Please Wait
Baxanların
21250
21250
İnternetə qoyma tarixi:
2012/07/07
Saytın kodu
fa22366
Arxiv kodu
55559
- bölüşdürülməsi
Sualın xülasəsi
Xums nədir və hansı yerlərdə aiddir?
Sual
Xums nədir və hansı yerlərdə aiddir? Lütfən, nümunə olaraq izah verin.
Qısa cavab
Xums lüğətdə beşdə bir mənasındadır. Şəri termində isə əkinçilikdən, sənətdən, ticarətdən, təhqiqatdan və ya hər yolla ələ gətirilən gəlirdən beşdə birini Allaha xatir ayrılması və lazımı yerə çatdırılması deməkdir.
Xums İslamda vacib əməllərdən biridir və Quranda onu cihad hökmü ilə birgə gəlmiş[1] və əhəmiyyətinə o kifayət edər ki, Allaha imanla bir yerdə qeyd olunmuşdur. Quranda oxuyuruq:
“(Ey mö’minlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün - iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir! “
Əlbəttə, İslamda digər vacib və mühüm hökmlər o cümlədən, namaz, oruc, həcc və sair Quranda açıqlanmışır. Amma, Quran bu vaciblərin çoxunun əhkamını dəqiqliklə açmamışdır. Xums məsələsi də onun kimi, Quranda çox əhəmiyyətli olmasına baxmayaraq, ümumi şəkildə açıqlanmış amma, təfsilatını İslam Peyğəmbərinə (sələllahu ələyhi və alihi və səlləm) və Onun pak canişinlərinin öhdəsinə qoymuşdur.[2]
Mərce təqliqlidçiləri (yəni, müctehidlər) tarix boyu ayə və rəvayətlərdə araşdırmalar apardıqdan sonra xumsa aid olan mövzuları dəqiqliklə açıqlamışlır. Onlar yeddi mövzuda vacib olunmuşlardan ibarətdir: 1) işdən, ticarətdən ələ gələn gəlir; 2) mədən (yerdən çıxan dəyərli şeylər); 3) xəzinə; 4) halal malla haram malın qatışması; 6) üzgüçülük vasitəsi ilə dənizin altından ələ gələn cəvahir və qiymətli əşyalar; 7) Zimmi kafirin (müsəlman ölkəsində yaşayan kafirin) müsəlmandan aldığı torpağa (yəni, torpağın puluna)[3]
Amma, adi insanlar arasında ən çox məhşur ticarət və işlməklə ələ gələn gəlirin xumsu haqqında suallar çox olunur. Alimlər və fəqihlər bu haqda yazırlar:
Hər zaman insan, ticarət və ya müəyyən sənətdən və digər işlərindən müəyyən gəlir ələ gətirsə və bu gəlir özünün və ailəsinin illik xərcindən (təminatından) çox gələrsə, (artıq qalan pula) xums düşür. (yəni, həmin artıq qalan pulun beşdən birini xums kimi Allaha xatir və pak niyyətlə çıxarmalıdır) Və həmin beşdə bir xumsu lazım olan xüsusi yerə çatdırmalı və ya xərc etməlidir.[4] Bu mövzuda daha çox məlumat almaqdan ötrü 690-cı mövzuya (xumsun verilməsi və müctehidlərin icazəsi) müraciət edin.
Xums verməyə misal olaraq, əgər hər hansı bir işçi özünün ilk hüququ yanvarın 31 də alırsa və növbəti il yanvarın 31-ə qədər hər ay aldığı maaş yalnız, özünün və ailəsinin təminatını ödəyirsə və heç bir şey artıq qalmırsa belə gəlirə xums düşmür. Amma, həmin gəlirdən ilin axırında yəni, növbəti ilin yanvarın 31-də artıq qalarsa, (məslən, banka qoyub, xərc etməyibsə) qənaətlə də olsa, saxlamağına baxmayaraq, bu qalan məbləğdən beşdən bir hissəsini xums niyyəti ilə ayırıb öz təqlid etdiyi müctehidin idarəsinə və nümayəndəsinə çatdırmalıdır. O da bu xumsu, lazım olan şəri yerlərdə xərc edəcəkdir.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız