Please Wait
15825
Düzdürki, "sirat körpüsü" termini Quranda işlədilməmişdir, amma bəzi hədislər onun haqq olduğunu təsdiq edirlər. İmam Sadiq (ə) Fəcir surəsinin 14- cü ayəsində işlədilən "Mirsad" sözünü "cəhənnəmin üstündən keçən körpü" kimi təfsir etmişdir. Mövzunun daha da aydınlaşması üçün bir neçə mətləbə işarə etməklə "sirat" sözünün əsil mənasını açıqlamaq lazımdır. "Sirat sözü Quranda və bir çox yerdə düz yol mənasında işlədilmişdir. Belə ki, hər kəs bu yola çapınarsa və bu yola axıra kimi davam edərsə dünyada doğru yolda olub axirət səadətinə nail olacaqdır. Əksinə, əgər kimsə bu yoldan üz döndərərsə ayağı büdrəyər və yerindəcə sükuta uğrayacaqdır. İmam Sadiq (ə) bu məsələyə işarə edərək buyurur:
"Sirat deyəndə, haqq yol, Allahı tanımaq başa düşülür. Həmçinin iki cür sirat vardır. Dünya və axirət siratı. Dünya siratı deyəndə imam nəzərdə tutulur. Elə bir imam ki, onun bütün sözlərinə itaət etmək vacibdir. Amma axirət siratı deyəndə cəhənnəmin üzərindən çəkilmiş körpü nəzərdə tutulur. O insanlar ki, dünyada olan siratı düzgün başa düşərək onun üzərindən düzgün addımlayıb; yəni öz imamını tanıyaraq onun sözlərinə layiqincə əməl edib, axirət siratından çox asanlıqla keçəcəkdir. Amma o kəslər ki, öz imamını tanımaya, axirətdə siratdan keçərkən ayağı büdrəyər və cəhənnəmin ortasına düşərək məhv olar."
İmamın (ə) sözlərindən belə nəticəyə gəlirik ki, dünya və axirət siratının bir- biri ilə sıx əlaqəsi vardır. Belə ki, hər kəs bu dünyada haqq yolda olarsa, siratın üstündə düzgün addımlayarsa, axirət siratından asanlıqla, ayağı büdrəmədən keçərək cəhənnəmdən nicat tapacaqdır.
Deməli insanların dünyadakı siratları, (haqq yolları) imamı tanımaqla ələ gəlir. Gərək hamı öz zəmanəsinin imamını tanısın və onun göstərişlərinə əməl etsin. Həmçinin hər iki körpünün üzərindən keçməyin əsas şərti imamı tanıyıb ona itaət etməkdir.
Mövzuya giriş kimi "sirat" sözü barəsində bunu deyə bilərik ki, "sirat" sözünün əsil mənası düz yol deməkdir. Həmçinin Qurani kərimin bəzi aylərində buna bir başa işarə edilmişdir:
1). "İlahi bizi düz yola hidayət et."[1]
2). Həqiqətən Allah mənim və sizindir. Ona ibadət edin. Bu düz yoldur."[2]
3). O kəs ki, Allaha söykənə (təvəkkül edə) düz yola yönəlmişdir."[3]
4). Bu düz olan yol sənin Allahınındır."[4]
Bütün bu ayələrdəki "sirat" sözündən məqsəd düz və haqq yoldur. Əgər insanlar dünyada bu haqq və doğru yolda olsalar, axirətdə də doğru yolda olanların sırasında olacaqlar. Həmçinin bu dünyada olan "sirat"ın şirinliyini orada dadacaqlar.
Aydın məsələdir ki, Qurani kərimin insanları "sirata" tərəf səsləməsindən əsas məqsəd onların nicatıdır. Belə ki, insanlar Quranın bütün göstərişlərinə əməl etməklə bu səadətə nail ola bilərlər. Qurani kərim İslam dininin əmrlərinə insanlara ilahi töfhə olaraq təqdim edir. İnsanları mənəvi həyata dəvət edərək doğru yolu onlara açıq- aşkar hidayət olmağa səsləyir. Bu səbəbdən bəzi hədislər "sirat" sözünün imam olduğunu qeyd edir.[5] İmam Sadiq (ə) buyurur: "Sirat deyəndə haqq yol, Allahı tanımaq başa düşülür. Həmçinin bu söz iki dünyaya aid edilir. Yəni dünya və axirət siratı. Dünya siratı deyəndə imam nəzərdə tutulur. Elə bir imam ki, onun bütün əmirlərinə tabe olmaq vacib sayılır. Amma axirət siratı deyəndə cəhənəmin üzərindən çəkilmiş körpü nəzərdə tutulur. O insanlar ki, dünyada olan siratı düzgün başa düşərək, onun qaydalarına əməl edərək addımlayıb; yəni öz imamın tanıyaraq onun sözlərinə layiqincə əməl edib. Belə insanlar axirət siratından çox asanlıqla keçəcəkdir. Amma o kəslər ki, öz imamını tanımaya, axirətdə siratdan keçərkən ayağı büdrəyər və cəhənnəmin ortasına düşərək məhv olar".[6]
Bundan əlavə imam (ə) Fəcr surəsinin 14- cüayəsində olan "mirsad"
«ان ربک لبالمرصاد» [7] sözünü "cəhənnəmin üzərindən keçən körpü olduunu qeyd edir.[8]
Bunu da qeyd edək ki, imam Sadiqin (ə) "mirsad" barəsində buyurduğu təfsir, mirsadın bir növüdür. Çünki, Allah Taala zalımları həm bu dünyada və həm də axirətdə cəzalandırır.
İmamın sözündən yalnız qiyaməti və cəhənnəmi başa düşmək olur.[9]
Deməli "sirat körpüsü"nə həm Quranda və həm də rəvayətlərdə işarə olunmuşdur.[10]
İmam Sadiq (ə) buyurub: "Cəhənnəmin üzərindən bir körpü keçir ki, tükdən nazik və qılıncdan itidir."[11]
Peyğəmbər (s) buyurmuşdur: "Sirat körpüsünün üzərində ən gözəl addımlayanınız mənim Əhli- beytimə daha çox məhəbbət göstərəninizdir."[12]
Əsas insanın diqqətini cəlb edən məsələ budur ki, sirat körpüsü qiyamət günü ilə olduqca yaxındır. Bu sözü körpü, haqq yol, sirat körpüsü. cəhənnəm körpüsü və sair. kimi təfsir edirlər. amma bütün bunlar insanarın "cəhənnəmi" termini ilə daha asan və sadə tanışlıq tapmaları üçündür. Nəin ki, sirat körpüsünü bu dünyanın körpüləri kimi təsəvvür edək. Quranın və hədislərin "sirat" sözündən əsas məqsədləri doğru yol, nurani yol, mənəviyyat məktəbidir. Ayrı ifadə ilə desək, bəşəriyyət gərək onları səadətə, əbədi xoşbəxtliyə aparan yoldan xəbərdar olsunlar. Bilsinlər ki, onların nicatı özünün xüsusi qanunları olan islam dinindəndir. Yəni yalnız ilahi dinin qanunları onların xoşbəxtlikləri üçün qənaətbəxşdir. Bundan əlavə ilahi həqiqətlərdən agah olmamaq insanları uçruma, zəlalətə və qəflətə uğradır. Bu səbəbdən sirat körpüsünün "tükdən nazik və qılıncdan iti təfsir etmişlər. Çünki Allah- Taala bu yolu olduqca dəqiq və hesablanmış surətdə insanlara ərməğan etmişdir. Bu yolun başlanğıcını bu dünyada qərarlaşdırmış və davamını isə axirətə birləşdirmişdir. O insanlar ki, sirat körpüsünü müvəffəqiyyətlə getmək istəyirlər, olduqca diqqətli olmalıdırlar ki, axzirət mənzilinə çatana qədər ayaqları bu həqiqət yolundan büdrəməsin. Gərək təklifə yetişən zamandan diqqətlə davransın ki, bu dünyadan axirət dünyasına çəkilən körpünü asanlıqla addımlasın və bu yoldan azmasın. Daha dəqiq desək "qiyamət gününün siratı bu dünyadakı siratın təcəlası olacaqdır." Təbii ki, bu dünyanın siratı da imamətdir.
[1] - Fatihə surəsi, ayə 5.
«اهدنا الصراط المستقیم»
[2] - Ali- imran surəsi, ayə 51.
«ان الله ربی و ربکم فاعبدوه هذا صراط مستقیم»
[3] - Ali- imran surəsi, ayə 101.
«و من یعتصم بالله فقد هدی الی صراط مستقیم»
[4] - Ənam surəsi, ayə 126.
«و هذا صراط ربک مستقیماً قد فصلنا الآیات لقوم یذّکّرون»
[5] - Məanil əxbar, səh 32.
[6] - Məanil əxbar, səh 33, mizanul- hikmət, cild 5, səh 346.
[7] - Çünki sənin Allahın pusquda durmuşdur.
[8] - Biharul- ənvar, cild 8, səh 66.
[9] - Nümunə təfsiri, cild 26, səh 458.
[10] - Məryəm surəsi, ayə 71- 72, nümunə təfsiri cild 13, səh 117- 121
[11] - Mizanul- hikmət, cild 5, səh 346 (sirat maddəsi)
[12] - Biharul- ənvar, cild 8, səh 69.