Ətraflı axtarış
Baxanların
12122
İnternetə qoyma tarixi: 2012/04/21
Sualın xülasəsi
Əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq rüsxətdir yoxsa vacib?
Sual
Nisa surəsinin 101- ci ayəsinə əsasən əhli- sünnənin baxışını nəzərə alaraq, şiə fiqhinin nəzərindən səfərdə namazı şikəstə qılmaq, rüsxətdir yoxsa vacib?
Qısa cavab

Yəqini olan məzələ budur ki, beş namaz əvvəlcə iki rəkət formasında qanuniləşibdir. Həmçinin heç bir şəkk yoxdur ki, həzərdə (vətəndə) olan namaza iki rükət əlavə olubdur. İndi müzakirə mövzusu budur ki, səfərdə olan namaza da iki rükət əlavə olub ya yox?

Şiənin fəqihləri İmamlar (ə)- dan yetişən rəvayətlərə istinad etməklə, namazın Peyğəmbər (s) zamanında iki rükət formasında qanun qoyulması məsələsində eyni fikirdədirlər. (Vətəndəki namaza iki rükət əlavə olub, amma səfərdəki namaza heç nə əlavə olmayıb). Amma əhli- sünnət yolu ilə gələn rəvayət və onların fəqihlərinin dəfər namazı məsələsində nəzərləri fərqlidir. Onların bir dəstəsi şiənin nəzəriyyəsini qəbul edirlər, lakin onların bir dəstəsi şikəstə və tamam qılmaq arasında ixtiyarlı olmaq fikrindədirlər.

Ətreaflı cavab

Cavab verməmişdən qabaq, əvvəlcə, sual edilən ayəni bəyan edib, sonra onu araşdıracağıq:

Allah Quranda buyurur:

«وَ إِذا ضَرَبْتُمْ فِي الْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُناحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلاةِ  إِنْ خِفْتُمْ أَنْ يَفْتِنَكُمُ الَّذينَ كَفَرُوا إِنَّ الْكافِرينَ كانُوا لَكُمْ عَدُوًّا مُبيناً»[1]

"Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rükətli namazı iki rükət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər".

Fikrimizcə bu məsələdəki ixtilafın əsas səbəbi, ayədə gələn "günah" kəlməsini necə anlamaqdır. Ona görə də, onun mənasını açıqlamaq lazımdır. Günah lüğətdə günah mənasındadır. Çünki günah haqq yoldan yolunu azmaqdır.[2]

La cunah (günah deyil) mənasını nəzərə alaraq, əhli- sünnənin bir dəstəsi, səfərdə namazı qəsr (şikəstə) qılmağın rüsxəti (icazəli) olmasını dedilər. Çünki Quran buyurur: Səfərə çıxdığınız zaman namazı qısaltmaq (şikəstə) sizə günah deyil. Bunun insanın ixtiyarlı olmağa dəlalət etməsi, qəsri təyin etməyə dəlalətindən daha güclüdür. Çünki günahı inkar etmək vacib, müstəhəb və mübahla və hətta bəyənilən işlə uyğundur.[3]

Amma buna oxşar və "la gunah" kəlməsindən istifadə edən ayəni nəzərə aldıqda, həmin kəlmə vacib olmağa dəlalət edir və həmçinin səfərdə namazı qəsr qılmağını vacib olmasını nəql edən şiə və əhli- sünnədən gələn rəvayətlərə diqqət etməklə, ayədən bunu əldə edirik ki, bəyan olunan zaman namazın qanun qoyulma qaydası qəsrdir (şikəstə), nəin ki, hökmün növünü bəyan etmək. Ona görə də, ayədə qəsr və tamam qılmaq arasında ixtiyarlı olmağa heç bir dəlalət yoxdur.

Əgər onu tərk etməyə icazə verilsəydi, belə buyurmalı idi: "Qəsr (şikəstə) qıldıqda sizin üçün heç bir günah yoxdur".[4]

Nümunə olaraq bu ayəyə diqqət edin:

«إِنَّ الصَّفا وَ الْمَرْوَةَ مِنْ شَعائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلا جُناحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِما وَ مَنْ تَطَوَّعَ خَيْراً فَإِنَّ اللَّهَ شاكِرٌ عَليمٌ»[5]

Bu ayə zahirdə "La cünahə" kəlməsinə görə, Səfa və Mərvə arasındakı təvafı yerinə yetirmək və tərk etmək arasında ixtiyara dəlalət edir. Amma müsəlmanlardan heç biri ixtiyar mənasını düşünmürlər. Çünki ayə məsələnin şərii olmamasındakı qaranlığı aradan qaldırmaq üçün hökmün qanun qoyma əsasını açıqlayır. Hökmün növü (vacib olma) isə, digər dəlillərdən əldə olunur.

Quranda qanun qoyma üçün olan və təklikdə vacib olmanı çatdırmayan nümunələr çoxdur. Məsələn cihadın hökm olunması barəsində buyurubdur:

«ذلِكُمْ خَيْرٌ لَكُمْ»

"Bu əməliniz sizin üçün daha yaxşıdır".[6] Orucun hökm olunmasında buyurur:

«وَ أَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ»

"Oruc tutmaq sizin üçün daha yaxşıdır".[7] Həmçinin namazın səfərdə şikəstə qılınması barəsində buyurur:

«فَلَيْسَ عَلَيْكُمْ جُناحٌ أَنْ تَقْصُرُوا مِنَ الصَّلاةِ»

"Səfərdə namazı qısaltmaq sizə günah hesab edilməz".[8]

Fəxrəddin Tureyhi bu haqda deyir: "Müsəlmanlar bu işin günah sayılması fikrində olduqlarına görə, ayə bu işin günah olmadığını buyurur".[9]

Bizim danışdığımız ayə də belədir, yəni hökmü qanuniləşdirmək istəyir, nəin ki, hökmün növünü bəyan etsin. Zəməxşəri deyir: camaat namazı tamam qılmağa adət etdiklərinə görə, ola bilsin elə bilirdilər ki, səfərdə namazı şikəstə qılmaq bir növ nöqsandır. Ona görə də "sizə heç bir günah yoxdur" buyurur ki, şikəstə namaz qılmağa münasibətdə aram olsunlar.[10]

Rəvayətlər:

İslam fiqhinin tarixinin qəti məsələlərindən biri, ilk namazların qəsr (iki rükət) formasında hökm qoyulmasıdır.[11]

Həmçinin şübhəsiz vətəndə qılınan namaza iki rükət əlavə olubdur. Amma səfərdə qılınan namaza da iki rükət əlavə olubdurmu? Şiənin fəqihləri İmamlardan (ə) olan rəvayətlərə əsasən hamılıqla bu fikirdədirlər ki, namaz iki rükət formasında hökm qoyulubdur və əlavə iki rükət yalnız vətəndə qılınan namaza əlavə olubdur. Səfərdə qılınan namaza isə heç nə əlavə olmayıbdır. Əksinə əvvəlinci formasında yəni qəsr qılınır.

Əhıi- sünnənin rəvayət və nəzəri

Səfərdə qılınan namazın məsələsində əhli- sünnədən olan rəvayətlər və onların fəqihlərinin nəzərləri eyni deyil. Onların bir dəstəsi şiənin nəzərindədirlər. Yəni bu fikirdədirlər ki, birinci namaza heç nə əlavə olmayıbdır. Buna əsasən, səfərdə yalnız qəsr (şikəstə) qılınır. Amma onların bir dəstəsi qəsr və tamam qılmaqda ixtiyarlı olmağı deyirlər.

Əhli- sünnənin müxtəlif ravilərindən çoxlu mənbələrdə, namazın şikəstə formada qanun qoyulması və vətəndə qılınan namaza iki rükətin əlavə olunması nəql olubdur. Səfərdə qılınan namaz barəsində olan rəvayətlər üç hissəyə bölünür:

  1. Namaz şikəstə formada qanun qoyulub və vətəndə qılınan namaza iki rükət əlavə olub, lakin səfərdə olan namaza heç nə əlavə olmayıb, əksinə əvvəlki vəziyyəyində (iki rükət) qıldığını bəyan edən rəvayətlər.

Məhəmməd bin Haşim Bəlbəki Vəliddən nəql edir o Əbu əmr Əvzaidən, o Zöhridən Peyğəmbərin (s) namazı barəsində sual etdi. Zöhri cavabında dedi: Orvə Ayişədən belə nəql edir: Allah namazı Peyğəmbərinə (s) vacib etdi. Əvvəlcə iki rükətli formada idi. Vətəndə qılınan namaza iki rükət əlavə olub və səfərdə qılınan namaz isə əvvəlki vəziyyətdə qaldı.[12]

Vəki deyir: Hişam bin Ürvə atasından o da Ayişədən nəql edibdir ki, Ayişə deyir: Namaz vacib olan zaman, iki rükət formasında idi və iki rükət ona əlavə oldu. Nəticədə namaz vətəndə dörd rükət oldu.[13]

Übeydə vəqa bin Əyasdan, o da Əli bin Ravidən nəql edir ki, Əli (ə) səfər üçün yola düşdü və qayıdana kimi namazlarını iki rükət qılırdı.[14]

Osman və dörd rükətli namaz

Süfyan Zöhridən, o Ömərən o da Ayişədən rəvayət edir: Namaz qanun qoyulan zaman, iki rükət idi. Vətəndə qılınan namaza iki rükət əlavə oldu və səfərdə qılınan namaz əvvəlki vəziyyətdə qaldı. Zöhri deyir: Ömərdən soruşdum, niyə Ayişə namazını səfərdə tamam qılırdı? O dedi: O, Osman təvil etdiyi kimi, təvil etdi. Hədis davamında deyir: Bu Şafeinin hədisinin mətnidir. Müslim Səhihdə Əli bin Xəşrəmdən rəvayət edib və Buxari də, Abdulla bin Məhəmməddən, o da Süfyandan rəvayət edibdir.

Məhəmməd bin Abdulla Hafiz deyir: Əbəlfəzl Məhəmməd bin İbrahim bizə xəbər verdi ki, Əhməd bin Sələmə, Quteybə bin Səiddən, Abdul- vahid bin Ziyaddan, Əməşdən, İbrahimdən, nəql edib ki, Abdürrəhman bin Yeziddən belə dediyini eşitdim: Namazı Minada Osmanın İmamlığı ilə dörd rükət qıldıq.

Bu hadisəni Abdulla bin Məsuda danışdılar və o, istirca cümləsini (İnna lillah və inna iləyhi raciun) oxudu və dedi: Biz Minada Allah Rəsulu ilə namazlarımızı iki rükət qılırdıq. Peyğəmbərdən sonra Əbu Bəkr, ondan sonra Ömərlə Minada iki rükət qıldıq. Ey kaş, dörd rükət payımdan iki rükəti qəbbul olaydı.

Abdur- rəhman bin Yəzid deyir: Osman Minada namazı dörd rükət qıldı və Abdulla bin Məsud dedi: Biz Minada Allah Rəsulu ilə namazlarımızı iki rükət qılardıq. Peyğəmbərdən (s) sonra Əbu Bəkr ilə və ondan sonra Ömərlə Minada iki rükət qıldıq. Həfsdən nəql edir: İsmanla xilafətinin əvvəlində Minada iki rükət qıldıq. Sonradan ona iki rükət əlavə etdi.[15]

  1. Rəvayətlər ki, belə deyir: Namaz şikəstə formada qanun qoyulub, sonra isə namaza (səfər və vətənə işarə olunmur) iki rükət əlavə olubdur. Bu rəvayət kimi: Übeydə Davud bin Əbi Hinddən, o da Şəbidən nəql edir: Namaz əvvəlcə iki rükət – iki vacib oldu. Peyğəmbər Mədinəyə gələndən sonra, hər iki rükətdə, iki rükət əlavə oldu. Məğrib namazından başqa (iki rükətli deyildi).[16]

Bu iki dəstədən olan rəvayətlər, ilk baxışda bir- birlərinə zidd görsələr də, amma birinci dəstədən olan rəvayətlə xüsusi və ikinci dəstədən olan rəvayətlər ümumi olduqlarına görə, ("Xüsusinin zühuru ümuminin zühurundan daha güclüdür". Üsul elminin qadasına əsasən) ikinci dəstədən olan rəvayətlər, birinci dəstədən olan rəvayətlərlə xüsusilənirlər. Nəticə rəvayətlərin mənası belə olur: Namazlara iki rükət səfər vəziyyətində olanda deyil, həzər vəziyyətində artırılıbdır. Yəni vətəndə qılınan namaza iki rükət əlavə olubdur.

  1. Rəvayətlər ki, deyir: Namaz şikəstə formada qanun qoyuldu və vətəndə qılınan namaza iki rükət əlavə olubdur. Həmçinin səfərdə qılınan namaza da, iki rükət əlavə olubdur.

Hüseyn bin İsmayil, Əhməd bin Məhəmməd Təbəidən, Qasim bin Həkəmdən, Əla bin Züheyrdən, Abdur- rəhman bin Əsvəddən, o da Ayişədən belə nəql edir: Mən Ömrə əməllərini yerinə yetirəndə Peyğəmbərlə birgə idim. O həzrət namazını şikəstə qıldı. Amma mən tamam qıldım. O həzrət orucunu yedi, amma mən orucumu tutdum. Məkkəyə daxil olan zaman ərz etdim: Ey Allahın Rəsulu! Ata- anam sənə qurban. Namazını şikəstə qıldın, amma mən tamam qıldım. Orucunu yedin! Mən isə tutdum. Həzrət buyurdu:

«أَحْسَنْتِ يَا عَائِشَةُ»

Yaxşı iş gördün. (Mənə irad etmədi).[17]

Amma bu hədis, əhli- sünnənin bir dəstəsinin dediyinə əsasən, yalan hədisdir və mötəbər sayılmır.[18] Çünki, ola bilməz ki, Ayişə Peyğəmbərin əksinə olaraq, namazını qılıb və oruc tutsun və Məkkəyə çatana qədər Peyğəmbərdən heç nə qoruşmasın.

Peyğəmbərin (s) və birinci və ikinci xəlifənin səfərdə qıldığı namaz

İbn Olyə, Əli bin Zeyddən, Əbi Nəzərdən rəvayət edir: İmran bin Həsin bizim məclisə gəldi. Məclisdə oturan bir cavan ayağa qalxdı və Peyğəmbərin həcdə döyüşdəvə Ömrədə qıldığı namazdan, sual etdi. İmran gəlib bizim qarşımızda dayandı və dedi: Bu cavan məndən sual etdi və mən istəyirəm siz də eşidəsiniz. Mən döyüşdə Peyğəmbərlə (s) birgə idim. O həzrət Mədinəyə qayıdanacan iki rükətli namaz qılırdı. Həcdə Peyğəmbərlə birgə idim. O həzrət Mədinəyə qayıdanacan bütün namazlarını iki rükətli qıldı. Məkkənin fəthində mən də var idim. O həzrət on səkkiz gecə Məkkədə qaldı və yalnız iki rükətli namaz qıldı. O həzrət Məkkə əhlinə buyurdu: Siz dörd rükət qılın, mən səfərdən (ona görə şikəstə qılıram). O həzrətlə üç ömrə yerinə yetirdim. O həzrət Mədinəyə qayıdanacan yalnız iki rükətli namaz qıldı. Əbu Bəkrlə həcc yerinə yetirdim. Onunla birgə döyüşdüm. Amma o da, Mədinəyə qayıdanadək bütün namazlarını iki rükətli qıldı. Mərlə birgə neçə həcc etdim. O da, Mədinəyə qayıdanadək bütün namazlarını iki rükətli qıldı. Osmanla da, xilafəti zamanı yeddi həcc yerinə yetirdim. O da yalnız iki rükətli namaz qıldı. Amma sonralar Minada namazlarını dörd rükətli qıldı.[19]

Səfərdə üçüncü xəlifənin dörd rükətli namazlarının yozulması:

  1. Əyyub və Bihəqi üçüncü xəlifənin dörd rükətli namazlarını yozarkən belə deyirlər: Osmanın Minada namazlarını tamam qılmasının səbəbi bu idi ki, çöldə yaşayan müsəlmanların sayı çox olduğuna görə, nlara namazın dörd rükətli olmasını öyrətmək istədi.

Hüsni Abdur- rəhman bin Həmiddən, o da atasından nəql edir: Osman bin Əfvan Minada namazını tamam qılandan sonra, camaata xütbə oxudu və o xütbədə dedi: "Ay camaat! Sünnə (namazda) Allah Rəsulunun, birinci və ikinci xəlifənin sünnəsidir. Amma bu il yeni bir məsələ yarandı. Mən camaatın bunu (iki rükətli namazlar) sünnə bilmələrindən qorxdum.

Əlbəttə, yaxşı olardı üçüncü xəlifə də Peyğəmbər kimi, Məkkə əhlinə və digərlərinə buyurardı: Siz dörd rükətli qılın. Mən səfərdəyəm (ona görə şikəstə qılıram).

  1. Yunus Zöhridən nəql edir: Osman Taifdə malları alıb və qalmaq niyyəti etdikdən sonra, namazını tamam qıldı. Həmçinin Müğeyrə İbrahimdən nəql edir: Osman namazını dörd rükət qıldı, çünki, oranı vətəni qərar verdi.

Şiənin rəvayətləri:

Zürarə və Məhəmməd bin Müslim deyirlər: İmam Baqir (ə)- a ərz etdik: Səfərdə qılınan namaz barəsində nə buyurursunuz, necə və neçə rükətdir? Həzrət buyurdu: Allah- Taala buyurur:

«وَ إِذا ضَرَبْتُمْ فِي الْأَرْضِ...»

"Səfərə çıxdığınız zaman namazı qısaltmaq sizə günah hesab edilməz". Deməli səfərdə namazı qəsr qılmaq vacib olur, necə ki, vətəndə namaz qılmaq vacibdir. Zürarə və Məhəmməd bin Müslim deyirlər: Dedik: Allah- Taala buyurur: "Suzə günah hesab edilməz". Belə edin buyurmayır. Yəni əmr kəlməsi ilə buyurmur ki, vacib olmağa dəlalət etsin. Səfərdə qəsr və qısa qılmaq, vətəndə namazı tamam qılmaq kimi necə vacib olur? Həzrət buyurdu: Məgər Allah- Taala Səfa və Mərvə arasındakı təvaf barəsində belə buyurmur:

«فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلا جُناحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِما»

"Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları Səfa və Mərvə) etməsində heç bir günah yoxdur. "Səfa və Mərvənin təvafı vacibdir. Çünki- Allah- Taala öz kitabında onu zikr edib və Peyğəmbəri (s) Səfa və Mərvə arasındakı təvaf ayəsini bəyan edib və icra etmişdir. Səfərdə namazı qısaltmaq da elə bir əməldir ki, Allah Rəsulu (s) onu icra edib və Allah- Taala öz kitabında həmin kəlmə ilə onu zikr etmişdir...

Allah Rəsulu (s) Zixəşəb[20] məntəqəsinə səfər etdi. Namazı qəsr qıldı və orucunu yedi və bu iş ondan sonra sünnə oldu...[21] Qabaqcadan dediyimiz kimi, namaz əvvəlcə iki rükət – iki rükət qanun qoyuldu. Amma sonralar zöhr, əsr və işa namazlarına vətəndə iki rükət əlavə oldu. Səfərdə qılınan namaza onun əlavə olunması barəsində şəkk etdikdə, qanun deyir: Artırılmayıbdır.

 


[1] - Nisa surəsi, ayə 101

[2] - Tureyhi, Fəxrəddin, Məcməul- Bəhreyn, Hüseyni, Səyid Əhməd, cild 2, səh 346, Murtəzəvi kitab mağazası, Terhran, 1375- ci  hicri şəmsi ili, çap üçüncü.

[3] - Əstərabadi, Məhəmçməd bin Əli, Ayərul- əhkam, cild 1, səh 266, Məktəbətul- meraci, Tehran, çap birinci.

[4] - Mühəddis Nuri, Müstədrəkül- vəsail, cild 9, səh 437, Aləl- beyt müəssisəsi, Qum, 1408 hicri qəməri. Əlbəttə bu hədis Səfa və Mərvənin təvafı barəsində gəlibdir və buraya tətbiq olubdur.

[5] - Bəqərə surəsi, ayə 158, "Səfa və Mərvə Allahın şəairlərindəndir (nişanələr). Buna əsasən, Allah evinin həccini edən ya ümrə edən insanlar üçün onları təvaf etməyin heç bir iradı yoxdur (Səfa və Mərvəni təvaf edə bilərlər). Müşriklərin qanunsuz əməlləri ki, bu iki dağ üçün bütlər qoymuşdular, bu iki məkanın mövqeyini aşağı gətirmir). Yaxşı əməllərdə Allahın əmrinə itaət edənlərdən, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir. 

[6] - Bəqərə surəsi, ayə 54

[7] - Bəqərə surəsi, ayə 184

[8] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizanın tərcüməsi, cild 1, səh 580, Qum elmi hövzəsinin müdərrislər cəmiyyətinin İslami nəşrlər dəftəri, Qum, 1374 hicri şəmsi. Çap beşinci

[9] - Mühəddis Nuri, Müstədrəkül- vəsail, cild 9, səh 437.

[10] - Zəməxşəri Carəllah, Əbul- qasim Mahmud bin Əmr bin Əhməd, Əl- kəşşaf ən həqaiqi qəvamizit- tənzil, cild 1, səh 454, Darul- kitabul- ərəbi nəşriyyatı, çap Beyrut, 1407 hicri qəməri, çap üçüncü; Beyzavi, Nasiruddin Əbul- xeyr Abdullah bin Ömər bin Məhəmməd, Ənvarut- tənzil və Əsrarut- təvil, cild 1, səh 492, Darul ehyait- turasil- ərəbi nəşriyyatı, Beyrut, 1418 hicri qəməri, çap birinci; Hələbi, Seyid Əli bin Tavus, Təfsiri Əbis- Səud, Sədus- Səud linnufusi mənzud, cild 2, səh 147, Məhəmməd Kazim əl- kətbi, Qum.

[11] - Əbu Abdur- rəhman, Əhməd bin Əli bin Şueyb bin Əli bin Nəsai Nişaburi, Sunəni Nəsai, cild 2, səh 232, h 490, Movqeul- İslam- htt: //www. al- islam. Com (Əl- məktəbətuş- şamilə); İbn Əbi Şeybə Kudi, Musıvi İbn Əbi Şeybə, cild 2, səh 337, sayt Yəsub (Əl- məktəbətuş- şamilə); Əbu Yəli Musili, Musnəıdi Əbu Yəli Musili, cild 6, səh 188; Təhavi, Muşkilul- aşkar, cild 9, səh 272, sayt l- İslam. htt: //www: al- islam. Com (Əl- məktəbətuş- şamilə).

[12] - Əbu Abdur- rəhman, Əhməd bin Əli bin Şueyb bin Əli bin Nəsai Nişaburi, Sünəni Nəsai,cild 2, səh 232, h 490.

[13] - İbn Əbi Şeybə Kufi, Musnəfi İbn Əbi Şeybə, cild 2, səh 337.

[14] - Həmin.

[15] - Bihəqi, Sünəni Kübra, cild 3, səh 143, Sayt, htt: // www al- islam. Com (Əl- Məktəbətuş- şamilə).

[16] - İbn Əbi Şeybə Kufi, Musəvi İbn Əbi Şeybə, cild 8, səh 355; Bihəqi, Mərifətus- sünən vəl- asar, cild 2, səh 352, htt: //www.com al- islam. (Əl- məktəbətüş- şamilə); Təhavi, Muşkilul- asar, cild 9, səh 272.

[17] - Dari Qutni, Sunəni Dari Qutni, cild 6, səh 59, Məvui vəzarətil- əvqafil- Misriyyə, htt: //www. islamic- council. com. (Əl- məktəbətuş- şamilə).

[18] - Məhəmməd, Rəşid Rza, Təfsirul- Quranil- həkim (Təfsirul- mənar), cild 5, səh 368 və 370, çap və nəşr üçün Darul- mərifə nəşriyyatı, Beyrut, Livan, çap ikinci.

[19] - İbn Əbi Şeybə, Kufi, Musnəfi İbn Əbi Şeybə, cild 2, səh 337.

[20] - Bu məntəqə Mədinənin bir günlüyündədir və Mədinədən ora kimi iyirmi dörd mil (səggiz fərsəx) dir.

[21] - Səduq, Mən la yəhzuruhul- fəqih, cild 1, səh 434 və 435, Səduq, Mən la yəhzuruhul- fəqih, Müdərrislər cəmiyyəti nəşriyyatı, Qum, 1414 hicri qəməri, tərcümə Qəffari, cild 2, bab (səfər namazının izahı), səh 110- 112.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...