Please Wait
8699
Quran nəzər və pis göz barəsində olan bir həqiqıti qəbul etmiş və muxtəlif numunələrdə ona işarə etmişdir. Quran tarixində də kecmiş tayfalarda xəbər verməsidə bu məsələni təyin edir.
Bu gün alimlər inanırlar ki, bəzi insanlar məxsus ruhiyyəyə malikdirlər ki, nəyinki onu üz yerində hərəkət etdirir bəlkə lazer şuası kimi onu partlatmağa qadirdilər. Əlbətdə təbii olaraq bütün insanlar bu cür enerjiyə malik deyilrirlər. Lakin bəzi insanlarda müəyyən illətlər və ya təlim vasitəsi və o cümlədən insanın özündə olan qüvvələrə görə bu ruhiyyə güclənir və öz- özündən təsirini aşkar edir.
İslam nəzər və pis gözlərin təsirindən amanda qalmaq ücün Allahı yad etmək və ona pənah aparmaq yollarını göstərir, o cümlədən sədəqə vermək də tövsiyə olunur.
Bəzi insanlar nəzər və göz dəymənin xurafat olduğunu bilib ona inanmırlar.
Bununla belə Quran nəinki onun xurafat olduğunu bəlkə ondan bir necə numunələrə işarə etmişdir. Quranın verdiyi xəbərlər və tarixdə baş vermiş hadisələr də bunu təyid edir.
Elmi təcrübələr bunu isbat etmişdir ki, hər bir insan inanılmaz bir qüvvəyə malikdir, müsbət və mənfi təsirlər yaratmağa gücü catır.
Bu gün alimlər inanırlar ki, bəzi insanlarda, xususi bir ruhiyyə vardır ki, nəinki onu öz yerindən hərəkət etdirmək, bəlkə onu lazer şüası kimi partlatmağa qadirdir. Gözün dağıdıcı qüvvəsi, hər bir şəxsin daxilində olan qüvvəyə bağlıdır. İnsanlar təbii olaraq bu cür qüvvə və enerjiyə sahibdirlər. Əlbətdə bəzi insanlarda müəyyən illətlər və təlimlər və o cümlədən insanın daxilində olan qüvvələr görə bu ruhiyyə özündə güc tapır və öz təsirini göstərir. Amma bu cür də deyildir ki, bu qüvvə bəzilərinə məxsus və başqaları bundən məhrum olsun, bəlkə hər bir insan bu qüvvəyə malikdir. Təfsir alimləri inanırlar bu qüvvə bəzi gözlərdə gücləndirilmiş və insan xususi dalğalar vasitəsiylə digər varlıqlarda təsir qoyur.
Bir cox insanlar deyirlər bəzi insanlarla qarşılaşıb və yaxud tanıyırlar ki, göz vasitəsiylə bir heyvanı öldürməyə qadirdirlər və yaxud bir əşyanı yerindən hərəkət etdirib və o cümlədən bir texnikanı sıradan cıxarsınlar. Onların nəzərində nəinki bu işləri inkar etmək bəlkə onuelm və ağıl yoluyla qəbul etmək lazımdır.[1] Həzrət Əli (ə) dan nəql olunmuşdur: Nəzər (göz dəymə) haqdır:
«العین حق و الرقی حق»
Ondan ninicat tapmaq ücün dua və Allaha pənah aparmaq da haqdır.[2] Numunə təfsirinin (alimləri) müəllifləri inanırlar ki, dua və Allaha təvəkkül etmək nəzərin qarşısını almağa malikdir və onun təsirini aradan aparır və ya azaldır.[3] Peyğəmbərdən (s) rəvayətdir: Nəzər (göz dəymə) bir həqiqətdir ki, insanı qəbirdə dəvəni isə qazanda qərar verir.[4] O həzrət bir gün Bəqi qəbristanlığının kənarından kecirdi, ətrafinda olan şəxslərə dedi: And olsun Allaha bu qəbiristanlığın cox bir əhli nəzər və göz dəymə vasitəsiylə burada yatmışdırlar.[5]
Allah Tala göz dəymə barəsində Peyğəmbərə buyurur: Kafirlər Quran ayələrini eşitdikdə az qalır ki, nəzər etməklə sənin özünü aradan aparsınlar, və deyirlər “o dəlidir!”[6]
Əllamə Təba təbayi deyir: Bütün təfsir alimləri bu ayəni nəzər “göz dəymə” mənasında bəyan etmişdirlər ki, özü bir növ təsir qoyur və onu inkar edən məntiqi bir dəlil yoxdur: bəlkə bir cox hadisələr müşahidə olunmuşdur ki, nəzərlə üst- üstə düşür və bir cox rəvayətlər də bu mövzuda nəql olunmuşdur.
O cümlədən nəzərin qarşısını almaq ücün buyurur: “Həzrət Yəqub (ə) övladlarına dedi: Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı- ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza- qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır, mən ancaq Ona təvəkkül etdim, qoy təvəkkül edənlər də yalnız ona təvəkkül etsinlər![7]
Təfsir alimləri inanırlar həzrət Yəqubun (ə) bu əmrinin illəti o olmuşdur ki, oxşarları olmayan və gözəl qamətli bu qardaşlar Yusif (ə) kimi uca boylu və gözəl qamətə sahib oğullar, birlikdə şəhərə daxil olmaları digər insanların diqqətini özlərinə cəlb edib, nəticədə nəzər olacaqdılar.[8]
İmam Sadiq (ə) buyurur: Əgər qəbirləri acsanız, görəcəksiniz ölənlərin cox bir dəstəsi nəzər vasitəsiylə dünyadan köcmüşdürlər, cünkü nəzər bir həqiqətdir.[9]
Bir sözlə məntiq, elm və təcrübə nəzərindən sabit olmuşdur ki, insan yüksək bir ruhiyyə və qüvvəyə malikdir ki, müxtəlif şəkillərdə xeyir və şər, müsbət və mənfi işlərə səbəb olmağa malikdir.
Mübarizə və müalicə yolu
Göz dəyməyə və nəzəri qəbul etmək nadanlıq və xurafat işlərə sığınmaq deyildir. İslam nəzərdən amanda qalmaq ücün Allaha pənah aparmağı və həmcinin sədəqə verməyi tövsiyə edir. İmam Sadiq (ə) buyurur: Hər vaxbəzənmiş halda evdən cıxmaq istəsəniz muəvvəzətəyn (fələq və nas) surələrini oxuyun ki, nəzər sizdə təsir etməsin[10], Digər bir rəvayətdə o həzrət buyurur: Hər vaxt nəzərdən qorxdun “Maşallah la qüvvətə illa billah əl- əliyyul əzim” cümləsini zikr et.[11]
İmam Cəfər Sadiq (ə) buyurur əgər bir şəxsbir insanın nəzərindən qorxur üc dəfə desin: Maşallah la həvla vəla quvvətə illa billah əl- əliyyul Əzim və fələq və nas surələrini oxusun ki, nəzər onda təsir etməsin. O cümlədən deyilmişdir “in yəkad” (Qələm, 51) ayəsini yazıb özüylə saxlasın. Başqa bir hədisdə gəlmişdirki, peyğəmbər (s) imam Həsən (ə) və imam Hüseynin (ə) nəzərdən amanda qalması ücün bir dua oxumuşdur ki, ibarətdir:
«اعیذكما بكلمات الله التامه و اسماءالله الحسنی كلها عامه من شر السامه و الهامه و من شر كل عین لامه و من شر حاسد اذا حسد»
Yəni: “Sizin ücün vəhşi heyvanlar və həsəd aparan pis gözlərdən Allahın kəlam və gözəl adlarına pənah aparıram.” Sonra peyğəmbər (s) buyurur: Həzrət İbrahim (ə) də övladları İshaq və Yəqub ücün bu cür pənah diləmişdir.[12] [13]
O ki, deyirsiniz sizdə bir hal vardır əgər bir şəxsi tərif etsəniz həmin an nəzər olur və zərər görür. Siz haradan bilirsiniz ki, o sizin gözünüz vasitəsiylə nəzər olur? Mümkündür başqa bir dəlili olsun lakin sizin baxmağınızla bir zamanda bubaş verir və siz bir daha diqqətlə bu məsələyə önəm verirsiniz. Bir sözlə bu məsələ sizin ixtiyarınızda deyil və İslam nəzərində sizin bu işlər qarşısında hec bir məsuliyyət və günahınız yoxdur.
Rəvayət mənbələrinə nəzər saldıqda bəzi hədislər əldə etdik ki, bu haldan nicat tapmağın və digər insanlarin zərərdən uzaq olması ücün yol göstərir. Bu cür hədislərdən numunə olaraq birinə diqqət edin:
O vaxt ki, mömün qardaşınız rəftarları səni təəccübləndirdi, tək bir (Allahu Əkbər) de və Allahı zikr elə,[14] Əlhəmdu lillah və qul huvəllahu əhəd, nas və fələq surələrini o cümlədən ayətul kürsünü oxu. Bu vaxtlar “Maşaəllah”, “Təbarəkəllah” , və ya “Allah, Allah, Maşallah la qüvvətə illa billah” kimi sözlərdən istifadə edin. [15]
[1] - Numunə təfsiri, cild 24, səh 427.
[2] - Nəhcül- Bəlağə, kələmate qisar, cümlə 400
[3] - Numunə təfsiri, cild 24, səh 428
[4] - Biharul- Ənvar, cild 63
[5] - Mənhəc Əl- Sadiqin təfsiri, cild 9, səh 391
[6] - Qələm, 51:
«وَ إِن يَكاَدُ الَّذِينَ كَفَرُواْ لَيزُْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سمَِعُواْ الذِّكْرَ وَ يَقُولُونَ إِنَّهُ لمََجْنُون»
[7] - Yusif, 67.
«وَ قَالَ يَابَنىَِّ لَا تَدْخُلُواْ مِن بَابٍ وَاحِدٍ وَ ادْخُلُواْ مِنْ أَبْوَابٍ مُّتَفَرِّقَةٍ وَ مَا أُغْنىِ عَنكُم مِّنَ اللَّهِ مِن شىَْءٍ إِنِ الحُْكْمُ إِلَّا لِلَّهِ عَلَيْهِ تَوَكلَّْتُ وَ عَلَيْهِ فَلْيَتَوَكلَِ الْمُتَوَكِّلُون»
[8] - Numunə təfsiri, cild 6, səh 29 və 30
[9] - Biharul- Ənvar, cild 60, səh 250
[10] - Biharul- ənvar, cild 92, səh 1330
[11] - Biharul- ənvar, cild 60, səh 26
[12] - Biharul- ənvar, cild 60, səh 60
[13] - Şur çeşmi kitabından nəql olunmuşdur (əlavələr olunaraq)
[14] - Tibb (Tibbi əimmə) (ə (:
«مُحَمَّدُ بْنُ سُلَيْمَانَ بْنَ مِهْرَانَ عَنْ زِيَادِ بْنِ هَارُونَ الْعَبْدِيِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُحَمَّدٍ الْبَجَلِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ مَنْ أَعْجَبَهُ شَيْءٌ مِنْ أَخِيهِ الْمُؤْمِنِ فَلْيُكَبِّرْ عَلَيْهِ فَإِنَّ الْعَيْنَ حَقٌّ
مُحَمَّدُ بْنُ مَيْمُونٍ الْمَكِّيُّ عَنْ عُثْمَانَ بْنِ عِيسَى عَنِ الْحُسَيْنِ بْنِ الْمُخْتَارِ عَنْ صَفْوَانَ الْجَمَّالِ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع أَنَّهُ قَالَ لَوْ نَبَشَ لَكُمْ مِنَ الْقُبُورِ لَرَأَيْتُمْ أَنَّ أَكْثَرَ مَوْتَاكُمْ بِالْعَيْنِ لِأَنَّ الْعَيْنَ حَقٌّ إِلَّا أَنَّ رَسُولَ اللَّهِ ص قَالَ الْعَيْنُ حَقٌّ فَمَنْ أَعْجَبَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَلْيَذْكُرِ اللَّهَ فِي ذَلِكَ فَإِنَّهُ إِذَا ذَكَرَ اللَّهَ لَمْ يَضُرِّهُ»
Biharul- ənvafr, cild 92, səh 127
[15] - Məkarimul- əxlaq.
«لِلْعَيْنِ مَعْمَرُ بْنُ خَلَّادٍ قَالَ كُنْتُ مَعَ الرِّضَا ع بِخُرَاسَانَ عَلَى نَفَقَاتِهِ فَأَمَرَنِي أَنْ أَتَّخِذَ لَهُ غَالِيَةً فَلَمَّا اتَّخَذْتُهَا فَأَعْجَبَ بِهَا فَنَظَرَ إِلَيْهَا فَقَالَ لِي يَا مَعْمَرُ إِنَّ الْعَيْنَ حَقٌّ فَاكْتُبْ فِي رُقْعَةٍ الْحَمْدَ لِلَّهِ وَ قُلْ هُوَ اللَّهُ أَحَدٌ وَ الْمُعَوِّذَتَيْنِ وَ آيَةَ الْكُرْسِيِّ وَ اجْعَلْهَا فِي غِلَافِ الْقَارُورَةِ وَ مِثْلُهُ وَ رُوِيَ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع أَنَّهُ قَالَ الْعَيْنُ حَقٌّ وَ لَيْسَ تَأْمَنُهَا مِنْكَ عَلَى نَفْسِكَ وَ لَا مِنْكَ عَلَى غَيْرِكَ فَإِذَا خِفْتَ شَيْئاً مِنْ ذَلِكَ فَقُلْ ما شاءَ اللَّهُ لا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيُّ الْعَظِيمُ ثَلَاثاً وَ قَالَ إِذَا تَهَيَّأَ أَحَدُكُمْ تَهْيِئَةً تُعْجِبُهُ فَلْيَقْرَأْ حِينَ يَخْرُجُ مِنْ مَنْزِلِهِ الْمُعَوِّذَتَيْنِ فَإِنَّهُ لَا يَضُرُّهُ بِإِذْنِ اللَّهِ وَ عَنْهُ ع قَالَ مَنْ أَعْجَبَهُ مِنْ أَخِيهِ شَيْءٌ فَلْيُبَارِكْ عَلَيْهِ فَإِنَّ الْعَيْنَ حَقٌّ»
Biharul ənvar, cild 92, səh 128. Əl- cəvame lil- Təbərsi,
«عَنِ النَّبِيِّ ص مَنْ رَأَى شَيْئاً يُعْجِبُهُ فَقَالَ اللَّهُ اللَّهُ ما شاءَ اللَّهُ لا قُوَّةَ إِلَّا بِاللَّهِ لَمْ يَضُرَّهُ شَيْءٌ»
Biharul- ənvar, cild 92 səh 133