Ətraflı axtarış
Baxanların
5829
İnternetə qoyma tarixi: 2009/10/30
Sualın xülasəsi
İslam nizamında ara müdürlərdə vilayətdən və geniş ixtiyarlardan bəhrələnirlər və onlarla müxalifətçilik etmək xilafəti şər hesablanacaq?
Sual
İslam hökumətində biz şəri hökumətin Allahdan həzrəti Peyğəmbərə (s) və o həzrətdən İmamlara (ə) və onlardan sonra ayələr və rəvayətlərə əsasən o cümlədən Ömər ibni Hənzəlinin məqbuləsinə əsasən ədaləti fəqih müctəhidə keçməsinə etiqadımız var. Başqa sözlə desək heç bir insanın Allahdan bir başa ya vasitə ilə icazəsi olmadan, insanların ictimai və ümumi işlərində müdaxilə icazəsi yoxdur. Vəliyyi fəqihin Allahdan vasitəli icazəsi olduğu üçün təsərrüf icazəsi vardır. İslam hökumətində o müdürlər ki, bir başa və yaxud vasitə ilə rəhbərlik tərəfindən işə qoyulurlar və vəliyyi fəqih tərəfindən təsərrüf icazələri vardır, onların ixtiyarında və vəzifələrində vilayətləri var ya xeyr? Hər halda biz edə bilmərik şəxslərə məsuliyyət verək amma ixtiyar verməyək. Habelə ixtiyar verilən halda aşağı vəzifədə işləyənlərə o şəxsin əmrləri qarşısında, itaətçilik verməyək. Başqa sözlə desək, bunu nəzərə alaraq ki, bizim cəmiyyətimizə hakim olan qurluş bir dini və vilayəti fəqihə söykənən qurluşdur, necə ki, dini köklərə əsasən cəmiyyətin rəhbərliyindən- İmam zamanı əvəz edən (Vəliyyi fəqih)- ölkə müdüriyyət olunur, həmin məfhumun əsasında təşkilatın müdürünün ixtiyarları müəyyən olmalıdır. Təşkilatın müdürü o kəs olmalıdır ki, təşkilatın bütün fəaliyyətlərinin qarşısında cavabdeh olsun, təbiidir ki, bu cavabdehliyin əvəzində ixtiyarlar olmalıdır. Amma bu müdürün ixtiyarları qarşısında təkcə bir hissədir. Digər hissə şəri icazə məfhumudur ki, bu məfhumu qəbul etməklə təkcə o kəsin göstəriş və fərman verməyə haqqı var ki, Vəliyyi fəqihdən bir növ icazəsi olsun. (Baxmayaraq ki, bu hissə, münaqişəlidir). İndi bu icazə və cavabdehliklə müəyyən olmalıdır ki, təşkilatın müdürü müdürlüyü altında vilayəti var ya yox? Bir cür ki, təşkilatda hər bir fəaliyyət müdürün icazəsi olmadan qeyri şəri və qeyri qanuni olsun, bununla müdür təşkilatda və öz vəzifələri həddində bir növ vilayəti olsun ki, əlbəttə bu ixtiyarların dayirəsi müəyyən olmalıdır.
Qısa cavab

Şiə fiqhinin köklərinə əsasən İslam cəmiyyətinin idarəsi birinci mərhələdə məsum rəhbərlərin öhdəsindədir. Sonrakı mərhələlərdə təkcə o şəxslər cəmiyyətin rəhbərliyinə layiqdirlər ki, məsumdan xumsu və ya ümumi icazələri vardır.

Hər halda baxmayaraq ki, Məsumların (ə) məntəqələrin idarəsi üçün təyin etdiyi nümayəndələrdən itaət etmək lazımdır. Təbii olaraq mövcud ürfi qurluşa əsasən onlara bir sıra ixtiyar varilir. Mərkəz hökumətin şəri icazəsi onun nümayəndələrinə də örtülübdür. Amma bu mövzu heç vaxt bu mənaya deyil ki, belə şəxslərin əlaltı işçilərinin heç cür etiraz və intiqad hüquqları yoxdur və onların ixtiyarları çərçivəsindən xaric olan göstərişləri icra etsinlər.

İslam nəzərindən belə müdürlər öz şəri müdürlük işlərini şəxsi mənafelərinə yetişmək üçün zəminə etməməlidir.

Ətreaflı cavab

Sizin sualınız həqiqətdə iki hissəyə bölünür:

  1. İslam qurluşunda ikinci dərəcədən aşağı müdürlər öz əl altılarına vilayət haqqı vardır, ümumiyyətlə onların ixtiyarlarının məhdudəsi hansı həddədir?
  2. İslam qurluşunda bir müdür tərəfindən istənilən hər bir göstərişin şəri hökmlərlə bərabər dəyəri vardır və ondan boyun qaçırmaq dini bir günah sayılacaq?

Necə ki, bilirsiz və sualınızda da ona işarə etmisiniz Vilayəti fəqih qurluşu Peyğəmbərlərin və İmamların (ə) hökumət qurluşunun oxşarı və tabeidir. Əgər o böyüklərin dövründə olan müdüriyyər sistemi araşdırılsa, asanlıqla hazırkı dövrdə müdürlərin iş qüdrətinin ölçüsünü bilmək olar.

Buna xatir çalışırıq ki, əvvəl Məsumların (ə) dövründəki ara müdürlərin vəziyyətini araşdıraq və onlardan elə xülasələşdirib müxtəsər təqdim edək ki, bu mətləblərdə hər iki sualın cavabı olsun. Sonda İslam inqilabının binövrəsini qoyan insanın bu barədə olan göstərişləriylə söhbətimizi bitirək.

Əvvəl cavabımızı həzrəti Əlinin (ə) sözləriylə başlayırıq. O həzrət müdürlər və işçilərlə əlaqədar buyurur:

Hamının riayət etməsi vacib olan hüquqlardan biri, müdürlərin əlaltılarla haqqı və əlaltıların müdürlərlə olan haqqıdır. Allah onu vacib adıyla nəzədə tutub ki, hər iki dəstə ona riayət etməlidir. Təkcə bu haqda dəqiq riayət etməklə iki tərəfin məhəbbətindən doğan nəzmlə ümidvar olmaq olar. Heç vaxt müdürlər düzgün işləməyəndə əlaltılardan düzgün işləmək gözləmək olmaz. Digər tərəfdən əgər əlaltılar vəzifələrini yaxşı yerinə yetirməsələr, müdürlər müvəffəq ola bilməyəcəklər.

Əgər işçilər öz vəzifələrinə yaxşı əməl etsələr, müdürlərdə işçilərə nisbət vəzifələrində səhlənkarlıq etməsələr onların arasında həqiqət möhkəmlənəcək dini təlimatlara əməl olunacaq və ədalət bərqərar olacaq. Nəticədə çiçəklənmə dövrü çatacaq, həyat hamıya ləzzət verəcək, hökumət möhkəmlənəcək, düşmənlərin ümidləri puç olacaq. Amma əgər bu iki mühüm dəstə bir- birlərinə nisbət vəzifələrini yerinə yetirməsələr ixtilaflar zülm və s qarşıya gələcək və sonra din tələb edən qurluş aradan gedəcək.[1]

Bu xütbədə həzrəti Əlinin (ə) kəlmələrinə diqqət etməklə habelə o həzrətin müxtəlif nöqtələrə göndərdiyi müdürlərə verdiyi əxlaqi tövsiyələrdə, bir sıra yaxşı nöqtələri tapmaq olur, o cümlədən:

  1. O Həzrətin ictimai nəzərində, anarşizm cəmiyyətdə heç cürə bəyənilmir. Hətta bir fasid hökumət sonsuz hərc- mərclikdən daha yaxşıdır.[2] Təbiidir ki, imanlı kəslər şəriətin aşkar şəkildə ziddinə və cəmiyyətin xeyrinə olan müdüriyyət qərarlarına ehtiram qoyub və tabeçilik etməməlidirlər. Hətta əgər bu qərarlar dini dəyərləri etiqadı olmayan müdürlər tərəfindən qoyulsa belə.
  2. İslam qurluşunda belə düşünmək olmaz ki, hər müdür günahdan və xətadan məsumdur, buna əsasən onu məhdudlaşdırmağa və çərçivəyə riayət etməyə vəzifələndirməyə ehtiyac yoxdur.

Həzrəti Əli (ə) bundan əlavə ki, ixtiyarları hər müdürə və hər işçisinə verirdi, amma onları çərçivəyə riayət etməyə vadar edirdi. İstər o müdür Malik Əştər kimi bəyənilmiş bir insan olsun ki, Misirin rəhbərçiliyi onun öhdəsinə qoyulmuşdur. İstərsə də Əşəs ibni Qeys kimi münafiqin biri olsun ki, Azərbaycanın rəhbərçiliyi bir sıra dəlillərə görə onun ixtiyarında qalmışdı.

  1. Müdürlərlə işçilər arasında qarşılıqlı əlaqənin olması və hüquqların, vəzifələrin bir tərəfli olmaması. Həzrət çıxışında işarə etdiyi işlərdəndir. O həzrət başqa bir yerdə Malikə buyurur:

Məbada elə düşünəsən ki, camaat mənim göstərişlərimə riayət etməlidirlər, ürəyim nə istəsə fərman verəcəyəm onlarda qəbul edəcək! Çünki bu xəyallar ruhuna zərər yetirib və dinini məvh edəcək.[3]

Malikə bu cür tövsiyələr olursa başqalarının vəzifəsi aydındır!

  1. Əgər bu qarşılıqlı rəftar yaxşıca tənzimlənsə və hər iki tərəfdən mehribancasına əməl olunsa, Mövla Əlinin (ə) kəlamındakı

«فریضة فرضها الله»

ibarətinə diqqət edərkən, iki tərəfin rəftarını şəri və axirət savabına layiq bilmək olar. Başqa sözlə desək, şəri cəhətdən icazəli olmaq hökmün nəzərdə tutmaq olar.

Əlbəttə diqqət etmək lazımdır ki, şəri hökümlər bəzən cüzi şəkildə və misdaqları təyin etməklə olur, oruc namaz və s kimi ki, onlarda Allahdan itaət etməkdən əlavə ki, ümumi hökümdür, itaət misdaqlarıda ayrılıqda müəyyən olubdur. Bəzən təkcə ümumi şəkildə olur və onun misdaqlarını təyin etmək təklif sahiblərinin öhdəsinədir. Ata və anadan itaət etmək ki, onun haqqında ümumi şəkildə tövsiyə olunub,[4] hər çənd belə itaətin misdaqlarını şər bilmək olar. Amma ümumi hökümdə deyiləndən çox onun üçün şəri əsas tapmaq olmur.

İslam qurluşunda müdüriyyət sistemindən şəri itaət iki növ olur.

  1. Təkcə o zaman İslam qurluşunun davamına və ədalətin yayılmasına ümidvar olmaq olar ki, bu müdüriyyət əsasları hər iki tərəfdən riayət olsun. Bu riayət rizayətidə tələb edir, istər müdür üçün istər işçilər üçün.
  2. Əgər İslam əsasında olan qurluşda, iki ictimai dəstə müdürlər və işçilər istəsələr cəmiyyətin və qarşı tərəfin mənafeyinə diqqət etmədən, təkcə öz arzularını fikirləşib və şəriətin ölçülərinə diqqət etmədən yuxuların çin olmasını istəyirlər. Bunu nəzərə alaraq ki, hər iki dəstə İslam cəmiyyətində yaşayırlar.

Hər ikisi çalışır ki, öz şəxsi istəklərini dini cilvələndirsinlər və münasib olmayan rəftarlarını şəriətlə örtsünlər. İmam Əli (ə) bu xütbədə

«ادغال فی الدین»

təbirin bu barədə işlədib ki, zahirdə özünü dindar kimi göstərmək mənasınadır. Deyilənləri nəzərə alaraq indi ümumi nəticə almaq olar ki, hətta o qurluşlar ki, Məsumlar onun rəhbərçiliyində olublar, heç vaxt iddia olmayıb ki, bütün ara müdürlər xətadan məsum olublar. Əməldə müşahidə olub ki, Xalid ibn Vəlid kimi kəslər Peyğəmbərin (s) qoşununda olublar. İxtiyarları məhdudəsində təcavüz edərək başqalarına bir çox xəsarət yetiribdir. Baxmayaraq ki, bu xəsarətlər Peyğəmbərin (s) vasitəsiylə ödənilibdir.[5] Həzrəti Əlinin (ə) icra hakimlərinin arasında da baxmayaraq ki, Malik, Kumeyl[6] İbni Əbbas və... kimi bəyənilmiş şəxslər olub, amma Azərbaycan[7] vilayətində Ənəs ibni Qeys kimi, fars vilayətində Ziyad ibni Əbih[8] kimi münafiqlər işə qoyulmuşdular. Hər çənd belə şəxslər təbii və ürfi şəkildə ixtiyarlardan bəhrələniblər, ixtiyarları məhdudəsində onlardan itaət etmək İmam Əlidən (ə) itaət sayılırdı. Amma aydındır ki, müəyyən bir mövzuyla əlaqədar Əlinin (ə) nümayəndəsi olmaq onlar üçün bu dəyəri yaratmırdı ki, onlar hər bir fərmanı şəri höküm bilib, hətta onların müdürlüyü altında olan məntəqədə icazəsiz su içməyi qeyri şəri bilək. Bəlkə ağıllarıyla müəyyənləşdirməlidirlər ki, verilən fərman onların səlahiyyətlərindən xaricdir ya yox, əgər səlahiyyətlərdən xaric deyilsə şəri vəzifə hesablanır.

Əgər əksinə olarsa ona diqqət etmək lazım deyil. Digər tərəfdən məntəqədə başqa adamlar tərəfindən olunan fəaliyyətlər, mərkəzi hökumət tərəfindən təyin olunmuş müdürün ixtiyarıyla ziddiyyətdə olur ki, bir növ qeyri şəri hesablansın ya xeyr? Baxmayaraq ki, şiə nəzərinə əsasən İslam qurluşunun rəhbərliyində olan şəxs ya məsum olmalıdır yada ümumi ya xüsusi şəkildə məsum tərəfindən tanıtdırılmalıdır. Amma İslam qurluşundakı silsilə ölçüləri bütün dünyada ürfi şəkildə qəbul olanlardan ayrı bilmək olmaz. Nümunə olaraq ifratı baxışla ucqar kiçik bir şəhər müdürünün göstərişini, şəri hökm bilmək ki, onunla hər cürə müxalifətçilik və tənqid dinə etiraz hesablansın.

Əlbəttə rəhbərlər tərəfindən nəzm və intizama riayət etmək haqqında gələn tövsiyələrə diqqət etsək, əgər həmin göstəriş ixtiyarlar çərçivəsində olarsa, və ümumi cəmiyyətin məsləhəti əsasında olarsa, onu namaz və oruc kimi qürbət niyyətiylə yerinə yetirib savab əldə etmək olar. Ümumi miqyasda, hər imanlı insan, müqəddəs şəriətlə uyğun gəlməyən bütün dünyəvi rəftarlarını tənzimləyib Allah bəyənən edib mənəvi inkişaf edə bilər. Amma bu ümumi mövzu ara müdürlərin əlində bəhanə olmasın ki, özlərinin hər qərarı üçün şəriətdən su istifadə etsinlər.

İslam cəmiyyətinin memarı İmam Xumeyninin (rəh) sözləri də Məsum İmamların İslam müdüriyyəti haqqındakı tövsiyələrindən yetişibdir ki, onlardan bəzi hissələr İmam Əlinin (ə) sözləri idi ki, ona işarə oldu, əlaqəlidir sizi başqa sözlərinin mütaliəsinə dəvət edirik:

O dəfələrlə İslam hökumətin lazım bilib (müraciət et: Həzrəti Əlinin sözlərinin birinci nöqtəsi). O cümlədən İlahi siyasi vəsiyyətnaməsində təkid edir ki, "Haqq hökumət zəiflərin xeyrinə, zülmün qarşısını almaq və ədaləti bərpa etmək, həmindir ki, Süleyman ibni Davud cə böyük İslam Peyğəmbəri (s) onun böyük vəsiləri onun üçün çalışırdılar; bu ən böyük vaciblərdəndir və onu bərpa etmək ən böyük ibadətlərdəndir".

O müdüriyyət qurluşun və dərəcələr silsiləsində lazım bilib və bəyan edir:

"İkinci rəmz budur ki, baxmayaraq ki, İran ölkəsinin aşağısı və yuxarısı yoxdur... Biz özümüzük, lakin nəzm və qurluş olmalıdır. Siz Allaha xatir dərəcələri və dərəcələr silsiləsini qorumalısınız. Əgər qərar olsa özü nəzər verib əməl etsin, o zaman mənəviyyat və adi müvəffəqiyyətlərdə aradan gedəcək. Siz bilirsiz ki, Peyğəmbər (s) məsciddə əyləşirdi və məscidə daxil olan şəxs bilmirdi ki, onlardan hansı biri Peyğəmmərdir. Bununla belə hamı ondan itaət edirdilər. Biz hamımız bir- birimizlə qardaşıq, lakin əgər qurluş olmasa, qardaşlıqda pozular".[9]

Habelə "bir qoşun ki, heç bir nəzm və intizamı olmaya, heç yuxarı və aşağısı olmaya. Onun mənası budur ki, qoşun istəmirik".[10]

Nəzarət və əmr be məruf haqqında (nöqtə 2):

"Bütün millətin vəzifəsidir ki, bu işlərə nəzarət etsin. Nəzarət etsinlər əgər mən bir ayağımı kənara qoydum,əyri qoydum, millətin vəzifəsidir ki, desinlər ayağını əyri qoydun, özünü qoru".[11]

Xidmət və qarşılıqlı rəftarla əlaqədar (nöqtə 3) açıqlayır:

"Əməldə bu cür olsun ki, xalq görsün ki, bu icra hakimi gəlibdir burada, xalqa xidmət etsin, xalqa xidmətlə məşğuldur. Yaxşı xalq görsə ki, o kəs xidmətə məşğuldur daha onunla davaları olmayacaq. Dava o zaman tapılır ki, görürlər ki, gəlib xalqı dağlasın. Gəlibdir hər vəsiləylə olur olsun yıxsın və dağıtsın. Gəlibdir öz qüdrətini möhkəmləndirsin. O zaman ki, xalq gördü ki, bir nəfər istəyir qüdrətini möhkəmləndirib kök salsın, onunla müxalif olacaqlar".[12]

Yuxarıdakı "siz bilirsiz ki, İslam cəmiyyətində, vəzifələr və məqamlar keçmişdə olan mənaların itiribdir. Nə prezident və nə baş nazir və nə də başqa nazirlər belə deyil ki, xəyal etsinlər ki, bizim uca məqamımız var və biz əla hözrətik bilmirəm fılan. Belə deyil. Onlar bilirlər ki, cəmiyyətdə olan dəyərləri bütün yerdə budur ki, xidmət etsinlər, və xidmətçi olsunlar".[13]

Münəzzəm rəftarlarının şəri olması haqqında (nöqtə 4):

Qurluşu qorumaq, şəri və əqli vaciblərdən biridir ki, qurluş qorunmalıdır. Onlar ki, deyirlər bu mənada qurluş istəmirik və hamımız bu cür və hamımız heç bir zabitə olmadan əməl edək, Quranın ziddinə əməl edirlər. İslamın ziddinə əməl edirlər. Məmləkətlərinin məsləhətinin ziddinə əməl edirlər".[14]

Bu ki, qurluş davamı qanunlara riayət etməyə bağlıdır (Nöqtə 5):

Bundan sonra Allaha diqqətimizi, bu qardaşlığı və vəhdəti qorusaq, bundan sonrada irəli gedəcəyik; axıra qədər irəli gedəcəyik... Dua edin ki, Allahdan və İslamdan qəflət etməyək, özümüzün ehtiyacımız olduğu şeylərin arxasınca getməyək; bunlar keçicidir".

Sonda İslam cəmiyyətində bəzi şəxslərin dini dəğəlbazlıqlarıyla əlaqədar (nöqtə 6)

Şahı nümunə olaraq zikr edir ki, onun "İslamla heç bir işi yox idi, zərbə vururdu. Biçarə və zəif olan zaman, gedirdi namaz qılırdı və həzrəti Rızanın (ə) hərəminin qapısına gedərdi və namaz qılardı və bu oyunlardan çıxarardı!"[15]

Müşahidə etdiyiniz kimi cəmiyyət müdüriyyətsiz və dərəcələr silsiləsiz olmadan, hərc- mərcliyə gedib çıxır. İxtiyarlar müdüriyyətin tələblərindəndir. Bir müdür ixtiyarsız həqiqətdə müdür deyil. Amma İslam qurluşunda ixtiyarlar çərçivəsində müdürün qərarlarından tabeçilik şəri bir iş adıyla nəzərdə tuturuq. Amma bu şəri olmaqlığı o qədər genişləndirmək olmazki, müdürlər su istifadə etsinlər və işçilər arasında əmr be məruf və nəhy əz münkər vacib aradan getsin.

Əlaqəli cavablar:

  1. Göstərici: Vilayəti mütləqə, sual 1887 (sayt: 2212).
  2. Göstərici: Vilayəti fəqihin müdüriyyət sahələri, sual 2121 (sayt 2262).
  3. Göstərici: Vilayəti mütləqeyi fəqihin məhdudəsi, sual 3105 (sayt: 3370).

 


[1] - Kuleyni, Muhəmməd ibni Yəqub, Kafi, cild 8, səh 353 və 354, Darul- kutubul- İslamiyyə, Tehran, 1365 hicri şəmsi.

[2] - Təmimi Amədi, Əbdül Vahid, Ğorərul- hikəm və dürərül- kəlam, səh 464, h 10672  « وال ظلوم غشوم خیر من فتنة تدوم »intişarate dəftəre təbliğat İslami, Qum, 1366 hicri şəmsi.

[3] - Nəhcül- bəlağə, səh 428, Qum, bita

«و لا تقولن إنی مؤمر آمر فأطاع ...»

[4] - Bəqərə surəsi, ayə 83; Nisa surəsi, ayə 36 və ...

«و بالوالدین إحسانا»

[5] - Bu barədə Biharul- ənvarın 21- ci cildinin 27- ci fəslində 139- cu səhifədən sonranı mütaliə edin.

[6] - Nəhcül- bəlağənin 61- ci məktubuna əsasən o İmam Əli (ə) tərəfindən "Heyt" şəhərinin icra başçısı olubdur.

[7] - Nəhcül- bəlağə, kitab 5, səh 366.

[8] - Məclisi, Muhəmməd Baqir, Bəharül- ənvar, cild 32, səh 501, Əlvəfa müəssisəsi, Beyrut, 1404 hicri qəməri.

[9] - İmamın səhifəsi, cild 17, səh 15.

[10] - Həmin, cild 12, səh 45.

[11] - Həmin, cild 8, səh 5.

[12] - Həmin, cild 13, səh 382- 383.

[13] - Həmin, cild 16, səh 444- 445.

[14] - Həmin, cild 11, səh 494.

[15] - Həmin, cild 13, səh 249.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163817 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158929 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118692 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111825 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105465 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92531 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54101 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49266 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44881 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44338 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...