Please Wait
5669
Möhtərəm istifadəçinin sualına cavab verməzdən öncə demək lazımdır ki, Ayətullah əl-üzma Xameneinin nəzərinə əsasən qazanc mənfəətindən banka qoyulmuş pul əgər illik həyat və məişət xərclərini təmin etmək üçün olsa, xüms ilinin başında ona xüms düşür. Amma əgər banka qoyulmuş bu pul zəruri həyat vəsaitləri almaq, lazım və zəruri ehtiyacları təmin etmək üçün olsa, belə olan halda xüms ili keçəndən sonra yaxın gələcəkdə (misal üçün, xüms ilindən iki-üç ay sonra) qeyd olunan yerlərdə sərf olunarsa xümsü yoxdur.[1]
Əlbəttə, xüms vacib olan hallarda insan onu ödəməyə qadir olmasa, Ayətullah Xameneinin nəzəri budur ki, sadəcə xümsü ödəməyə qadir olmamaq insanın öhdəsindən xümsün götürülməsinə səbəb olmur; imkanı olan kimi onu ödəmək vacibdir. Belə şəxslər öz xüms borclarını xüms işinə baxan şəxs və ya onun vəkilləri ilə əldə dolandırdıqdan[2] sonra zaman və miqdar cəhətindən öz qüdrətlərinə və imkanlarına uyğun olaraq tədriclə ödəyə bilərlər.[3]
Nəticə:
Siz öz xümsünüzü Ayətullah Xameneinin dəftərxanalarının birində əldə dolandırdıqdan sonra imkanımıza uyğun olaraq (tədriclə) ödəyə bilərsiniz və bundan əvvəl ondan istifadə edə bilməzsiniz.