Please Wait
7047
Ümmul- möminin ilk dəfə Peyğəmbər (s)- in zamanında, o həzrətin xanımlarının möminlərə nisbəti barəsində Əhzab surəsinin 6- cı ayəsinin nazil olmasıyla termin olubdur. Peyğəmbər (s)- in xanımları ümmətin analarıdır, şərii bir hökmdür və o həzrətə məxsusdur. Bu hökm (Peyğəmbər (s)- in həyat yoldaşlarının möminlərin analarına oxşadılması) analığın bəzi təfsirlərində oxşatmaqdır, nəinki onların hamısında. Bu hökmün dəlillərindən aşağıdakı yerlərə işarə etmək olar:
1. Peyğəmbər (s)- in xanımlarına hörmət qoymaq.
2. O həzrətin şəxsiyyətinə hörmət qoymaq.
3. Bəzi qərəzli şəxslərin sui istifadələrinin qarşısını almaq üçün ki, Peyğəmbər (s)- in vəfatından sonra o həzrətin xanımlarıyla evlənməklə pis viyyətlərinə və siyasi hədəflərinə yetişmək niyyətində idilər.
1) "Ümmul- möminin": Yəni möminlərin anası.
Bu termin övləviyyət ayəsinin nazil olması ilə "Peyğəmbər (s) möminlərə nisbət onların özlərindən daha layiqlidir və onun həyat yoldaşları onların (möminlərin) anaları sayılırlar..."[1] o həzrətin həyat yoldaşları barəsində möminlərə nisbət işlədilmişdir. Allah bu ayədə, Peyğəmbərin həyat yoldaşlarının, bütün möminlər üçün ana dərəcəsində bilibdir ki, əlbəttə ruhani və mənəvi ana. Necə ki, Peyğəmbər (s) ümmətin ruhani və mənəvi atasıdır.
2). Bu hökm (Peyğəmbər (s)- in həyat yoldaşlarının ümmətin anaları olması) şəri hökm və o həzrətə məxsusdur.[2]
Necə ki, Əhzab surəsində, Peyğəmbər (s)- in həyat yoldaşlarının dihər qadınlarla bərabər olması inkar olunmuşdur:" Ey Peyğəmbərin xanımları! Siz adi qadınlardan biri kimi deyilsiniz."[3]
3). Peyğəmbərin həyat yoldaşlarının analara axşadılması, analığın bəzi nəticələrindəndir, hamısında deyil.
Yəni onların övladları qarşısında bəzi haqqları var və onların arasında iki tərəfli hökmlər hakimdir ki, burada o hökmlərin hamısı cari deyil. Burada yalnız iki hökm ki, Peyğəmbərin (s) xanımlarına hörmət etməyin vacibliyi və onlarla evlənməyin haram olması, caridir. Çünki, anaya hörmət etməyin vacibliyi və evlənməyin haram olmasından başqa, digər nəticələri də var. məsələr öz övladından irs aparır, övladı ondan irs aparır, onun üzünə baxmaq caizdir. Onun digər ərindən olan qızlar ilə evlənmək olmaz. Və ... Amma Peyğəmbərin həyat yoldaşları o iki hökmdən başqa (hörmətin vacibliyi və evlənməyin haram olması) digər bir hökmləri yoxlarıdır. Buna əsasən, bu hökmün (Peyğəmbərin həyat yoldaşlarının möminlərin analarına oxşadılması) iki məsələdə təsiri var:
A) Hörmətin vacibliyi.
B). Evlənməyin haram olması.[4]
4). Bu hökm:
Bir: Peyğəmbərin xanımlarına hörmət qoymağa görədir. Ona görə ki, onlar Peyğəmbərin həyat yoldaşları və ona nisbət verilir və müsəlmanlar arsında xüsusi hörmət sahibləridirlər. Aydındır ki, öz cinslərindən olan qadınlardan fərqlidirlər, necə ki, Qurai- kərim buyurubdur.[5]
İki: Peyğəmbər (s)- in özünə hörmətdir. Necə ki, ayənin şəni- nuzulundan istifadə olur ki, müxaliflərin bəzisi, Peyğəmbərə hörmətsizlik və intiqam almaq üçün, o həzrətin rihlətindən sonra onun həyat yoldaşları ilə evlənmək istəyirdilər.
Üç: Peyğəmbərin (s) ölümüdən sonra o həzrətin xanımları ilə evlənib, çirkin niyyətlərinə və siyasi məqsədlərinə yetişmək istəyən düşmənlərin təxribatlarının bəzisinin qarşısını almaq. Ustad Mütəhhərinin fikrincə: Peyğəmbər (s)- in həyat yoldaşları ilə evlənməyin qadağan olunmasının sirri budur ki, yeni ər o qadının hörmət və şöhrətindən (ki, müsəlmanlar arasında xüsusi hörmət sahibidirlər) sui istifadə etməsin. Bəzi vaxtlar o qadınlar siyasi və ictimai məsələlərdə təxribatçı insanların ünsür vəsilələri olmasınlar.[6]
[1] - " النبی اولی بالمؤمنین من انفسهم و ازواجه امهاتم... " Əhzab surəsi, ayə 6.
[2] - Təba- təbai, Məhəmməd Hüseyn, Əl- mizan, (farsca tərcüməsi), cild 16, səh 414.
[3] - " یا نساء النبی لستن کاحد من النساء..." Əhzab surəsi, ayə 32.
[4] - Təfsiri nümunə, cild 17, səh 205- 207.
[5] - Əhzab surəsi, ayə 32.
[6] - Mütəhhəri, Mürtəza, Əsərlər toplusu, cild 19, səh 431. Həmçinin daha çox məlumat əldə etmək üçün, baxın: Əli- mizan təfsiri, cild 16, Əhzab surəsinin 1- 54- cü ayələri. Təfsiri nümunə, cild 17, həmin ayələr, səh 405- 406.