Please Wait
6924
Sizin sualınız çox da aydın olmadığı üçün onu xülasə şəkildə belə izah edirik:
1) Cümə namazının xütbələrinin biri azandan öncə oxunmalıdırmı?
Biz hər iki xütbəni azandan öcə və ya sonra oxuya bilərikmi?
2) İki xütbə arasında azan oxumaq vacibdirmi?
Birinci sualı böyük müctəhidlərdən biri olan Həzrət Ayətullah üzma Xomeyninin risaləsinə istinad edərək cavablandırırıq:
Cümə namazının vaxtı, gün asimanın ortasından keçdikcə başlayır. Şaxisin kölgəsi iki adi addıma çatana qədər davam edir. Amma ehtiyat vacib sayılan vaxtdan sonraya qədər təxirə salınmasın. Əgər təxirə düşərsə ehtiyat müstəhəb budur ki, zöhr namazını qılsınlar.
Əgər imam- cümə xütbələri günortadan qabaq başlayıb günorta olanda qurtarsa və cümə namazını başlasa, namazı səhihdir. (Düzdür). Əgər imam cümə xütbələri qabaqcadan başlayıb zöhr azanı vaxtı bitirsə və namaza başlasa, namazı düzdür.
Həzrət Ayətullah üzma Məkarim Şirazi:
Cümə namazının vaxtı zöhrün əvvəlidir. Azanı, xütbəni və namazı bu vaxta uyğun olaraq yerinə yetirmək lazımdır. Əgər bu vaxtdan gec başlayarsa cümə namazının vaxtı bitmiş sayılır.
Ehtiyat vacib buddur ki, hər iki xütbəni zöhr olandan sonra oxusunlar.
Həzrət Ayətullah üzma Fazil Lənkərani:
Xeyir lazım deyil. Əgər imam cümə xütbələri günortadan qabaq başlayıb günorta olanda qurtarsa və cümə namazına başlasa, səhihdir.
Həzrət Ayətullah Təbrizi:
Ehtiyat vacib budur ki, cümə namazının xütbələrini günortadan sonra (zöhr olan vaxt) oxusunlar. Onları zöhrdən öncə oxumaq düzgün sayılmır. (Hətta xütbələrin sonu zöhr azanı vaxtı bitsə belə).[1]
Həzrət Ayətullah üzma Sistaninin ofisi.
Vaxtın daxil olması cümə namazının qılınma şərtlərindən biridir. Bunun da vaxtı zöhr azanının vaxtıdır (günorta), əgər hər vaxt yerli vaxt zöhrdən keçərsə və cümə namazı təxirə salınarsa cümə namazının əvəzinə zöhr namazını qılsınlar. Zöhr azanından öncə xütbə oxumaq düzgün deyil.[2]
Amma ikinci sual barəsində:
Həzrət Ayətullah Sistaninin ofisi:
İki xütbə arasında azan vermək lazım deyil. İki xütbə arasında imam cümə bir az fasilə verərək otursa (bir dəqiqə) kifayətdir.
Həzrət Ayətullah Fazil Lənkərani:
Xütbədən əvvəl və sonra azan demək düzgün deyildir.[3] (Azan yalnız öz vaxtında deyilməlidir).
Həzrət Ayətullah üzma Məkarim Şirazi:
Lazım deyil.