Please Wait
9770
Röya ya yuxu görmək bir işdir ki, hamı üçün həyat boyu baş verir. Ama onun keyfiyyeti hələ alimlər üçün belə aydın olmamışdır. Qurani kərim Həzrəti Yusifdən yad edərkən buyururu ki, həm doğru yuxu gördü[1] və həmdə Allah yuxu yozmaq elmin ona öyrətdi.[2] Yusif zindanda zindanbanın dostlarının yuxusun və zindandan kənarda Misir padşahının yuxusun yozub, təvil etdi. Yuxu yozmaq Quranın termininə əsasən təvil,[3] röya bir həqiqi iş və bir elmdir ki, Allah onun elmini öz peyğəmbərinə öyrətdi. Danyal peyğəmbərdə o şəxslərdən idi ki, Allah ona yuxu yozmaq elmini öyrətmişdir.[4] Quran başqa ilahi peyğəmbərlərdən də nəql edir ki, Allah taala onların yuxularının doğru olmasını təsdiq edibdir.[5] Rəvayətlərdə yuxunu iki hissəyə bölünməsini təsdiq edbdir:
1- Bəzi yuxular doğru yuxulardır
2- Bəziləri isə yalan yuxulardır.[6]
Rəvayətlərdə doğru yuxulardan nübüvvətin yetmişdən bir hissəsi kimi[7] yad edilibdir. Bu elm təhsil ilə ələ gəlmir və paklanmağa ehtiyac vardır. Və xüsusi şərait də insana verilir və bu cəhətdən az insandır ki bu nemətdən bəhrələnibdir.
Əlbəttə bəzi yuxu yozma kitablarında bu iş üçün bir sıra qaydalar nəql olunubdur ki diqqət etmək lazımdır bu qaydalar ümumi və mütləq deyil. Yuxu gorən adamın şəraitin nəzərə alaraq və başqa qeydlərə görə dəyişilir. Buna əsasən o kitablarda gələnlərdən yüz fayiz nəticəyə çatmaq olmaz.
Müvəffəqiyyət arzulariyla.