Please Wait
9736
İslam Peyğəmbəri Allahın istəyi və bəzi məsləhətlər üzündən o dərs oxumamış və heç bir zaman müəllim yanına getməmiş və o cümlədən kitabda yazmamışdır. Allahın bu məsləhətinin də səbəbi tamami ilə məlumdur. O həzrətin Quran adlı kitabı əbədi möcüzədir və dərs oxuyub yazan bir şəxs üçün bir kitab gətirmək çətin vəmümkün olmayan bir iş deyil və yaxud ən azı bəziləri üçün bu şübhəni doğruldacaqdır ki, bəlkə bu kitab (Quran) öz düşüncələri və ya peyğəmbərin müəllimlərinin öyrətdikləridir. Məsum İmamlardan yalnız Həzrət Əli (ə) və İmam Səccad (ə)dan müxtəlif səbəblərə görə o cümlədən imamlıq vəzifəsi və cəmiyyətə rəhbərlik, o dövrə məxsus şərait, şagirdlərin olması və hədis yazanlar, heç bir kitab əlimizə çatmamışdır.
Sizin sualı bir neçə nəzərdən təhlil etmək mümkündür:
1- İslam Peyğəmbərinə (s) nisbətdə: İslam peyğəmbəri (s) tamami ilə özünə məxsus bir dövürdə yaşayırdı. Allahın hikməti və istəyi ilə peyğəmbər dərs oxumayıb, müəllim yanına getməmişdi və heç bir kitab yazmamışdır. Allahın bu hikmətinin də illəti tamamı ilə məlumdur. O həzrətin Quran adlı kitabı əbədi bir möcüzədir və dərs oxuyub yazı yazan bir şəxs üçün kitab gətirmək çətin və mümkün olmayan bir iş deyil və yaxud ən azı bəzi insanlar üçün bu şübhə yaranacaqdır ki, bəlkə bu kitab (Quran) peyğəmbərin öz düşüncəsi və yaxud müəlliminin dedikləridir. Bunun üçündə Quranı kərim buyurur: Sən bu Qurandan əvvəl heç bir yazı və kitabı oxumayıb və yazmırdın və heç bir kitab yazmamışdın, lakin batil yolda olanlar (sənin peyğəmbərliyində) şübhə edərdilər.[1]
Bunun üçün də, doğrudur ki, hər birinsan üçün yazıb oxumaq kamillik hesab olunur, amma bəzən bir sıra şəraitlər meydana gəlir ki, yazmamaq və oxumamaq kamillik hesab olunur. Bu da Peyğəmbərlərə xsusi ilədə sonuncu peyğəmbərə şamil olur. Əgər bir dərs oxumuş alim və mütaliə və elmi olan bir filosof peyğəmbərlik iddiası etsə və bir kitabı səmavi kitab kimi qələmə versə, belə bir şəraitdə mümkündür şübhələr yaransın ki, aya bu kitab onun öz düşüncə və fikirləri deyil? Bəlkə də İslam düşmənləri üçün bəhanə əldə olmasın deyə, Həzrəti Məhəməd (s) peyğəmbərlikdən sonra belə birşey yazmamışdır.[2] Amma bütün elmləri vəhy vasitəsi ilə öyrənməmişdi.[3] Hafiz deyir:
Mənim gözlərim ki, məktəbə getməmiş yazı yazmamış
Bir qəmzə ilə yüz şagirdə məsələ öyrətdi.[4]
2- Amma nə üçün imamlar kitab yazmamışdırlar? Bu söz tamamı ilə düzgün deyil: Yəni İmam Əli (ə) əbul əimmə (imamların atası) adlanır, məşhur birkitab yazmışdır ki, məsum övladlarının dilində Əlinin kitabı kimi məruf olmuşdur.[5] İmam Səccad (ə) dan da yeni Səhifeyi Səccadiyyə kitabı əlimizə çatmışdır. Bəli! Bu gün Əlinin (ə) kitabı adlı bir kitab əlimizdə yoxur. Quran təfsiri barəsində də yenə imam Əli (ə) birinci şəxsdir ki, Quranı bir yerə toplayıb onun ayələrinin nazil olması barəsində və onun təfsirini yazmışdı, amma islamın ilk günlərində bəzi məsələlər üzündən və xəlifəsinin vasitəsi ilə və camaat tərəfindən qəbul olunmadı.[6]
Amma bu kitablardan başqa ki, Məsum İmamlar (ə) tərəfindən yazılmışdır, heç bir məlumat verilməmişdir, bunun da illətini bir neçə dəlil çərçivəsində açıqlamaq mümkündür:
1- 2- Cəmiyyətdə imam və rəhbərlik vəzifəsi. Hər bir vəzifə ki, İmamın öz əsrinə məxsus məsələlər onun öhdəsinə düşür o qədər geniş və ətraflıdır ki, onun qarşısında kitab yazmaq kiçik bir məsələdir. İmam müəllif və yazıçı deyil. O camaatın zahirdə və mənəvi baxımdan rəhbəridir. Onun vəzifəsi pak və mücahid insanları tərbiyə etməmişdir ki, İslam yolunda fəda olmağa hazır olsunlar. İmamın vəzifəsi İnsanların dünya və axirət işlərinə nəzarət etmək və onları öz yoluna salmaqdır. Baxmayaraq ki, mümkündür bu da mühüm işlərdən sayılsın, amma ümum insanların mühüm işlərindən ən mühümmünü həll edir. Bu cür işlərdə ən lazımlısını həyata keçirməkdə yol göstərir. Bəs bu zərurət və vaxtın olması nəzərə çarpır ki, yalnız İmam Əli (ə) İmam Səccad (ə) dan başqa imamlar üçün olmamışdır.
2- 2- O dövrə məxsus şəraitin olması. Bu dəlili iki cəhətdən araşdırmaq olar: Birinci: İnsanların diqqət və rəğbətinin olmaması. O dövrün insanları, hakimiyyətlərin həyata keçirdiyi şəraitlərə əsasən əhli beytə layiqincə meyl göstərmirdilər və bunun da əsl səbəbi imamların ev dustağı olmaları idi.Əlbəttə camaatın bu cür diqqətsizliyyi və əhli beytdən uzaq olmaları, imamların məqamını aşağı salmır və onun ziyanı əksinə olaraq camaata qayıdırdı. Amma hər halda bir nəzəriyyə və fikir və yaxud bir kitab ki, bu cür xüsusiyyət daşıyır cəmiyyətində buna hazır olmamasını tələb edir. İkinci: O zamana məxsus olan təqiyyə. Bu boğucu mühit, nəinki yalnız yazdıqları hər bir söz və məktuba nisbət bəlkə imamların səhabələrinin yazdıqları kitablara nisbətdə o cür idi. Həzrəti İmam Səccad (ə)ın səhabələrindən biri o həzrətə deyir: Bizim müəllimlərimiz İmam Sadiq (ə) və İmam Baqir (ə) da bir çox hədis rəvayət edib yazmışdırlar amma təqiyyə üzündən kitablarını gizlədib cəmiyyət arasında intişar etməmişdirlər. İndi bu kitablarla nə edək? Həzrət buyurdu: O kitablarda heç bir eyb yoxdur. Onları camaat arasında yayın.[7] Bunun üçün də məsum imamlar ələ qələm tutub və hətta bir məktub yazmaqdan belə (qalmışdı ki, kitab yazsınlar) çəkinirdilər, təqiyyə üzündən olmuşdur. Məsum imamların (ə) imamət dövrü Əməvi və əbbası hökuməti ilə üst- üstə düşmüşdür ki, həmişə imamları nəzarətdə saxlamışdırlar. Əlbəttə bu nəzarət müxtəlif dövrlərdə güclənmiş və zəifləmişdir. Amma onların hamısı təqiyyə daxilində həyatlarını sürmüşdürlər o cürki, İmam Baqir (ə) buyurur: Təqiyyə mənim və babalarımın dinidir.[8]
3- 2- Şagird və hədis yazanların olması. İmamların buyurduqlarını və hədislərini yazmaq onların səhabələrindən bir dəstənin öhdəsinə düşmüşdü ki, mühəddis və ya hədis alimi kimi məşhur olmuşdurlar. Bunun üçün də imamların hədisləri səhabənin səyi nəticəsində bizlər üçün qalmışdır. Və imamlar vasitəsi ilə kitabın yazılması ilə belə bu hədislər məhv olmamışdır. Bəli! Mümkündür deyilsin əgər imamlar (ə) özləri kitab yazsaydılar, onların arasında müxalifət olmazdımı? Əlbəttə ki, olmazdı. Çünki əgər imamlar kitab yazsaydılar, onların da kitabları səhabələrinin kitabları kimi təhrifçilərin əlindən amanda qalmazdı. Bəlkə daha çox səy edərdilər ki, onların kitablarında daha artiq dərəcədə təhrif etsinlər ki, səhabələrin kitablarında təhrif etmişdirlər. Əlbəttə insanları bu cür təhrif olunmuş kitablarla daha da yüksək səviyyədə yoldan çıxatmağa nail olurdular ki, imamlara nisbət verilmişdir. Çünki camaat və hətta hədis söyləyənlər bunu nəzərə alaraq ki, bu kitablar imamlara nisbət verilmişdir. Heç bir səhvə yol verilməyin barəsində ehtimal verməzdilər o cür ki, səhabənin kitablarını yenidən tədqiq üzündən onlarda olan çatışmamazlığı aradan qaldırırdılar. Bəs nəticə olaraq ki imamlar tərəfindən kitabların yazılmasının heç bir xeyri yoxdur və olmayacaqdır. Sonda bunu nəzərə çatdırmaq istəyirik ki, hədis kitablarında bir çox hədislərin bir- birinin əksinədir ünvanı ilə qeyd etdiniz düzgün deyildir. Bəli bəzi rərəvayətləri mütaliə etdikdə onların zahirdəki mənalarında bu qarşılığı hiss edirik amma butun bunlar İslam alimlərinin səyi nəticəsində həll olunur. Bizim hədislər tarix boyu imamlar və onların səhabələri tərəfindən tədqiq və yenidən onlara nəzər salaraq onlardakı insanlar tərəfindən olan anlaşılmamazlıqları aradan qaldırmışdırlar. Alimlərin sözlərində də bəzi anlaşılmamazlıqlar həll olunmuşdur.
Bu mövzuda əlavə məlumat almaq üçün bax:
Sual 1937 (sayt: 2185) (düzgün hədislərin təyin olunması yolları) müraciət edə bilərsiniz.
[1] - Ənkəbut surəsi, ayə 48
[2] - Mütəhhəri, Mürtəza, Peyğəmbəre ümmi, səh 6, Sədra intişaratı, Tehran, 1378
[3] - Məkarım Şirazı, Nasir, Nümunə Təfsiri, cild 16, səh 308, Darul kitabəl islamiyyə intişaratı, Tehran, 1374
[4] - Divane Hafiz, Qəzəl 167
[5] - Küleyni Məhəmməd ibn Yaqub, Kafi, cild 1, səh 41, Darul kitabəl islamiyyə intişaratı, Tehran, 1365
[6] - Əlavə məlumat üçün bax: sual 4887 (sayt: 4954)
[7] - Küleyni Məhəmməd ibn Yaqub, Kafi, cild 1, səh 53, Darul kitabəl islamiyyə intişaratı, Tehran, 1365
[8] - Küleyni Məhəmməd ibn Yaqub, Kafi, cild 2, səh 219, Darul kitabəl islamiyyə intişaratı, Tehran, 1365