Please Wait
6500
Xülasə, imam camaat namazın rükətlərinin sayında səhv edərkən, məmumların vəzifəsi nədir?
Əgər imam camaat namazın rükətlərinin sayında şəkk etsə, ya namazı səhv qılsa və məmun namazın rükətlərinin sayında yəqini olsa, bunu imam camaata anlada və onu rükətlərin sayı və vəzifəsindən xəbərdar edə bilər.[1] Amma bu xəbərdarlıq elə formada olmalıdır ki, namazın batil olmasına səbəb olmamalıdır. Məsələn, əllə işarə, Allahu əkbər deməklə ya digər zikrlərlə. Amma əgər imam camaatı xəbərdar etmək üçün danışsa, namazını batil edibdir. Həmçinin əgər imam camaat danışa ya üzünü qiblədən döndərsə, namazı batil olur. İmam camaat, əgər məmumun işarəsi ya zikr deməsi ilə öz səhvini başa düşsə, öz səhvini düzəltməlidir və namazını davam etdirməlidir. Belə olanda namazı düzgün və namazı təzədən qılmağa ya ehtiyat namazı qılmağa ehtiyac yoxdur.[2] Amma əgər öz səhvini bilməsə, daha məmumun heç bir vəzifəsi yoxdur. Əgər imam camaatın namazının batil olduğunu görsə, öz namazını furada niyyəti ilə davam etdirəcək.
Hər halda, məmun hətta imam camaatın namazının batil olmamasını və onun səhv etdiyini bilsə də, öz namazını batil etməməlidir. Həmçinin digər namaz qılanlar da, namazlarını batil edən bir iş etməməlidirlər.
Ayətullahul- üzma Xamineyinin dəftərinin cavabı:
Əgər belə bir şey baş vermiş olsa, səhvən danışan şəxsin vəzifəsi (qasir cahil olduqda) budur ki, yersiz danışdığı üçün iki səhv səcdəsi yerinə yetirməli və imam camaat əgər qiblədən üz çüviribsə namazı batildir. Digərləri həmin vaxt furəda niyyəti etməlidirlər.
Ayətullahul- üzma Bəhcətin dəftərinin cavabı:
İmam camaat şəkki aradan qaldırmaq üçün məmuna müraciət edir. Məmun qeyd olunan misalda bihəvlillah zikrini ucadan deyir və imamı xəbərdar edir.
Ayətullahul- üzma Məkarim Şirazinin dəftərinin cavabı:
Əgər onlar həqiqətən danışmış olsalar namazları batil və təzədən qılmalıdırlar.
Ayətullahul- üzma Fazil Lənkəraninin dəftərinin cavabı:
Camaat namazında imam ya məmun şəkk etsələr, əgər başqası bilsə müəyyən formada imamı xəbərdar edə bilər. İmam da məmumun elminə əsasən əməl edəcək və namaz düzdür Amma sizin sualınızda, üçüncü rükətdir və imam camaatın namazı batil olubdur. Deyən məmumun namazı batildir, amma digər məmumların namazı düzdür.