Please Wait
7902
Xumsun lüğətdəki mənası beşdə bir deməkdir. Amma fiqh terminində isə "İllik gəlirin artıq qalanının beşdə bir hissəsinə deyilir".
Xums anlamı İslam dininin vacib buyurduğu əməllərdən biridir. Həmçinin bu əməl Quranda cihad hökümləri ilə birgə qeyd edilmişdir.
Bunun özünə aid fəlsəfəsi vardır ki, onların bəzisini aşağıda qeyd edirik.
1). Xums İmamın (ə) İslam hökumətinin hakimi olaraq əsas büdcəsini təmin edir. Belə ki, İmam xumsu toplayaraq İslam dininin bütün təminatlarını ödəyir. Bu səbəbdən də xums hədislərdə "vəchul- imarə" adlandırılmışdır.
2). Allah- Taala İslam Peyğəmbərinin izzətini qorumaq üçün və onun nəslindən olan fəqir seyyidlərin büdcəsini təmin etmək üçün xumsu vacib etmişdir. Həmçinin xumsu özünün və Peyğəmbərinin haqqı kimi qeyd etmişdir.
Bununla da əsas səbəbi Bəni- Haşimin kiçilməsi və təhqir olmaması üçün belə qeyd etmişdir.
3). Xums bütün xeyir işlərin İmam (ə) tərəfindən yerinə yetirilməsi üçün vacib buyrulmuşdur. Belə ki, İmam büdcədən istədiyi qədər pul götürüb məsləhət bildiyi işlərə sərf edə bilər.
4). Xums insanların ruzisinin artması, onların kamala yetişməsi və inkişafları üçün məsləhət bilinmişdir. (Allah tərəfindən vacib edilmişdir).
5). Xums İslam dininin və hakmiyyətinin daim fəal olması üçün təyin edilmişdir.
Xumsun ödənmə yeri
Xums İmama (ə) və seyyidlərə aid olduğu üçün İmam Zamanın qeyb dövründə müctəhidlərə verilməlidir. Yuxarıdakı iki suala cavab vermək üçün bütün müctəhidlərin bu barədə fətvaların qeyd edirik:
Ayətullah Xumeyni: Hər kəs xumsu öz müctəhidinə və ya öz müctəhidi kimi pulu xərcləyən müctəhidə verməlidir. Həmçinin öz müctəhidinin icazəsi ilə onun xərclədiyi yerlərə xərc edə bilər.[1]
Ayətullah Xamineyi: Xumsu vilayəti fəqihə və ya onun köməkçilərinə verə bilərlər. bundan əlavə öz müctəhidinin xərclədiyi yerə xərc edə bilər.[2]
Ayətullah Fazil Lənkərani, Nuri Həmədani, Məkarime şirazi, Behcət və Vəhid Xorasani: Xumsu gərək öz müctəhidinə verəsən. Əgər belə olmasa öz müctəhidinin xərclədiyi yerə xərcləməlisən. Amma ehtiyat vacibə əsasən sadatın payını gərək öz müctəhidinə verəsən. Əgər belə olmasa öz müctəhidinin xərclədiyi yerə xərcləməlisən [3]
Bundan əlavə başqa müctəhidə də verə bilər. Amma ehtiyat vacib hökmünə əsasən seyyidlərin payını gərək bu işdə öz müctəhidindən icazə alsın. Və ya özü seyyidə versin. [4]
Ayətullah Sistani: Hər kəs xumsu öz müctəhidinə verməli və ya onun icazəsi olan yerlərə xərcləməlidir. Bundan əlavə pulu verdiyi müctəhid ələm olmalıdır. (yəni ən savadlı və elmli).[5]
Ayətullah Safi: Hər kəs öz müctəhidinə verməli və ya keyfiyyət və kəmiyyət nəzərindən pulu onun kimi xərc edən müctəhidə verməlidir. Bundan əlavə müctəhidinin icazəsi olan yerlərə də özü xərc edə bilər).[6]
[1] - Tozihul məsaile mərace, cild 2, 1834 cü məsələ.
[2] - Xamineyi, Əcvibətül- məsail, sual 1004- 1002.
[3] - Tozihul- məsaile mərace, cild 2, 1834- cü məsələ. Nuri Həmədani, Tozihul məsail,
830- cu məsələ. Vəhid Xorasani, Tozihul- məsail 1843- cü məsələ.
[4] - Tozihul məsaile mərace, cild 2, 1834- cü məsələ
[5] - Yenə də ora.
[6] - Yenə də ora.