Please Wait
9983
Spirtlər iki dəstəyə bölünür: Bir dəstəsi neft sənayesi və petromişidən əldə olunur cə başqa bir dəstə spirt isə şərabın buxar damcılarından hasil olur. Etanol spirti sənaye spirtlərindən olduğu üçün, rabitəsi olan bu bəhsi sənayedən əldə olan spirtə ixtisas verib tədqiq edirik: həqiqət budur ki, tibdə istifadə olunan spirt kimyəvi maddə baxımından şərab və araqla heç bir fərqi yoxdur, hər ikisi spirt baxımından birinci növbədə OH5 H2C formulundan təşkil olmuşdurlar. Amma bu fərqlə ki, tibdə istifadə olunan spirtə heç vaxt araq deyilməmişdir. Amma araqda olan spirt o cəhətdən ki, araqın buxarının damcıları nəticəsində əldə olunmuşdur, ehtimal verilir ki, araq adı ona verilsin.
Müctəhidlər, hər növ maye içkilər ki, məst edicidirlər onları murdar bilirlər. Bəs aya tibdə istifadə olunan spirt, digər məst edici içkilər sırasında hesab olunurmu?
Müctəhidlərin nəzərinə əsasən bunu bilmək olur ki, tibdə istifadə olunan spirt "məst edici" spirtlər sırasında hesab olunmur, baxmayaraq ki, onun maddəsi məst edici içkilərdə ən mühüm rol oynayır. Əlbəttə ki, ona görə deyildir ki, tibdə istifadə olunan spirtə, zəhərləyici və pis qoxulu maddə o cümlədən metanol əlavə edilir, bəlkə bunun üçündür ki, spirtin dərəcəsi o qədər yüksəkdir ki, hesab edək ki, ona əlavə edilən maddələr belə olmasa, yenə də ondan hər nə qədər də içilsə, zəhərlənməyə səbəb olacaqdır. Bunun üçün də bu maddəyə məst edici deyilmir.[1]
Yuxarıdakı mövzunu müctəhidlərin nəzəriyyələri daha ətraflı açıqlayır:
İmam Xumeyni: Sənətdə işlədilən spirt ki, qapı, pəncərə stul və bunun kimi əşyaları rəngləmək üçün istifadə olunur[2] əgər insan bilməyə o şeydən ki,[3] məst edici və maye şeydən düzəldilmişdir, pakdır.[4]
Zəncani: Əgər insan bilmirsə məst edicidir ya yox, pakdır.
Fazil Lənkərani: Məsələ- ağ və tibdə istifadə olunan spirt ki, təmiz spirt sayılır və tibdə istifadə olunur pakdır. Amma əgər araq və piyvədən tutulmuş olsa nəcis və murdardır. Bunun kimi digər təmizləyicilər ki, spirt kimi şeylərdən hazırlanmış və dərman olunan məntəqələrdə istifadə olunur pakdır. O cümlədən sənətdə istifadə olan spirt ki, həmin ağ spirtdir amma bir miqdar zəhərli maddə ona əlavə olunmuşdur və sənətdə istifadə olunur, pakdır. Adikalon və başqa digər maddələr ki, sənət işlərində işlədilir və bir növ spirt kimi tanınır, pakdır.
Sistani: Spirt; istər sənətdə istifadə üçün olsun istər tibdə, hər bir növü pakdır.
Məkarim: Tibb və sənayedə işlədilən spirt ki, insan bilmir məst edici mayedən hazırlanmışdır, pakdır. O Cümlədən adekalon, ətirlər və dərmanlar ki, tibbi və sənətdə istifadə olunan spirtlərlə qarışmışdır.[5] "O cümlədən" Spirtlər ki, əslində içməli deyil və ya zəhərli madə ona əlavə edilmişdir, (nəcis) murdar deyildir, amma hər vaxt onun tərkibini zəiflətsələr və məst edici bir içki olarsa, onu içmək haram və ehtiyat üçün onun hökmü (nəcis) murdardır.[6]
Nəticə alırıq etanol və metanol kimi spirtlər ki, zəhərli maddələrlə qarışıqdır və onları içmək olmaz, pakdır və əgər zəifləşdirilməyib və məst edici bir içki halına salınmayıbsa, bu cür spirtləri içmək haram sayılmır.
[1] - Hövzə internet səhifəsi, kitabxana səhifəsi, spirt və ondan hazırlananlar.
[2] - Xoyi: Bütün növləri pakdır (məsələnin sonu)
[3] - Bəhcət: Yalnız təklikdə...
[4] - Qolpayqani Safi: Əgər insan bilməsə məst edicidir və ya bilməsə ki, onu əvvəldən məst edici və maye şeydən əldə ediblər, pakdır. Tozihul məsaile mərace, cild 1, səh 80.
[5] - Həmin, səh 80- 81.
[6] - Həmin, səh 81. Tozihul məsaile məkarim məsələ 125.