Please Wait
4591
Uşaqları dini məclislərdə və mərasimlərdə iştirak etdirmək. Uşaqları birlikdə məscidə və ya muhərrəm ayında əzadarlıq mərasimlərinə aparmaq, uşaqların digər dini mərasimlərdə o cümlədən fitir bayramı namazında və dini bayramlarda iştirak etməsi onların dini hisslərinin yetişdirilməsi üçün çox faydalıdır.
Amma yeni yetmələri xətm mərasimlərinə və qəbristanlığa aparmaq haqqında rəvayətlərdə və fiqhi kitablarda axtarışlara baxmayaraq bu işin kərahətinə dəlalət edən bir rəvayət tapmadıq.
Əgər yoldaşınızın nəzərində bu xüsusda rəvayət və dəlil varsa onu dəqiq bəyan la yenidən bizə yazın ki, araşdırılsın.
Sual ilə əlaqəli məsələləri yada salırıq:
1. Əza sahibinə başsağlığı verməyin və qərbistanlığa getməyin savabı haqdakı rəvayətlər mütləqdir və yeni yetmələrə də şamil olur.
2. Məsumların (ə) həyat tərzindən nəticə almaq olur ki, uşaqları qəbristanlığa aparmağın heç bir maneəsi yoxdur. Həzrəti Fatimənin (s) xəstliyi və narahatçılığı hadisəsində İmam Əli (ə) Mədinə şəhərindən qırağa Bəqi qəbristanlığında beytul- əhzan adlı bir yer hazırladı və həzrəti Fatiməni (s) İmam Həsən və İmam Hüseyn (ə) ki, uşaq idilər bu məkana gedirdi və əziz Peyğəmbərin (s) vəfatı və yaranmış müsibətlərə görə ağlayırdı.[1]
3. Qeyd olunmalıdır ki, məclislərdə yeni yetmələrlə bir olarkən diqqətli olmaq lazımdır ki, bu cür proqramlar onların hösələsindən və taqətindən yüksək olmasın və onları yormasın və habelə onları elə məclislərdə iştirak etdirmək lazımdır ki, bəzi şəxslərin əməlləri onların ruhiyyəsində mənfi təsir qoymasın.
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Əllamə Məclisi, Biharul- ənvar, cild 43, səh 177, Əl- vəfa müəssisəsi, Beyrut, Livan, 1404 hicri qəməri.
Bu sualın ətraflı cavabı yoxdur.