Please Wait
13652
Övliya və saleh insanların arasında elə qadınlar olub ki, bəşərin tarixi boyu, tövhid və İlahi hədəflər yolunda çoxlu fədakarlıq ediblər və onların adı həmişə bəşərin qara tarixində parlayır. Amma İslami rəvayət və mənbələrdə uca dərəcəli, şərəfli və üstün dörd qadının adı qadınların ən üstünü və behişt qadınlarının üstünü olaraq çəkilmiş və onları ehtiramla tərifləyiblər.
Peyğəmbər (s) Əmirəl- möminin (ə)- a buyurdu: Ey Əli! İki aləmin ən üstün qadınları dörd nəfərdirlər:
- Məryəm İmranın qızı.
- Xədicə Xuvəylidin qızı.
- Fatimə (s) mənim qızım.
- Asiyə (Fironun arvadı) Muzahimin qızı.[1]
Amma bu 4 nəfərdən həzrət Fatimə (s) bu 4 qadının ən üstünü tanıtdırılmışdır.[2]
Peyğəmbərin (s)- in rəvayətlərində gəldiyi kimi, həzrət Məryəmin (s) atasının adı, İmran, həzrət Xədicə (s)- in atasının adı, Xuvəylid, həzrət Fatimə (s)- in atasının adı, həzrət Məhəmməd (s) və həzrət Asiyənin (s) atasının adı, Muzahimdir.