrət elə bir zaman dövründə imamətə çatmışdır ki, ən zalım və qaniçən hakimlər xilafət kürsüsündə oturmuşdu. Onların dövlət və hökumətləri daxildə sabitlikdə idi və heç bir daxili müxalifət və çarpışma yox idi. Bu sabitlik nəticəsində zalım hakimlər  öz müxaliflərini çox rahat şəkildə məhv edir, onların əməl, rəftar və davranışlarını ciddi nəzarət altında saxlayırdılar.

İmam Kazim (əleyhis-salam)-la müasir olan zalım və qaniçən Abbasi xəlifələri aşağıdakılardır:

1. Mənsur Dəvaniqi

O, qardaşı Əbu Abbas Səffahdan (səffah – qaniçən) sonra Abbasi dövlətinin ikinci hakimi idi. Paxıllıq və həsəddə məşhur olduğuna görə “Dəvaniq” (pulgir) ləqəbi ilə məşhur olmuşdur. Onun bariz rəzil sifətlərindən xəyanət, xəbislik, vəfaya əhd etməmək və vəfasızlıq idi.

2. Məhdi Abbasi

Əyyaşlığa, eyş-işrətə, qadına və sairəyə ifrat meyllər bu Abbasi xəlifəsinin məşhur rəzil sifətlərindən idi. Bu kimi məsələlərə ifrat bağlılığı nəticəsində oğlu İbrahim xanəndələrin və qızı Əliyyə Bağdad rəqqasələrinin və xanəndə qrupunun üzvü idi.

Onun özü və ailəsində bu kimi əxlaqi rəzalətlər elə yüksək səviyyədə idi ki, məşhur ərəb şairi Di’bil Xüzai öz şerlərinin birində abbasilərlə ələviləri (Əli (əleyhis-salam)-ın nəslini) belə vəsf edir:

Əliyyə sizdən idi, yoxsa Bəni-Haşimdən?!

Xanəndələrin rəisi İbrahim sizdən idi, yoxsa onlardan?![8]

3. Hadi Abbasi

25 yaşında hakimiyyətə çatan və Əhli-beyt (əleyhimus-salam)-ın qəddar düşmənlərindən və qaniçən müxaliflərindən olan bu şəxsin üz-gözündən şər yağırdı. Bütün həyatı qürur, təkəbbür, naşılıq və cavanlıq təcrübəsizliyi ilə dolu idi. Onun hakimiyyət dövranı Əhli-beyt (əleyhimus-salam) və şiələrin ən ağır dövrü hesab olunur.

Məşhur tarixçi Məsudi “Murucuz-zəhəb” kitabında Hadi Abbasi barəsində yazır: “...Daşürəkli, kobud əxlaqlı, çirkin xasiyyətli adam idi. Bəni-Haşim və ələvilərin rəhbərliyi ilə baş verən qiyamlar Hadi Abbasinin xilafəti dövründə baş vermişdir. Hüseyn ibni Əlinin rəhbərliyi ilə baş verən “Fəxx” hadisəsi o dövrdəki məşhur qiyamlardan biri idi və imam Kazim (əleyhis-salam) o qiyamı dəstəkləyirdi. Belə ki, həzrət bu qiyamın rəhbərinin (Hüseyn ibni Əlinin) şəhadətə çatacağını müjdə vermişdi və onu daim səbir, müqavimət və güclü iradəyə tövsiyə edirdi. Həzrət ona belə buyurmuşdu: “Sən qətlə yetiriləcəksən. Yaxşı döyüş, sənin müqabilində olan ordu və qövm fasid (eybəcər) ünsürlərdir...” Aydındır ki, imamın onların hərəkatı qarşısında belə bir mövqe seçməsi onların qanuni bir hərəkata başlamalarına dəlildir.

4. Harun ər-Rəşid

O, dünya malı toplamaqda, israfkarlıqda, hərəmsəra düzəltməkdə, mahnı oxuyan qadınları və rəqqasələri öz ətrafına yığmaqda məşhur idi. İmamlara və Bəni-Haşim seyidlərinə qarşı son dərəcə qəddarlıqla düşmənçilik aparır və onları fiziki cəhətdən məhv etməyə çalışırdı. İmam Musa ibni Cəfər (əleyhis-salam)-ı dəfələrlə qaranlıq zindanlarda həbs edilməsi və onun Sindi ibni Şahikin əli ilə zindanda şəhid edilməsi bu düşmənçiliklərin ən bariz nümunələrindən biridir.[9]

İmam Kazim (əleyhis-salam)-ı Harun ər-Rəşidin qarşısında tutduğu mövqe

Harun zorakılıq, daşürəklilik, xüsusilə ələvi seyidlərinə qarşı barışmaz düşmən olduğu ilə eyni zamanda imam Kazim (əleyhis-salam) ona əsla əhəmiyyət vermir, ondan azacıq belə qorxmur, onun qarşısında son dərəcə izzət və şücaətlə dayanır, öz məsuliyyətlərini əncam verməkdə heç vaxt geri çəkilmir və özündən zəiflik göstərmirdi. Tarixi faktlar bu müddəanı isbat edir. Burada imamın o zalım insanla rəftarlarından bəzisini qeyd edirik:

1. Harunun özünü Peyğəmbər (səlləllahu əleyhi və alih) nəslinə mənsub etməsi

Xətib Bağdadi özünün “Tarix” kitabında yazır: Harun həcc səfərində Peyğəmbərin qəbrinin ziyarətinə getdi. Qüreyşlilər onun ətrafını tutmuşdu, həzrət Kazim (əleyhis-salam) da orada idi. Harun Peyğəmbərin qəbrinə yaxınlaşanda dedi: “Salam olsun sənə, ey Allahın Rəsulu və ey mənim əmim oğlu!”

“Əmim oğlu” kəlməsini ona görə deyirdi ki, özünü Peyğəmbərə mənsub etməklə başqalarına öyünsün. Bu zaman Musa ibni Cəfər (əleyhis-salam) Peyğəmbərə xitab edərək dedi: “Salam olsun sənə, ey atam!”

Harun bu sözü eşitməklə narahat oldu, rəngi qaçdı və dedi: “Ey Əbəl-Həsən! Həqiqi iftixar sən deyəndir!”[10]

2. İmam tərəfindən Fədəkin hüdudlarının təyin olunması

Zəməxşəri yazır: Harun ər-Rəşid imam Musa ibni Cəfər (əleyhis-salam)-a ərz etdi: – Ya Əbəl-Həsən! Fədəkin həddini-hüdudunu təyin et, onu sizə qaytarım.

Həzrət əvvəlcə bu işdən çəkindi, amma Harun israr etdikdə həzrət buyurdu: – Mən onun həqiqi və gerçək həddini-hüdudunu təyin edirəm. Əgər mən bu işi görsəm, sən onu (bizə) qaytarmayacaqsan!

Harun dedi: – Məgər onun həddi-hüdudu necədir! Səni and verirəm babanın haqqına, onu təyin et!

İmam buyurdu: – Onun birinci sərhədi Ədənə qədərdir.

Bu zaman Harunun rəngi qaçdı və dedi: – Davam edin!

Həzrət buyurdu: – Onun ikinci sərhədi Səmərqəndə qədərdir.

Bu sözü eşidəndə Harunun rəngi (narahatçılıqdan) tutuldu. Həzrət buyurdu: – Üçüncü sərhədi Afrikadır.

Bu zaman Harunun rəngi qaraldı və “davam et!” - dedi. İmam buyurdu: – Dördüncü sərhədi Xəzərə və Ermənistana qədərdir.

Söz bura çatanda Harun dedi: – Buyurun, mənim yerimdə əyləşin! Bu hesabla bizim üçün heç nə qalmadı!

İmam (əleyhis-salam) buyurdu: – Axı mən dedim ki, əgər Fədəkin hüdudlarını təyin etsəm, heç vaxt onu bizə verməyəcəksən![11]

Bu hadisədən sonra Harun o həzrəti şəhid etmək qərarına gəldi.

3. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in nəslindən olmağı isbat etmək

Nəql olunmuşdur ki, bir gün Harun imam Kazim (əleyhis-salam)-dan soruşdu: – Siz Əlinin övladları olduğunuz halda Peyğəmbər övladı olduğunuzu necə iddia edirsiniz?! Axı insan ana tərəfdən yox, ata tərəfdən babaya mənsub edilir?!

Həzrət cavabında bu şərif ayəni tilavət etdi: “...Və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu (hidayət etdim), yaxşı əməl sahiblərinə belə mükafat verərik. Həmçinin Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası. Hamısı salehlərdən idilər.”[12] Halbuki həzrət İsanın atası yox idi və yalnız ana tərəfdən peyğəmbərlərə mənsub olunurdu. Biz də anamız Fatimeyi-zəhranın vasitəsi ilə Peyğəmbərə mənsub edilir və onun övladları sayılırıq.

Həmçinin Allah-taala buyurur: “Hər vaxt (Həzrət Məsih barəsində) sənə elm gəldikdən sonra (yenə də ) bəzi şəxslər (Nəcran məsihiləri) səninlə mübahisəyə qalxsalar, onlara de: “Gəlin biz də öz övladlarımızı, siz də öz övladlarınızı; biz də öz  qadınlarımızı, siz də öz qadınlarınızı, biz də öz canlarımızı, siz də öz canlarınızı mübahiləyə çağıraq və Allahın lənətini yalançılara qərar verək.”[13] Peyğəmbər məsihilərlə mübahilə zamanı Əli, Fatimə, Həsən və Hüseyndən başqa heç kəsi özü ilə aparmamışdı. Deməli, Həsənlə Hüseyn Peyğəmbərin övladlarıdır.[14]

İmam Musa ibni Cəfər (əleyhis-salam)-ın elm və gözəl əxlaqı.

İmam Kazim (əleyhis-salam)-ın müxtəlif sahələrdə dərin elmi, yüksək əxlaqi fəzilətləri və mənəvi keyfiyyətləri barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. O həzrət müxtəlif elmlərə necə əhatəli olmaya, əxlaqi keyfiyyətlərə, mənəvi fəzilətlərə və yüksək kamallara necə sahib ola bilməzdi, halbuki nübüvvət evində, risalət mədənində və məlaikələrin nazil olduğu bir məkanda böyüyüb tərbiyə almışdır?!

Bu barədə nümunə olaraq üç rəvayəti qeyd edirik:

1. Əbu Hənifə deyir: İmam Sadiq (əleyhis-salam)-ın dövründə həccə getmişdim. Mədinədə o həzrətin hüzuruna getdim və dəhlizdə oturub gözləyirdim ki, o həzrət otağa daxil olmağa icazə versin. Bu zaman bir oğlan uşağı evdən çıxdı. Ondan soruşdum: “Ayaq yolu haradadır?” Dedi: “Səbir elə... Sonra divara söykəndi, oturdu və dedi: “Su arxının yanında, bar verən meyvə ağacının altında, məscidlərin həyətində, yollarda qəzayi-hacət etməkdən uzaq ol! Divarın arxasına get, üzü qibləyə və arxası qibləyə oturmaqdan çəkin!”

Əbu Hənifə deyir: Bu uşağın belə sözlərindən təəccübləndim və “adın nədir?” deyə soruşdum, belə cavab verdi: “Mən Musa ibni Cəfərəm.” Soruşdum: “Ey cavan! Günah və məsiyət nədir (kimdən baş verir)?” Cavabda (Əbu Hənifənin əqidəsinə işarə edərək) dedi: “Günah və məsiyət üçün üç hal təsəvvür olunur: 1. Günah bəndə tərəfindən deyil, Allah tərəfindən versin. Bu halda Allahın bəndəyə mürtəkib olmadığı şeydə əzab verməsi rəva deyildir. 2. Günah Allah və bəndədən müştərək şəkildə baş vermiş olsun. Bu halda da güclü şərikin zəif şərikə zülm etməsi rəva deyildir. 3. Günah bəndə tərəfindən baş versin və düzü də budur. Belə olan halda əgər Allah bu bəndəsini bağışlasa, Onun ehsan və kərəmini göstərir. Əgər əzab versə, bəndənin günah və itaətsizliyi səbəbi ilədir.”

Əbu Hənifə deyir: Onun belə sözlərindən nəzərdə tutduğum sualların cavabını aldım və artıq imam Sadiq (əleyhis-salam)-la görüşmək fikrindən keçdim.

İbni Şəhr Aşub “Mənaqib” kitabında hədisin axır hissəsində Əbu Hənifənin belə dediyini nəql edir: O uşağın (Musa ibni Cəfərin) sözlərini eşitdiyim zaman mənim nəzərimdə çox böyük əzəmətli oldu, qəlbimə oturdu və o, bu ayəni oxudu: “Bunlar biri digərindən olan nəsillərdir.”[15]

Alimlər müxtəlif elm sahələrində o həzrətdən çoxlu rəvayətlər nəql etmişlər ki, bizim dini mənbələrimiz bu elmlərlə doludur.[16]

2. Əbul-Fərəc İsfahani yazır: Yəhya ibni Həsən mənə nəql edərək dedi: Musa ibni Cəfər belə idi ki, əgər bir nəfərin o həzrətlə münasibəti yaxşı olmasaydı və onun arxasınca nalayıq sözlər dediyini eşitsəydi, dinarla (qızıl pulla) dolu pul kisəsini ona göndərərdi. Kisəsində 200-300 dinar (qızıl pul) olardı. O həzrətin bu işi dillər əzbəri idi.

O yenə deyir: İkinci xəlifənin nəvələrindən biri imam Kazim (əleyhis-salam)-ı görəndə ona və həzrət Əli (əleyhis-salam)-a nalayiq sözlər deməyə, pis rəftar etməyə başlayırdı. Şiələrdən biri imama dedi: –İcazə verin, onu qətlə yetirək!

Həzrət buyurdu: – Xeyr!

Bir gün həzrət süvari halda həmin şəxsin əkin sahəsinə daxil oldu, bağ sahibi fəryad edərək dedi: – Mənim əkin sahəmi və məhsulumu zay etdin!

Həzrət onun sözlərinə etina etmədən ona yaxınlaşdı, atından enib yanında əyləşdi və onunla söhbət etməyə, deyib-gülməyə başladı. Sonra buyurdu: – Məhsuluna dəyən zərər nə qədərdir?

O kişi dedi: – Yüz dirhəm.

İmam buyurdu: – Onun qazancı nə qədər olacaqdır?

Cavab verdi: – Hardan bilim?!

Həzrət buyurdu: – Mən soruşuram ki, nə qədər olacağına ehtimal verirsən?

Dedi: – Ona da yüz dirhəm.

Bu zaman imam içində üç yüz dirhəm olan pul kisəsini ona verdi. O şəxs yerindən qalxaraq həzrətin alnından öpdü. Bundan sonra imam hər vaxt məscidə daxil olsaydı, o kişi yerindən qalxıb ona salam verər, ehtiram göstərər və bu ayəni oxuyardı: “Allah Öz risalətini harada (hansı ailədə) qərar verəcəyini daha yaxşı bilir.” İmam o kişini öldürmək fikrində olan şiələrə buyurdu: – Bu iki işdən hansı yaxşıdır: sizin görmək istədiyiniz, yoxsa mən gördüyüm iş?![17]

3. İmam Kazim (əleyhis-salam) müstəhəb əməlləri yerinə yetirir, gecə nafiləsini qılaraq sübh namazına çatdırırdı. Sübh namazından sonra gün çıxana qədər təqibatı davam etdirirdi. Bütün bu müddət ərzində dua və səcdə halında idi.

O həzrət bu duanı çox oxuyardı:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الرَّاحَةَ عِنْدَ الْمَوْتِ وَ الْعَفْوَ عِنْدَ الْحِسَابِ

“Pərvərdigara! Ölüm zamanı rahatlığı, hesab zamanı əfvi Səndən istəyirəm!”

Dualarından biri bu idi:

عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ

“Bəndəndən günah böyük oldu, belə isə, Sənin tərəfindən əfv gözəl olmalıdır.”

Allah qorxusundan elə ağlayırdı ki, mübarək saqqallı göz yaşı ilə islanırdı.

O həzrət sileyi-rəhimdə – qohum-əqrəbalarla əlaqə yaratmaqda məhşur şəxsiyyət idi. O, gecələr Mədinə fəqirlərinə baş çəkir, onlar üçün pul, çörək və xurma aparırdı. Amma heç kəs onun işlərini hiss etmir, pulların və yeməyin o həzrətin tərəfindən gətirildiyini bilmirdi.[18]

İmam Kazim (əleyhis-salam)-ın övladları və nəvələri

Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, imam Kazim (əleyhis-salam)-ın həyatını araşdırmaq üçün bir neçə cildlik kitab yazılmağa ehtiyac duyulur. Amma burada yalnız o həzrətin övladlarının adlarını qeyd edir və ətraflı məlumat almaq üçün bu barədə yazılan müfəssəl kitabları mütaliə etməyi məsləhət görürük.

“Məşcərul-vafi” kitabının müəllifi bu xüsusda bütün nəzəriyyələri nəql və təhlil etdikdən sonra deyir:

a) İmam Musa ibni Cəfər (əleyhis-salam)-ın iyirmi üç övladı var idi.[19] (Əvvəlcə onların adlarını qeyd edəcək, sonra hansıların nəslinin davam etməsini göstərəcəyik.) Onların adları belədir:

Mücab adı ilə məşhur olan İbrahim Əsğər Mürtəza, Məhəmməd Abid, Əbdüllah, Abbas, İsmail, Cəfər Xari (İbni Şədqəm özünün “Töhfə” kitabında yazır: Bu, imamın Cəfər Əkbər adlı oğludur), İshaq, Həmzə, Əbdür-Rəhman, Əqil, Qasim, Yəhya, Davud, Süleyman, Əhməd, Fəzl, Həsən, Hüseyn, Zeydnar, Übeydullah, İbrahim Əkbər, Harun və Ömər (İbni Şədqəmin “Töhfə” kitabında nəqlinə əsasən).

İmamın qızları

Fatimə Kübra, Fatimə Suğra, Rüqəyyə, Həkimə, Ümmü Əbiha, Rüqəyyə Suğra, Külsüm, Ümmü Cəfər, Lübabə, Zeynəb, Xədicə, Əliyyə, Amənə, Hüsnə, Bərihə, Ümmü Sələmə, Məymunə, Ümmü Külsüm.

Bəzi alimlər digər övladların da adını çəkmişlər ki,[20] biz ixtisara riayət etmək üçün onları qeyd etmirik.

 


[1] “Əl-məşcərul-vafi”, Seyid Hüseyn Əbu Səidə Musəvi, “Darul-məhəccətul-beyza” nəşriyyatı

[2] “Və fi rihabi əimməti Əhlil-beyt (əleyhimus-salam)”, Seyid Möhsün Əmin, səh. 80

[3] Yenə orada

[4] “İrşad”, Şeyx Müfid; “Mənaqib”, İbni Şəhr Aşub; “Mətalibus-suul”, İbni Təlhə

[5] Yenə orada

[6] “Əl-fusulul-mühimmə”, səh. 231

[7] İmam Musa ibni Cəfər (əleyhis-salam)-ın imaməti barəsində aşkar bəyanlar barədə məlumat almaq üçün bax: “Kafi”, 1-ci cild, səh. 307-311; “İsbatul-hudat”, səh. 3, 156-170. Sonuncu mənbədə o həzrətin imamətinə dair 60 hədis nəql olunmuşdur

[8] Di’bil Xüzainin divanı

[9] Bu barədə əlavə məlumat almaq üçün bax: “Tarixul-xüləfa”, Süyuti; “Murucuz-zəhəb”, Məsudi; “İrşad”, Şeyx Müfid

[10] “Vəfəyatul-ə’yan”, 5-ci cild, səh. 9

[11] “Rəbiul-əbrar”, 1-ci cild, səh. 315

[12] “Ənam” surəsi, ayə: 84

[13] “Ali-İmran” surəsi, ayə: 61

[14] “Əl-fusulul-mühimmə”, səh. 238; “Ənam” surəsi, ayə: 84 “Ali-İmran” surəsi, ayə: 61

[15] “Tuhəfül-üqul”, səh. 303; “Mənaqib”, İbni Şəhr Aşub, 4-cü cild, səh. 314

[16] “Məqatilut-talibiyyin”, səh. 499-500; “Tarixi Bağdad”, səh. 28

[17] Şeyx Müfid, “İrşad”, səh. 296

[18] “İrşad”, səh. 298; “Kafi”, 1-ci cild, səh. 13-20; “Tohəful-uqul”, səh. 283

[19] İmam Riza (əleyhis-salam)-dan başqa

[20] “Əl-məşcərul-vafi”, 1-ci cild, səh. 65-66

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163741 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158490 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118615 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111616 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    104778 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92398 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54026 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    48759 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44759 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44176 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...