Please Wait
7109
Alma qida xüsusiyyətlərindən əlavə tibbi cəhətdən xüsusi xüsusiyyətlərə malik meyvədir. Qədim və yeni tibb işçiləri onun barəsində çoxlu sayda faydalar qeyd etmişlər. Alma barəsində həkimlər tərəfindən qeyd edilən xüsusiyyətlərdən əlavə, Məsumlar da müxtəlif rəvayətlər bəyan etmişlər. Bu rəvayətlərdən bir də Peyğəmbərdən (s) nəql olunan rəvayətdir:
«قَالَ النَّبِيُّ (ص) كُلُوا التُّفَّاحَ عَلَى الرِّيقِ فَإِنَّهُ وضوح الْمَعِدَةِ»
“Almanı ac yeyin ki, mədənin təmizləyicisidir.”[1] Bu rəvayət İmam Əlidən (ə) də bu şəkildə nəql olunmuşdur:
«كُلُوا التُّفَّاحَ فَإِنَّهُ يَدْبُغُ الْمَعِدَةَ»
Alma yeyin! Çünki alma mədəni təmizləyir.Qeyd edilən rəvayət Məkarime əxlaqdan savayı Məclisinin baharul ənvar, Nurinin mustədrək kitablarında da qeyd edilmişdir.
Həmçinin İmam Sadiq (ə) almanın xüsusiyyətləri barəsində belə buyurur: “Əgər insanlar almada hansı xüsusiyyətlərin olduğunu bilsəydilər, xəstələr özlərini yalnız alma ilə müalicə edərdilər.”[2]
Bu rəvayət almanın fayda və xüsusiyyətlərinin göstərgəsidir. Belə görsənir ki, sizin təccüblənməyinizə səbəb olan bu rəvayət, bu meyvənin o zamanlar Ərəbistanda olub- olmamasıdır.
Deyilməlidir ki, bu meyvə təzə kəşf olunmamışdır ki, din öncüllərinin onun barəsində sözləri təccüblü olsun. Bu meyvənin yaşı uzun tarixlərə dayanır. Ərəbistanın isti iqlimə sahib olması, o demək deyil ki, ərələr almanın rəngini belə tanımırlar. Ərəbistan dövlətinin də gözəl iqlimə sahim məntəqələri vardır ki, burada kənd təsərrüfatı ilə məşul olumuşlar. Bu məhsullardan biri də alma olmuşdur. Həmçinin kimlərinsə digər məntəqələrdən Peyğəmbərdən (s) bu meyvə barəsində sual soruşması mümkündür.
Əgər rəvayətlərə diqqət etsəniz, orada alma barəsində bir çox rəvayətlərə rast gələrsiniz. Məsələn: Min ildə çox yaşı olan Kafi kitabında “alm fəsli” adlı başlıq mövcuddur ki, burada ondan artıq rəvayət nəql olunur.[3]
Bu sualın ətraflı cavabı yoxdur.
[1] - Məclisi, Muhəmməd Baqir, bəharul ənvar, cild 63, səh 177, əl vəfa müəssisəsi, Beyrut, 1404 h.q. Nuri, Mirza Hüseyn, mustədrəkul vəsail, cild 16, səh 397, Al- beyt müəssisəsi, Qum, 1408 h.q.
[2] - Kuleyni, Muhəmməd bin Yaqub, kafi, cild 6, səh 356 darul kutubul islamiyyə, Tehran, 1365 h.ş.
قالَ الصّادِقُ علیه السلام: «لَوْ یعْلَمُ النّاسُ ما فِی التُّفّاحِ ما داوُوا مَرْضاهُمْ إِلاّ بِهِ»
[3] - Həmin mənbə, səh 355.